Məhkəmə qərarları › İş №2-1(102)-1968/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1968/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1968/2024 15.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxsə mənfəət vergisi hesablanması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın l əğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2-1(104)-180/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Uçot-baza məlumatlarına əsasən, iddiaçı MMC xx.xx.2019-cu ildə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, əsas fəaliyyət növü “yük avtomobil nəqliyyatlarının fəaliyyəti” olmuşdur.

2. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı uçot-baza məlumatlarına əsasən, iddiaçı tərəfindən 2020-ci il üzrə elektron qaimə-faktura əsasında 1410251,47 manat məbləğində malların təqdim edilməsinə və elektron qaimə-faktura əldə etməklə xərclərin 272042,64 manat, əmək haqqı üzrə xərcl ərinin 22532,18 manat, sosial sığorta və işsizlikdən sığorta üzrə xərclərin 1631,06 manat olduğuna və balansında nəqliyyat vasitələrinin olmadığına baxmayaraq 2021-ci il üçün mənfəət vergisi bəyannaməsinin təqdim edilməməsinə görə, xx.xx.2023-cü il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir.

3. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********516900 nömrəli qərarı ilə iddiaçıya 2020-ci il üzrə 222.208,47 manat məbləğində mənfəət vergisi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ər izə ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********516900 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun əsas fəaliyyəti “Yük avtomobil nəqliyyatlarının fəaliyyəti” olmaqla, vergi ödəyicisi kimi 2019-cu ildə dövlət qeydiyyatına alınmışdır. İddiaçı MMC sadələşdirilmiş vergi ödəyicisidir. Cəmiyyətin balansında 2 ədəd özüboşaldan yük nəqliyyat vasitəsi və 1 ədəd yükləyici ekskavatoru olmuşdur. İddiaçı MMC 2019-2021-ci illər ərzində qeyd olunan nəqliyyat vasitələri ilə fərqlənmə nişanı əldə etməklə, həmçinin “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilələr əsasında digər şəxslərin xidmətindən istifadə etməklə sifarişçi ilə bağlanm ış xidmət müqavilələrinə əsasən ölkədaxili yükdaşıma xidmətləri göstərmişdir. İddiaçının həmin fəaliyyətlə məşğul olmasının sübutu, xidmət göstərdiyi və ya xidmətindən istifadə etdiyi şəxslərdən aldığı və ya təqdim etdiyi elektron qaimə fakturalardır. Göründüyü kimi, iddiaçı qanunla sadələşdirilmiş vergi ödəyicisi olmalı olduğu halda, vergi orqanı tərəfindən qanunla qorunan hüquqları pozularaq, mənfəət vergisinin ödəyicisi hesab edilmişdir.

6. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı uçot-baza məlumatlarına əsasən, iddiaçı tərəfindən 2020-ci il üzrə elektron qaimə-faktura əsasında 1410251,47 manat məbləğində mallar təqdim edilməsinə və elektron qaimə-faktura əldə etməklə xərclərin 272042,64 manat, əmək haqqı üzrə xərclərin 22532,18 manat, sosial sığorta və işsizlikdən sığorta üzrə xərclərin 1631,06 manat olduğuna və balansında nəqliyyat vasitələrinin olmadığına baxmayaraq 2021-ci il üçün mənfəət vergisi bəyannaməsinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təqdim edilmiş ümumi dəyəri 1410251,47 manat məbləğində 124 ədəd qaimənin tərkibinə nəzər saldıqda müəyyən edilir ki, həmin qaimələr təqdim edilmiş mal, görülmüş iş və xidmətlərin tərkibi baxımından 2 qrupa bölünür: 1) əhəng daşı tullantısı, 2) əhəng daşı tullantısı daşınması. Göründüyü kimi, "xxxx" MMC əhəng daşı tullantısının satışını (təqdim edilməsini) həyata keçirmiş və bu zaman əhəng daşının alıcıya çatdırılmasını da öz üzərinə götürərək icra etmişdir. Yəni, iddiaçının fəaliyyəti yalnız yükdaşıma deyil, malların təqdim edilməsi olmuş, sadəcə olaraq, təqdim edilmiş mallın (əhəng daşı tullantısı) alıcılara çatdırılması da "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən, bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Buna əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri olmadan bir şəxsə məxsus yük və sərnişinlərin daşınması üçün digər şəxslərlə müqavil ə bağlayaraq vasitəçilik xidməti göstərən şəxslər Vergi Məcəlləsinin 218.4.1-ci maddəsi ilə əhatə olunmur. Belə ki, daşıma xidmətləri ikinci tərəf tərəfindən deyil, üçüncü tərəfə (daşıyıcılara) ötürülməklə həyata keçirildiyindən, bu fəaliyyət ekspeditor fəaliyyəti hesab olunur. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Ekspeditorun öz xidmətləri üçün aldığı muzd onun vergitutulan əməliyyatlarına aid edilir. Lakin "xxxx" MMC tərəfindən təqdim edilmiş qaimələrdən də göründüyü kimi, "xxxx" MMC-yə təkcə 1410251,47 manat məbləğində yükdaşıma xidmətləri deyil, malların satışı və yükdaşıma xidmətləri də göstərmişdir. Lakin "xxxx" MMC tərəfindən əldə edilmiş qaimələrin tərkibi nin təhlili onu göstərir ki, "xxxx" MMC istisna olmaqla, "xxxx" MMC heç bir vergi ödəyicisindən əhəng daşı tullantısı almamışdır. Aparılmış araşdırma çərçivəsində iddiaçının bank hesablarının araşdırılması zamanı yükdaşıma xidməti adı ilə bir sıra vergi ödəyicilərinə 1172103,00 manat məbləğində vəsait köçürüldüyü, həmin vergi ödəyicilərinin əksəriyyətinin yükdaşıma fəaliyyəti üçün müvafiq nəqliyyat vasitəsinin olmadığı, bu ödəyicilərdən "xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyət növünün "xxxx" olduğu, daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, X1 (VÖEN: **********) 2020 və 2021-ci illərdə yükdaşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növünün “İxtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı” olduğu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Ləğv prosesindədir) (VÖEN: **********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növünün “Ev təsərrüfatları tərəfindən şəxsi istehlak üçün müxtəlif xidmətlərin göstərilməsi” olduğu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növünün "xxxx" olduğu, X2 (VÖEN: **********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növünün “Digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi” olduğu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növünün "xxxx" olduğu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növlərinin “İxtisaslaşdırılmamış topdansatış və Təcrübə-tikinti işləri” olduğu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növünün "xxxx" olduğu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növünün “Təcrübə-tikinti işləri” olduğu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növünün “İxtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı” olduğu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: ******* ***) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növünün “Digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri” olduğu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növünün "xxxx" olduğu, sonuncu hər 3 MMC-nin xx.xx.2020-ci il tarixdə X7 tərəfindən təsis edildiyi, vergi borclarının olduğu və heç bir ödəniş aparılmadığı, X3 (VÖEN: **********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növünün “Yük avtomobillərinin icarəsi və lizinqi” olduğu, X4 (VÖEN: **********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növünün “Digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış topdansatış” olduğu müəyyən edilmişdir. Əlavə olaraq fərdi sahi bkarlardan X2 və X4 mülkiyyətində və etibarnamə əsasında istifadəsində olan "xxxx" MMC tərəfindən əldə edilmiş qaimələrdə göstərilən yükdaşıma xidmətlərinin göstərilməsi üçün yük daşıyan avtonəqliyyat vasitəsi mövcud olmamışdır. Eyni zamanda, uçot-baza məlumatlarına və vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən, Cəmiyyətin balansında 1 ədəd “SHACMAN” markalı yük avtomobili və 1 ədəd CASE markalı ekskavatorun olduğu, “SHACMAN” markalı **-JV-*** nömrəli yük avtomobili ilə bağlı Cəmiyyət tərəfindən fərqlənmə nişanı alındığı müəyyən edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən Cəmiyyətə məxsus yük avtomobili və müqavilə əsasında digər şəxslərə məxsus yük avtomobilləri vasitəsilə yüklərin daşınmasına dair əmtəə-nəqliyyat qaimələri, sürücülərlə imzalanmış təhvil-təslim aktları kameral vergi yoxlaması ilə əlaqədar araşdırmaya təqdim edilməmişdir.

7. Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)-2584/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

8. Məhkəmə öz mövqeyi belə əsaslandırmışdır ki, iddiaçının yükdaşıma xidməti adı ilə müvafiq fərqlənmə nişanı olmayan bir sıra vergi ödəyicilərinə 1.172.103,00 manat məbləğində vəsait köçürməsi ilə bağlı cavabdehin arqumentləri ilə bağlı qeyd olunur ki, hər hansı vergi ödəyicisinin müvafiq fərqlənmə nişanı almadan yükdaşıma xidməti ilə məşğul olması, həmin ödəyicilərin hüquq və öhdəlikləri ilə əhatə olunur və bu hal, iddiaçının vergi öhdəliyindən yayınması anlamına gəlməməlidir. Digər tərəfdən, cavabdehin 124 ədəd elektron qaimə-fakturanın 113 ədədində malların “daşınması” ifadəsinin öz əks ini tapması, 11 ədəd qaimə-fakturada isə məhz “daşınma” ifadəsinin yazılmamasını, həmçinin "xxxx" MMC-nin heç bir vergi ödəyicisindən əhəng daşı tullantısı almamasını əsas götürərək iddiaçının mal təqdim etməsi (satması) qənaətinə gəlməsi, bu qənaətin yalnız ehtimallara söykəndiyini deməyə əsas verir. Belə ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 05.PG-19.073 nömrəli subpodarat müqaviləsindən, həmin müqaviləyə əlavələrdən və aktlardan da görünür ki, tərəflər sifarşçi tərəfindən sifariş olunan mədən qazma və xammalın daşınması xidmətlərinin göstərilməsi ilə bağlı razılığa gəlmişlər və həmin müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı MMC müxtəlif vaxtlarda mallar daşıyaraq sifarişçiyə təhvil vermişdir. Cavabdeh orqan yalnız 11 ədəd qaimə-fakturada olan ifa də tərzinin kifayət qədər mötəbər olmamasını nəzərə almamış, "xxxx" MMC-nin iddiaçıdan mal almasını sübut etmək üçün ən azından həmin təsərrüfat subyektinin vergi və mühasibatlıq sənədlərini qarşılıqlı araşdıraraq düzgün və əsaslı nəticəyə gəlmək hüququndan yararlanmamışdır. Bununla da cavabdeh mötəbər və kifayət qədər tutarlı olmayan dəlillərə əsaslanaraq iddiaçının vergidən yayınması qənaətinə gəlmişdir ki, bu hal, mövcud qanunvericiliyin tələblərinə əsasən iddiaçının xeyrinə şərh edilməlidir.

9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. b) apelyasiya instansiya məhkəməsində icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-180/202 4 saylı, 13 fevral 2024-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-2584/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, İddiaçı MMC ilə “Premium Transport MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 05.PG-19.073 nömrəli subpodrat müqaviləsi, həmin müqaviləyə əlavələr və aktlar əsasında tərəflər sifarşçi tərəfindən sifariş olunan mədən qazma və xammalın daşınması xidmətlərinin göstərilməsi ilə bağlı razılığa gəlmişlər və həmin müqavilənin şərtlərinə uyğun olaraq, İddiaçı MMC müxtəlif vaxtlarda mallar daşıyaraq sifarişçiyə təhvil vermişdir. Təqdim edilmiş qaimə fakturalar əsas ında da, bu fakt öz təqsidini tapır. Cavabdehin iddia tələbinə etirazının və apellyasiya şikayətinin dəlillərində göstərdiyi 124 ədəd elektron qaimə-fakturanın 113 ədədində malların “daşınması” ifadəsinin öz əksini tapması, 11 ədəd qaimə-fakturada isə məhz “daşınma” ifadəsinin yazılmamasını, həmçinin "xxxx" MMC-nin heç bir vergi ödəyicisindən əhəng daşı tullantısı almamasını əsas götürərək iddiaçının mal təqdim etməsi (satması) qənaətinə gəlməsi yalnız ehtimallara söykənir. Göründüyü kimi, cavabdeh orqan yalnız 11 ədəd qaimə-fakturada olan ifadə tərzinin kifayət qədər mötəbər olmamasını nəzərə almamış, həmçinin "xxxx" MMC-nin iddiaçıdan mal almasını sübut etmək üçün ən azından həmin təsərrüfat subyektinin vergi və mühasibatlıq sənədlərini qarşılıqlı araşdıraraq düzgün və əsaslı nəticəyə gə lmək hüququndan yararlanmamışdır. Digər tərəfdən, iddiaçının yükdaşıma xidməti adı ilə müvafiq fərqlənmə nişanı olmayan bir sıra vergi ödəyicilərinə 1.172.103,00 manat məbləğində vəsait köçürməsi ilə bağlı cavabdehin iddia tələbinə etirazının və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunur ki, hər hansı vergi ödəyicisinin müvafiq fərqlənmə nişanı almadan yükdaşıma xidməti ilə məşğul olması həmin ödəyicilərin hüquq və öhdəlikləri sferasına aid bir məsələdir və bu hal, iddiaçının vergi öhdəliyindən yayınması kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən yekun qərar qəbul edilən zaman mötəbər sübutlara deyil, ehtimallara əsaslanaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir.

12. Hazırkı iş üzrə cavabdeh orqan iddiaç ı tərəfindən vergi bəyannaməsinin təqdim edilməməsini əsas gətirərək, Vergi Məcəlləsinin 37.2, 67 və 83-cü maddələrinə əsasən iddiaçının 2020-ci il hesabat dövrü üzrə vergi borcunu hesablasa da, kollegiya qeyd edir ki, kameral vergi yoxlaması metodu ilə o halda vergi hesablana bilər ki, iddiaçı bəyannamə təqdim etsin və həmin bəyannamədən 30 iş günü müddəti keçməmiş olsun. Hazırkı halda, iddiaçı tərəfindən bəyannamə təqdim edilmədiyindən, kameral vergi yoxlaması aparılmaqla vergi hesablanması Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə ziddir. Göründüyü kimi, bəyannamə təqdim edilmədiyi halda, kameral vergi yoxlamasının proseduru qaydasında vergi hesablanması Vergi Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmamışdır. Bununla belə qeyd edilməlidir ki, bu prosedurun qanunsuz hesab edil məsi vergi orqanının Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılması kimi təfsir edilə bilməz. Cavabdeh digər yoxlama tədbirini keçirməklə mənfəət vergisi ilə bağlı hesablama apara bilərdi, lakin bu hüququndan istifadə etməmişdir.

13. Cavabdeh qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə dair təqdim etdiyi etirazın dəlilləri ilə eynilik təşkil edir.

15. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, iddiaçı yükdaşıma fəaliyyətini digər şəxslər (vergi ödəyiciləri) vasitəsilə həyata keçirdiyini bildirsə də, cavabdeh orqanın etirazında bunun mümkün olmadığı, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 218.4.1-ci və 221.4.7-ci maddələrinin tələblərinə istinadla vergidən yayınma sxemindən istifadə edərək vergidən yayınmaq cəhdi uğursuz alınmış, inzibati orqan tərəfindən müvafiq araşdırma aparılmış, iddiaçı tərəfindən mübahisələndirilən qərar qəbul edilməklə bunun qarşısının alındığını sübuta yetirən faktlar məhkəmənin diqqətinə çatdırıldığı halda, məhkəmələr buna laqeyd yanaşmışdır.

16. Belə ki, iddiaçının guya, müxtəlif vergi ödəyiciləri vasitəsilə yükdaşıma fəaliyyətini həyata keçirməsi görüntüsünü yaratmaq üçün qurmuş olduğu əməliyyatlar toplusu vergidən yayınma sxemidir və iddiaçı tərəfindən yükdaşıma fəaliyyəti üçün müvafiq yükdaşıma vasitələri olmayan, başqa fəaliyyət növləri ilə məşğul olan vergi ödəyiciləri vasitəsilə yüklərin daşınma görüntüsünün yaradılması cəhdi Mülki Məcəlləsinin 340.2-ci maddəsinin tələbləri baxımından, vergidən yayınma və həmin yayınma nəticəsində əldə olunmuş vəsaitlərin nağdlaşdırılması məqsədi daşıyan yalançı əqddir. Göründüyü kimi, inzibati orqan tərəfindən bütün bunlar faktlarla sübut edilmişdir. Əks halın sübut edilməsi isə vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi kimi iddiaçının üzərinə düşür.

17. Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın müvafiq maddələrinə əsasən, iddiaçının özünün, yaxud digər şəxslər vasitəsilə həqiqətən yükdaşıma fəaliyyətini həyata keçirdiyini təsdiq edən müvafiq sənədlər mövcud deyildir.

18. Göründüyü kimi, hətta yükdaşıma deyil, məhz idd iaçı tərəfindən malların təqdim edilməsi barədə tərtib edilmiş 11 ədəd qaimənin də heç bir ilkin uçot sənədi olmadan, məhkəmə tərəfindən yükdaşıma xidmətlərinin göstərilməsi kimi qiymətləndirilməsi, qanunvericilik normalarının düzgün tətbiq edilməməsinin, işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmamasının nəticəsidir.

19. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən konkret qaimələr üzrə yükdaşıma xidmətinin, yaxud malların təqdim edilməsinin həyata keçirildiyini təsdiq edən müvafiq ilkin uçot sənədləri olmadığı halda, məhkəmə tərəfindən birtərəfli qaydada qiymətləndirmə aparmaqla, hətta malların təqdim edilməsi barədə qaimələr də yükdaşıma xidmətlərinin göstərilməsi kimi qiymətləndirilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin iddiaçı tərəfindən bəyannamə təqdim edilm ədiyindən kameral vergi yoxlaması aparılmaqla, vergi hesablanmasının Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə zidd olmasına dair mövqeyini əsassız hesab edən kassator göstərir ki, Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Göründüyü kimi, məhkəmə kollegiyası Vergi Məcəlləsinin 37.4-cü maddəsini düzgün şərh edə bilmədiyi üçün bəyannamə təqdim edilmədiyi halda, kameral vergi yoxlamasının proseduru qaydasında vergi hesablanmasının Vergi Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmadığı qənaətinə gəlmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçı larının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu g ündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şika yət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apell yasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikay əti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərl ik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Bununla belə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

30. Cavabdeh kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin hazırkı qərarın 12-ci bəndində qeyd edilən mövqeyi ilə bağlı göstərmişdir ki, bu yanaşma Vergi Məcəlləsinin tələblərinə ziddir.

31. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kameral vergi yoxlamaları üzrə hesablamaların spesifik tərəfi ondan ibarədir ki, vergi ödəyicisi 3 il ərzində hesablama aparılan dövr ə münasibətdə yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim etməklə, əvvəlki inzibati aktın ləğvinə və yeni inzibati aktın qəbul edilməsinə nail ola bilər. Belə vəziyyətlərdə iddiaçının dəqiqləşdirilmiş bəyannamənin təqdim olunması imkanından yararlandığı təqdirdə, cavabdehin həmin bəyannaməyə 30 iş günü (mənfəət və gəlir vergisinə münasibətdə 60 iş günü) ərzində münasibət bildirmək öhdəliyi yaranır (Vergi Məcəlləsinin 37.2-ci maddəsi). Nəticədə, ya iddiaçının təqdim etdiyi bəyannamə qəbul olunur və mübahisə aradan qalxır, ya da həmin dövr üzrə yeni inzibati akt qəbul edilir. Bu halda da iddiaçının yenidən iddia ilə məhkəməyə müraciət etməsi mümkündür. Bu mənada, vergi ödəyicisinin kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərarı ən azı 3 il ərzində mübahisələndirmək imkanına malik old uğu nəzərə alınmalıdır.

32. Vergi Məcəlləsinin 85.4-cü maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyasına görə, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

33. Nəzərə alınmalıdır ki, 30 iş günü müddəti vergi ödəyicisi bəyannamə təqdim etdiyi halda keçərlidir. Yoxlanılan dövr üzrə bəyannamə təqdim edilməyibsə, vergi orqanı əlavə izahat, məlumat tələb etməklə analoji qaydada hesablama aparmaq hüququna malikdir. Hazırkı mübahisəyə dair işin ape llyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan və mübahisələndirilməyən hallarına əsasən, iddiaçı tərəfindən 2020-ci il üzrə vergi orqanına sadələşdirilmiş vergi bəyannaməsi və ya mənfəət vergisi bəyannaməsi təqdim edilməmişdir. Buna baxmayaraq, işin hallarından görünür ki, cavabdeh hazırkı iş üzrə mübahisələndirilən qərarı qəbul etməmişdən öncə, iddiaçıya uyğunsuzluq məktubu göndərərək bəyannamə təqdim olunmasını tələb etmişdir.

34. Odur ki, məhkəmə kollegiyası kassatorun apellyasiya məhkəməsinin müddətlə bağlı qeyd etdiyi mövqeyin əsassız olması dəlili ilə razılaşsa da, nəzərə alınmalıdır ki, mübahisələndirilən qərar digər əsaslarla qanunsuz olduğundan apellyasiya məhkəməsinin həmin qərarın ləğv edilməsi ilə bağlı gəldiyi nəticə əsaslıdır.

35. Kassasiya şikayətinin digər dəlill ərinə münasibətdə məhkəmə kollegiyası işin xüsusi halları ilə bağlı qeyd edir ki, hazırda mübahisələndirilən kameral qərarın qəbul olunmasının əsasında iddiaçı müəssisə ilə "xxxx" MMC arasında 2020-ci il üzrə ümumi dəyəri 1.410.251,47 manat dəyərində baş tutmuş əməliyyatlar durur.

36. Cavabdeh hesab edir ki, iddiaçı daşıma xidməti ilə məşğul olmamış, aldığı malı alıcıya çatdırmışdır. Bu səbəbdən də onun fəaliyyəti Vergi Məcəlləsinin 218.4.1-ci maddəsi ilə əhatə oluna bilməz və iddiaçı gəlir vergisi ödəməlidir.

37. İddiaçının dövriyyəsinin 200.000 manatdan artıq olması isə işin mübahisəsiz halıdır.

38. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan art ıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDVnin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

39. Vergi Məcəlləsinin 157.3-cü maddəsinə əsasən, qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: - məcburi qeydiyyat zamanı: ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manat dan artıq olduqda - əməliyyatın aparıldığı günədək; bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə. - könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə. Bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə. Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən 3 illik dövr bitdikdən sonra vergi ödəyicisi tərəfindən ƏDV-nin dəqiqləşdirilməsinə və əvəzləşdirilməsinə yol verilmir. Bu maddənin müddəaları bu Məcəllənin 218.4.1-ci maddəsində göstəri lən şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində yük daşımalarını həyata keçirən şəxslərə tətbiq edilmir (VM-nin 157.3.1, 157.3.2 və 157.3.3-cü maddələri).

40. Vergi Məcəlləsinin tələblərinə əsasən, bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər (VM-nin 218.1.1-ci maddəsi).

41. Bundan başqa, Vergi Məcəlləsinin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq, bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir (VM-nin 218.4.1-ci maddəsinin mübahisələndirilən dövrdə qüvvədə olan redaksiyası).

42. Vergi Məcəlləsinin yuxarıda qeyd edilən müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, şəxsin ƏDV ödəyicisi olmaması üçün onun dövriyyəsi 200.000 manatdan az olmalı, ya da Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinin təsiri altına düşməlidir.

43. Hazırkı iş üzrə iddiaçının dövriyyəsinin 200.000 manatdan artıq olmasına baxmayaraq, iddiaçı ƏDV məqsədləri üçün qeydiyyata alınmamışdır. Yəni, cavabdeh faktiki olaraq iddiaçını ƏDV ödəyicisi hesab etməmiş və onun Vergi Məcəlləsinin 218. 4.1-ci maddəsinin (mübahisələndirilən dövrdə qüvvədə olan redaksiyasına əsasən) təsiri altına düşdüyünü de-fakto qəbul etmişdir.

44. Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən isə sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil.

45. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən dövrdə iddiaçının ardıcıl 12 aylıq dövriyyəsinin həcmi 200.000 manatdan artıq olsa da, həmin dövrdən üç ildən artıq vaxt keçməyinə baxmayaraq, cavabdeh hələ də onu ƏDV məqsədləri üçün qeydiyyata almamaqla, dolayısı yolla iddiaçının sadələşdirilmiş vergi ödəyici olmasını qəbul etmişdir.

46. Belə olan halda, cavabd ehin iddiaçıya mübahisələndirilən qərarla mənfəət vergisi hesablaması əsassız olmuşdur.

47. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2-1(104)-180/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar