Məhkəmə qərarları › İş №2-1(102)-1969/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1969/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1969/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi (əl ilə qaynaq aparan elektrik qaynaqçısı)). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edi lməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 may 2023-cü il tarixli, 2-1(106)-39/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, xx.xx.1977-ci il tarixdən xx.xx.1980-cı il tarixədək Salyan 76 nömrəli orta Texniki Peşə məktəbində armaturçu elektrik qaynaqçısı ixtisasi üzrə əyani təhsil almış, 1977-1979-cu illərdə Salyan rayon Kürqaraqaşlı kəndin “Oktyabr” adına kolxozunda işləmiş, xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.1994-cü il tarixədək həmin idarədə qaynaqçı, xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tar ixədək Salyan Oil LTD-də quyuların əsaslı və yeraltı təmiri sexində qazmaçı köməkçisi, xx.xx.2003-cü il tarixdən xx.xx.2015-ci il tarixədək həmin idarədə yeraltı təmir operatoru, xx.xx.2005-ci il tarixdən xx.xx.2015-ci il tarixədək həmin idarədə çilingər, xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həmin idarədə quyuları təmirə hazırlıq briqadasının operatoru və xx.xx.2021-ci il tarixdən hazırki vaxtadək test və avtomatika bölməsində neftölçən işləmişdir.

2. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubla imtina edərək bildirmişdir ki, təqdim edilmiş sənədlərdə onun xx.xx.1989cu il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövr ərzində Salyan ray on Maddi texniki təchizat və mexanikləşdirilmiş istehsalat birliyinin təmir emalatxanasında qaynaqçı vəzifəsində işləməsi qeyd olunmuşdur. Lakin həmin sənədlərdən onun işlədiyi vəzifənin əl ilə qaynaq aparan elektrik qaynaqçılarına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən güzəştli iş stajı 12 il 6 aydan az (10 il 2 ay (xx.xx.1994xx.xx.2005)) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, xx.xx.2022-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul olunasını xahiş etmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 21(120)-1502/2022 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Salyan rayonunda doğulmuş, xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək Salyan rayon 76 saylı orta texniki peşə məktəbində armaturçu-elektrik qaynaqçısı peşəsi üzrə tam kursu bitirərək, xx.xx.1980-ci ildə B seriyalı 128267 saylı dıplom almış (10 ay 25 gün sığorta stajı), xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək olan müddətdə sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş (2 il 21 gün sığorta stajı), xx.xx.1983-cü ildən 12 nömrəli əmrlə Salyan rayon X2 İdarəsində mexanikləşdirmə dəstə sahəsinə elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.1989-cu ildə Azərbaycan SSR X4 Komitəsinin 172 saylı xx.xx.1989-c u il tarixli əmrinə əsasən rayon mexanikləşdirmə müəssisəsi ləğv edildiyinə görə, tutduğu vəzifədən azad edilməklə Salyan rayon material texniki təchizat və mexanikləşdirmə istehsalat birliyinin mexanikləşdirilmiş torpaq işləri sahəsinə qaynaqçı vəzifəsinə köçürülmüş, xx.xx.1989-cu ildə təmir emalatxanasının qaynaqçısı peşəsinə keçirilmiş, xx.xx.1992-ci ildə ona 5-ci dərəcə qaynaqçı dərəcəsi verilmiş, xx.xx.1994-cü ildə isə öz ərizəsi ilə işdən azad edilmişdir (11 il 8 ay 14 gün sığorta stajı). xx.xx.1994-cü ildən xx.xx.2003-cü ilədək X5 Qaz Çıxartma İdarəsinin quyuların yeraltı əsaslı təmiri sexində qazmaçı köməkçisi, xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək quyuların yeraltı əsaslı təmiri sexində yeraltı təmir operatoru, xx.xx.2005-ci ildən xx.xx.2015-ci ilədək quyuların yeraltı əsaslı təmiri sexində çilingər, xx.xx.2015-ci ildən hal-hazıradək quyuların yeraltı əsaslı təmiri sexində quyuları təmirə hazırlıq briqadasının operatoru vəzifəsində işləmişdir. 1999-cu ildən X5 Qaz Çıxartma İdarəsinin adı dəyişdirilərək “Salyan Oil Limited” şirkəti adlandırılmışdır. Beləliklə, xx.xx.1977-ci ildən xx.xx.2006-cı il tarixə cəmi 25 il 10 ay (10 ay 25 gün+ 2 il 21 gün+ 11 il 8 ay 14 gün + 11 il 2 ay) sığorta stajı mövcuddur. Onun xx.xx.2019-cu ildə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 57 yaşı tamam olmuşdur, həmin vaxta isə 39 il 6 ay sığorta stajı mövcuddur. İşlədiyi əsas peşə əl ilə elektrik qaynaqçısı olmuş, sonradan isə neft - qaz çıxartma idarəsində də güzəştli işdə çalışmışdır. Göründüyü kimi, onun xx.xx.1977-ci ildən hal-hazıradək hansı təşkilatda peşə təhsili almas ı, idarə və təşkilatlarda işləməsi və hərbi xidmət keçməsi işə əlavə edilmiş əmək kitabçası, diplom və hərbi bilet ilə tam təsdiq edilir. Sonuncu dəfə 2022-ci ilin mart ayında güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasının təyin edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlərlə cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqanın 01 aprel 2021-ci il tarixli, **********5 saylı cavab məktubu ilə ərizəsi təmin olunmamışdır. Cavabdehin imtinası əsassız və qanunsuz olmaqla, onun pensiya və mülkiyyət hüquqlarını məhdudlaşdırır. Qaynaq işlərini yalnız əl ilə aparmaq mümkündür ki, o, bu peşəni məhz əl ilə yerinə yetirmişdir. Bu hal onun təhsil aldığı peşə məktəbindən verilmiş diplomda da öz təsdiqini tapmışdır. Onun sovet dövründə işlədiyi idarələr ləğv edilməklə, arxivləri Dövlət Arxivinə t əhvil verildiyinə görə, bu barədə yalnız arxiv arayışlarını ala bilmiş, ləğv edilmiş idarələrdən güzəştli arayış ala bilməmişdir. Bu arayışı ala bilməmək, əsas vermir ki, ahıl yaşında ona ödəniməli olan pensiyası verilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Ümumi peşələr” adlanan XXXİİİ bölmədə 2320000- 11620 kodu ilə qaz qaynaqçıları, 23200000-19906 kodu ilə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri, habelə 23 yanvar 2007-ci ildə təsdiq edilmiş Siyahıda Ümumi peşələr adlanan 35-ci bölmədə qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi əks ini tapmışdır. Göründüyü kimi, hər iki siyahıda istər qaz qaynaqçısı, istərsə də əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi göstərilmişdir ki, bu peşələri alın təri ilə icra etməklə, sağlamlığı hesabına güzəştli staj qazanmışdır.

5. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.

6. Şirvan İnzibati Məhkəməsinin (hakim F.N.Abbasov) 21 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1502/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün o, qeyd edilən yaş həddinə çatmalı, xx.xx.2006-cı il tarixədək ən azı 25 il ümumi iş stajı olmalı və bu müddətin ən azı 12 il 6 ayını 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli, yəni göstərilən tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajına mövcud malik olmalıdır. İş materiallarına əlavə edilmiş, iddiaçıya məxsus əmək kitabçasında qeyd olunmuş məlumatlar, eləcə də arxiv arayışı, həmçinin işlədiyi idarə və müəssisələr tərəfindən verilmiş arayışlar nəzərə alınmaqla, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajının mövcud olması öz təsdiqini tapmışdır. Belə ki, iş materialları na əlavə edilmiş, Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının 23 noyabr 2021-ci il tarixli, 628 saylı arayışından görünür ki, iddiaçı xx.xx.1989-cu il tarixli, 10-k nömrəli əmrə əsasən X1ynaqçı işinə qəbul edilmiş, xx.xx.1989-cu il tarixli, 46-k nömrəli əmrə əsasən xx.xx.1989-cu il tarixdən təmir emalatxanasına qaynaqçı keçirilmiş, xx.xx.1990-cı il tarixli, 37-k nömrəli əmrə əsasən 1989/90-cı ilin hesabına 24 iş günü həcmində xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixə kimi növbəti məzuniyyətə buraxılmış, xx.xx.1992-ci il tarixli, 15-k nömrəli əmrə əsasən 1990/91-ci ilin hesabına 24 iş günü həcmində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi növbəti məzuniyyətə buraxılmış, xx.xx.1991-ci il istirahət günü iş günü hesab edildiyindən məzuniyyətə əlavə edilmiş, xx.xx.1992-ci il tarixli, 87-k nömrəli əmrə əsasən 1991/92-ci ilin hesabına 24 iş günü həcmində xx.xx.1992-cı il tarixdən xx.xx.1992-ci il tarixə kimi növbəti məzuniyyətə buraxılmış, xx.xx.1993-cü il tarixli, 53-k nömrəli əmrə əsasən 1992/93-cü ilin hesabına 24 iş günü həcmində xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi növbəti məzuniyyətə buraxılmış, xx.xx.1994-cü il tarixli, 63-k nömrəli əmrə əsasən Salyan rayon maddi texniki təchizat və mexanikləşdirmə istehsalat birliyi üzrə öz xahişi ilə işdən azad olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddi açı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan (xx.xx.2019-cu il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər O.N.İsmayılov /sədrlik edən və məruzəçi/, M.K.Həsənov və S.F.Həsənov) 08 may 2023-cü il tarixli, 2-1(106)-39/2023 nömrəli qərarı ilə apellyasiya şi kayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1502/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayətinin dəlili iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövr ərzində qaynaqçı işlədiyi vəzifənin məhz əl ilə qaynaq aparan elektrik qaynaqçılarına aid olub-olmamasının müəyyən edilməməsi və bu səbəbdən, iddiaçının xx.xx.2006-cı il tar ixədək güzəştli iş stajının 12 il 6 aydan az olmasından ibarətdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2019-cui il tarixdə qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 15. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;.... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edil miş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: XXXİİİ (Ümumi peşələr) bölməsi 23200000- 19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikay ət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşki l etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının tələb olunan xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajını tamamlaması, eyni zamanda xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi dövrdə 10 il 2 ay güzəştli iş stajına malik olması cavabdeh inzibati orqan tərəfindən qəbul edilməklə mübahisələndirilmir, digər tərəfdən bu hallar işdə olan sənədlərlə də tam sübuta yetirilir.

22. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən məsələ iddiaçının xx.xx.1989-c u il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövr ərzində qaynaqçı işlədiyi vəzifənin məhz əl ilə qaynaq aparan elektrik qaynaqçılarına aid olub-olmamasının müəyyən edilməsindən ibarətdir.

23. Əvvəla, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçının həqiqətən də qeyd olunan illərdə qaynaqçı vəzifəsində işləməsi və əmək haqqı alması iş materialları ilə öz təsdiqini tapır. Lakin idarə ləğv edildiyindən iddiaçıya işlədiyi peşənin ona güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə olması ilə bağlı iş yerindən güzəştli iş arayışı verilməsi mümkün deyildir. Buna baxmayaraq, məhkəmə kollegiyası iddiaçının təhsili üzrə ixtisasını və arxiv arayışını nəzərə alaraq hesab edir ki, iddiaçının qaynaqçı işlədiyi həmin peşə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi ilə eynilik təşkil edir.

24. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi peşənin əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uyğun olub-olmaması istiqamətində heç bir araşdırma aparmamış, əsassız və formal səbəblərdən onun tələbinin təmin olunmasından imtina etmişdir.

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 may 2023-cü il tarixli, 21(106)-39/2023 nömrəl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar