Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1970/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1977-ci il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi n 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın (arayışın) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1783/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər icraiyyə komitəsinin 1/44 saylı qərarına əsasən 160 nömrəli BTK nəzdində X1 0,12 ha olan 5581 saylı bağ ayrılmışdır. 2. 160 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinin Siyahısında Azərbaycan SSR xalq artisti İddiaçı adı qeyd olunmuşdur.
3. Ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X7 25 yanvar 2000-ci il tarixdə ölmüşdür.
4. X3 qalmış miras əmlaka dair vərəsəlik hüqu qu haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 5 saylı notariat ofisinə 21 fevral 2011-ci ildə vəfat etmiş X4 vərəsəsi İddiaçı tərəfindən müraciət olunmuşdur. X4 21 yanvar 2000-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur.
5. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 17 may 2021-ci il tarixli, **********78 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, 160 nömrəli bağ tikinti kooperativi üzvlərinin İdarənin arxivində mövcud olan siyahısında X4 adı göstərilməmiş və X4 adına 160 saylı BTK nəzdində Ləhiş bağ massivində 0,12 ha torpaq sahəsi olan 5581 saylı bağ sahəsinin ayrılmasına dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5581 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Sonradan iddiaçı məhkəməyə iddia tələbin dəqiqləşdirilməsi dair ərizə təqdim edərək, məhkəmədən Bakı şəhər İcraiyyə Komitəsinin 1/44 saylı qərarına əsasən 27 mart 1990-cı il tarixli, 5 saylı orderlə mərhum X2na ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 160 saylı BTK nəzdində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 5581 saylı bağ sahəsinin bağların sxematik xəritəsinə uyğunlaşdırmaqla, mərhum X4 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın (arayışın) və plan ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı daha sonra yenidən məhkəməyə iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, Bakı şəhər İcraiyyə Komitəsinin 1/144 saylı qərarına əsasən 27 mart 1990-cı il tarixli, 5 saylı orderlə mərhum X2na ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 16 saylı BTK nəzdində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 5581 saylı bağ sahəsinə dair mərhum X4 adına Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın (arayışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çı xarılmasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2093/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə icraata qəbul edilmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X6ı və istismarı Birliyi tərəfindən verilmiş 05 nömrəli, 27 mart 1990-cı il tarixli orderə əsasən X2na Bakı şəhər icraiyyə Komitəsinin 1/44 qərarına əsasən 0.12 ha torpaq sahəsi olan 5581 nömrəli bağ ayrılmışdır. X2 21 yanvar 2000-ci ildə kəskin ürək damar çatışmazlığından vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2000-ci ilin yanvar ayının 25 günündə 78 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 5 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə 29 aprel 2021-ci il tarixli 503 nömrəli məktubla müraciət olunmuş, X3 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 5 saylı notariat ofisinə xx.xx.2000-ci ildə vəfat etmiş X4 vərəsəsi İddiaçı tərəfindən müraciət olunmuş, X4 xx.xx.2000-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuş, Bakı şəhəri, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********78 nömrəli 17 may 2021 -ci il tarixli bağ sahəsinə dair məlumat ın və sənədin surətinin verilməsi barədə ərizəyə cavab olaraq bildirilmişdir ki, 160 nömrəli bağ tikinti kooperativi üzvlərinin idarənin arxivində mövcud olan siyahısında X4 adı göstərilmiş, lakin X4 adına 160 saylı BTK nəzdində Ləhiş bağ massivində 0.12 hektar torpaq sahəsi olan 5581 saylı bağ sahəsinin ayrılmasına dair sənəd (həmçinin ərizə ilə təqdim edilən order) idarənin arxivində aşkar edilməmişdir.
11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “5581” nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixli ərizəyə cavab olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə 05 iyu l 2021-ci il tarixli bildirişdə qeyd edilmişdir ki, koordinatlarla göstərilən sahə ilə bağların yerləşməsinə dair sxematik xəritə arasında uyğunsuzluq vardır. Bundan əlavə təqdim edilmiş 27 mart 1990-cı il tarixli, 1/144 saylı orderin arxiv arayışı ilə həmin orderin surətində qeyd olunan tarix arasında uyğunsuzluq vardır. Eyni zamanda vərəsələrin dairəsini müəyyənləşdirilməsinə dair notariatdan daxil olmuş məktubda mərhumun ad, soyad və ata adı ilə vərəsənin ad, soyad və ata adı eyni qeyd olunduğu üçün mərhumun ölüm haqqında şəhadətnaməsinin təqdim edilməsi məqsədə uyğundur. 12. "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyət i orqanlarının, o cümlədən Bakı şəhəri icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.
13. İddiaçı İPM-in 73.1-ci maddəsinə istinad edərək hesab edir ki, cavabdehin imtinası qanuna ziddir.
14. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilərək bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən yerli baxış aparılan zaman müəyyən olmuşdur ki, iddiaçı tərəfindən koordinatlarla göstərilən sahə ilə bağların yerləşməsinə dair sxematik xəritə arasında uyğunsuzluq vardır. Belə ki, göstərilən bağ sahəsi “5580” nömrəli bağ sahəsinin ərazisinə uyğun gəlir. Bundan əlavə təqdim edilmiş 27 mart 1990-cı il tarixli, 1/144 saylı orderin arxiv arayışında qeyd olunan tarixi ilə həmin orderin surətində əks olunan tarix arasında uyğunsuzluq vardır. xx.xx.2021-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən aparılan yerli baxış zamanı isə iddiaçı tərəfindən fərqli torpaq sahəsi göstərilmiş, həmin şərti olaraq göstərilən sahə digər fiziki şəxsin (X8) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bu səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa **********61 nömrəli xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, **********73 nömrəli və xx.xx.2021-ci il tarixli **********86 məktublar ünvanlanmışdır.
15. Bakı İnzibati Məhkəməsi tərəfindən 1 sentyabr 2021-ci il tarixdə cavabdehə sorğu verilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 16 saylı BTK nəzdində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 5581 saylı bağ sahəsi ilə bağlı sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Həmin sorğuya 21 sentyabr 2021-ci il tarixdə cavab olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən mövcud vəziyyətdə kənardan göstərilən bağ sahəsi mişar daşından olan hasar daxilindədir. Giriş qapısı bağlı olduğundan bağ sahəsinə daxil olmaq mümkün olmamışdır (x-410960; y4492803). Bu sahə elektron kadastr baza məlumatlarına əsasən Ləhiş bağlar massivi üzrə 5578 saylı bağ sahəsi olaraq digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir.
16. Cavabdeh tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, iddiaçı tərəfindən mövcud vəziyyətdə kənardan göstərilən bağ sahəsi mişar daşından olan hasar daxilindədir. Giriş qa pısı bağlı olduğundan bağ sahəsinə daxil olmaq mümkün olmamışdır (x-410960; y4492803). Bu sahə elektron kadastr baza məlumatlarına əsasən Ləhiş bağlar massivi üzrə 5578 saylı bağ sahəsi olaraq digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. İdarənin arxiv məlumatlarına əsasən 160 nömrəli BTK nəzdində Ləhiş bağlar massivində 0.12 ha torpaq sahəsi olan 5581 saylı bağ sahəsinin ayrılmasına dair sənəd (order) aşkar edilməmişdir.
17. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə 11 yanvar 2022-ci il tarixdə sorğu verilərək, 160 saylı BTK nəzdində olan 5581 saylı və 5580 saylı bağ torpaq sahələrinə dair digər şəxslərin müraciətlərinin daxil olub-olmaması, həmin bağ sahələrindən hazırda faktiki istifadə olunub-olunmaması, istifadə olunduğu təqdirdə hansı əsaslarla istifadə olunması, həmin b ağ sahələrinin Daşımaz əmlakın Dövlət reyestrində qeydiyyata alınıb-alınmaması, alındığı təqdirdə qeydiyyata alınmasına əsas olmuş sənədlərlə (ilkin arxiv sənədləri daxil olmaqla) birlikdə, kimin adına qeydiyyata alınması barədə məhkəməyə məlumat verilməsi xahiş edilmişdir. Həmin sorğuya 24 fevral 2022-ci il tarixdə cavab verilərək bildirilmişdir ki, arxiv məlumatlarına əsasən 160 nömrəli BTK nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5581 və 5580 saylı bağ sahələrinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2093/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilmiş, Bakı şəhər İcraiyyə Komitəsinin 1/144 saylı qərarına əsasən 27 mart 1990-cı il tarixli 5 saylı orderlə İddiaçı babası mərhum X5 ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 16 saylı BTK nəzdində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 5581 saylı bağ sahəsinə dair mərhum X4 adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (arayış) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
19. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin 1/44 saylı qərarına əsasən 27 mart 1990-cı il tarixli 5 saylı orderlə iddiaçının mərhum X2na Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 160 saylı BTK nəzdində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 5581 saylı bağ sahəsi ayrılmışdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin arxiv sənədlərində olan keçmiş X6 və İstismar Birliyi tərəfindən yardımçı vasitə kimi istifadə edilən Ləhiş bağlar sahəsinə aid sxematik xəritədə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 160 nömrəli BTK nəzdində 5580 saylı bağ sahəsi ilə yanaşı 5581 saylı bağ sahəsinin də əks olunduğu və cavabdeh İdarənin mütəxəssisləri tərəfindən həmin ərazidə həyata keçirilmiş müayinə zamanı qeyd bağ sahələrinin faktiki cəhətdən də mövcudluğunun müəyyən edildiyi sübuta yetirilmişdir.
20. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırkı qərarın 28-ci bəndində qeyd edilən hüquq normasına əsasən iddiaçının (mərhum babasının) qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
21. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarı nın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
22. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 9 iyun 2022-ci il tarixdə cavabdehə sorğu verilərək, Ləhiş” bağ-tikinti kooperativi üzvlərinin siyahısına dair arxiv sənədlərinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Həmin sorğuya cavab olaraq cavabdeh 17 iyun 2022-ci il tarixli aktına əsasən, 160 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısına dair iyirmi dörd vərəqdən ibarət arxiv qovluğunun əslinin məhkəməyə təqdim edildiyi bildirilmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1783/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, A.V.Tanrıverdiyev və C.A.Y usifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
25. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15 Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyya tı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 29. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. 1-ci abzas. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
30. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfa tının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə: Bənd
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 31. "Thе Trаktоrеr İsvеçə qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür.
32. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məza hir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.
33. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqd im olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, h əmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. X12 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlam aqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
39. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
40. Hazırkı işin hallarında Bakı şəhər İcraiyyə Komitəsinin 1/44 saylı qərarına əsasən, 160 nömrəli BTK nəzdində X1 0,12 ha olan 5581 saylı bağ ayrılmışdır.
41. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin arxiv sənədlərində olan keçmiş X6 və İstismar Birliyi tərəfindən yardımçı vasitə kimi istifadə edilən Ləhiş bağlar sahəsinə aid sxematik xəritədə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 160 nömrəli BTK nəzdində 5580 saylı bağ sahəsi ilə yanaşı 5581 saylı bağ sahəsinin də əks olunduğu və cavabdeh İdarənin mütəxəssisləri tərəfindən həmin ərazidə həyata keçirilmiş müayinə zamanı qeyd bağ sahələrinin faktiki cəhətdən də mövcudluğunun müəyyən edildiyi sübuta yetirilmişdir.
42. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndi nə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarda 28-32 (a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.
44. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
45. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1783/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.