Məhkəmə qərarları › İş №2-1(102)-1967/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1967/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1967/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 23.11.2022 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1972-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “məhkəmə qərarın icrasının təmin olunması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 5 avqust 2022-ci il tarixli, 2-1(107)-232/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin inventarlaşdırılmasının aparılması və texniki sənədlərin (texniki pasportun) tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin 21 iyul 2020-ci il tarixli, 2-1(116)-219/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin inventarlaşdırılmasının aparılması və texniki sənədlərin (texniki pasportun) tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

3. Şəki Apellyasiya Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(107)383/2020 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 21 iyul 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Şəki İnzibati Məhkəməsinin 21 iyul 2020-ci il tarixli, 2-1(116)-219/2020 nömrəli qərarından çıxarış icra edilməsi üçün Şəki İnzibati Məhkəməsinin 24 dekabr 2020-ci il tarixli məktubu ilə cavabdehə göndərilmişdir.

5. Cavabdeh məhkəməyə göndərdiyi 13 aprel 2021-ci il tarixli, **********74 nömrəli məktubunda Şəki İnzibati Məhkəməsinin 21 iyul 2020-ci il tarixli, 2-1(116)219/2020 nömrəli qərarının icra olunduğunu bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 21 sentyabr 202 1-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək məhkəmənin qərarına əsasən tərtib edilmiş texniki pasportda torpaq sahəsinin ölçülərinin yalnız faktiki vəziyyətə uyğun qeyd edildiyini, hüquqmüəyyənedici sənədə müvafiq olaraq ölçülərin və vəziyyətin göstərilmədiyini, eyni zamanda, qərarın tam icra olunmadığını bildirmiş və qərarın icrasının təmin olunmasını xahiş etmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 1 oktyabr 2021-ci il tarixli, 2-1(116)-219/2020 nömrəli qərardadı ilə (hakim X7) Şəki İnzibati Məhkəməsinin 21 iyul 2020-ci il tarixli 21(116)-219/2020 nömrəli qərarının icrası icra sənədi verilməklə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmışdır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh Zaqatala şəhərində yerləşdiyinə görə Şəki İnzibati Məhkəm əsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-219/2020 nömrəli qərarının icrası üçün səlahiyyətli orqan Zaqatala Rayon İcra və Probasiya Şöbəsi müəyyən edilməli və icra vərəqəsi verilərək qərarın icrası həmin orqana tapşırılmalıdır.

9. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2021-ci il tarixli, 2- 1(107)-450/2021 nömrəli qərardadı ilə (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X11 və X2) Şəki İnzibati Məhkəməsinin 1 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardadd an kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddiaçının ərizəsinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli, 2-1(102)-406/2022 nömrəli qərarı ilə (hakimlər: X12 (məruzəçi), X9 və X10) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir

14. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsinin mübahisələndirilən qərardadı ilə qüvvədə saxlanılmış birinci instansiya məhkəməsinin qərardadı Şəki İnzibati Məhkəməsinin 21 iyul 2020-ci il tarixli, 2-1(116)219/2020 nömrəli qərarının icrası üzrə icra sənədinin verilməsi ilə bağlıdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin qərardadda cavabdehə münasibətdə hər hansı məcburi icra tədbiri müəyyən olunmamış, sadəcə sonrakı icra hərəkətlərinin yerinə yetirilməsi üçün müvafiq icra sənədinin verilməsi məsələsi həll edilmişdir. Qeyd olunmalıdır ki, hazırkı mübahisəyə münasibətdə məhkəmə qərarının icrası ilə bağlı sonrakı icra hərəkətlərinin həyata keçirilməsi üçün müvafiq icra sənədinin verilməsi cavabdeh barəsində məcburi icra tədbirinin müəyyən olunması kimi şərh oluna və qiymətləndirilə bilməz. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 avqust 2022-ci il tarixli, 2-1(107)-232/2022 nömrəli qərardadı ilə (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X1 və X5) Şəki İnzibati Məh kəməsinin 1 oktyabr 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi məhkəmə qərarının icrası ilə bağlı sonrakı icra hərəkətlərinin həyata keçirilməsi üçün müvafiq icra sənədinin verilməsinin cavabdeh barəsində məcburi icra tədbirinin müəyyən olunması kimi qiymətləndirilməməsinə əsaslanaraq kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddiaçının ərizəsinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının adına h azırlanmış 2247 inventar nömrəli texniki pasportun 2-ci səhifəsində (torpaq sahəsinin planı hissəsində) torpaq sahəsinin sənəd üzrə və faktiki ölçüləri qeyd olunmuş, həmçinin qanunla müəyyən edilmiş qaydada hüquqmüəyyənedici sənədlər əsasında fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin inventarlaşdırılması nəticəsində əldə edilən məlumatlarla sahənin yerləşmə vəziyyəti də göstərilmişdir. Şəki İnzibati Məhkəməsinin 21 iyul 2020ci il tarixli, 2-1(116)-219/2020 saylı qərarı ilə cavabdehin üzərinə Zaqatala rayonu, Kiçikxanlı 35 ünvanında yerləşən fərdi yaşayış evinin inventarlaşdırılmasının aparılması və texniki sənədinin (texniki pasportun) tərtib edilməsi öhdəliyi qoyulmuşdur. Məhkəmənin qərarına əsasən qanunla müəyyən edilmiş qaydada inventarlaşdırılma işləri aparılmış və 2247 inventar nömrəli texniki pasport hazırlanmış və iddiaçıya təqdim olunmuşdur. Məhkəmənin sözügedən qərarı cavabdeh tərəfindən tam icra edilmiş, iddiaçının onun adına hazırlanmış texniki pasportda iddia etdiklərinin göstərilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, artıq icra olunmuş qərarın iddiaçının qanunsuz istəyinə (arzusuna) görə yenidən icraata yönəldilməsi qanuna uyğun deyildir. Belə ki, cavabdeh məhkəmənin qərarını qanunla müəyyən edilmiş qaydada tam icra etmişdir.

19. Həmçinin məhkəmənin qərarı icra edilmədikdə məhkəmə qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Lakin, məhkəmənin sözügedən qərarı cavabdeh tərəfindən tam icra edilməsinə baxmayaraq, iddiaçının onun adına hazırlanmı ş texniki pasportda iddia etdiklərinin göstərilməsi əsası ilə artıq icra olunmuş qərarın iddiaçının qanunsuz istəyinə (arzusuna) görə cavabdehə qarşı hərhansı bir konkret tələb olmadığı təqdirdə məhkəmə tərəfindən yenidən icraata yönəldilməsi Ali Məhkəməsinin Plenumunun qərarın həmin hissəsində ifadə olunmuş hüquqi mövqeyə görə uyğun deyildir. Belə ki, cavabdeh məhkəmənin qərarında göstərilənləri qanunla müəyyən edilmiş qaydada tam, dəqiq və vaxtında icra etmiş və nəticəsi ilə bağlı hazırlanmış sənədlərin təsdiq edilmiş surətlərini də təqdim etmişdir. Barəsində icranın həyata keçirildiyi şəxsə məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Buna görə də apellyasiya məhkəməsinin kollegiyası Ali Məhkəməsinin Plenumunun qərar ın həmin hissəsində ifadə olunmuş hüquqi mövqeyini düzgün təsvir etməmişdir. Belə ki, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarının sözügedən hissəsində qeyd olunduğu kimi, “İPM-in 119.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən qərardaddan şikayət verilə bilməz”. Həmin maddədə isə qeyd olunmuşdur ki, Dövlətə, bələdiyyələrə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələbinin icra edilməli olduğu hallarda, tələbkarın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə birinci instansiya məhkəməsi icra haqqında qərardad qəbul edir. Məhkəmə qərardadda icra tədbirlərini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsini səlahiyyətli orq ana tapşırır. Səlahiyyətli orqan həmin tapşırığı (icra tədbirlərini) məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirməyə borcludur. Deməli, birinci instansiyasının həmin qərardadı cavabdehə qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadıdır və həmin qərardadın mahiyyəti üzrə mübahisələndirilməsi İPM-də nəzərdə tutulmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhk əmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya ins tansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya şikayətinin mümkünlüyü məsələsi apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Birinci instansiya məhk əməsinin qərardadı Şəki İnzibati Məhkəməsinin 21 iyul 2020-ci il tarixli, 2-1(116)-219/2020 nömrəli qərarının icrası üzrə icra sənədinin verilməsi ilə bağlıdır. Nəzərə alınmalıdır ki, həmin qərardadda cavabdehə münasibətdə hər hansı məcburi icra tədbiri və onun tətbiqi bilavasitə müəyyən olunmamış, sadəcə sonrakı icra hərəkətlərinin yerinə yetirilməsi üçün müvafiq icra sənədinin verilməsi məsələsi həll edilmişdir. Qeyd olunmalıdır ki, hazırkı mübahisəyə münasibətdə məhkəmə qərarının icrası ilə bağlı sonrakı icra hərəkətlərinin həyata keçirilməsi üçün müvafiq icra sənədinin verilməsi cavabdeh barəsində məcburi icra tədbirinin müəyyən olunması kimi şərh oluna və qiymətləndirilə bilməz. Belə ki, icra sənədinin verilməsi özü-özlüyündə və istisnasız olaraq məcburi icra tədbirinin tətbiqini nəzə rdə tutmur yaxud borclunu icra sənədini könüllü icra etmək imkanından məhrum etmir.

27. Beləliklə, Şəki İnzibati Məhkəməsinin 1 oktyabr 2021-ci il tarixli, 2-1(116)219/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünsüzlüyü ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 avqust 2022-ci il tarixli, 2-1(107)-232/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar