Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-197/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, 57 yaş (55+2), “trolleybus sürücüsü” peşəsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1774/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xxx-ci il tarixdə doğulmuşdur.
2. İddiaçının 1978-1980-cı illərdə Qaraqoyunlu kəndi “Lenin” adına kolxozda kolxozçu işlədiyi dövr Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışında öz təsdiqini tapmışdır. Sözügedən arxiv arayışında iddiaçının işlədiyi faktiki əmək günləri göstərilsə də, həmin illərdə olan minimum əmək günü norması qeyd olunmamışdır.
3. İddiaçı 10.05.1980-ci il tarixdən 05.06.1982-ci il tarixədək hərbi xidmət keçmişdir.
4. İddiaçı 01.10.1982-ci ildə “Tramvay və trolleybus vaqonlarının elektrik avadanlıqları üzrə çilingər elektrik” peşəsi üzrə Bakı şəhəri 178 №-li orta texniki peşə məktəbinə daxil olmuş və 16.05.1983-cü ildə həmin peşə məktəbini bitirmişdir. İddiaçının təhsil illəri 07 ay 16 gün təşkil edir.
5. İddiaçı 06.06.1983-cü il tarixdə Bakı şəhəri Trolleybus parkına 4-cü dərəcəli elektrik çilingəri vəzifəsinə qəbul olunmuş, 09.10.1984-cü il tarixdən 3-cü dərəcəli sürücü vəzifəsinə keçirilmiş, 05.08.1988-ci il tarixdə trolleybus sürücü üzrə 2-ci dərəcə verilmiş, 29.01.1990-cı il tari xdə trolleybus sürücü üzrə 1-ci dərəcə verilmiş, 10.09.1998-ci il tarixdə Bakı şəhəri Trolleybus parkının nəzdində olan Mənzil İstismar Kontoruna elektrik quraşdırıcı işinə qəbul olunmuş və 04.08.1999-cu il tarixdə öz xahişi ilə işdən azad olunmuş (16 il 01 ay 29 gün). 13.08.1999-cu il tarixdə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 15 saylı yataqxanasına çilingər vəzifəsinə təyin edilmiş, 14.10.1999cu il tarixdə həmin yataqxanada elektrik vəzifəsinə keçirilmiş və 03.04.2000-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş (07 ay 21 gün). 11.04.2000-ci il tarixdən 31.10.2002-ci il tarixədək “İlahə-96” İKM-də elektrik vəzifəsində (02 il 06 ay 21 gün), 01.11.2002-ci il tarixdən 30.07.2008-ci il tarixədək "xxxx" X2 elektrik vəzifəsində (01.01.2006-cı il tarixədək- 04 il 01 gün). 04.11.2013-cü ildən hazırki günədək Heydər Əliyev adına X12 elektrik montyoru peşəsində işləyir.
6. İddiaçı 26 avqust 2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 24 sentyabr 2020-ci il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçı 01.01.2006-cı il tarixədək ümumi və güzəştli iş stajını toplamamış, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
13. İddiaçı 18 fevral 2021-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləş dirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşdan, yəni 07.04.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia onunla əsaslandırmışdır ki, iddiaçı 1978-ci il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin, təhsil və hərbi müddəti nəzərə alındıqda, onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. 01.01.2006-cı il tarixədək fəaliyyət göstərdiyi trolleybus sürücüsü vəzifəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №- li siyahıda 23004000-11462 saylı kod altında nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin ümumi iş stajının 25 ildən az olması səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur.
15. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasına əsasən, o, 05.07.1982-10.05.1980-ci (02 il 01 ay 25 gün) il ərzində sovet ordusunda hərbi xidmətdə, 01.10.1982-16.05.1983-cü il (07 ay 15 gün) illər ərzində texniki peşə məktəbində təhsil almış, 06.06.1983-cü ildən isə müəyyən dövrlər ərzində müəyyən peşələrdə işləmişdir. İddiaçının təqdim etdiyi Ağsu rayon İcra Hakimiyyəti Ağsu rayon Dövlət Arxivi tərəfindən tərtib edilmiş 12.03.2020-ci il tarixli 31 saylı arayışdan göründüyü kimi, iddiaçı “Lenin” adına kolxozda 1978-ci ildə 12 gün işləyərək 16,06 rubl, 1997-ci ildə 47 gün işləyərək 100,39 rubl və 1980-ci ildən 41 gün işləyərək 101,87 rubl əmək haqqı almışdır. Onun əmək kitabçası və X15 tərəfindən verilmiş ilə ümumi əmək stajı hesablandıqda (hərbi xidmət və təhsil müddəti də daxil edilməklə) onun 01.01.2006-cı ilədək ümumi iş stajı 23 il 06 ay 28 gündür və bu qanunla tələb olunan 25 ildən azdır. Cavabdehin etirazının digər bir əsası odur ki, iddiaçı özünün təqdim etdiyi əmək kitabçasında və AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş 24.04.2019-cu il tarixi arxiv arayışından Bakı şəhəri Trolleybus Parkında işlədiyi peşələrin güzəştli peşələr olması qeyd edilməmişdir və onun işlədiyi həmin peşələr güz əştli pensiya hüququ verən peşələr kimi qəbul edilə bilməz. SOCAR tərəfindən təqdim edilmiş 29.04.2019-cu il tarixli arayışından göründüyü kimi, o, 04.11.2013-cü ilədək Heydər Əliyev adına X12 işləmişdir və qeyd edilən müəssisədə 05 il 05 ay 22 gün ərzində işlədiyi peşələr ona güzəştli pensiya hüququ verən peşələr olmuşdur. Lakin, qeyd edilən peşələrdə iddiaçının işlədiyi dövr 01.01.2006ci ildə olduğu üçün ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən, cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
16. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab məktubundan məlum olmuşdur ki, Ağsu rayonunun “Lenin” adına kolxoza aid 1978-1980ci illərin kitablarında İddiaçı soyadı Durmuşov soyadı kim i qeyd edilmiş, soyadının dəyişdirilməsi barədə şəhadətnamənin surəti təqdim olunmuşdur. Həmin şəhadətnamə əsasında məlum olmuşdur ki, X1 dəyişdirilərək İddiaçı olmuşdur. Həmçinin, sorğuya cavab məktubunda Ağsu rayonu üzrə minimum əmək iştirakı norması kişilər üçün 240 adam gün müəyyən edilmişdir.
17. Bakı İnzibati Məhkəməsinin (hakim X7, 2-1(112)-4443/2021 saylı iş) 3 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 57 yaşdan, yəni 07.04.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ), v) bəndlərinin tələblərinə əsasən iddiaçının 07 ay 16 gün təşkil edən təhsil müddəti, 2 il 26 gün təşkil edən xidmət illəri sosial sığorta stajına əlavə edilməlidir. Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışına əsasən minimum əmək iştirakı norması 1978- 1980-ci illərdə 240 olmuşdur. Buna qarşılıq iddiaçı 1978-cı ildə - 12 gün; 1979-cu ildə - 47 gün; 1980-ci ildə - 41 gün işləmişdir. Beləliklə, iddiaçı 1978-1980-cı illərdə minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulma sı və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – (12+47+41) x 12 = 1200/ 240 =05 ay. Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının 1978-1980-cı illərdə kolxozlarda işləyərkən faktiki müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 05 ay iş stajına malik olduğu müəyyən edilir. İddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışına əsasən minimum əmək iştirakı norması 1978- 1980-ci illərdə 240 olmuşdur. Buna qarş ılıq iddiaçı 1978-cı ildə - 12 gün; 1979-cu ildə - 47 gün; 1980-ci ildə 41 gün işləmişdir. Beləliklə, iddiaçı 1978-1980-cı illərdə minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – (12+47+41) x 12 = 1200/ 240 =05 ay. Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının 1978-1980-cı illərdə kolxozlarda işləyərkən faktiki müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 05 ay iş stajına malik olduğu müəyyən edilir. Beləliklə, iş stajı, təhsil və orduda xidmət illəri cəmləndikdə, iddiaçının 01.01.2006-cı il tarixədək 25 il 07 ay 24 gün (07 ay 16 gün + 2 il 26 gün + 05 ay + 22 il 06 ay 12 gün) ümumi iş stajı mövcuddur. iddiaçının 06.06.1983-cü il tarixdən 10.09.1998-ci il tarixədək Bakı şəhəri Trolleybus parkında işlədiyi trolleybus sürücü peşəsi güzəştli iş stajına imkan verən peşələrə daxildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan i şlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda-XXVİİİ.. Nəqliyyat. bölməsində 23004000—11462 kodu altında trolleybus sürücüləri zərərli iş kimi nəzərdə tutulmuşdur. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
19. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında qərar qəbul etməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kol legiyası (hakimlər X8-məruzəçi, X5 və X6, 2-1(103)-1774/2021 saylı iş) 30 iyun 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 3 may 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
21. Cavabdeh 17 iyul 2021-ci il tarixdə qərarın surətini almış, 30 iyul 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri 22. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarına 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir (əlavənin 2.4-cü bəndi).
23. İddiaçının əmək kitabçası və X15 tərəfindən verilmiş arayış ilə ümumi əmək stajı hesablandıqda (hərbi xidmət və təhsil müddəti də daxil edilməklə) onun 01.01.2006-cı ilədək ümumi iş stajı 23 il 06 ay 28 gündür və bu qanunla tələb olunan 25 ildən azdır.
24. İddiaçı özünün təqdim etdiyi əmək kitabçasında və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş 24.04.2019-cu il tarixli arxiv arayışından Bakı Şəhəri Trolleybus Parkında işlədiyi peşələrin güzəştli peşələr olması qeyd edilməmişdir və onun işlədiyi həmin peşələr güzəştli pensiya hüququ verən peşələr kimi qəbul edilə bilməz.
25. İddiaçının təqdim etdiyi Socar tərəfindən tərtib edilmiş 29.04.2019-cu il tarixli arayışından göründüyü kimi, o 04.11.2013-cü ilədək Heydər Əliyev adına X12 işləyir və qeyd edilən müəssisədə 05 il 05 ay 22 gün ərzində işlədiyi peşələr ona güzəştli pensiya hüququ verən peşələrdir. Lakin, qeyd edilən peşələrdə iddiaçının işlədiyi dövr 01.01.2006cı ildə olduğu üçün ona “Əmək Pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi tətbiq edilə bilməz. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 27. “Əmək pensiyala rı haqqında” Qanun: Maddə
5. Pensiya seçmək hüququ 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 y aşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (-). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 28. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olma yaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: ki şilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 29. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə y aşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 ya nvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 30. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
31. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirak çılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
82. Mübahisə ilə bağlı şikayət üzrə yenidən baxılmasının hədləri Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini ) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
32. Cavabdehin kasasiya şikayəti vaxtında verilmiş, formal baxım dan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.
35. İddiaçı 1 yanvar 2006-cı ilədək 25 ildən az olmayan stajı, həmin dövrün 12 il 6 ayda n çox hissəsini trolleybus sürücüsü işlədiyinə görə güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işlədiyini bildirib 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
36. Cavabdehin şikayətinin dəlillərinə görə 1 yanvar 2006-cı il tarixədək iddiaçının 23 il 6 ay 8 gün ümumi iş stajı olmuş, təqdim edilən arxiv arayışında işlədiyi trolleybus sürücüsü peşəsi güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşə yazılmamışdır.
37. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
38. İddiaçı xxx-ci ildə doğulmuş, 7 aprel 2019-cu ildə 57 yaşı tamam olmuşdur.
39. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı ü zrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
40. İşdə olan sənədlərə əsasən iddiaçı 01.10.1982-ci ildə “Tramvay və trolleybus vaqonlarının elektrik avadanlıqları üzrə çilingər elektrik” peşəsi üzrə Bakı şəhəri 178 №-li orta texniki peşə məktəbinə daxil olmuş və 16.05.1983-cü ildə həmin peşə məktəbini bitirmişdir. İddiaçının təhsil illəri 07 ay 16 gün təşkil edir. “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinin tələblərinə görə 07 ay 16 gün təhsil müddəti ümumi staja daxil edilməlidir.
41. İddiaçının 10 may 1980-ci il tarixdən 5 iyun 1982-ci il tarixədək hərbi xidmətdə olduğu müddət “Əmək pensiyaları haqqında” Qanunun 21.2.11-ci maddəsinə əsasən onun sığorta stajına daxildir.
42. İddiaçının 1978-1980-cı illərdə Qaraqoyunlu kəndi “Lenin” adına kolxozda kolxozçu işlədiyi dövr Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışında öz təsdiqini tapmışdır. Sözügedən arxiv arayışında iddiaçının işlədiyi faktiki əmək günləri göstərilsə də, həmin illərdə olan minimum əmək günü norması qeyd olunmamışdır. Müəyyən olunmuşdur ki, Ağsu rayonu üzrə minimum əmək iştirakı norması kişilər üçün 240 adam gün müəyyən edilmişdir. 43. 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üz vlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. 44. “SSRİ vətəndaşlarının pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb ol madan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. 45. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir.
46. İddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır.
47. Hazırkı iş üzrə Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışın məlumatları nəzərə alındıqda müəyyən edilir ki, minimum əmək iştirakı norması 19781980-ci illərdə 240 olmuşdur. Buna qarşılıq iddiaçı 1978-cı ildə - 12 gün; 1979-cu ildə - 47 gün; 1980-ci ildə - 41 gün işləmişdir. Beləliklə, iddiaçı 1978-1980-cı illərdə minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 1 2 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – (12+47+41) x 12 = 1200/ 240 =05 ay. Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının 1978-1980-cı illərdə kolxozlarda işləyərkən faktiki müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 05 ay iş stajına malik olduğu müəyyən edilir.
48. İddiaçının Ağsu rayon “Lenin” kolxozundaki əmək fəaliyyəti ilə bağlı arxiv məlumatlarının mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsini n a) bəndinə görə əmək kitabçası, q) bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır.
49. Odur ki, kolxozda əmək fəaliyyəti olan 5 ayı iddiaçının sığorta stajına aid etməklə apelyasiya məhkəməsi haqlı olmuşdur.
50. Bundan başqa, iddiaçı 06.06.1983-cü il tarixdə Bakı şəhəri Trolleybus parkına 4-cü dərəcəli elektrik çilingəri vəzifəsinə qəbul olunmuş, 09.10.1984-cü il tarixdən 3-cü dərəcəli sürücü vəzifəsinə keçirilmiş, 05.08.1988-ci il tarixdə trolleybus sürücü üzrə 2ci dərəcə verilmiş, 29.01.1990-cı il tarixdə trolleybus sürücü üzrə 1-ci dərəcə verilmiş, 10.09.1998-ci il tarixdə Bakı şəhəri Trolleybus parkının nəzdində olan Mənzil İstismar Kontoruna elektrik quraşdırıcı işinə qəbul olunmuş və 04.08.1999-cu il tarixdə öz xahişi ilə işdən azad olunmuş (16 il 01 ay 29 gün); 13.08.1999-cu il tarixdə Bakı şəhər MənzilKommunal Təsərrüfatı Birliyinin 15 saylı yataqxanasına çilingər vəzifəsinə təyin edilmiş, 14.10.1999- cu il tarixdə həmin yataqxanada elektrik vəzifəsinə keçirilmiş və 03.04.2000-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş (07 ay 21 gün); 11.04.2000-ci il tarixdən 31.10.2002-ci il tarixədək “İlahə-96” İKM-də elektrik vəzifəsində (02 il 06 ay 21 gün), 01.11.2002-ci il tarixdən 30.07.2008-ci il tarixədək "xxxx" X2 elektrik vəzifəsində (01.01.2006-cı il tarixədək- 04 il 01 gün) işləmişdir.
51. Yuxarıda sadalanan qanunvericilik aktlarına görə iddiaçının əmək kitabçasında əksini tapan həmin müddət onun sığorta stajına daxil edilməlidir.
52. Təhsil və orduda xidmət illəri, habelə arxiv arayışında və əmək kitabçasında göstərilən dövr cəmlən dikdə, iddiaçının 01.01.2006-cı il tarixədək 25 il 07 ay 24 gün (07 ay 16 gün + 2 il 26 gün + 05 ay + 22 il 06 ay 12 gün) ümumi iş stajı mövcud olmuşdur.
53. İddiaçı 09.10.1984-cü il tarixdən 10.09.1998-ci il tarixədək Bakı şəhəri Trolleybus parkında trolleybus sürücüsü işləmişdir.
54. Cavabdeh tərəfindən iddiaçının trolleybus sürücüsü vəzifəsində işlədiyi dövrün güzəştli iş stajına daxil edilməməsinin yeganə əsası odur ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş 24.04.2019-cu il tarixli arxiv arayışında iddiaçının Bakı şəhəri Trolleybus Parkında işlədiyi peşələr güzəştli peşələr kimi qeyd olunmamışdır.
55. Təqdim edilən arayışda trolleybus sürücüsü peşəsinin güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşə olması qeyd edilməsə də, Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993- cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda-XXVİİİ.. Nəqliyyat bölməsində 23004000-11462 kodu altında trolleybus sürücüləri zərərli iş kimi nəzərdə tutulmuşdur.
56. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün trolleybus sürücüsü kimi işlədiyi peşənin 24.04.2019-cu il tarixli arxiv arayışında güzəştli peşə kimi qeyd olunmaması, həmin dövrün güzəştli iş stajı kimi nə zərə alınmaması üçün əsas vermir. Əksinə, Nazirliyik tərəfindən verilmiş arxiv arayışı bir daha onu göstərir ki, Bakı şəhəri X4, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olmuş və məhz bu səbəbdən, iddiaçının trolleybus sürücüsü kimi fəaliyyət göstərdiyi müddət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı 3№-li Avtonəqliyyat Müəssisəsi MMC-də saxlanılan arxiv sənədlərində öz əksini tapmışdır.
57. Məhkəmə kollegiyası vurğulayır ki, müstəqillik illərindən başlayaraq Azərbaycan Respublikasında, o cümlədən Bakı şəhərində trolleybus xətləri ləğv edilmiş, trolleybus parkları fəaliyyətini dayandırmış, bu səbəbdən analoji fəaliyyətlə məşğul olan parklar (müəssisələr) mövcud olmadığından yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə ça lışmasına dair iş yerinin arayışının alınması imkan xaricində olmuşdur. 58. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri iddiaçının 57 yaşı tamam olarkən mövcud olduğundan onun güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
59. Odur ki, kasasiya şikayətinin dəlilləri əsaslı olmamışdır.
60. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən sübutlar tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir.
61. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
62. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1774/2021 saylı, 30 iyun 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.