Məhkəmə qərarları › İş №2-1(102)-1970/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1970/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1970/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı (01.07.196-cı il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-112/2023 nömrəli, 08 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı əmək kitabçasındakı qeydlərə əsəsən xx.xx.1975-ci il tarixli əmrlə “Muğanmeliosutikinti” trestinin İmişli rayon Birliyinin 3 №-li səyyar qurumunda sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1975-ci il tarixli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1975-ci il tarixli əmrlə “Muğanmeliosutikinti” trestinin İmişli rayon Birliyinin 3 №-li səyya r qurumunda 3-cü dərəcəli sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1976-cı il tarixli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1979-cu il tarixli əmrlə “Azmeliosutikinti” trestinin AMP-8 qurumunda 3-cü dərəcəli çilingər və ehtiyatda olan 3-cü dərəcəli sürücü işinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1984-cü il tarixli əmrlə “KAMAZ-5511” markalı maşının sürücüsü işinə qəbul edilmiş, xx.xx.1995-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1995ci il tarixdə “Azmeliosutikinti” trestinin AMP-8 qurumunda “URAL-5557” markalı maşında ehtiyat sürücü' işinə qəbul edilmiş, xx.xx.1996-cı ildə işdən azad edilmiş, xx.xx.1997-ci il tarixli əmrlə İmişli rayonu Kommunal Müəssisələr Kombinatında fəhlə işinə qəbul edilmiş, xx.xx. 2003-cü il tarixli əmrlə xx.xx.2003-cü il tarixdən işdən azad edilmişdir.

2. İddiaçı hərbi biletindəki qeydlərə əsasən 21 noyabr 1976-cı il tarixdən 17 noyabr 1978-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir.

3. İmişli rayon Dövlət Arxivinin 22 sentyabr 2022-ci il tarixli, 150 nömrəli arayışında qeyd edilmişdir ki, İmişli rayonu Kommunal Müəssisələr Kombinatının İmişli rayon Dövlət Arxivində bu müəssisənin yalnız Əmr kitabları saxlanılır. İddiaçının bu müəssisədəki 19972003-cü illərdəki əmək fəaliyyətini təsdiq edə biləcək üç əmr mövcuddur.

4. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx. xx.1978-ci il tarixinədək hərbi xidmət dövrünüz nəzərə alınmaqla) 20 il 9 ay 26 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasında qeyd edilmiş xx.xx.1997-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək İmişli rayon Kommunal Müəssisələr Kombinatında əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun Mil-Muğan regional filialı ilə İmişli rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının xx.xx.1997-ci il tarixində İmişli rayon Kommunal Müəssisələr Kombinatına işə daxil olma əmri, xx.xx.2003-cü il tarixində işdən azad olma əmri aşkarlanmışdır. Lakin sözügedən müəssisənin əmək haqlarının hesablanması cədvəllərı arxivə mühafizə üçün təhvil verilmədiyindən həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda İmişli rayon Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, 18 saylı arayışına əsasən 1997-2003-cü illərin əmrlər kitabları və əmək haqlarının hesablanması cədvəllərı müəssisədə saxlanılmır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2 maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 130 manat, xx.xx.2022-ci il tarixindən müddətsiz olaraq 180 manat məbləğində yaşa görə müavinət təyin olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddianın əsası kimi göstərilmişdir ki, iddiaçı 13 yanvar 1997-ci ildən 01 sentyabr 2003-cü ilə qədər İmişli rayonu Kommunal Müəssisələr Kombinatında fəhlə işində işləmişdir. Bu barədə müvafiq sənədləri Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə təqdim etmişdir. Əmək kitabçasında qeyd olunan illəri sosial sığorta stajı kimi müəyyən edərək pensiya hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, ƏƏSMN tabeliyində DSMF-nin müvafiq qurumlarına ərizə ilə müraciət etmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy i tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan Regional filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququ nun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır.

8. İmişli rayon Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, 18 saylı arayışına əsasən 1997-2003-cü illərin əmrlər kitabları və əmək haqlarının hesablanması cədvəllərı müəssisədə saxlanılmır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İmişli rayon Dövlət Arxivinin məhkəməyə ünvanlanmış 22 sentyabr 2022-ci il tarixli, 150 nömrəli arayışına əlavə edilmiş İmişli rayonu K ommunal Müəssisələr Kombinatının 1997-ci ilin Əmr kitabından çıxarışdan görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixli, 07 nömrəli əmrlə kombinatda fəhlə işinə qəbul edilmiş, xx.xx.1999-cu il tarixli, 02 nömrəli əmrlə 1997-ci ilin və 1998-ci ilin hesabına 42 iş günü hesabı ilə xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixə kimi növbəti məzuniyyətə buraxılmış, xx.xx.2003-cü il tarixli, 02 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********043800 saylı məktubundan görünür ki, arxiv sənədlərinə və dövlət reyestrində olan məlumatlara əsasən İmişli rayonu Kommunal Müəssisələr Kombinatı 18 iyun 1996-cı il tarixdə statistika uçotuna, xx.x x.2003cü il tarixdə dövlət qeydiyyatına, xx.xx.1997-ci il tarixdə vergi uçotuna alınmışdır. xx.xx.2005-ci il tarixdə inventarlaşdırmadan keçərək on rəqəmli VÖEN almamışdır (VÖEN **********). xx.xx.2017-ci il tarixli hüquq şəxsin fəaliyyətinin dayandırılması ərizəsinə əsasən vergi ödəyicisinin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarətin Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə xx.xx.2019-cu il tarixdən aid edilmişdir və bu tarixdən məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi barədə məlumat tərəfimizdən verilə bilər.

10. Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 202 2-ci il tarixli, 2-1(120)-1693/2022 nömrəli (hakim R.L.Kərimli) qərarı ilə iddiа təmin edilərək iddiaçının hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının üzərinə qoyulması qərara alınmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı onun iş stajını təsdiq edən sənədləri cavabdehə təqdim etsə də sonuncu öz vəzifələrini yerinə yetirərək sənədlərin qarşılıqlı yoxlanılmasını həyata keçirə bilmədiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının işlədiyi iş yerlərinin sənədlərinin ar xivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Apelyasiya instansiyası məhkəməsinin protokol qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sos ial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı iş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının prosessual hüquqi varisi kimi qəbul edilmişdir.

14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-112/2023 nömrəli, 08 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: O.N.İsmayılov /sədrlik edən və məruzəçi/, M.K.Həsənov və S.F.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh apellya siya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçası və hərbi biletin surətlərinə əsasən onun sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü nəzərə alınmaqla) 20 il 9 ay 26 gün təşkil edir.

18. Bundan başqa, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Q.Abduİİayevin fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb.

19. İmişli rayon Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli 18 saylı arayışına əsasən 1997-2003-cü illərin əmrlər kitabları və əmək haqlarının hesablanması cədvəlləri müəssisədə saxlanılmır. Sözügedən müəssisənin əmək haqlarının hesablanması cədvəlləri arxivə mühafizə üçün təhvil verilmədiyindən həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

20. Qeyd olunanlara əsasən əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, Q.Abduİİayevin ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

21. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 7-ci, 21.2.3-cü, 22-1.1-ci, 25-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasın ın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992 -ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə

23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 24. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: (6 mart 2007-ci il tarixli (№ 260-İİİQD) qanunla qüvvədən düşmüşdür) 67-ci maddəsinin v) bəndinə əsasən isə hərbi (alter nativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Əm ək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut et mək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olma dıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. 27. “İnzibati icraat haqqında” Q anun: Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

28. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümk ündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

33. Cavabdeh tərəfindən iddiaçının sığorta stajı əmək kitabçasında qeyd edilən (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü nəzərə alınmaqla) 20 il 9 ay 26 gün hissədə mübahisələndirilmir.

34. Cavabdehin imtinasının və kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İmişli rayon Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1997-2003-cü illərin əmrlər kitabları və əmək haqlarının hesablanması cədvəlləri saxlanılmadığından, sözügedən müəssisənin əmək haqlarının hesablanması cədvəlləri arxivə mühafizə üçün təhvil verilmədiyindən iddiaçının həmin dövrlərdə işləməsinin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

35. Şikayətin dəlillərinə münasibətdə nəzərə almaq lazımdır ki, mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının 25 ildən artıq əmək fəaliyyətinin olması əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmələr haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir.

36. İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1997-ci il tarixli, 07 nömrəli əmrlə İmişli rayonu Kommunal Müəssisələr Kombinatında fəhlə işinə qəbul edilmiş, xx.xx.2003-cü il tarixli, 19 nömrəli əmrlə xx.xx.2003-cü il tarixdən işdən azad edilmişdir.

37. Hazırkı qərarın 23-26-cı bəndlərində göstərilən normaların tələbləri baxımından iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki v ə ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Cavabdeh isə iddiaçının iş stajını təsdiq edən əlavə sübutlar tələb edərək, qeyd olunan normanın tələbini pozmuşdur.

38. Nəzərə alınmalıdır ki, əmək kitabçasının iş illərinə dair qeydləri ilə bağlı müvafiq sənədlərin arxivə təhvil verilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən də görünür ki, iddiaçının 01 yanvar 1992-ci il tarixindən 01 yanvar 2006-cı il tarixinədək müvafiq müəssisələrdə iş fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olunduğun dan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).

39. Qeyd edilməlidir ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan minimum 25 illik sosial sığorta stajı xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan müddət nəzərə alınarsa tamamlanmış olur. İddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işləməsi iş materialları ilə sübuta yetirilir. Belə ki, bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmış, eyni zamanda İmişli rayon Dövlət Arxivinin 22 sentyabr 2022-ci il tarixli, 106 nömrəli məktubunda qeyd edilənlərə əsasən İmişli rayonu Kommunal Müəssisələ r Kombinatının 1997-ci ilin əmr kitabından çıxarışda İddiaçı xx.xx.1997-ci il tarixli, 07 nömrəli əmrlə kombinatda fəhlə işinə qəbul edilmiş, xx.xx.1999-cu il tarixli, 02 nömrəli əmrlə 1997-ci ilin və 1998-ci ilin hesabına 42 iş günü hesabı ilə xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixə kimi növbəti məzuniyyətə buraxılmış, xx.xx.2003-cü il tarixli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir

40. Belə olan halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan 25 illik sosial sığorta stajı xx.xx.2003-cü il tarix dək olan müddət əmək kitabçasında qeyd edilməklə tamamlandığından, sonrakı dövrün araşdırılması, o cümlədən xx.xx.2006-cı il tarixdən sonrakı müddətdə fərdi uçot məlumatlarının yoxlanılması zərurəti yoxdur.

41. Göründüyü kimi, cavabdehin qeyd olunan dəlillərinə dair məhkəmələr tərəfindən hərtərəfli araşdırma aparılmış və araşdırma nəticəsində cavabdehin dəlilləri təsdiqini tapmamışdır. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlillərini əsassız hesab edir.

42. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.

43. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

44. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadı ğından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-112/2023 nömrəli, 08 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar