Məhkəmə qərarları › İş №2-1(102)-1970/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1970/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1970/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə dair çıxarışın və plan-ölçünün verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X9 və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 2020-ci il 19 iyun tarixli 2-1(103)271/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2004-cü il tarixli 17093 saylı müqaviləyə əsasən x qəsəbəsində 0,12 ha. torpaq sahəsi olan X nömrəli bağ iddiaçının istifadəsinə verilmişdir.

2. İddiaçı x xxxxxx 2019-cu il tarixində ərizə ilə cavabdehə müraciət edərək x bağ massivi ünvanında yerləşən X saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

3. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi bağ sahəsinin digər fiziki şəxslərin adına daşınmaz əmlak dövlət reyestrindən qeydiyyatdan keçdiyi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək x bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsi olan X saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddianın əsaslarına görə, x bağ massivi ünvanında yerləşən X saylı bağ sahəsi uzun müddətdir ki, iddiaçının mülkiyyəti ndədir və daimi olaraq həmin sahədən istifadə edir. Qanunvericilikdə müvafiq sənədləri toplayıb cavabdeh idarəyə təqdim edilmiş lakin idarə tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh idarənin ona verdiyi cavab onun konstitusiyon hüquqlarını pozur. Vətəndaşların, idarə müəssisə və təşkilatların mülkiyyət hüququ ali qanun Konstitusiya ilə də qorunur. Belə ki, iddiaçı tərəfindən qanunvericilikdə tələb olunan hüquqmüəyyənedici sənədləri cavabdeh inzibati orqana təqdim edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də onun pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 oktyabr tarixli 21(82)-3538/2019 nömrəli qərarı ilə id dianın təmin edilməsi, x bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsi olan X saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bağ sahəsinin iddiaçıya məxsus olması iş materiallarında olan bağ sahəsinin daimi istifadəyə verilməsinə dair xx.xx.2004-cü il tarixli17093 saylı müqavilə ilə öz təsdiqini tapdığından cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilib iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyas ı məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 19 iyun tarixli 2-1(103)-271/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019cu il 10 oktyabr tarixli 2-1(82)-3538/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iş üzrə verilmiş mütəxəssis rəyində sözügedən torpaq sahəsinin üçüncü şəxslər - vətəndaşlar X5 və X2 məxsus torpaq sahələri ilə üst-üstə düşmədiyi qeyd edilmişdir.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a. Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının İdarəyə müraciəti ilə əlaqədar aparılan araşdırma zamanı xx xxxxxx 2019-cu il tarixində İdarənin mütəxəssisləri tərəfindən yerli baxış keçirilmişdir. Belə ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 1200 m2 qeyd edilsə də, faktiki 2020 m2 torpaq sahəsi istifadə edilməkdədir və ümumi hasar daxilindədir. Lakin müvafiq bağ sahəsinə dair notarial qaydada təsdiq edilmiş bölgü-sxemi və ya əlavə torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.

13. Bundan başqa, İdarənin elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin faktiki yerləşməsi qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir. Sxematik xəritəyə əsasən X nömrəli bağ sahəsinin iddiaçı tərəfindən göstərilən əraziyə aidiyyəti yoxdur. Göstərilən ümumi bağ sahəsi digər fiziki şəxslərin (X5 və X4) adına daşınmaz əmlak dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Göstərilənlərə əsasən də ərizənin icrası mümkün olmamışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin qərardadı əsasında keçirilən yerli baxış zamanı İddiaçı naturada göstərdiyi torpaq sahəsi İdarəyə müraciət etdiyi zaman göstərdiyi ərazidən fərqlidir.

15. Əlavə olaraq qeyd edilməlidir ki, müvafiq inzibati işlə bağlı sonuncu – xx xxxx 2020-ci il tarixində keçirilmiş məhkəmə iclası barədə məhkəmə tərəfindən İdarəyə bildiriş göndərilməmiş və İdarənin səlahiyyətli nümayəndəsinin məhkəmədə iştirakı təmin edilməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi isə yuxarıda göstərilən halları nəzərə almamış, üçüncü şəxslərin cəlb edilməsi barədə İdarənin vəsatətlərini təmin etməmiş, qanunvericiliyin tətbiqində səhvə yol vermiş, işə aid olan qanunvericilik normalarını tətbiq etməmiş, tətbiq edilən qanunvericilik normalarını düzgün təfsir etməmiş, iş materialları və şikayətdə qeyd olunan əsaslar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamış və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir.

17. Məhkəmə qərar qəbul edərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci, İPM-in 20.1, 62.1, 62.2-ci maddələrinin tələblərinə əməl etməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayəti nin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

20. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-də k müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... 22. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edər ək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Şikayət aşağıdakı səbəblərə görə təmin ol una bilməz.

27. Cavabdeh kassasiya şikayətinin dəlillərində ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi bağ sahəsinin ölçüsünün hüquqmüəyyənedici sənədlərdə 1200 m2 qeyd edilməsini, bağ sahəsinin yanlış nömrələnməsini, bağ sahəsinin digər vətəndaşların torpaq sahələri ilə üst-üstə düşməsini nəzərə almadan qərar qəbul etmişdir.

28. İşin apellyasiya instansiyası məhkəməsində araşdırılan hallarından görünür ki, məhkəmə işə baxarkən cavabdehin dəlillərini araşdırmış, haqlı olaraq hazırkı qərarın 21-ci bəndində göstərilən normaya istinad edərək mübahisələndirilən bağ sahəsinin dövlət qeydiyyatı üçün əsas olduğu qənaətinə gələrək cavabdehin imtinasını əsassız hesab etmişdir. Belə ki, mübahisələndirilən bağ sahəsinə dair iddiaçı hüquqmüəyyənedici sənəd (xx xxxxxx 2004-cü il tarixl i müqavilə) təqdim etmişdir. Cavabdeh həmin sənədin həqiqətə uyğun olmadığını sübut etmədiyindən hazırkı qərarın 22-ci bəndində göstərilən normaya uyğun olaraq sözügedən sənəd mötəbər sayılmışdır.

29. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi torpaq sahələrinin digər vətəndaşların torpaq sahələri ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək məqsədilə mütəxəssis (mühəndis) rəyinin alınması barədə qərardad qəbul etmişdir.

30. Mütəxəssis tərəfindən mübahisələndirilən əraziyə baxış keçirilmiş, iddiaçının istifadəsində olan iddia etdiyi və naturada göstərdiyi x bağ massivində yerləşən torpaq sahəsi ilə cavabdehin qeyd etdiyi digər şəxslər - X5 və X3 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur.

31. Göründüyü kimi, cavabde hin kassasiya şikayətinin dəlillərində qeyd etdiyi məsələlər işə apellyasiya instansiyası məhkəməsində baxılarkən araşdırılmış və nəticədə əsaslı və qanuni qərar qəbul edilmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. 32. xx xxxx 2020-ci il tarixində keçirilmiş məhkəmə iclası barədə məhkəmə tərəfindən İdarəyə bildiriş göndərilmədiyinə və İdarənin səlahiyyətli nümayəndəsinin məhkəmədə iştirakının təmin edilmədiyinə dair şikayətin dəlili də əsaslı deyil. Belə ki, xx xxxx 2020-ci il tarixli məhkəmə iclası barədə məhkəmə bildirişini cavabdehin işdə iştirak edən nümayəndəsi xx xxxx 2020-ci il tarixdə şəxsən qəbul etmiş, bunu bildirişin işdə saxlanılan nüsxəsində imza etməklə təsdiq etmişdir.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti tə min olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 19 iyun tarixli 21(103)-271/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Hakimlər: Əsli ilə düzdür: imza imza imza İ.K.Hüseynov K.N.Bədəlov R.S.Nəbizadə Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar