Məhkəmə qərarları › İş №2-1(102)-1969/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1969/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1969/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi; məhkəmə sənədinin elektron üsulla çatdırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X1) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1430/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh1 başçısının xx.xx.2017-ci il tarixli, 318 saylı sərəncamının (Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binalarının yaxınlığında yerləşən tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi hissəsində) etibarsız hesab edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh1 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3450/202 3 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddiasının mümkün sayılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-1430/2024 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3450/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. Elektron Məhkəmə İnformasiya Sistemindən xx.xx.2024-cü il tarixli çıxarışlara əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-1430/2024 saylı qərardadı xx.xx.2024-cü il tarixdə elektron imza ilə təsdiq edilməklə tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.

6. İddiaçının nümayəndəsi və vəkili həmin q ərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Mad də 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.

8. Mülki Prosessual Məcəllə (MPM): Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı il ə həmin şəxsə həvalə edilə bilər.... Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. KASSASİYANİN MÜMKÜNLÜYÜ

9. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

10. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qə rarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

11. Məhkəmə kollegiyası İPM-nin 20.3-cü və MPM-nin 135.5, 135.6-cı maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1430/2024 nömrəli qərardadının iddiaçıya təqdim edilməsi tarixi həmin qərardadın iddiaçının nümayəndəsi Nümayəndə “elektron kabinet”ində yerləşdirildiyi xx.xx.2024-cü il kimi qəbul edilməli və müddətin axımının başlanğıcı həmin tarixdən hesablanmalıdır.

12. İddiaçı tərəfindən Nümayəndə etibarnamə xx.xx.2023-cü il tarixində verilmişdir və xx.xx.2024-cü il tarixədək qüvvədədir.

13. Apellyasiya instansiya məhkəməsinin qərardadı xx.xx.2024-cü il tarixdə saat 16:02-də iddiaçının nümayəndəsinin elektron kabinetinə yerləşdirilmişdir.

14. İddiaçının yeni nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. O, həmçinin ərizə təqdim edərək prosessual müddətin onun tərəfindən ötürülməmiş hesab edilməsini xahiş etmişdir.

15. İddiaçının nümayəndəsi ərizəsində qeyd etmişdir ki, iddiaçı ilə xx.xx.2024-cü il tarixdə müqavilə bağlamışdır. Kassasiya şikayəti verərkən baş vermiş texniki problemlər səbəbindən xx.xx.2024-cü il tarixdə kassasiya şikayətini elektron məhkəmə sistemi vasitəsilə göndərə bilməmişdir.

16. Məhkəmə kollegiyası hesab edir ki, 10 günlük müddət iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, apellyasiya instansiya məhkəməsinin qərardadı xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsinin elektron kabinetinə yerləşdirilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin axımı həmin tarixdən başlamış, xx.xx.2024-cü il tarixdə başa çatmışdır (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevr al 2024-cü il tarixli, 100 №-li Qərarı ilə 2024-cü il 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirildiyindən 6 aprel iş günü olmuşdur).

17. İddiaçının vəkili və nümayəndəsi tərəfindən qeyd edilən dəlil - xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sistemində texniki problemlərin mövcudluğu vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, iddiaçının vəkili və nümayəndəsi, özünün də təsdiq etdiyi kimi, iddiaçı ilə müqaviləni xx.xx.2024-cü il tarixdə, yəni qərardaddan şikayət verilməsi üçün müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra bağlamış, order də həmin gün tərtib olunmuşdur. Kassasiya şikayəti iddiaçının vəkili və nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanmış və həmin tarixdə poçt xidmətinə təqdim olunmuşdur. Beləliklə, prosessual müddət ötürülmüşdür. 1

8. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin ötürülməmiş hesab edilməsinə dair ərizə təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1430/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar