Məhkəmə qərarları › İş №2-1(102)-1969/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1969/2025

06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1969/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: Dörd uşağa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı dörd uşaqlı ana kimi xx.xx.2010-cu il tarixdən pensiyaya hüququnun yaranmasını nəzərə alıb pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 fevral 2025-ci il tarixli, 2-1(107)-218/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1960-cı ildə doğulmuş, xx.xx.2010-cu ildə 50 yaşa tamam olmuşdur. 2. xx.xx.2010-cu ilə qədər iddiaçı 4 uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş, həmçinin həmin vaxta qədər azı 5 il sığorta stajı mövcud olmuşdur.

3. İddiaçı cav abdehə müraciət edərək 50 yaşının tamam olduğu vaxtdan ona çoxuşaqlı ana kimi əmək pensiyası təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh imtinasında bildirmişdir ki, “Əmək pensiyaları haqqında" Qanunun 8.1ci maddəsinin xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən 4 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınlara 50 yaşına çatdıqda əmək pensiyası təyin edilirdi. Lakin İddiaçı 50 yaşı xx.xx.2010-cu il tarixdə (xx.xx.2010-cu il tarixdən sonra) tamam olduğu və həmin vaxt 50 yaşında olan qadının 5 uşağı olduğu halda pensiya hüququ yarandığı üçün Qanunun sözügedən müddəalarının ona münasibətdə tətbiq olunması mümkün olmadığından güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi mümkün hesab edilməmişdir. İş üzrə qəbul edi lmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək dörd uşaqlı ana kimi xx.xx.2010-cu il tarixdən pensiyaya hüququnun yaranmasını nəzərə alıb, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci tarixədək ödənilməli olan pensiyanın ödənilməsi, qanunda nəzərdə tutulduğu halda ödənilməyən xx.xx.2017-ci tarixdən xx.xx.2024-cü il tarixədək fərqin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 26 noyabr 2024-cü il tarixli 21(116)-2784/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının 50 yaşı olan vaxt pensiya qanunvericiliyi ndə tələb olunan şərtlərdən biri, yəni 5 uşağı olmadığından yaşa görə əmək pensiyası hüququ yaranmamışdır.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X1-məruzəçi, X2 və X3) 2-1(107)-218/2025 nömrəli 26 fevral 2025-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, Şəki İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 21(116)-2784/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş dir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır.

13. Belə ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı“ Əmək pensiyaları haqqında" Qanunun 8.1-ci maddəsinin (xx.xx.2010-cu il tarixədək qüvvədə olan) tələbləri baxımından 4 (dörd uşaq) doğmuş, 4 uşağı 8 yaşına qədər böyütmüş (2010-cu ildə sonuncu övladının 21 yaşı olmuşdur) və 19 (on doqquz) il, 1(bir) ay, 2 (iki) gün əmək stajı olmuşdur, yəni 4 vacib şərtin 3-ü tam yerinə yetirmişdir, qanunda dəyişiklik edildikdən 11 ay sonra isə 50 (əlli) yaşı tamam olmuşdur. 11 ay ərzində Əmək pensiyaları haqqında qanunda dəyişiklik edilməsə iddia çı tam hüquq qazanmışdır. İddiaçı vəziyyətini yaxşılaşdıran hal kimi qanunun geriyə qüvvəsinin şamil edilməsi mümkün olduğu halda məhkəmə bunu etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

8. Çoxuşaqlı qadınların, əlil uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası (xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş redaksiyada) 8.1.Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar-51 yaşına çatdıqda; 4 uşağı olanlar-50 yaşına çatdıqda; 5 uşağı olanlar-49 yaşına çatdıqda; 6 uşağı olanlar-48 yaşına çatdıqda; 7 uşağı olanlar-47 yaşına çatdıqda; 8 uşağı olanlar-46 yaşına çatdıqda; 9 uşağı olanlar-45 yaşına çatdıqda; 10 və daha çox uşağı olanlar-44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq.... 1. xx.xx.2010-cu il tarixdən qüvvədə olmuş redaksiyada (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsibarədə 27 oktyabr 2009-cu il tarixli, 904-İİİQD nömrəli Qanuna əsasən) Maddə

8. Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası 8.1. Beş və daha çox uşaq do ğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəl illərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xx.xx.2010-cu ildən çoxuşaqlı (4 uşaqlı) ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanmaqla xx.xx.2017-ci tarixədək pensiyanın ödənilməsi, həmçinin 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi yaşa görə sosial müavinət təyin olunduğu xx.xx.2017-ci il tarixdən sonrakı dövr üçün fərq məbləğinin cavabdeh tərəfindən ödənilməsinə nail o lmaqdır.

24. İddiaçının himayəsində 4 uşağı və 5 il sığorta stajı olan vaxt qüvvədə olan pensiya qanunvericiliyinə görə çoxuşaqlı ana kimi pensiya təyin edilməsi üçün həm də 50 yaşının tamam olması tələb olunurdu. Digər şərtlər mövcud olsa da, 50 yaşı olmadığından pensiya hüququ yaranmamışdır. İddiaçının 50 yaşı xx.xx.2010-cu ildə tamam olmuşdur. Bu zaman isə çoxuşaqlı ana kimi pensiya hüququnun yaranması üçün qanunvericilikdə şərtlər dəyişmişdir.

25. İşin faktiki hallarından görünür ki, iddiaçının 50 yaşı yuxarıda qeyd edilən maddi hüquq normasına dəyişiklik edildikdən (xx.xx.2010-cu il tarixdən) sonra-xx.xx.2010-cu ildə tamam olmuşdur. xx.xx.2010-cu il tarixdən qüvvəyə minən dəyişikliklərə əsasən çoxuşaqlı qadınların yaşa görə əmək pensiyası hüququnu müəyyən edən “Əmək pensiyaları haqq ında” Qanunun 8.1-ci maddəsi yeni redaksiyada verilmiş və yeni tələblər aşağıdakılardan ibarət olmuşdur: beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmə; azı 10 il sığorta stajı; bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddinin hər uşağa görə 1 il azaldılması.

26. İddiaçının dörd uşağı olduğundan, onun 50 yaşı 4 uşağa görə əmək pensiyası hüququnun yaranmasını təsbit edən maddi hüquq normasının qüvvədə olduğu tarixdə tamam olmamış, 50 yaşı tamam olan vaxt qanunvericilik çoxuşaqlı qadın anlayışını tamamilə dəyişərək xx.xx.2010-cu il tarixdən minimum 5 uşağın 8 yaşadək tərbiyə olunması şərtini tətbiq etmişdir. İddiaçıya münasibətdə isə 50 yaşının tamam olduğu vaxt qüvvədə olan pensiya qanunvericiliyinin şərtlərinin hamısı mövcud olmadığından 50 yaşının tamam olduğu vaxt pensiya təyin edilməsindən imtina barədə cavabdehin gəldiyi nəticə əsaslı olmuşdur.

27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 4 uşağa görə əmək pensiyası hüququ xx.xx.2010-cu il tarixə qədər yaranmadığından, həmin tarixdən etibarən isə qanunvericilikdə minimum 5 uşaq şərti irəli sürüldüyündən, həmin şərt isə ödənilmədiyindən iddiaçının 50 yaşı tamam olan vaxt çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyası hüququ yaranmamışdır.

28. Odur ki, kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(10 7)-218/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar