Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1968/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeyd iyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1455/2023 nömrəli, 19 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər XDS İK tərəfindən 20 aprel 1972-ci tarixdə verilmiş 132037 saylı orderə əsasən Bakı şəhəri, Şərifzadə küçəsi, 58 saylı evin sahəsi 29 kv.m olan 58 saylı mənzil iddiaçının atası X4 verilmişdir. Həmin mənzildə atası X6, anası X12, iddiaçı və qardaşı X14 qeydiyyatda olmaqla yaşamışdırlar. Anası xx.xx.2004-cü il tarixdə, atası xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
2. Yasamal rayon məhkəməsinin 2(004 )-6174/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qardaşı Məmmədov Samir fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Yasamal rayon İH başçısının xx.xx.2022-ci il tarixli, 56 saylı sərəncamı ilə qardaşına qəyyum təyin edilmişdir.
3. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 58 saylı evin 58 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmişdir.
4. Cavabdeh iddiaçının mərhum atası X1 adının orderdə göstərilməsinə baxmayaraq, həmin orderin əsası kimi çıxış edən Bakı şəhəri 26 Bakı Komissarı Rayon XDS İK-nın 14 aprel 1972-ci il tarixli, 30 saylı protokolunda olmaması ilə əlaqədar olaraq müraciəti təmin etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasa mal rayonu, Şərifzadə küçəsi, 58 saylı evin 58 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər XDS İK tərəfindən 20 aprel 1972-ci il tarixdə verilmiş 132037 saylı orderə əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 29 kv.m olan 58 saylı mənzil X4 verilmişdir. Həmin orderdə mənzildə yaşayanların siyahısında X6, X12 və hazırkı iddiaçı X13 qeyd edilmişdir. İddiaçı (İddiaçı) X6 və X12 arasında 17 mart 1971-ci il tarixli 903 saylı nikahdan doğulmuşdur. İddiaçının anası X9 25 aprel 2004-cü il tarixdə vəfat etmişdir, atası X6 isə 4 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı onun Bakı şəhəri 12 saylı Notariat Ofisinə müraciəti əsasında X2 miras qalmış əmlaka vərəsə kimi tan ınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)6174/2021 saylı iş üzrə 29 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən yuxarıda qeyd olunan ünvanda qeydiyyatda olan iddiaçının qardaşı X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuşdur. Bakı şəhəri Yasamal RİH başçısının 28 yanvar 2022-ci il tarixli 56 nömrəli sərəncamı ilə İddiaçı qardaşı X10 qəyyum təyin edilmişdir. X9 23 iyun 1972-ci il tarixdən 9 iyun 2004-cü il tarixədək, X6 23 iyun 1972-ci il tarixdən 4 sentyabr 2021-ci il tarixədək ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. Hazırda həmin ünvanda İddiaçı, qardaşım X14, eləcə də X5 ilə iddiaçı arasında bağlanmış 27 iyun 1993-cü il tarixli 1421 nömrəli nikahdan doğulmuş uşaqlar – X7 (1996-cı il təvəllüdlü) və X11 (2000-ci il təvəllüdlü) qeydiyyatdadır. İddiaçı 3 saylı Bakı Asa n Xidmət mərkəzinin arxiv şöbəsinə müraciət etmişdir. 22 fevral 2022-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzindən daxil olmuş məlumatda bildirilir ki, keçmiş 26 saylı Bakı Komissarı Rayon ZDS İK-nın (indiki Səbail RİH) arxiv fondu üzrə 14 aprel 1972-ci il tarixli 30 saylı protokolu Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin həmin protokolda X6 barədə heç bir məlumat yoxdur. İddiaçı 3 saylı Bakı Asan Xidmət Mərkəzindən aldığı imtinaya görə 1 saylı Bakı Ərazi İdarəsinə yazılı sürətdə müraciət etmişdir. İdarə mənzilə baxış keçirmişdir. İddiaçının və qardaşının, övladlarının, ərinin orada yaşamağı təsdiqlənmişdir. 1 saylı Bakı Ərazi İdarəsindən bildirilmişdir ki, qeyd olunan mənzilə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquq müəyyənləşdirici sənədlərin əsilləri ilə (arxiv arayışı əlavə olunmaq ilə) Asan Xidmət mərkəzlərinə müraciət edilməsi məqsədə uyğundur. Lakin 1 saylı Bakı Ərazi İdarəsi Milli Arxiv İdarəsinə sorğu göndərməmişdir. Keçmiş 26 Bakı Komissarı Rayon ZDS İK-nın (indiki Səbail RİH) əməkdaşlarının təqsirindən 30 saylı protokolda X3 adı və soyadı qeyd olunmasa da, 30 saylı orderin əsl sürəti mövcuddur.
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 58 saylı evin 58 saylı mənzilinə dair verilmiş Səbail rayon (26 Bakı Komissarı) ZDS İK-nın 30 saylı, xx.xx.1972-ci il tarixli qərarının və qeyd olunan qərara əsasən verilmiş 132 037 saylı xx.xx.1972-ci il tarixli orderi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə və Dövlət Arxivinin Bakı filialına sorğu göndərilmişdir. Sorğuya cavab olaraq Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 6-835 saylı, xx.xx.2022-ci il tarixli məktubunda Səbail Rayon İcra Hakimiyyəti başçısının 2017-ci ilə qədər olan arxiv sənədlərinin, qanunamüvafiq qaydada Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyi bildirilmişdir. Sorğuya cavab olaraq Dövlət Arxivinin Bakı filialı tərəfindən isə Səbail rayon (26 Bakı Komissarı) ZDS İK-nın 30 saylı, xx.xx.1972-ci il tarixli protokol və qərarlarının Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, lakin həmin qərarda X6 barəsində hər hansı məlumatın olmadığı bildirilmiş dir. Bu barədə iddiaçıya **********09 saylı, xx.xx.2022-ci il tarixli məktubu ünvanlanmışdır. 8. ünvan 3ixli qərarı ilə (hakim R.L.Kərimli) İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddiası təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 58 saylı evin 58 saylı mənzilinə İddiaçı və qardaşı X8 hər ikisinin mülkiyyət hüquqları müvafiq razılaşmadan asılı olaraq yarana və qeydiyyata alına bilər (ümumi, tək birinə mənsub və s.). Hazırkı İddiaçı qəyyumu olduğu qardaşı X8 adından ona mənsub hüquqdan imtinaya dair əqdin (birtərəfli razılaşmanın) imzalanmasını isə, mövcud qanunvericilik normaları (Mülki Məcəllənin 36.2-ci maddəsi) birmənalı olaraq qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsinin alınması ilə şərtləndirir. Xüsusilə diqqət yetirilməlidir ki, İddiaçı hazırkı tələbi üzrə işin hallarında qəyyumu olduğu qardaşı X8 hüququndan sonuncunun adından öz xeyrinə imtina etmiş olur (qəyyumluqdan olanın adından hüquqdan qəyyumun xeyrinə imtina). Müvafiq qəyyumluq və himayəçilik orqanının belə razılaşmasının olmaması və işin bu xüsusatları hazırda İddiaçı mənzilin tək mülkiyyətçisi kimi çıxış etməsini istisna edir.
10. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı iddiası əsassız sayılmalı və onun Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 58 saylı evin 58 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavab deh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23in 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd hal kimi qiymətləndirilməməlidir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1455/2023 nömrəli, 19 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və R.Ə.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı tələb üzrə İddiaçı qəyyumu olduğu qardaşı X8 hüququndan sonuncunun adından öz xeyrinə imtina etmiş olur. Müvafiq qəyyumluq və himayəçilik orqanının belə razılaşmasının olmaması və işin bu xüsusatları hazırda İddiaçı mənzilin tək mülkiyyətçisi kimi çıxış etməsini istisna edir.
14. Məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin təmin edilərək “Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 58 ünvanında yerləşən 58 saylı mənzilin atası X4 məxsus olması barədə arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya mərhələsində iddia ərizəsində dəqiqləşmə apararaq “Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 58 ünvanında yerləşən 58 saylı mənzilin atası X4 məxsus olmasına dair arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Eyni zamanda apellyasiya şikayəti üzrə baxılan işə Yasamal rayon İcra Hakimiyyətinin 3-cü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsinə dair vəsatət vermiş və həmin vəsatətdə qəyyumluq və himayəçilik orqanının məhkəmədə iştirakını xahiş etmişdir.
18. Çünki birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsi ilə müəyyən edilmiş məhkəmənin “yardım etmək vəzifəsini” icra etməmiş, iddia növünün düzgün müəyyən edilməsi ilə bağlı yardım etmək əvəzinə iddia tələbinə olduğu kimi mahiyyəti üzrə baxmış və tələbini təmin etməmişdir. Halbuki, yardım etsəydi bu qədər işin uzanmasına və qanunsuz qərarların qəbul edilməsinə səbəb olmazdı.
19. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin dəqiqləşməsi barədə ərizəni, Yasamal rayon İcra hakimiyyətinin 3-cü şəxs qismində cəlb edilməsi barədə vəsatətini və apellyasiya şikayətinə verdiyi əlavəni məhkəmə iclasında müzakirə etməmiş, sanki belə bir sənədlər məhkəməyə daxil olmamış kimi hərəkət etmiş və həmin sənədlərə münasibət bildirilmədən, heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamış, apellyasiya şikayətini təmin etməmişdir. Mənzilin özəlləşdirilməsinə Yasamal rayon icra Hakimiyyətinin Qəyyumluq və himayəçilik şöbəsindən razılıq barədə rəy alınması üçün isə işin təxirə salınaraq vaxt verilməsini dəfələrlə xahiş etsə də, sədrlik edən buna məhəl qoymadan müşavirə otağına gedərək qərarını elan etmişdir.
20. Məhkəmə iclasında izahat verərək göstərmişdir ki, mənzilin 1/2 hissəsinin qardaşının, 1/2 hissəsinin isə onun adına rəsmiləşdirilməsinə tam olaraq razıdır. Qanunvericilik bunu tələb edir. Lakin məhkəmə qəyyumluq və himayəçilik orqanını 3-cü şəxs kimi işə cəlb edilməsi barədə vəsatətini təmin etməmiş, müvafiq rəyini almaq üçün ona vaxt verməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın də lilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasın da qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olu nduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Maddə 36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. 24. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə
1. Dövlət və ya i ctimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə
5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilər in ümumi mülkiyyətinə verilir.
25. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı v erilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imk an verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri gös tərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. X25 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. İddiaçının mənzilin ½ hissəsinin qardaşının, ½ hissəsinin isə onun adına rəsmiləşdirilməsinə razı olduğu və apellyasiya məhkəməsinin bunu nəzərə almadığı ilə bağlı kassasiya dəl illərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı tərəfindən göstərilən tələblə cavabdehə ilkin müraciət olmamış və cavabdeh orqan həmin tələbə münasibətini bildirməmişdir.
34. Hazırkı qərarın 27-ci bəndində qeyd olunan məhkəmənin plenum qərarında iddianın mümkün sayılması üçün ilkin müraciətin mövcudluğu əsas şərtlərindən biridir.
35. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, apellyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, şikayət təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1455/2023 nömrəli, 19 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qətidir