Məhkəmə qərarları › İş №2-1(102)-1970/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1970/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1970/2021 16.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: mənzillə təmin olunmadan imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1, cavabdehin vəkili X2, tərcüməçi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinə) qarşı “mənzil verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.05.2021-ci il tarixli, 2-1(103)-1025/2021 nöm rəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının qızı X Bakı şəhəri Nəsimi rayonunda işlədiyi müəssisədə mənzil növbəsinə götürülmuşdür, həmin vaxt iddiaçı da qızı X ailə üzvü kimi nəzərə alınmışdır və iddiaçının qızına 2006-cı ildə Ünvan1 (yaşayış sahəsi 48 kv.m.) mənzil verilən zaman iddiaçının, onun birinci qrup əlil olan nəvəsi X adı da həmin mənzildən istifadə hüququ olan şəxs kimi orderdə göstərilmişdir. Eyni zamanda orderdə adı göstərilən şəxslər, o cümlədən iddiaçı da qeydiyyatda olduqları Ünvan2 mənzildən köçməyə razılıqlarını bildirmişlər. Buna baxmayaraq, iddiaçı həmin mənzildən qeydiyyatdan çıxmamışdır.

2. Bundan sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-2202/2016 saylı 31.10.2016-cı il tarixli qərarına əsasən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ceyhun Şərifov küçəsində 1905-ci ildə tikilmiş və yaşayış üçün yararsız hesab edilmiş 50 nömrəli yaşayış evinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.10.2015-ci il tarixli, 322 nömrəli qərarına əsasən Bakı şəhəri Sabunçu rayonunda sökülməsi zəruri olan evlərin siyahısına daxil edilməsi barədə iddiaçının müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur.

3. Sabunçu Rayon İcra Başçısının İ müavininin iddiaçıya ünvanlanmış 10.01.2020ci il tarixli məktubuna əsasən ünvan 3nva nında yerləşən qəzalı binaya komissiya tərəfindən baxış keçirilərək həmin bina qəzalı binalar sırasına daxil edilərək məhkəmə qərarı icra edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı 3 il ərzində icra edilmədiyi üçün birinci qrup əlil olan iki nəfərə - iddiaçıya və nəvəsinə Bakıxanov qəsəbəsində Pilot layihəsi üzrə tikilmiş evlərdən birində bütün rahatlığı olan mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.10.2016-cı tarixli, 2-1(82)-2202/2016 nömrəli, 28.11.2016- ci il tarixdən qanuni qüvvəyə minmiş qərarı hal-hazıradək yerinə yetirilmir. 3 ildən artıq vaxt keçmiş, lakin Bakı şəhəri Cavabdeh Azərbaycan Nazirlər Kabinetinin 08.10.2015-ci il tarixli, 322 nömrəli qərarı əsasında Sabunçu qəsəbəsindəki köhnə mənzillərin sökülməsi ilə bağlı qərarını hələ də yerinə yetirməmişdir. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin 11.12.2019-cu il tarixli, S-3/34-069/2 nömrəli cavabına əsasən məhkəmə qərarının icra edilməsi mümkün deyildir, Sabunçu qəsəbəsindəki torpaqlar ucuzdur və heç bir investor yaşayış üçün yararsız olan evlərin sökülməsində və ərazidə yeni yaşayış evlərinin tikilməsində maraqlı deyildir. Bakı şəhəri Lenin RİK 25.09.1987-ci il tarixli, 33/22 nömrəli qərarına əsasən iddiaçının Sabunçu qəsəbəsindəki mənzili yaşayış üçün yararsızdır. Azərbay can Respublikasının FHN-nin 16.06.1987-ci il tarixli aktına əsasən onun mənzili qəza vəziyyətindədir, orada yaşamaq mümkün deyildir, sakinlərin yaşayışı üçün təhlükəlidir, 1905-ci ildə tikilmişdir, vanna və tualetsizdir. İddiaçı birinci qrup əlildir, 1981-ci ildən əmək veteranıdır, 89 yaşı vardır. 09.09.1988-ci ildən hal-hazıradək, 31 ildən çoxdur ki, mənzil növbəsindədir. Onun atası X4 Böyük Vətən müharibəsinin iştirakçısıdır, 1942-ci ildən 1945-ci ilədək fəaliyyət göstərən orduda döyüşmüş, Berlin şəhərini azad etmiş, igidliyə görə medallarla təltif olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.10.2016cı tarixli, 2-1(82)-2202/2016 nömrəli qərarına əsasən Bakı şəhərinin Sabunçu rayonu üzrə Pilot layihəsinə əsasən 1905-ci ildə tikilmiş, vannası və tualeti olmayan ümumi həyətl i MİK evləri sökülməlidir. İki İ-ci qrup əlilə isə belə antisanitariya şəraitində vannasız və tualetsiz yaşamaq mümkün deyildir.

6. Cavabdeh tərəfindən təqdim etdiyi iddiaya dair etirazında bildirilmişdir ki, yeni mənzil tikintisi və qəzalı vəziyyətdə olan evlərin təmiri üçün büdcədən yerli icra hakimiyyətlərinə vəsait ayrılmadığına görə Sabunçu rayonunda sökülməsi zəruri olan evlərin siyahısı aparılmır və belə bir siyahı RİH-də mövcud olmamış və hal hazırda da yoxdur. Yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən rayon icra hakimiyyətinə müraciət edilmədiyindən, Bakı şəhəri Sabunçu qəsəbəsi, Ceyhun Şərifov küçəsi, 50 nömrəli yaşayış evinin sökülməsi ilə bağlı hər hansı hərəkətin edilməsi mümkün olmamışdır. İddiaçı Nəsimi RİHB-nin 316 saylı 10.10.2006- ci il ta rixli sərəncamı ilə ailə tərkibi 4 nəfər (qızı X2, nəvələri X3 və X4 və özü) olmaqla Ünvan1 mənzili ilə təmin edilib. Ailə mənzillə təmin edilən zaman notariat qaydada təsdiq edilmiş ərizə ilə (ailə tərkibi 4 nəfər olmaqla qızı X2, nəvələri X3 və X4 və İddiaçı) yeni mənzilə qeydiyyata düşəcəyi barədə öhdəlik götürmüşlər. Bu barədə 316 saylı 10.10.2006-ci il tarixli sərəncamda qeyd olunub. Həmin sərəncam əsasında qeyd olunan mənzilə 4 nəfər ailə tərkibi olmaqla 002140 saylı 14 noyabr 2006-cı il tarixli order verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Nizami rayonu.ş 8-ci km., Əli Vəliyev küçəsi, 11 saylı evə seriya RX ******* saylı çıxarış verilmişdir. Bundan əlavə Ünvan2 mənzili də iddiaçının istifadəsindədir. İddiaçının yenidən dövlət tərəfindən mənzillə təmin edilmə si mövcud mənzil qanunvericiliyinin tələblərinə ziddir.

7. Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2450/2020 saylı qərarı ilə iddia rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, həm iddiaçı, həm də iddiaçının İ qrup olan nəvəsi artıq bir dəfə dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilmişlər, belə ki, iddiaçının qızına dövlət tərəfindən 2006-cı ildə Ünvan1 (yaşayış sahəsi 45,8 kv.m.) hər bir şəraiti olan mənzil verilən zaman həm iddiaçı, həm də İ qrup olan nəvəsi X1 da ailə üzvü kimi nəzərə alınmışlar, həmin mənzil sahəsinə görə məhz iddiaçı və nəvəsi nəzərə alınmaqla verilmişdir və iddiaçının qızı X mənzil verilməsi haqqında yerli icra hakimiyyətinin sərəncamında və orderdə mənzildən istifadə etmək hüququ olan şəxslər kimi onların da (iddiaçının və nəvəsi X1 ) adları qeyd edilmişdir.Qeyd edilən mənzil verilən zaman iddiaçı qeydiyyatda olduğu Ünvan2 nömrəli mənzildən köçməyə razılığını əks etdirən ərizəni müvafiq icra hakimiyyətinə təqdim etmişdir.

9. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsinə icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.05.2021-ci il tarixli 21(103)-1025/2021 saylı qərarına əsasən (sədrlik edən Aida Hüseyn, hakimlər Vidadi Məmmədov, Afaq Nuriyeva) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2450/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə bir inci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Məhkəmə qərarı iddiaçıya 14.06.2021-ci il tarixində təqdim olunmuşdur. İddiaçı dövlət büdcəsi hesabına vəkillə təmin olunması üçün 23.06.2021-ci il tarixində məhkəməyə müraciət etmiş, 04.08.2021-ci il tarixində iddiaçıya dövlət büdcəsi hesabına vəkil təyin edilmişdir.

13. İddiaçı 01.09.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.05.2021-ci il tarixli 2-1(103)-1025/2021 saylı qərarının ləğv edilməsi və iddian tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin əsasını iddia ərizəsində qe yd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassız olmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İddiaçının qızı X Bakı şəhəri, Nəsimi rayonunda işlədiyi müəssisədə mənzil növbəsinə götürülmüş, sonra o, Ünvan2 mənzili ilə təmin edilmişdir. Göründüyü kimi, iddiaçı yox, onun qızı öz mənzil növbəsi əsasında mənzillə təmin olunmuşdur. Bunun iddiaçıya aid edilməsi düzgün deyildir. Məhkəmə isə göstərilən halları nəzərə almamış, İPM-in 33.1, 35.1, 48.1, 69.4-cü maddələrinin tələblərini pozmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən İd diaçı, iddiaçının nümayəndəsi İddiaçı Yuryevna, iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 və cavabdehin vəkili X5 izahat verərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Mənzil Məcəlləsinin 28.2-ci maddəsinə əsasən qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır.

19. Həmin Məcə llənin 28.3-cü maddəsinə əsasən mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.

20. Həmin Məcəllənin 28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur.

21. Həmin Məcəllənin 28.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərraca çıxarılan qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) qiymətləndirilməsi məqsədi ilə müstəqil qiymətləndirici cəlb olunur. Mənzilin (yaşayış binasının) qiyməti son üç ay ərzində alınan mənzilə uyğun mənzilin (yaşayış binasını n) notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Mənzilin (yaşayış binasının) qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan mənzili (yaşayış binasını) 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə (yaşayış binası ilə) bağlı bazar mövcud olmadıqda alınan mənzili (yaşayış binasını) 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə (yaşayış binası ilə) bağlı bazar mövcud olmadıqda alınan mənzili (yaşayış binasını) 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq mənzilə (yaşayış binasına) uyğun mənzilin (yaşayış binasının) bazar qiyməti əsas götürülür.

22. Həmin Məcəllənin 28.4-2-ci maddəsinə əsasən bu Məcəllənin 28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) satışı ilə bağlı keçirilən açıq hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 28.4-2.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 28.4-2.2. hərracın iştirakçısı olmadıqda; 28.4-2.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 28.4-2.4. hərracı udmuş iştirakçı “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə hərracı udmuş şəxs tərəfindən hərracın alış qiymətinin ödənilməsi üçün müəyyən olunmuş müddətdə alış qiymətini tam məbləğdə ödəmədikdə, bu şərtlə ki, mənzilin (yaşayış binasının) mülkiyyətçisinin razılığı ilə həmin müddət uzadılmasın.

23. Həmin Məcəllənin 28.5-c i maddəsinə əsasən mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər.

24. Həmin Məcəllənin 28.6-cı maddəsinə əsasən qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır.http://e-qanun.az/framework/46955

25. Həmin Məcəllənin 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzil dən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir.

26. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən ssial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir.

27. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şi kayətin təmin edilməməsi barədə qərar qəbul edir.

29. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habel ə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Belə ki, hazırkı qərarın 18-26-cı bəndlərində göstərilən normalardan göründüyü kimi qəzalı mənzillərdə yaşayan sakinlərin mənzil hüquqlarının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Mənzil Məcəlləsində xüsusi qaydalar müəyyən edilmişdir və həmin qaydalarda qəzalı mənzillərdə yaşayan şəxslərin cavabdeh (yerli icra hakimiyyəti orqanı) tərəfindən Pilot layihə əsasında inşa edilən binalarda mənzillə təmin edilməsi vəzifəsi nəzərdə tutulmamışdır.

34. Kassatorun dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçı, həm də iddiaçının İ qrup əlil olan nəvəsi artıq bir dəfə dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilmişlər. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına əsasən iddiaçının qızına dövlət tərəfindən 2006-cı ildə Ünvan1 (yaşayış sahəsi 45,8 kv.m.) hər bir şəraiti olan mənzil verilən zaman həm iddiaçı, həm də İ qrup əlil olan nəvəsi X1 da ailə üzvü kimi nəzərə alınmışlar, həmin mənzil sahəsinə görə məhz iddiaçı və nəvəsi nəzərə alınmaqla verilmişdir və iddiaçının qızı X mənzil verilməsi haqqında yerli icra hakimiyyətinin sərəncamında və orderdə mənzildən istifadə etmək hüququ olan şəxslər kimi onların da (iddiaçının və nəvəsi X1) adları qeyd edilmişdir. Qeyd edilən mənzil verilən zaman iddiaçı qeydiyyatda olduğu Ünvan2 mənzildən köçməyə razılığını əks etdirən ərizəni müvafiq icra hakimiyyətinə təqdim etmişdir.

35. Bundan başq a, iddiaçının qeydiyyatda qaldığı mənzilin yerləşdiyi bina qəzalı hesab edilsə də, “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.10.2015-ci il tarixli 322 saylı qərarı ilə cavabdehin üzərinə qəzalı binalarda yaşayan sakinlərin həmin binaları sökərək yerinə yeni yaşayış binası inşa etməyi öhdəsinə götürən tikinti şirkəti olmadığı halda yeni mənzillə təmin edilməsi vəzifəsi qoyulmamışdır.

36. Həmçinin, işə aşağı instansiya məhkəmələrində baxılarkən iddiaçı ilə cavabdeh arasında iddiaçının mənzillə təmin edilməsi və mənzillə bağlı digər məsələlər üzrə hər hansı müqavilənin mövcud olması müəyyən edilməmişdir. İddiaçının cavabdehə qarşı irəli sürdüyü iddiasının hüquqi əsasları mövcud de yildir və iddiaçı kassasiya şikayətində irəli sürdüyü dəlillərin hüquqi əsaslarını göstərə bilməmişdir.

37. Odur ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.05.2021-ci il tarixli 2-1(103)1025/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.05.2021-ci il tarixli 21(103)-1025/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar