Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-197/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və qeyrilərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyatına dair çıxarışın ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3, iddiaçıların vəkili Vəkil, üçüncü şəxslər X8, X3 və X 3 vəkili İbadov İlham İbad oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, X9 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X6, X13 və X14 üçüncü şəxslər olmaqla) “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində 0.11 ha torpaq sahəsi olan xxxx nömrəli bağ sahəsinin xüsusi mülkiyyət hüququ ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1499/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında bax araq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 və İstismarı Birliyi ilə X6 arasında bağlanmış xx xxxxxx 2006-cı tarixli 27828 nömrəli müqaviləyə əsasən, nömrəli bağ sahəsi X3 istifadəsinə verilmiş və müqavilədə onun ailə üzvləri həyat yoldaşı İddiaçı1, övladları Elnarə, Kəmalə, İslam və İlhamın da adı qeyd edilmişdir.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahəsi 0.11 ha təşkil edən xxxx saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində xxx nömrəli reyestr kitabınınxxx nömrəli vərəqində qeydiyyata alınmışdır.
3. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2 (010)5740/2017 saylı qətnaməsi ilə X6 ilə İddiaçı1 arasında xx xxxx 1978-ci ildə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın bağlanması haqqında akt qeydləri kitabında 283 nömrə ilə qeyd edilmiş nikahın pozulması qərara alınmış, qətnamədən apellyasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Qətnamədə göstərilmişdir ki, xxxx saylı bağ sahəsi 2017-ci ildə üstünlük hüququna görə əvəzsiz şəkildə X3 şəxsi mülkiyyətinə keçdiyindən, başqa sözlə əvəzli əqd əsasında əldə edilmədiyindən ər-arvadın birgə mülkiyyəti sayıla bilməz.
4. X6 xx xxxx 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması barədə müqavilə əsasında ünvan ünvanında yerləşən 0.11 ha olan torpaq sahəsinin 0.07 ha hissəsini oğlu X10 bağışlamış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla həmin sahə xüsusi mülkiyyət hüququ əsasında X7 adına daşınmaz əmlakın dövlət reyestrində 157 nömrəli reyestr kitabının 15633 nömrəli vərəqində qeydiyyat alınmışdır.
5. X6 bağın torpaq sahəsinin bağışlamadan sonra qalan 0.04 ha hissəsini alqı-satqı müqaviləsi əsasında X1, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində 814 nömrəli reyestr kitabının 77127 nömrəli vərəqində qeydiyyat alınmışdır.
6. İddiaçılar ərizə ilə cavabdehə müraciət edərək, xxxxx bağ sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişlər.
7. Cavabdeh ərizəyə cavab olaraq xx xxx 2019-cu il tarixli məktubla bildirm işdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən xxxx saylı bağ sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi İdarənin səlahiyyəti xaricindədir. Həmçinin, ünvan daşınmaz əmlakın dövlət reyestrində digər şəxslərin adına qeydiyyatdan keçmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində 0.11 ha torpaq sahəsi olan xxxx nömrəli bağ sahəsinin xüsusi mülkiyyət hüququ ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə bağlı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz hes ab edilməsi və həmin qeydiyyat əsasında verilmiş RX seriyalı və ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddianın əsaslarına görə, Bakı şəhəri İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin X4 və İstismarı Birliyi ilə X6 arasında bağlanmış Mərdəkan ərazisindəki xxxx nömrəli bağın istifadəyə verilməsi haqqında xxxx saylı xx xxxxxx 2006-cı il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində 0.11 ha torpaq sahəsi olan xxxx nömrəli bağ X3 və onun ailə üzvlərinin, yəni iddiaçıların istifadəsinə verilmişdir. Belə ki, həmin müqavilənin 8-ci bəndində bağ sahəsinin X3 və onun ailə üzvlərinin istifadəsinə verilməsi aydın şəkildə göstərilmiş və 10-cü bənddə ba ğ sahəsinin bağın istifadəçisinin və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin rəsmi razılıqları ilə həmin bağ sahəsinin ailə üzvlərinin və kənar şəxslərin adlarına keçirilə bilməsi qeyd edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən həmin bağ sahəsi iddiaçıların razılığı olmadan X3 adına özəlləşdirilmiş və xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi, sözügedən bağ sahəsi X6 ilə birlikdə iddiaçıların da istifadəsinə verildiyindən həmin bağ sahəsinin özəlləşdirilməsində onların da iştirak etmək hüququ olsa da, onlar bu hüquqdan məhrum edilmiş, xəbərləri olmadan həmin bağ sahəsinə dair mülkiyyət hüququ təkcə X3 adına dövlət reyestrində qeydə alınmışdır. Onlar bir ailə kimi 6 nəfər şəxsdən - X6, İddiaçı1, İddiaçı3, X9, İddiaçı4 və X5 ibarət olmuş və on ların hər birinin adı qeyd edilən müqavilədə ailə üzvü kimi göstərilmiş və hər birinə həmin bağ sahəsindən istifadə hüququ verilmişdir. Yəni onlar qeyd edilən bağ sahəsinin qanuni istifadəçisi olmuş, həmin torpaq sahəsi üzərində iddiaçılarla X3 birgə istifadə hüquqları olmuşdur. Odur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində 0.11 ha torpaq sahəsi olan xxxx nömrəli bağ sahəsinin dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində həqiqi hüquqi vəziyyətə uyğun deyildir, həmin əmlak özəlləşdirilən zamanı onların da mənafeyi nəzərə alınmalı idi. Çünki onlar da qeyd edilən bağ sahəsinin qanuni istifadəçisi olmuşlar və qanunvericiliyə əsasən onların da qanuni istifadəsində olan bağ sahəsini qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq öz adlarına özəlləşdirmək hüquqlar ı vardır.
10. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 11. 2 saylı Bakı İnzibati Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-1501/2019 nömrəli qərarı ilə (hakim: R.M.Daşdəmirov) iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunda bağ sahələri özəlləşdirilərkən ailə üzvlərinin razılığının alınması ilə bağlı hər hansı bir tələb nəzərdə tutulmamış, ərizə və torpaqdan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında çıxarışın verilməsi qeyd edilmişdir. Bundan əlavə, qanuni qüvvəsini almış Bakı şəh əri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(010)-5740/2017 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən sahəsi 0.11 ha təşkil edən xxxx nömrəli bağ sahəsi İddiaçı1 və cavabdeh X3 birgə mülkiyyəti hesab edilməyərək aralarında bölünməmiş və iddiaçının həmin torpaq sahəsinin aralarında bölünməsi ilə bağlı tələbi təmin edilməmişdir. Məhkəmənin qənaətinə görə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən sahəsi 0.11 ha təşkil edən xxxx nömrəli bağ sahəsi X3 adına dövlət qeydiyyatına alınarkən iddiaçıların razılığının alınmasına heç bir zərurət olmamışdır. Odur ki, onun adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğvinə əsas yoxdur.
13. İddiaçılar həmin qərardan apelyasiya şikayəti verərək qərar ın ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişlər. b)apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2585/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) iddiaçıların apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-1501/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçılar kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişlər. c)kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)707/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: Z.M.Quliyev və İ.Ə.Şəfiyev) iddiaçıların kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2585/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
18. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apelyasiya məhkəməsi xxxx və onun iddia ərizəsində qeyd edilən ailə üzvlərinin istifadəsinə verilmiş bağ torpaq sahəsinin iddiaçıların rəsmi razılıqları ilə ailə üzvü olan xxxxin adına keçərkən iddiaçıları n həmin torpaq sahəsi üzərində istifadə hüququnun mövcud olub-olmamasını, istifadə hüququ olduğu halda onların rəsmi razılıqları olmasını müəyyən etməmiş, həmçinin işin ümumi, yoxsa inzibati məhkəməyə aid olması məsələsini də yoxlamamışdır. ç)apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
19. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1499/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) iddiaçıların apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-1501/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
21. Apelyasiya instans iyası məhkəməsinin qərarından iddiaçılar kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin göstərişləri nəzərə alınmamışdır. 27828 saylı, xx xxxxxx 2006cı il tarixli müqaviləyə əsasən iddiaçıların həmin bağ sahəsi üzərində birgə istifadə hüquqları olmuş, bu hal artıq Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(102)-707/2020 saylı qərarı ilə müəyyən edilmişdir. Yəni, apellyasiya məhkəməsi bu halı mübahisələndirə bilməzdi. Belə ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçı sı Aparatının Abadlaşdırma və Park X11 Departamentinin X4 və İstismarı Birliyi ilə X6 arasında bağlanmış Mərdəkan ərazisindəki xxxx nömrəli bağın istifadəyə verilməsi haqqında 27828 saylı xx xxxxxx 2006cı il tarixli müqavilənin 8-ci bəndində həmin bağ sahəsinin X3 və onun ailə üzvlərinin istifadəsinə verilməsi aydın şəkildə göstərilmiş və 10-cü bənddə həmin bağ sahəsinin bağın istifadəçisinin və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin rəsmi razılıqları ilə hamin bağ sahəsinin ailə üzvlərinin və kənar şəxslərin adlarına keçirilə bilməsi qeyd edilmişdir. Göründüyü kimi, mübahisəli bağ sahəsi müqaviləyə əsasən X3 və onun ailə üzvlərinin istifadəsinə verilmişdir.
23. Yəni, “Bağın istifadəyə verilməsi haqqında" 27828 saylı xx xxxxxx 2006-cı il tarixli müqaviləyə əsasən, iddiaçıların X6 i lə birlikdə həmin bağ sahəsindən istifadə etmək hüququ olmuş, həmin müqavilədə iddiaçıların da X6 ilə birlikdə hüquq və vəzifələri göstərilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
25. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı3, iddiaçıların vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.
26. Üçüncü şəxs X6 və onun vəkili İbadov İlham İbad oğlu kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər.
27. Digər üçüncü şəxs X14 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı.
28. Məhkə mə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər iddiaçılar, üçüncü şəxs və cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşlar. (İPM-nin 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, h abelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1 Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Ma ddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
30. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə
50. Torpaq sahəsi üzərində istifadə hüququ
1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. 31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərənc amlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə
12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elek tron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma h issəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Ap elyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır, ona görə də təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
36. İş materiallarından görünür ki, iddiaçılar “Mərdəkan ərazisində xxxx nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2006-cı tarixli 27828 nömrəli müqaviləyə əsasən onların istifadə hüquqlarının olduqlarını bildirirlər. Onlar hesab edirlər ki, müqavilənin 8-ci bəndində onların da adı qeyd olunduğundan bu bağdan onlar da istifadə edə bilərlər.
37. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, müqavilə yalnız üçüncü şəxs tərəfindən imzalanmış, onun ailə üzvləri olan hazırkı iddiaçılar isə müqavilənin tərəfi olmamış, onun imzalamasında iştirak etməmiş, hər hansı öhdəlik götürmələrini imzaları ilə təsdiq etməmişlər. Müqavilə onun bağlanmasında iştirak etməyən, müqavilə tərəfi olmayan və götürdüyü öhdəlikləri imzası ilə təsdiq etməyən şəxsə münasibətdə hər hansı hüquq və vəzifələr yarada bilməz. Bundan əlavə, müqavilənin preambulasında (“gələcəkdə “İstifadəçi” adlandırılacaq” kimi göstərilmişdir) və mətn üzrə sonrakı bəndlərdə yalnız üçüncü şəxs “İstifadəçi” kimi qəbul edilmişdir. Misal olaraq, 1-ci bənddə “... İstifadəçi həmin bağı istifadəsinə götürür”, 2-ci bənddə “İstifadəçi müqavilə öhdəliklərini yerinə yetir dikdə müqaviləsi yeni müddətə artırılır”, 7-ci bənddə “İstifadəçiyə qadağan edilir:” və sair. Habelə, müqavilənin 14-cü bəndindən məlum olur ki, bu hüquqi aktda iddiaçıların adlarının qeyd olunması sırf məlumat xarakterlidir və dövlət mülkiyyətində olan bu kateqoriya torpaqların idarəetməsi həvalə olunan inzibati orqan kimi Bakı ŞİH-in həmin bağlarda istifadəçilərdən əlavə daha kimlərin qaldığını bilmək istəyi ilə bağlıdır (“14. Ailə tərkibində,... baş verən dəyişikliklər haqda İstifadəçi Birliyə müntəzəm məlumat verir.”).
38. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 29 və 30-cu bəndlərində göstərilən normalar işin hallarına tətbiq edildikdə iddiaçıların xxxx nömrəli bağ sahəsi üzərində həmin normativ-hüquqi aktların təsbit etdiyi qaydada istifadə hüququ əldə etmədikləri və bu hüquqa malik olmadıqları məlum olur.
39. İddiaçılar apelyasiya şikayətində olduğu kimi, kassasiya şikayətində də “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 10-cu maddələrinə istinad etməklə mövqelərinin əsaslı olduğunu iddia etmişlər. Lakin bu arqumentin də heç bir hüquqi əsası yoxdur. Belə ki, “Torpaq islahatı haqqında” Qanunun tələb etdiyi qanuni istifadə şərti dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlara münasibətdə “... ərazisində... nömrəli bağın istifadəyə verilməsi haqqında” və ya bənzər məzmunlu müqavilələrin tərəfi olan, onu şəxsən imzalamaqla əldə etdiyi əmlak hüquqları ilə yanaşı bir sıra öhdəlikləri üzərinə götürən şəxslər barəsində ödənilir ki, məhkəmə təcrübəsi də uzun illər ərzində bu yöndə formalaşmışdır. Hə mçinin, Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiy yəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsini şərh edərək göstərmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən ) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.”
41. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir.
42. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması hüquqların dövlət qeydiyyatı üçün kifayət etdiyindən, üçüncü şəxs də qanunvericiliyin tələblərini yerinə yetirərək, bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan birini (bağın istifadəyə verilməsi haqqında müqaviləni) cavabdehə təqdim etmiş və bundan sonra onun bağ sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınaraq, dövlət reyestrindən çıxarış verilmişdir ki, bu da mübahisəli çıxarışın qanunsuzluğuna dəlalət edən əsasların iş üzrə müəyyən edilmədiyi deməkdir.
43. Kassasiya şikayətində həmçinin qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin göstərişləri nəzərə alınmamışdır.
44. Məhkəmə kollegiyası hesab edir ki, bu dəlilin də hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi qərarında xxxx və onun iddia ərizəsində qeyd edilən ailə üzvlərinin istifadəsinə verilmiş bağ torpaq sahəsinin iddiaçıların rəsmi razılıqları ilə ailə üzvü olan xxxxin adına keçərkən iddiaçıların həmin torpaq sahəsi üzərində istifadə hüququnun mövcud olub-olmamasını, istifadə hüququ olduğu halda onların rəsmi razılıqları olmasını müəyyən edilməsi üçün apelyasiya instansiyası məhkəməsinə göstəriş vermiş, apelyasiya instansiyası məhkəməsi isə göstərişlərin icrası ilə bağlı məhkəmə araşdırması aparmış və bildirmişdir ki, iddiaçıların mübahisəli bağ sahəsi üzərində istifadə hüquqlarının mövcud olması (yar anması) müəyyən edilmədiyindən, torpaq sahəsi üçüncü şəxs in adına qeydiyyata alınarkən iddiaçıların buna rəsmi razılığı tələb olunmurdu.
45. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən apelyasiya instansiyası məhkəməsinə verilmiş digər məcburi göstəriş işin ümumi və ya inzibati məhkəməyə aid olmasının yoxlanılması ilə əlaqədardır. Qeyd edilmişdir ki, xx xxxxxx 2006-cı il tarixli müqavilə X4 və İstismarı Birliyi ilə üçüncü şəxs xxxx arasında bağlanmışdır. Müqavilədə həm də Bakı şəhər İcra Hakimiyyətinin x xxxx 1990-cı il tarixli 75 saylı sərəncamına istinad edilmişdir. İşdə belə sərəncam mövcud deyildir. xxxxin torpaq sahəsini inzibati akt, yoxsa mülki hüquqi əqd əsasında əldə etməsi aydın deyildir.
46. Bu göstəriş də apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış və hesab e dilmişdir ki, iş inzibati məhkəməyə aiddir. Bu zaman apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir: “Bağ sahəsi inzibati orqanın (Bakı ŞİH) qəbul etdiyi qərar (xx.xx.1990-cı il tarixli 75 nömrəli sərəncam) əsasında həmin inzibati orqanla üçüncü şəxs arasında bağlanmış “Mərdəkan ərazisində xxxx nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2006-cı tarixli 27828 nömrəli inzibati xarakterli (dövlət mülkiyyətində olan daşınmaz əmlakın istifadəyə verilməsinə dair) müqaviləyə əsasən sonuncunun istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına əsasən də hazırkı mübahisəyə baxılması inzibati məhkəmələrin səlahiyyətindədir. Formalaşmış məhkəmə praktikası da bu mövqeyi müdafiə edir. İşdə Bakı ŞİH-in xx.xx.1990-cı il tarixli 75 nömrəli sərəncamının olmasına da zərurət yoxdur. Çünki, bu sənəd “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində nəzərdə tutulan alternativ əsaslardan (icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış) biridir və iddiaçı da qeyd olunan alternativ hüququndan istifadə edərək xxxx nömrəli müqaviləni qeydiyyat orqanına təqdim etmişdir.”
47. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razı laşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdr.
48. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1499/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.