Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1971/2020 01.12.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: bağ sahəsinə dair çıxarış və plan ölçünü verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-306/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının abadlaşdırma və X2 Departamentinin X3 və X5 ərazisindəki 960 saylı bağın istifadəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 32442 saylı müqaviləyə əsasən ünvan1 ərazisində 0.12 ha torpaq sahəsi olan *** saylı bağ İddiaçı istifadəsinə verilmişdir
2. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
3. Ca vabdeh xx.xx.2019-cu il tarixli, **********39 saylı məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək qeyd etmişdir ki, göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, bağın bu yerə aidiyyatı yoxdur və sxematik xəritəyə əsasən 2518a saylı bağ sahəsinin ərazisinə uyğun gəlir, həmçinin təqdim edilmiş sənədlərdə bağ sahəsinin ölçüsü 1200 m2, faktiki isə 637.5 m2dir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ünvan1 ünvanında yerləşən 637.5 m2 torpaq sahəsi olan *** saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək b u barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin X3 və İstismarı Birliyinin Ləhiş ərazisindəki *** nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli 32442 saylı müqavilə ilə Ünvan1 yerləşən 0.12 ha torpaq sahəsi olan *** nömrəli bağ İddiaçı istifadəsinə verilmişdir. Həmin bağ sahəsi uzun müddət mübahisəsiz olaraq tərəfindən istifadə edilməkdədir. Bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədlər tərəfindən toplanaraq cavabdeh orqana təqdim edilmişdir. Cavabdeh orqan əsass ız olaraq formal mülahizələr istinad edərək, heç bir sənəd sübut təqdim etmədən tələbinin təmin edilməsindən imtina etmişdir. İddiaçı öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, 139.3-cü, 146.1-ci, 152.1-ci, 158-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü, 8-ci, 19-cu və 21.2-ci maddələrinə, Azərbaycan Respublikası İPM-in 2.1-ci və 2.2.3-cü maddələrinə istinad etmişdir.
6. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Ünvan 1 ünvanında yerləşən 637.5 m2 torpaq sahəsi olan *** saylı bağ sahəsinin faktiki koordinatları daxilində üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövl ət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3545/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı ilə (hakim – Z.M.Tağıyev) iddianın təmin edilməsi, Ünvan1 ünvanında yerləşən 637.5 m2 torpaq sahəsi olan *** saylı bağ sahəsinin faktiki koordinatları daxilində üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər cavabdeh orqana təqdim edilmiş, həmçinin bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aid olduğu halda, cavabdeh əsassız olaraq qeyd olunanları nəzərə almamış, iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-306/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – S.S.Seyidova, h akimlər – V.M.Ağayev və A.B.Nuriyeva) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3545/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində *** saylı bağ sahəsinin göstərilən sahəyə aidiyyəti olmadığına və sxematik xəritəyə əsasən 2518a saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyinə istinad etsə də, iş üzrə verilmiş mütəxəssis rəyində sözügedən torpaq sahəsinin digər vətəndaşlara məxsus torpaq sahələri ilə üst-üstə düşmədiyi qeyd edilir. Mütəxəssis rəyini şübhə altına alan sübutlar olmadığından həmin rəy mötəbər sübut kimi qiymətləndirilmişdir. Odur ki, cavabdehin dəlilləri əsassız olduğundan ap ellyasiya şikayəti təmin edilməməlidir.
12. Məhkəmə qərarı cavabdehə göndərilsə də, cavabdehin həmin qərarı nə vaxt almasını təsdiq edən heç bir sənəd iş materiallarına əlavə edilməmişdir.
13. Məhkəmə qərarından cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-306/2020 nömrəli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını cavabdehin imtina məktubunda qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, müvafiq inzibati işlə bağlı sonuncu – xx.xx.2020- ci il tarixində keçirilmiş məhkəmə iclası barədə məhkəmə tərəfindən İdarəyə bildiriş göndərilməmiş və İdarənin səlahiyyətli nümayəndəsinin məhkəmədə iştirakı təmin edilməmişdir. Bundan başqa, üçüncü şəxslərin cəlb edilməsi barədə İdarənin vəsatətləri təmin edilməmiş, qanunvericiliyin tətbiqində səhvə yol verilmiş, işə aid olan qanunvericilik normaları tətbiq edilməmiş, tətbiq edilən qanunvericilik normaları düzgün təfsir edilməmiş, iş materialları və şikayətdə qeyd olunan əsaslar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamış və nəticədə qanunsuz və ədalətsiz qərarlar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İşə baxılmasının vaxtı və yeri haqq ında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlə rin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 18. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
19. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
20. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır.
21. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı i şin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
22. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda is tisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
24. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Hazırkı qərarın 17-ci bəndində göstərilən normalardan görünür ki, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları göstərilmişdir və inzibati orqanlar həmin əsaslardan biri olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasında imtina edə bilərlər.
29. İşin apellyasiya instansiya məhkəməsində müəyyən edilən hallarından görünür ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan və yuxarıda qeyd edilən əsaslara istinad etmədən iddiaçının ərizəsini təmin etməmişdir.
30. Halbuki, inzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının və zəruri hesab edərsə digər maraqlı şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməli idi.
31. Lakin cavabdeh hazırkı qərarın 19-22-ci bəndlərində göstərilən maddi hüquq normalarının tələblərinə zidd olaraq hər hansı araşdırma aparmadan (bu barədə cavabdeh hər hansı sübut təqdim etmədi) hərəkətsizliyə yol vermiş və məhkəmə araşdırması zamanı iddia ilə razılaşmay araq öz etirazını əsaslandıra bilməmişdir.
32. Kassasiya şikayətinin dəlillərində cavabdeh üçüncü şəxslərin cəlb edilməsi barədə cavabdehin vəsatətlərinin təmin edilməməsinə, eləcə də sonuncu məhkəmə iclası barədə cavabdehə məlumat verilməməsinə istinad etsə də, məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edir.
33. Belə ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üçüncü şəxs qismində icraata cəl b edilməli olduğunu bildirsə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı mübahisənin həlli ilə bağlı göstərilən subyektlərin icraata cəlb edilməsinə heç bir zərurət yoxdur.
34. Cavabdehə sonuncu məhkəmə iclası barədə məlumat verilməməsinə dair dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən cavabdehə xx.xx.2019-cu il tarixində keçiriləcək məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilmiş, cavabdeh müvafiq qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş və bununla bağlı sübutlar iş materiallarına əlavə edilmişdir (iş materialları səh.20).
35. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın 23-ci bəndinə uyğun olaraq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə aşağı instansiya məhkəmələrində baxılarkən cavabdeh sözügedən torpaq sahəsinin dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir.
36. Beləliklə, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyidirilmədən qüvvədə sax lanılmalıdır.
37. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-306/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.