Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1968/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı xnın cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: doğum akt qeydinin bərpasına dair iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı xnın cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər: DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi, “ASAN” Xidmət Mərkəzi) “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair inzibati i ş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 27 iyul tarixli 2-1(103)-1325/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Ermənistan SSR-nin Qoris rayon VVAQ İdarəsi tərəfindən qeydə alınmış doğum haqqında akt qeydinin bərpa olunmasını xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 18 dekabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinin tələb inə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Şəxsin şəxsiyyət vəsiqəsində doğum yeri Ermənistan Respublikası, Qolisi şəhəri yazıldığı halda, doğum haqqında şəhadətnamədə onun doğum yeri Ermənistan Respublikası Qoris rayonu yazılmışdır. Doğum akt qeydinin bərpa edilməsi üçün kifayət qədər əsaslar olmadığından və yuxarıda qeyd olunan uyğunsuzluq aşkar edildiyindən akt qeydinin bərpa edilməsi mümkün deyil. Hazırkı halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyə ti aktların qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 28 fevral tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.1987-ci ildə Ermənistan SSR-nin Qoris şəhərində doğulmuş, doğum faktı Ermənistan SSR-nin Qoris rayon VVAQ İdarəsi tərəfindən xx.xx.1987-ci ildə 153 nömrəli akt qeydi ilə qeydə alınmış, anası-milliyətcə rus Abkaryan (Krestova) İrina Nikolayevna, atası-milliyətcə erməni X1 xnın doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1987-ci ildə Ermənistan SSR-nin Qoris şəhərində doğulmuş və xx xxxxx 1987-ci ildə Ermənistan SSR-nin Qoris rayon VVAQ İdarəsi tərəfindən x seriyalı x saylı doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Doğum haqqında şəhadətnaməsində doğum yeri kimi Ermənistan SSRİ-nin Qoris şəhəri göstərilmişdir. X4 Vazq(g)enoviç xx xxxxxxx 1961-ci ildə Ermənistan SSR-in Qoris şəhərində doğulmuşdur, xx xxxxx 2004-cü ildə Belarusiya Respublikasında ölmüşdür. Anası Krestova (Abkaryan) İrina Nikolayevna xx xxxxxx 1964-cü ildə Azərbaycan SSR-nin Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı olmuş, xx.xx.2006-cı ildə Suraxanı RPİ tərəfindən Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı xnömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Anası xx xxxxxx 2009-cu ildə Bakı şəhərində ölmüşdür. X5 Slavikovna xx xxxxxx 1985-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuşdur. 1988-ci ildə Belorusiyaya getmişlər, o, Minsk şəhərinin Mədil rayonunun Brili kəndində yaşamış, 3-cü sinfə qədər orta məktəbi Belorusiyada oxumuşdur. xx xxxxxx 1996-cı ildə Azərbaycana qayıtmışlar. Anası ilə atasının nikahının pozulması Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2006-cı il tarixdə qeydiyyata alınmışdır. 2012-ci ildə Azərbaycan Respublikasının vətəndaşı X3 ilə ailə qurmuş, 2013-cü ildə bir qızları doğulmuşdur. xx.xx.2019-cu ildə X3 ilə nikaha daxil olmuş, buna uyğun olaraq ona “x” soyadı verilmişdir. Uzun illər Azərbaycanda şəxsiyyət vəsiqəsi olmadan yaşamışdır. Sonradan xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ******* saylı qərarla onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul etmişdir. Bundan sonra o, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə doğum haqqında şəhadətnaməsini də təqdim etməli idi. Ona doğum haqqında şəhadətnamə Ermənistan SSR-də verildiyindən həmin sənədi rus dilindən Azərbaycan dilinə tərcümə etmək zərurəti yaranmışdır. Bu məqsədlə doğum haqqında şəhadətnaməsini Azərbaycan dilinə tərcümə edən şəxs sənədin tərcüməsində doğulduğu şəhəri “Qoris” əvəzinə “Qolisi” kimi tərcümə edib. Nəticədə, doğulduğu şəhər Daxili İşlər Nazirliyinin onun şəxsiyyətini təsdiq edən sənədlərlə bağlı bölməsində “Qolisi” kimi qeyd edilib. Bu səhvin düzəldilməsi üçün o, onu şəxsiyyət vəsiqəsi ilə təmin edən 5 saylı Ba kı “ASAN xidmət” mərkəzinin şəxsiyyət vəsiqəsi bölməsinə müraciət etmiş, onlar demişlər ki, onun doğum yeri sistemə artıq “Qolisi” kimi yerləşdirilmişdir və onu Ədliyyə Nazirliyinin 5 saylı Bakı “ASAN xidmət” mərkəzindəki Qeydiyyat şöbəsinə yönəldərək bildirmişlər ki, yalnız Ədliyyə Nazirliyi öz sistemində onun doğum haqqında şəhadətnaməsini tərcümə edib yerləşdirdikdən sonra, onlar da sənədlərdə Ədliyyə Nazirliyinin məlumatına əsasən düzəliş edə bilərlər. 5 saylı Bakı “ASAN xidmət” mərkəzindəki Qeydiyyat şöbəsi ona bildirmişdir ki, doğum akt qeydi Ermənistanda saxlanıldığından Azərbaycanda mövcud olmayan akt qeydinin tərcüməsini sistemə yerləşdirmək mümkün deyil. Yalnız doğum akt qeydi Azərbaycanda bərpa edildikdən sonra, bu cür prosedur aparıla bilər. Bu səbəbdən də doğum akt qeydinin bə rpa edilməsi zərurəti yaranmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Bakı İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(112)-3735/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şəxsin doğum haqqında akt qeydinin bərpasına dair iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 27 iyul tarixli 21(103)-1325/2020 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdiril mədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sahəvi normativ-hüquqi aktla vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpasının yalnız itirilmiş qeydin olduğu yerdəki qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edildiyi imperativ qaydada təsbit edilmişdir. İddiaçının doğum haqqında akt qeydi Ermənistan SSR-də aparıldığından, bu tələbin cavabdeh tərəfindən icra olunması həm faktiki, həm də hüquqi baxımdan mümkün deyil.
10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilərək iddia tələbinin mümkün sayılmasını və işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətin in dəlilləri 11. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
12. İstinad edilən 13-cü bənddən göründüyü kimi, iddiaçı vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası üçün ərizə verən şəxs kimi yaşadığı ərazidə yerləşən qeydiyyat şöbəsinə müraciət edir və həmin ərazidə fəaliyyət göstərən qeydiyyat şöbəsi həmin ərizəni icra edir. İstinad edilən 13-cü bənd imperativ (icbari xarakterli) hüquq normasıdır və iddiaçı, eləcə də cavabdeh qanunun əmredici xarakterinə əsasən həmin no rmaya riayət etməlidir.
13. Məhkəmə hesab edib ki, iddiaçının müraciətinin icra orqanı keçmiş Ermənistan SSR-nin varisi kimi Ermənistan Respublikasının müvafiq səlahiyyətli qurumlarıdır.
14. Məhkəmə Müddəaların 19-22 və 10-cu maddələrinə əsaslanıb. Halbuki, həmin normalar hazırkı işə tətbiq edilə bilməz. Belə ki, işin hallarından görünür ki, iddiaçının doğumu Ermənistan SSR-də qeydə alınıb. İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün hazırda məlum səbəblərdən Ermənistana gedə bilmir. Bu səbəbdən də, o, doğum akt qeydinin Azərbaycanda bərpa olunmasını istəyir. Bu cür bərpa üçün iddiaçının əlində doğum akt qeydinin bərpasına əsas olan doğum haqqında şəhadətnaməsi var.
15. Hamıya bəlli olan fakt bundan ibarətdir ki, hazırda Qarabağ münaqişəsinə görə Azərbaycan Respublikası ilə Er mənistan Respublikası arasında hər hansı rəsmi-diplomatik münasibətlər təsis edilməyib. Əgər belə bir münasibət mövcud olsaydı, iddiaçının doğum akt qeydinin Azərbaycanda bərpasına ehtiyac da qalmazdı. Məhz bu səbəbdən Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər olmadığından iddiaçının Azərbaycanda doğum akt qeydinin bərpa olunmasına zərurət yaranıb.
16. Ermənistana gedə bilmədiyi üçün iddiaçı “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 13-cü bəndinə əsasən yaşadığı yerin qeydiyyat şöbəsinə müraciət edib və doğum akt qeydinin bərpa olunmasını istəyib.
17. Ailə Məcəlləsinin 158.1-ci maddəsinə müvafiq olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətənd aşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır.
18. Bu səbəbdən də “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 19-cu bəndində göstərilən inzibati hərəkətin həyata keçirilməsinin (rəy və toplanmış digər materialların icra üçün Ermənistana göndərilməsinin) mümkün olmaması doğum akt qeydinin bərpasından imtina üçün legitim səbəb təşkil edə bilməz. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı dövlət mənafeyi üçün əhəmiyyət kəsb edir və vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır.
19. Bu halda iddiaçının doğumu barədə itirilmiş qeydin bərpa edilməməsinin dövlət mənafeyinə necə fayda verməsi aydın deyil və bu cür bərpanın edilməməsi iddiaçının şəxsi və əmlak hüquqlarının pozun tusu ilə nəticələnir.
20. Məhz buna görə də, təcrübədə doğumu Ermənistan SSR-də qeydə alınmış Azərbaycan vətəndaşlarının (eləcə də, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış Ermənistan SSR-dən qaçqın düşmüş şəxslərin) vətəndaşlıq vəziyyəti aktlarının (o cümlədən doğum akt qeydlərinin) bərpası onların təqdim etdikləri doğum haqqında və digər şəhadətnamələr əsasında həmin şəxslərin Azərbaycanda yaşayış yeri üzrə qeydiyyat şöbələri tərəfindən birbaşa bərpa edilir və buna dair sistemli inzibati praktika mövcuddur.
21. İşin hallarından da bəlli olur ki, belə praktikanı tətbiq edən subyektlərdən biri olan cavabdeh də iddiaçıya imtina cavabı verərkən, özünün bu hərəkətin icr ası üçün səlahiyyətli qurum olmamasına deyil, iddiaçının doğum akt qeydinin bərpası üçün əsasının olmamasına istinad edib. Burdan da bəlli olur ki, cavabdeh yuxarıda qeyd edilən praktikaya görə özünü Ermənistan SSR-də doğumu qeydə alınmış şəxslərin doğum akt qeydinin bərpası üçün səlahiyyətli qurum hesab edib. Məhkəmə iddianın mümkünlüyünə dair qərardad çıxararkən bu halları nəzərə almayıb. Apellyasiya Məhkəməsi Müddəaların 19-22-ci bəndlərində nəzərdə tutulan itirilmiş qeydin bərpasına dair fakültativ (ikinci dərəcəli) prosessual qaydalara yanlış olaraq əsaslanmaqla hazırkı işin faktiki hallarını və Ailə Məcəlləsinin 158.1-ci maddəsini nəzərə almayıb. Yuxarıda qeyd edilən hallara əsasən iş üzrə əsas prosessual hüquq normaları olan Müddəaların 13, 16 və 18-ci bəndləri bu işə birbaşa tətbiq edilməlidir və məhkəmə buna uyğun olaraq qərardad çıxarılmalı idi.
22. Yuxarıda sadalananlara əsasən müəyyən edilir ki, cavabdeh qeydiyyat orqanı hazırkı iş üzrə səlahiyyətli dövlət orqanıdır və buna müvafiq olaraq məcburetmə haqqında iddia üzrə cavabdehlik daşıyan qurumdur. Onun səlahiyyəti yuxarıda istinad edilən Müddəaların 13 və 18-ci bəndlərinə, Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən meydana çıxır. Onun öhdəliyinin hüquqi əsasını isə həmin Müddəaların 16-cı bəndi təşkil edir. Bunlara uyğun olaraq cavabdehin imtinası üzrə iddiaçının məhkəmədə məcburetmə haqqında iddia qaldırmaq hüququ meydana çıxıb. b. məhkəmə icraatı iştirakçılarının izahatları
23. İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
24. Cavabdeh və üçüncü şəxs DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi ərizə ilə müraciət edərək işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını xahiş etmişlər.
25. Digər üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
26. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər material larla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apell yasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayə t əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. İş üzrə iddiaçı apellyasiya məhkəməsin in qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 19, 20, 21, 22-ci bəndlərinə istinad etmişdir.
31. Həmin normaların tələbinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiall arla birlikdə icra üçün itirilmiş qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir (19). Rəy toplanmış bütün materiallarla birlikdə itirilmiş qeydin olduğu yerdəki qeydiyyat şöbələrində və konsulluq idarələrində bərpa qeydiyyat kitabında qeydə alınır (20). Vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edildikdə, qeydiyyat şöbələri və konsulluq idarələri vətəndaşlıq vəziyyəti aktının qeydinin bərpasını məhkəmənin qətnaməsinə əsasən qərar qəbul etmədən qeydə alır (21). Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası məsələsi bu əsas müddəaların 10-cu, 11-ci və 12-ci bəndində nəzərdə tutulmuş qaydada həll edilir (22).
32. Məhkəmə kollegiyası apellyasiya instansiya sı məhkəməsinin həmin normalara istinadını və həmin normaların tələblərini hazırkı məzmunda iddianın mümkünsüzlüyünün əsasları kimi qəbul etmir. Belə ki, “Əsas Müddəalar”ın “Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası”nı müəyyən edən digər normalarının tələbinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir (13-cü bənd). Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnamə sinə əsasən bərpa edilir (16-cı bənd). Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir... (18-ci bənd).
33. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur.
34. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi normalara gəldikdə, həmin normaların tələblərinin təmin olunması (göz lənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi (ərizəçinin yaşayış yeri üzrə) qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur.
35. İnzibati orqanın ərizəni təmin etməkdən imtina etdiyi nəzərə alındıqda, iddiaçının hazırkı məzmunda iddiasının məhkəmələrin yuxarıda qeyd etdikləri səbəblərə görə mümkünsüz hesab edilməsi qanuni və əsaslı olmamışdır.
36. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünlüyünə dair məsələni, bununla bağlı işin faktiki hallarını yuxarıda qeyd edilən normaların dispozisiya şərtlərinə uyğun araşdırmalı və qiymətləndirməli idi. Bu zaman, nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması prinsipinə dair müddəaların tələbləri iddianın mümkünlüyünə də aiddir.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 27 iyul tarixli 21(103)-1325/2020 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov