Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1971/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası, hakimlər Zakir Quliyev – sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı ilə) müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.06.2021-ci il tarixli, 2-1(103)711/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin m ümkünlüyü məsələsinə 27 oktyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ:
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb edilməklə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın üzərinə qoyulması barədə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin 18.03.2020-ci il tarixli qəra rdadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) göndərilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 24.11.2020-ci il tarixli, 2-1(112)-4485/2020 nömrəli (sədrlik edən hakim Nəriman Abıyev) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
4. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 24.11.2020-ci il tarixli, 2-1(112)4485/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 03.06.2021-ci il tarixli, 2-1(103)-711/2021 nömrəli (hakimlər Aida Hüseyn - s ədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Afaq Nuriyeva) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 24.11.2020-ci il tarixli, 2-1(112)-4485/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsinin 03.06.2021-ci il tarixli, 21(103)-711/2021 nömrəli qərarından iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilmişdir.
7. İddiaçının kassasiya şikayəti prosessual müddət buraxılmaqla verilmiş və müddətin bərpası barədə ərizə (vəsatət) təqdim edilməmişdir.
8. Məhkəmə kolegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.06.2021-ci il tarixli qərarının surətini 07. 07.2021-ci il tarixdə almışdır. İddiaçı həmin qərardan 12.08.2021-ci il tarixdə kasasiya şikayəti vermişdir.
9. Göründüyü kimi, iddiaçı prosessual qanunvericilikdə nəzərdə tutulmuş kasasiya şikayətinin verilməsi müddətini 1 aydan çox ötürmüşdür.
10. Bununla bağlı Ali Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq yardım edilmiş və göstərilən nöqsanları 27 oktyabr 2021-ci il tarixə qədər aradan qaldırmaq təklif edilmiş və əks halda kassasiya şikayətinin mümkün sayılmaması nəzərinə çatdırılmışdır. Lakin iddiaçı tərəfindən bu nöqsanlar aradan qaldırılmamışdır.
11. Buna görə də iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir.
12. Azərbaycan Respublikası İnzibati Prosessua l Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.3-cü maddəsinə görə bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş şikayətin verilməsinin formasına və məzmununa dair tələblər, müvafiq prosessual qaydalar və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.
15. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
16. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
17. Göründüyü kimi, iddiaçı tərəfindən kassasiya şikayətinin verilmə müddəti buraxılmış və buraxılmış müddətin bərpası barədə ərizə verilməmişdir.
18. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
19. Həmin Məcəllənin 96.3-cü maddəsinə görə kassasiya mümkün sayıl madıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Göstərilənlərə maddəsini rəhbər tutaraq əsasən və Azərbaycan QƏRARA Respublikası İPM-nin 96.3-cü A L D İ: İddiaçının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.06.2021ci il tarixli, 2-1(103)-711/2021 nömrəli qərardadından verdiyi kassasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılsın.