Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1969/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi; növbədənkənar səyyar vergi yoxlaması, yoxlamanın dayandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN:**********) cavabdeh Azərbaycan R espublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “ vergi məsuliyyətinə cəlb edilməyə dair qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyun 2022-ci il tarixli, 21(107)-139/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********149807 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
2. Yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli, **********150706 saylı səyyar vergi yoxlaması Aktı ilə rəsmiləşdirilmiş, həmin Akt əsasında xx.xx.2019-cu il tarixli, **********191543 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərar ilə iddiaçıya sadələşdirilmiş verginin azaldılmasına görə 8.087,89 manat, mənfəət vergisinin azaldılmasına görə 69.930 manat, əlavə dəyər vergisinin azaldılmasına görə 24.899,80 manat, ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 2.206,20 manat, cəmi 103.276,37 manat əlavə vergilər hesablanmış və vergi qanunvericiliyinin pozulmasına görə 52.320,78 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı müraciət edərək “Vergi ödəyicisinin vergi qanunvericil iyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********191543 nömrəli qərarın ləğv edilməsi və həmin qərarda göstərilən ümumi məbləğ, maliyyə sanksiyası və hesablanan faizlərin şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, növbədənkənar səyyar vergi yoxlaması 7 may 2018-ci il tarixdə başlanmış, 22 avqust 2019-cu il tarixdə başa çatmışdır. Yoxlama 13 aydan çox müddətdə aparılmışdır. Yoxlama əsassız olaraq 14 dəfə dayandırılmışdır. Həmçinin cavabdeh tərəfindən iddiaçı MMC-də həyata keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasında heç bir ekspertiza aparılmamış, mütəxəssis rəyi alınmamışdır. Cavabdeh yoxlanma müddətinin uzadılması barədə hər hansı əsasland ırılmış qərar qəbul etməmişdir. Bundan başqa, cavabdeh vergi orqanının səyyar vergi yoxlamasının aparılması barədə xx.xx.2018-ci il tarixli qərarı və yoxlamanın uzadılması barədə qərarları da sahibkarlıq sahəsində aparılan yoxlamanın vahid reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa, sadələşdirilmiş verginin azaldılmasına görə hesablanmış əlavə 8.087,89 manat düzgün müəyyən edilməmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib olunmuş xx.xx.2019 tarixli, **********150706 saylı aktın 10-cu səhifəsində qeyd olunur ki, 3-cü rüb 2015 - 1-ci rüb 2017-ci ildə "xxxx" MMC-də 404.394,50 manat hasilat olmuş, lakin iddiaçı bu məbləği həmin dövr üçün sadələşdirilmiş vergi bəyannamələrində göstərməmişdir. Halbuki, elə həmin aktın 6-cı səhifəsində vergi orqanı qeyd etmişdi r ki, "xxxx" MMC 2015, 2016, 2017 mənfəət vergisi bəyannamələri vermişdir. Həmin dövrlərdə mənfəət vergisi bəyannamələri o vaxt iddiaçının qeydiyyatda olduğu Bakı Lokal Gəlirlər Departamentinə təqdim edilmiş və onlar tərəfindən təsdiq olunmuşdur. İddiaçı eyni zamanda həm mənfəət vergisi və həm də sadələşdirilmiş vergi ödəyicisi ola bilməz. Həmçinin, mənfəət vergisinin azaldılmasına görə əlavə 69.930,30 manat da düzgün müəyyən edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 83.9-cu maddəsinin əsasən vergi hesablaması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, vergi orqanı tərəfindən iddiaçının fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatlarından istifadə olunmamış, ağlabatan görünməyən tərzdə «analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin tapılmadığını» əsas g ətirməklə, buna dair təsdiqedici sübutlar olmadan (təqdim etmədən) Nazirlər Kabinetinin qeyd edilən 55 saylı qərarına əsasən şərti rentabelliyi tətbiq etməklə, 69.930,33 manat məbləğində mənfəət vergisi hesablanmışdır.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, - vergi ödəyicisinin rəhbəri tərəfindən səhhətində aranmış problemlərlə əlaqədar əmək qabiliyyətinin itirilməsi ilə bağlı müxtəlif tarixli ərizələrlə səyyar vergi yoxlamasının dayandırılması barədə vergi orqanına müraciət olunmuş və məhz həmin müraciətlər əsasında vergi yoxlaması əsaslandırılmış qərarlarla bir neçə dəfə dayandırılmışdır. Həmçinin keçirilən səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə d ə bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün yoxlamanın keçirilməsi müddəti əsaslandırılmış şəkildə müvafiq qərarlarla artırılmışdır. Bundan əlavə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərar və digər qərarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışda qeydiyyatdan keçmişdir. İddiaçı MMC vergi orqanına 2015-ci ilin 3-cü rüb - 2017-ci ilin 1-ci rüb tarixləri arasında təqdim etdiyi sadələşdirilmiş vergi bəyannamələrində dövriyyə göstərməmişdir. Yoxlama zamanı sadələşdirilmiş verginin hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğinə nisbətən 8.087,89 manat azaldıldığı aşkar edilmişdi r. Belə ki, təqdim edilmiş sənədlərə və mənbəyi bəlli bank məlumatlarına əsasən müəssisə tərəfindən ekspeditor fəaliyyətindən və fındıq ləpəsinin ixracından əldə edilmiş 404.394,50 manat ümumi hasilatın məbləği vergi orqanına təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində əks etdirilməmişdir. - Vergi orqanına təqdim olunmuş bəyannamədəki xərclərin düzgünlüyü yoxlanılarkən xərclərin sənədlərlə təsdiq ediİmədiyi aşkar olunmuş, buna görə də müəssisənin gəlirin əldə edilməsi ilə bağlı və gəlirdən çıxılmalı olan xərclərini, nəticədə isə vergi tutulmalı olan mənfəətini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbləri əsasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə 2017-ci il üçün mənfəət ve rgisi hesablanmışdır. Yoxlama zamanı vergi ödəyicisinin gəlirinin gömrük məlumatlarına əsasən kənd təsərrüfatı məhsullarının ixracından və bank reyestri məlumatlarına əsasən ekspeditor fəaliyyətindən birgə 2.243.257,57 manat olduğu, xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan 2.856,57 manat mənfi məzənnə fərqi nəzərə alınmaqla, vergi tutulan ümumi gəlirinin 2.240.401,03 manat olduğu müəyyən edilmişdir ki, həmin məbləğə də yuxarıda qeyd olunan qaydada mənfəət vergisi hesablanmışdır. - vergi ödəyicisinin ekspeditor fəaliyyətindən ümumilikdə 138332,23 manat məbləğində xidmət haqqının əldə edildiyi, lakin həmin məbləğin ƏDV bəyannamələrində qeyd edilmədiyi və büdcəyə ƏDV-nin hesablanmadığı müəyyən olunmuşdur.
6. Şəki İnzibati Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2-1(116)-5/2022 nömrəli qərarı (hakim: X1) ilə iddia qismən təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********191543 nömrəli qərarı qismən, ödəmə mənbəyində tutulan vergi üzrə hesablanmış 2206,20 manat vergi məbləği, həmin məbləğə münasibətdə tətbiq edilmiş 1103,10 manat maliyyə sanksiyası və onlara münasibətdə hesablanmış faizlər istisna olmaqla, 2015-2017-ci illər üzrə hesablanmış mənfəət vergisi, 2017-2018-ci illər üzrə hesablanmış əlavə dəyər vergisi (ƏDV), 20152017-ci illər üzrə hesablanmış sadələşdirilmiş vergi, həmin vergilərə münasibətdə tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış faizlərə aid hissədə ləğv edilmiş, qərarın həmin hissəsi əsasında iddiaçıya əlavə h esablanmış verginin, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının, faizlərin iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin olunmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, - iş materiallarında olan ixrac gömrük bəyannamələrinin məlumatlarından göründüyü kimi, İddiaçı MMC tərəfindən 2017-ci ildə 123.000 kq fındıq, 73.200 kq pomidor və 872.000 kq kartof ixrac edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının gəldiyi nəticə nəzərə alınmaqla müəssisə tərəfindən 2017-ci ildə ödənilməli olan mənfəət vergisi aşağıdakı kimi müəyyən edilmişdir: ümumi gəlir 2.571.594,16 manat; cəmi xərclər 2.568.040,00 manat; balans mənfəəti (zərəri) 3.554,16 manat; mənfəətdən vergi (20%) 710,83 manat. Gös tərilən məlumatlara əsasən müəssisə üzrə 2017-ci ilin yekunlarına görə 3.554,16 manat məbləğdə vergiyə cəlb olunan mənfəət müəyyən edilir və həmin mənfəətdən 20% dərəcəsi ilə 710,83 manat məbləğdə mənfəət vergisi hesablanır. Vergi ödəyicisi tərəfindən bəyan edilmiş 4.749,73 manat mənfəət vergisi nəzərə alınmaqla, müəssisə üzrə son nəticədə 4.038,90 manat məbləğində mənfəət vergisinin artıq hesablanması müəyyən edilir. - Əlavə dəyər vergisi üzrə aparılmış tədqiqat zamanı müəyyən edilmişdir ki, müəssisə meyvə tərəvəzin ixracı və beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması zamanı müəssisə tərəfindən 138.332,23 manat məbləğində xidmət haqqına görə 24.899,80 manat məbləğində əlavə dəyər vergisinin azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 165.1.4-cü madd əsinə görə beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti, beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsinə görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur. Belə olan halda, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlara görə ƏDV-nin az hesablanması müəyyən edilməmişdir. - Sadələşdirilmiş vergi üzrə aparılmış tədqiqat ilə bağlı Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən müəssisə beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olduğu üçün həmin fəaliyyətə görə sadələşdirilmiş verginin hesablanması düzgün hesab edilməmişdir. Həmçinin ÖMV üzrə aparılmış tədqiqat zamanı müəyyən edilmişdir ki, i ş materiallarından göründüyü kimi, müəssisə tərəfindən 2018-ci ilin 1-ci rübündə qeyri-rezident şəxslərə 36.770,00 manat məbləğində ödəniş aparılmışdır. Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən müəssisə tərəfindən aparılmış əməliyyatlara görə 2.206,20 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən edilmişdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyun 2022-ci il tarixli, 2-1(107)-139/2022 nömrəli qərarı (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X2 və X4) ilə Şəki İnzibati Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2-1(116)-5/2022 nömrəli qərarı dəyişdirilmə dən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində işin halları və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı müəssisə yoxlanılan dövrdə faktiki olaraq kənd təsərrüfatı məhsullarının ixracı və beynəlxalq yükdaşımada ekspeditor xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlanılan dövrdə müəssisənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmamışdır. Həmçinin iş materiallarından müəs sisə tərəfindən yüklərin beynəlxalq daşınması məqsədi ilə qeyri-rezident şəxslərdən nəqliyyat sifariş edilməsini və beynəlxalq yükdaşıma müqabilində müəssisə tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalara və banklardan alınmış məlumatlara əsasən qeyri-rezident şəxslərə 36.770,0 manat ödəmələr edilməsini müəyyən edilmişdir. Belə olan halda, yəni beynəlxalq yük daşınmasının iddiaçı tərəfindən deyil, başqa şəxslər tərəfindən həyata keçirilmişdir. Beləliklə, iddiaçının fəaliyyətini birbaşa beynəlxalq yük daşınması kimi qiymətləndirilməsi əsassızdır. İş üzrə mötəbər sayılmış ekspert rəylərində qeyd edilmişdir ki, müəssisə beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olduğu üçün, həmin fəaliyyətə görə sadələşdirilmiş verginin hesablanması düzgün hesab edilməmişdir. İddiaçının beynəlxalq yükd aşıma fəaliyyəti ilə məşğul olduğu iş materialları ilə təsdiq edilməmişdir. 13. xx.xx.2021-ci il tarixli, 9/3942 nömrəli kompleks rnəhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibat ekspertizasının rəyinin, həm də xx.xx.2021-ci il tarixli 9/4870 nömrəli təkrar məhkəmə-mühasibat ekspertizasının rəylərinin qeyri-mötəbər olması ilə bağlı qeyd edilməlidir ki, ekspert rəyləri eynidir, cinayət işinin istintaqı dövründə təqdim edilmiş ekspert rəyi ilə xx.xx.2021-ci il tarixli ekspert rəyi ziddiyyət təşkil etdiyindən təyin olunmuş ekspert rəyi xx.xx.2021-ci il tarixli ekspert rəyini tamamilə köçürtmüşdür. Həmçinin ekspert qarşısında qoyulmuş suallar tam cavablandırılmamış, ekspert mənfəət vergisinin hesablanması zamanı gəlir olaraq yalnız ixrac olunmuş kənd təsərrüfatı məhsullarını əsas götürmüş, lakin ek speditor fəaliyyətindən əldə edilmiş gəlirləri isə nəzərə almamış, iş materiallarında kameral vergi yoxlaması aktı olmadığı halda, ekspert həmin rəyə istinad etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Vergi Məcəlləsi: Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əv vəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: - nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya m ütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; - səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə,... 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır):... 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirlə ri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin n əticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (-). 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərc lərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. (-). 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə
83. Vergi orqanları tərəfindən vergilərin hesablanması... Maddə 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (g əlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. 16. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparıl an yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqa nlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” (Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmişdir): Bənd 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010cu il 13 ap rel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bil ər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, işin halları ilə müəyyən olunur ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********149807 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
23. Aparılmış yoxlamanın nəticə si xx.xx.2019-cu il tarixli, **********150706 saylı səyyar vergi yoxlaması Aktı ilə rəsmiləşdirilmiş, həmin Akt əsasında xx.xx.2019-cu il tarixli, **********191543 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərar ilə iddiaçıya sadələşdirilmiş verginin azaldılmasına görə 8.087,89 manat, mənfəət vergisinin azaldılmasına görə 69.930 manat, əlavə dəyər vergisinin azaldılmasına görə 24.899,80 manat, ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 2.206,20 manat, cəmi 103.276,37 manat əlavə vergilər hesablanmış və vergi qanunvericiliyinin pozulmasına görə 52.320,78 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması qərara alınmışdır.
24. Hazırkı iş üzrə iddiaçının tələbi “Vergi ödəyicisinin verg i qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********191543 nömrəli qərarının ləğvi olmuşdur.
25. Göründüyü kimi iddiaçı mübahisələndirmə növündə iddia qaldırmaqla inzibati aktın ləğvini tələb etmişdir.
26. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 27. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
28. Yuxarıda qeyd edilən hüquq normalarının tələblərinin birgə təhlili nəticəsində o nəticəyə gəlinir ki, inzibati ak tın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməklə yanaşı, inzibati orqan həm də icraatla bağlı hüquq normalarının tələblərinə cavab verən düzgün inzibati icraat başladığını və apardığını sübuta yetirməlidir. Çünki vergi məsuliyyəti müəyyən edən inzibati akt həm vergi yoxlamasının başlanılmasına və aparılmasına dair icraatla bağlı normaların, həm də maddi hüquq normalarının tələblərinə riayət etməklə çıxarılmalıdır. Müvafiq olaraq məhkəmənin inzibati aktın qanuniliyini yoxlaması da həm icraatla, həm də maddi hüquqla bağlı normalarının tələblərinə riayət olunması istiqamətində aparılır.
29. Qanunvericiliyin tələblərinə görə səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növb əti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).
30. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühit inin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu, onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, la kin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir.
31. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul e dərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsip inin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır.
32. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə 4 may 2018-ci il tarixli, **********149807 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.
33. Bundan əlavə, vergi orqanı qərarında həmin əlaqəli məlumatları açıqlamamış, eləcə də səyyar vergi yoxlaması aktında da onları qeyd etməmişdir.
34. Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlaması nın təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.
35. Bundan başqa, yuxarıda sadalanmış qanunvericiliyin tələblərinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlm əklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
36. Hazırkı iş üzrə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarışa əsasən müəyyən edilir ki, yoxlamanın dayandırılması və yoxlamanın müddətinin uzadılması barədə qərarlar qeydiyyatdan keçsə də, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə xx.xx.2019-cu il tarixli qərar qeydiyyatdan keçməmişdir.
37. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarında birbaşa olaraq əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyestrdə qeydə alınmalı olmasına dair müddəa nəzərdə tutulmasa da, həmin Əsasnamənin müddəalarının ümumi təhlili onu deməyə əsas verir ki, nə qədər ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq ilkin səyyar vergi yoxlamasının keçirilməsindən fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır, eyni zamanda vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqları verir, bu halda həmin yoxlama da ilkin yoxlama kimi qeydə alınmalıdır.
38. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yar adılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarətetmə üsullarından biridir.
39. Beləliklə, yoxlamanın reyestrdə qeydiyyata alınması ilə bağlı formal-hüquqi tələbə əməl olunmamasının nəticəsi (reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur) qanunvericilikdə aşkar olaraq tənzimlənmişdir və bu tənzimləmə imperativ xarakter daşıyır. Cavabdeh tərəfindən həmin tələb təmin olunmadığından, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar “Sahibkarlıq sahəsində aparılan y oxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun reyestrdə qeydə alınmadığından onun tərəfindən aparılmış səyyar vergi yoxlaması iddiaçıya münasibətdə hüquqi nəticə yaratmır.
40. Bundan əlavə, məhkəmə kollegiyası səyyar vergi yoxlamalarının keçirilməsinin dayandırılmasına dair vergi orqanının qərarları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
41. Vergi qanunvericiliyi səyyar vergi yoxlamasının keçirilməsinin müddətlərini dəqiq müəyyən etmişdir. İnzibati orqanlar tərəfindən keçirilən icraatın konkret müddətlər ilə məhdudlaşdırılması inzibati icraatın iştirakçılarını onların hüquqlarının müdafiəsi ilə bağlı və ya onların hüquqlarına müdaxilə təşkil edə biləcək proseslərdəki həddən artıq gecikdirmələrdən (həmçinin sui-is tifadə hallarından) qorumaq, o cümlədən inzibati icraatın səmərəliliyinə nail olmaq məqsədlərinə xidmət edir. Odur ki, qanunvericilikdə hər bir inzibati orqanın fəaliyyətində ağlabatan müddətlər müəyyən edilmiş və inzibati orqanların həmin müddətlər çərçivəsində hərəkət etməsi öhdəlik kimi müəyyən edilmişdir. Bununla belə, qanunvericilik, o cümlədən vergi qanunvericiliyi müddətlərlə bağlı müəyyən istisnalar da nəzərdə tutur.
42. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz və müstəsna hallarda yoxlamanın keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Həmin Məcəllənin 38.7-ci maddəsi isə yoxlamanın hansı hallarda dayandırıla biləcəyini təsbit edir. Həmin əsaslardan biri də səyyar vergi yoxlaması aparılan vergi öd əyicisinin rəhbərinin və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsidir ki (əmək qabiliyyəti bərpa olunanadək), hazırkı iş üzrə cavabdeh bu hala istinadən (direktorun ərizəsi əsasında) yoxlamanı 10 dəfə dayandırmışdır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici dayandırmanın konkret əsaslarını göstərməklə inzibati icraatın aparılma müddətlərinə əsassız müdaxiləni məhdudaşdırmış və inzibati icraatın ağlabatan müddətdə yekunlaşmasına maneçilik tərədə biləcək halların qarşısını almışdır. Vergi qanunvericiliyində yoxlamanın dayandırılması imkanın nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xələl gətirmir (əksinə, həmin məqsədlərə xidmət edir), lakin o şərtlə ki, qanunvericlikdə nəzərdə tutul an əsasların mövcudluğu öz təsdiqini tapsın. Əks hal, Vergi Məcəlləsinin 38.7-ci maddəsindən sui-istifadəyə zəmin yaradar ki, bu da yolverilməzdir.
44. Lakin hazırkı iş üzrə vergi orqanı iddiaçı müəssisənin direktorunun ərizəsi əsasında yoxlamanı 10 (on) dəfə dayandırsa da (VM-nin 38.7.2-ci maddəsi), həmin şəxsin həqiqətən əmək qabiliyyətini itirməsini təsdiq edən sənədləri tələb etməmiş və bu halın mövcudluğunu araşdırmamış, uzun müddət əmək qabiliyyətinin itirilməsi nəticəsində direktorun səlahiyyətlərinin başqa şəxs tərəfindən icra edilə bilməsi imkanını müzakirə etməmişdir. Vergi Məcəlləsinin 38.7.2-ci maddəsində “vergi ödəyicisinin rəhbərinin və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi” halının dayandırmaya əsas kimi göstərilməsində qanunvericinin niyyəti yuxar ıda qeyd edildiyi kimi, inzibati icraatın çərçivəsində obyektiv araşdırma və inzibati icraatda maraqlı şəxslərin iştirakının təmin edilməsi kimi prinsiplərə xidmət edir ki, vergi orqanı 38.7.2-ci maddəyə istinadən yoxlamanı dayandırdıqda, həmin ərizənin nəzərə alınmamasının obyektiv araşdırma prinsipinə kölgə salacağı halından (əsaslı ehtimaldan) çıxış etməlidir. Bununla yanaşı, qanun konkret olaraq müəyyən edir ki, bu əsasla yoxlamanın dayandırılması məhz əmək qabiliyyətinin itirilməsi halı mövcud olduqda mümkündür. Ona görə də, cavabdeh inzibati orqan yoxlamanı dayandırmaq üçün yalnız bu barədə ərizəni yetərli saya bilməz, o həm də ərizəyə əmək qabiliyyətinin itirildiyini təsdiq edən sübutların əlavə olunmasını da yoxlamalıdır. Hazırkı işdə isə icraatı aparan inzibati orqan bu qaydada da vranmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş icraat materiallarından müəyyən olunur ki, iddiaçı müəssisənin direktoru yoxlamanın dayandırılmasına dair ərizə verərkən yalnız müvəqqəti olaraq əmək qabiliyyətini itirdiyini bildirmiş, bu halı təsdiq edən sənədi təqdim etməmişdir. Cavabdeh də həmin sənədi tələb etməmişdir.
45. Göründüyü kimi, hazırkı halda cavabdeh yoxlamanı dəfələrlə və eyni əsaslarla dayandırsa da, dayandırmanın əsaslarının mövcudluğunu yoxlamamış, dayandırmanın inzibati icraatın qarşısındakı məqsədlərə xidmət etməsi halından çıxış etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, yoxlamanın 10 dəfə dayandırılması qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla aparılmışdır, bu isə inzibati icraatın səmərəli keçirilməsinə mane olmuş və prosesin yubadılmasına şərait yaratmışdır.
46. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının dövriyyəsi üzrə xərc sənədlərinin olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir.
47. Formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə məhkəmə kollegiyası bir daha xatırladır ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsi ndə müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyun 2022-ci il tarixli, 2-1(107)-139/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.