Məhkəmə qərarları › İş №2-1(102)-1971/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1971/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1971/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə və 16 saylı Cəzaçəkmə müəssiəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: internet səhifələrinə girişə icazə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə və 16 saylı Cəzaçəkmə müəssisəsinə qarşı “internet saytlarına girişə icazə verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2073/2022 nömrəli, 6 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-317/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərinə qəti o laraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, cəzasını ümumi rejimli çəzacəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 30 mart 2020-ci il tarixdən hesablanması hökm edilmişdir.

2. Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Vəkil tərəfindən 16 saylı Cəzaçəkmə müəssisəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə ünvanlanmış 16 sentyabr 2021-ci il tarixli məktublarda qeyd edilmişdir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı 16 saylı Cəzaçəkmə müəssisəsində saxlanılır. O, həbs olunmamışdan əvvəl jurnalist və hüquq müdafiə fəaliyyəti ilə məşğul olmuş, xeyli sayda vətəndaşlara təmənnasız hüquqi yardım göstərərək mətbuatda silsilə yazılar yazmışdır. İddiaçı jurnalist və hüquqşünas olduğundan onun gündəlik xəbərləri oxumasına, ölkədə baş verən hadisələri və məhkəmə işləri barədə xəbərləri, qərarları izləməsinə ehtiyacı var. Bunun üçün onun bir sıra xəbər saytlarını izləməsi lazımdır. Odur ki, 16 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan İddiaçı nəzarət altında "www.e-qanun.az", "www.president.az", "www.azertag.az", "echr.coe.int", www.meclis.gov.az internet saytlarına daxil olmasına şərait yaradılmasının təmin edilməsi xahiş olunmuşdur.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Vəkil ünvanlanmış 30 sentyabr 2021-ci il tarixli, 17/4-17158 nömrəli məktuba əsasən, 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum İddiaçı internet saytlardan istifadə etməsinə şərait yaradılması barədə müraciətə baxılmış və müraciətin təmini üçün qanunv ericilikdə hüquqi əsaslar müəyyən edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

4. İddiaçı cavabdehlərə qarşı onun nəzarət altında “www.e-qanun.az", “www.president.az”, “www.azertag.az”, “www.echr.coe.int”, www.meclis.qov.az internet saytlarına daxil olması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. iddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı həbs olunana qədər “Yüksəliş naminə" qəzetin baş redaktoru olmuş, eyni zamanda, hüquq müdafiəçisi qismində fəaliyyət göstərmişdir. İddiaçının baş redaktoru olduğu qəzetdə mütəmadi olaraq ölkədə və dünyada baş verən hadisələrlə bağlı məlumatlar dərc edilir. Həmin qəzet internet informasiya ehtiyatlarında da “yukselis.info” saytında fəaliyyət göstərir. Eyni zam anda iddiaçının rəhbəri olduğu “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyi ölkədə baş verən insan hüquq pozuntuları ilə bağlı illik hesabatlar hazırlayır, həmin hesabatları yerli və beynəlxalq təşkilatlara təqdim edir. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4 və 228.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda iddiaçı 16 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir.

6. İddiaçı bildirir ki, cavabdehlərin onun müraciətdə göstərdiyi internet saytlarına girişinin təmin edilməməsi onun məlumat əldə etmək hüququnu pozub. Azərbaycan qanunvericiliyində məhkumların cəzaçəkmə müəssisələrində internet informasiya eh tiyatlarından istifadə etmək imkanları nəzərdə tutulmasa da, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə görə, bu, məhkumların Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulan hüquqlarını pozur. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə görə, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir.

7. İddiaçı bildirir ki, daxili qanunvericilikdə məhkumların internetə çıxış imkanları nəzərdə tutulmasa da, internet informasiya ehtiyatlarından istifadə etməklə iddiaçı məlumatlar əldə edə bilər. Ona bu imkanın yaradılmaması məlumat almaq hüququnu pozmuş olacaq. İddiaçı yuxarıda qeyd edildiyi kimi, həbs olunana qədər jurnalist və hüquq müdafiəçisi kimi fəaliyyət göstərmiş, mətbuatda silsilə yazılar yazmışdır. O, gündəlik internet saytlarından məlumat əl də edib, onları paylaşıb və yazılar hazırlamışdır. Hazırda onun həbs edilməsi, cəzaçəkmə müəssisəsində saxlanılması onu bu işləri görməkdən məhrum etmişdir. İddiaçı cavabdehlərdən nəzarət altında 5 internet saytına daxil olmasına şərait yaradılmasını xahiş etmişdir. Bu saytlar rəsmi dövlət saytları, xəbər agentliyinin saytı olub və bir sayt da Avropa İnsan Hüquqları Məhkəməsinin saytı olub.

8. İddiaçı bu saytlara daxil olmaqla həm rəsmi məlumatları əldə edəcək, həm də Avropa Məhkəməsinin presedent hüququ ilə tanış olacaqdı. Çünki iddiaçının bir neçə şikayəti Avropa İnsan Hüquqları Məhkəməsinin icraatındadır və hazırda da bir neçə şikayətlə Məhkəməyə müraciət etməyi planlaşdırır. Bu şikayətlərin keyfiyyətli tərtibatı üçün Avropa Məhkəməsinin presedentlərindən istifadə etməyi zəruridir. Cava bdehlər qanunvericilikdə belə mexanizmin nəzərdə tutulmadığını əsas gətirərək iddiaçının məlumat almaq hüququnu pozublar. Bu müdaxilə qanunvericilikdə nəzərdə tutulsa da, hər hansı qanuni məqsəd daşımamış və demokratik cəmiyyətdə zəruri olmamışdır. birinci instansiya məhkəməsindəki icraat

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3825/2022 nömrəli, 27 fevral 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim P.A.Hüseynov) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericilikdə məhkumların istədiyi zaman internet şəbəkəsinə qoşulmasına və istədiyi saytlara daxil olmasına icazə verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin, Cəzaçəkmə müəssisələrinin X2, eləcə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununu n tələblərinə istinad edən məhkəmə cavabdehin imtinasını qanuni və əsaslı hesab edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir..

11. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2073/2022 nömrəli, 6 iyul 2022-ci il tarixli (hakimlər H.Ü.Həmidov - sədrlik edən və məruzəçi, A.V.Tanrıverdiyev və C.A.Yusifov) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qəra rdan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cəzaçəkmə müəssisəsinin X4 cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların internet şəbəkəsinə qoşulmasına icazə verməsə də, təsərrüfat və məişət xidməti işlərinə cəlb olunan məhkumların internet şəbəkəsinə qoşulması hüququnu tanıyır. Bu baxımdan kassatorun da internet şəbəkəsindən istifadə etmək və müraciətində qeyd etdiyi internet saytlarına daxil olmaq hüququ tanınmalıdır.

16. Avropa İnsan hüquqları Məhkəməsinin təcrübəsinə görə, bu, məhkumların Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində nəzər də tutulan hüquqlarını pozur. Kassator bildirir ki, o, internet informasiya ehtiyatlarından istifadə etməklə məlumatlar əldə edə bilər. Ona bu imkanın yaradılmaması Konstitusiyasının 50-ci maddəsində nəzərdə tutulmuş məlumat almaq hüququnu pozmuş olacaq.

17. Kassator həbs olunana qədər jurnalist və hüquq müdafiəçisi kimi fəaliyyət göstərib, mətbuatda silsilə yazılar yazıb. O, gündəlik internet saytlarından məlumat əldə edib, onları paylaşıb və yazılar hazırlayıb. Hazırda onun həbs edilməsi, cəzaçəkmə müəssisəsində saxlanılması onu bu işləri görməkdən məhrum edib.

18. Kassator cavabdehlərdən nəzarət altında 5 internet saytına daxil olmasına şərait yaradılmasını xahiş edib. Bu saytlar rəsmi dövlət saytları, xəbər agentliyinin saytı olub və bir sayt da Avropa İnsan hüquqları Məhkəməsinin sayt ı olub. Kassator bu saytlara daxil olmaqla həm rəsmi məlumatları əldə edəcək, həm də Avropa Məhkəməsinin presedent hüququ ilə tanış olacaqdı. Çünki kassatorun bir neçə şikayəti Avropa İnsan hüquqları Məhkəməsinin icraatındadır və hazırda da bir neçə şikayətlə Məhkəməyə müraciət etməyi planlaşdırır. Bu şikayətlərin keyfiyyətli tərtibatı üçün Avropa Məhkəməsinin presedentlərindən istifadə etməyi zəruridir.

19. Kassatorun müraciətinin təmin edilməsi cəzaçəkmə müəssisəsinin fəaliyyətini risk və təhlükə altına alması kimi sübutlar da mövcud deyil. Cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar azadlıq hüququ istisna olmaqla digər hüquqlardan istifadə edə bilərlər. Bu hüquqların məhdudlaşdırılması mütləq şəkildə əsaslandırılmalıdır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şik ayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş Cəzaçəkmə müəssisələrinin X4: 1.1. Cəzaçəkmə müəssisələrinin X4 (bundan sonra - Qaydalar) Azərbaycan Respublikasının cəzaların icrası qanunvericiliyinin tələblərinə uyğun olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslərin cəzalarının icrası və çəkilməsi qaydalarının həyata keçirilmə mexanizmini müəyyənləşdirir və Avropa Şurası Nazirlər Komitəsinin 11 yanvar 2006-cı il tarixli iclasında qəbul edilmiş «X1»nın tələblərinə uyğun hazırlanmışdır. 1.2. Bu Qaydalar cəzaçəkmə müəssisələrinin, habelə istintaq təcridxanalarının (bu müəssisələr təsə rrüfat və məişət xidməti işlərinə görə orada saxlanılan məhkumlar üçün cəzaçəkmə müəssisələrinin vəzifələrini yerinə yetirirlər) işçi heyəti, orada saxlanılan məhkumlar və bu müəssisələrə baş çəkən şəxslər üçün məcburidir. 59.5. Cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında təsərrüfat və məişət xidməti işlərinə cəlb olunan məhkumlar üçün müvafiq avadanlıqlarla təchiz edilmiş kompüter otaqları təşkil olunur. Məhkumlarla tərbiyə işinin aparılmasında kompüterlərdən istifadə zamanı onların internet şəbəkəsinə qoşulmasına nəzarət altında yol verilir. Hər həftə üçün məhkumların kompüter otağından istifadə proqramı tərbiyə işinin təşkili xidməti tərəfindən müəyyən edilir. Eyni zamanda, müəssisənin müdiriyyəti tərəfindən məhkumlar üçün kompüter kursları təşkil edilə bilər. Tənbeh tədbi ri qismində intizam və cərimə təcridxanalarına, birnəfərlik kameralara, kamera tipli otaqlara, həbsxanalarda ciddi saxlanma şəraitinə, habelə Cəzaların İcrası Məcəlləsinin 70.4.3-cü maddəsinə əsasən həbsxanaya keçirilmiş məhkumlara kompüter otaqlarından istifadəyə icazə verilmir.

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kas sasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İşdən göründüyü kimi, iddiaç ı məhz “www.e-qanun.az", “www.president.az”, “www.azertag.az” “www.echr.coe.int”, www.meclis.qov.az internet saytlarına daxil olması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını iddia edir.

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, bu qərarın 21-ci bəndində qeyd edilən Cəzaçəkmə müəssisələrinin X3 məhkumların istədiyi zaman internet şəbəkəsinə qoşulmasına və istədiyi saytlara daxil olmasına icazə verilməsi nəzərdə tutulmamışdır. Həmin Qaydalarda cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında məhkumlarla yalnız tərbiyə işinin aparılmasında kompüterlərdən istifadə zamanı onların internet şəbəkəsinə qoşulmasına nəzarət altında yol verilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə, kompüterlərdən istifadə zamanı internet şəb əkəsindən yalnız tərbiyə işinin məqsədləri üçün, həm də həmin Qaydalarda nəzərdə tutulmuş üsulla istifadə oluna bilər.

28. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsi təmin olunması üçün əsaslar yoxdur.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2073/2022 nömrəli, 6 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar