Məhkəmə qərarları › İş №2-1(102)-1969/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1969/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1969/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sökülmüş daşınmaz əmlaka görə kompensasiyanın ödənilməsi; “işin hallarının araşdırılması” prinsipinə dair normaların tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Maliyyə Nazirliyi və X4) “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 2020-ci il 18 iyun tarixli 2-1(103)654/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək x küçəsində yerləşən xsaylı evin sökülməsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi kimi ona 50.000 manat kompensasiyanın ödənilməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı 2019-cu il 07 mart tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək x küçəsində yerləşən xsaylı evin mülkiyyətində olan hissəsinin sökülməsi nəticəsində vurulmuş ziyana görə 50.000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehi n üzərinə qoyulmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, x küçəsində yerləşən xsaylı evin bir hissəsi onun mülkiyyətində olmuşdur. Bu yaxınlarda həmin ev onun razılığı alınmadan və əvvəlcədən ona kompensasiya ödənilmədən sökülmüşdür. Ev sökülməzdən əvvəl o, cavabdehə müraciət edərək evin sökülməsi zamanı ona məlumat verilməsini və müvafiq kompensasiya ödənilməsini xahiş etmişdir. Cavabdeh bu barədə ona məlumat veriləcəyini bildirsə də, evin sökülməsi zamanı ona hər hansı məlumat verilməmişdir. Evinin söküldüyünü öyrəndikdə isə, cavabdehə yenidən müraciət edərək evin sökülməsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi kimi ona 50.000 manat kompensasiya ödənilməsini xahiş etsə də, cavabdeh müraciətinin təmin edilməsindən yayınmışdır. 4. 1 saylı Bakı İnzibati-İqtisadi M əhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(81)1695/2019 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)1695/2019 nömrəli qərardadı ilə X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)1695/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, x küçəsində yerləşən xsaylı evin mülkiyyətində olan hissəsinin sökülməsi nəticəsində vurulmuş ziyana görə 24.022,5 manat kompensasiyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, xsaylı evin ümumi sahəsinin 101.15 kv.m təşkil etməsi, həmin evin “A” tikilisinin 32.03 kv.m hissəsinin X3 və İddiaçı məxsus olması işin mübahisələndirilməyən halıdır. X3 və İddiaçı məxsus olan daşınmaz əmlaka dair payları müəyyənləşdirilmədiyindən, bərabər sayılaraq X3 16.015 kv.m və İddiaçı 16.015 kv.m kimi müəyyənləşdirilməli və iddiaçıya 24.022,5 manat kompensasiya ödənilməlidir.

8. İddiaçı qərarı mübahisələndirməmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin qismən təmin olunan hissəsində rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 iyun tarixli 21(103)-654/2020 n ömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. İş materiallarında olan və məhkəmənin qərarının əsaslandırıcı hissəsində göstərilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2019-cu il tarixli, **********18 nömrəli məktubundan görünür ki, müba hisə predmeti olan evə dair iddiaçının payı qeyri-dəqiq göstərilmiş və iddiaçının mülkiyyətində hansı sahənin və hansı ölçülərdə olmasını müəyyənləşdirmək mümkün olmadığı, əlavə sübutlar toplanmasında və əlavə araşdırıma aparılmasında zərurət olduğu halda, məhkəmə tərəfindən müvafiq tədbirlər görülmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul etmişdir.

14. Bundan başqa, məhkəmə qərar qəbul edərkən maddi hüquq normalarının pozuntusuna yol verərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.3-cü maddəsinin müddəalarını tətbiq etmişdir. Belə ki, “A” tikilisinin sahəsini iş materiallarında olan sənədlər əsasında müəyyən etmək qeyri-mümkün olduğu halda, eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin x x.xx.2019-cu il tarixli, **********18 nömrəli cavab məktubunda “A” tikilisinin üç şəxsin mülkiyyətlərində olduğu göstərildiyi təqdirdə, məhkəmə hesab etmişdir ki, 1 saylı İnzibati-İqtisadi Məhkəməsi X2 və X1 paylarını bərabər hesab edərək hər birinin payını 16.015 kv.m müəyyən edib x 24.022,5 manat kompensasiya hesablamaqda haqlı olmuşdur. Halbuki, sözügedən xx.xx.2019-cu il tarixli, **********18 nömrəli məktubda x küçəsi, xsaylı evin “A” tikilisinin qalan hissədən bir hissə İddiaçı, “A” tikilisinin bir hissəsi “xxxx” MMC-nin, “A” tikilisindən qalan hissədən bir hissəsi X2 adına qeydiyyatdan keçməsi və hazırda mülkiyyətlərində olması, yəni “A” tikilisi qeyrimüəyyən şəkildə üç şəxsin mülkiyyətlərində olması qeyd olunmuşdur. “A” tikilisinin sahəsinin hansı ölçüdə olmasını və Şəmiyev Feruzun “A” tikilisinin dəqiq hansı hissəsi (payına düşən sahənin ölçüləri göstərilməklə) mülkiyyətində olması barədə əlavə olaraq müvafiq sorğular verilməli və araşdırılmalar aparılmalı idi. Məhkəmə “A” tikilisinin İddiaçı və X3 məxsus olan hissəsinin ölçülərinin ümumilikdə 32,03 kv.m. olmasını hansı mötəbər sübut hesab edilən sənədlərlə təsdiq edilməsini göstərə bilməmişdir.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinə əsasən, sübu tlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

16. Göründüyü kimi, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verərək qərar qəbul etmişdir. b. kassasiya şikayətinə iddiaçının etirazları

17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. c. məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdehin vəkili Vəkil xx xxxxxxx 2020-ci il tarixli məhkəmə icla sında kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

20. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur.... apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) də yişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. Cavabdeh haqlı olaraq qeyd edir ki, mübahisə predmeti olan evə dair iddiaçının payı qeyri-dəqiq göstərilmiş və iddiaçının mülkiyyətində hansı sahənin və hansı ölçülərdə olmasını müəyyənləşdirmək mümkün olmadığı, əlavə sübutlar toplanmasında və əlavə araşdırma aparılmasında zərurət olduğu halda, məhkəmə tərəfindən müvafiq tədbirlər görülmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul etmişdir. 25. “A” tikilisinin sahəsini iş materiallarında olan sənədlər əsasında müəyyən etmək qeyri-mümkün olduğu, eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********18 nömrəli cavab məktubunda “A” tikilisin in üç şəxsin mülkiyyətlərində olduğu göstərildiyi halda, məhkəmə hesab etmişdir ki, 1 saylı İnzibati-İqtisadi Məhkəməsi X2 və X1 paylarını bərabər hesab edərək hər birinin payını 16.015 kv.m müəyyən edib x 24.022,5 manat kompensasiya hesablamaqda haqlı olmuşdur. Halbuki, sözügedən xx.xx.2019-cu il tarixli, **********18 nömrəli məktubda x küçəsi, xsaylı evin “A” tikilisinin qalan hissədən bir hissə İddiaçı, “A” tikilisinin bir hissəsi “xxxx” MMC-nin, “A” tikilisindən qalan hissədən bir hissəsi X2 adına qeydiyyatdan keçməsi və hazırda mülkiyyətlərində olması, yəni “A” tikilisi qeyri-müəyyən şəkildə üç şəxsin mülkiyyətlərində olması qeyd olunmuşdur. Lakin həmin məktubdan iddiaçı ilə üçüncü şəxsə məxsus payların ölçüsü məlum deyil.

26. Məhkəmə “A” tikilisinin İddiaçı və X3 məxsus olan hissəsin in ölçülərinin ümumilikdə 32,03 kv.m olduğunun hansı mötəbər sübutlarla təsdiq edildiyini göstərə bilməmişdir.

27. İşdən göründüyü kimi, eyni tarixdə (7.3.2005-ci il) eyni nömrə ilə müxtəlif məzmunlu qeydiyyat vəsiqələri verilmişdir. Evin texniki pasportundakı məlumatlarla (ölçülərlə) evə dair qeydiyyat vəsiqəsindəki məlumatlar uyğunsuzluq təşkil edir.

28. Cavabdeh yuxarıda qeyd edilən ziddiyyətli və araşdırılmalı hallara dair dəlillərini apellyasiya şikayətində də qeyd etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlillərinə münasibət bildirməmiş, mübahisənin düzgün həlli üçün işin hallarını tam və hərtərəfli araşdırmadan qərar qəbul etmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 57.8, 82 və 87.8ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 iyun tarixli 21(103)-654/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar