Məhkəmə qərarları › İş №2-1(102)-1972/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1972/2019

29.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1972/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı və vəkili Vəkil iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı pe nsiyanın yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2019-cu il tarixli 2-1(103)-151/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29.05.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1942-ci il təvəllüdlü iddiaçıya 24.01.1997-ci ildən pensiya təyin edilmişdir. İddiаçı İddiaçı 21.02.1997-ci ildən müharibə veteranı vəsiqəsi verilmişdir. İddiаçı İddiaçı 05.04.2005-ci il tarixdə İİ qrup əlillik təyin edilmişdir. İddiaçıya İİ qrup əlillik təyin edilməsi ilə əlaqədar cavabdeh 01.01.2007-ci il tarixdən iddiaçının pensiyasını yenidən hesablamış və yaranmış fərqi birdəfəlik ödəmişdir. İddiaçı onun pensiyasının 05.04.2005-ci il tarixdən yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 29.03.2018-ci il tarixli məktub ilə bildirmişdir ki, 36 il xidmətə görə təminat xərcliyinin 100 faizi (1423.15 manat) məbləğində pensiya hesablanmış və pensiyaya əlavə 11 manat (müharibə veteranına görə müavinat) nəzərə alınmaqla 1434.15 manat məbləğində pensiya ödənilir. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun pensiyasının 05.04.2005-ci il tarixdən yenidən hesablanmasından imtina barədə hərəkətlərinin qanunsuz hesab edilməsi, onun Qarabağ uğrunda gedən əməl iyyatları iştirakı zamanı İİ qrup əlil olmağı nəzərə alınmaqla 05.04.2005-ci ildən pensiyanın yenidən hesablanaraq ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.11.2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin iddiaçının pensiyasının 01.01.2006-cı il tarixdən yenidən hesablanmasından imtinası barədə hərəkətləri qanunsuz hesab edilmiş, iddiaçının Qarabağ uğrunda gedən əməliyyatlarında iştirakı zamanı İİ qrup əlil olmağı nəzərə alınmaqla 01.01.2006-cı ildən pensiyanın yenidən hesablanaraq ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə rədd edilmişdir. 1 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin 27.11.2018-ci il tarixli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2019-cu il tarixli 2-1(103)-151/2019 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.11.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, əmək pensiyası qanunvericiliyinə əsasən (01.01.2017ci ilədək olan dəyişikliyə qədər) pensiyanın ödənilməsi müddəti Əmək pensiyaları haqqında Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla təyin edilməsini nəzərdə tutduğundan 01.01.2006-cı il tarixdən pensiyanın yenidən hesablanması mümkündür. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2019-cu il tarixli 2-1( 103)-151/2019 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı AR ərazi bütövlüyünün müdafiəsi üzrə döyüşlərdə iştirak etmiş,29.04.1992-ci il tarixli 109 saylı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun qüvvəsində olduğu zaman o 24 yanvar 1997-ci ildə uzun müddət xidmətə və yaşa görə pensiyaya çıxmış, ona 1997-ci ilin fevral ayında “müharibə veteranı” statusu və bu barədə AR DİN tərəfindən ona 21.02.1997-ci ildə 002394 saylı vəsiqə verilmişdir. 2005-ci ili aprel ayında o ümumi xəstəlik üzrə (ömürlük) İİ qrup əlil olmuş və AR ƏƏSMN 05.04.2005-ci il tarixli 943297 saylı qərarına əsasən AR DİN tərəfindən ona 05.04.2005-ci il tarixli 082370 saylı əlillik vəsiqəsi verilmişdir AR qanunvericiliyini n ziddinə olaraq əlillik nəzərə alınmaqla pensiyanın 05.04.2005-ci il tarixdən yenidən hesablanmasından cavabdeh əsassız imtina edir. Məhkəmə də iddianı qismən təmin edərək 01 yanvar 2006-cı il tarixdən hesablanmış və bununla da pensiya qanunvericiliyinin tələbini pozmuşdur. 05.04.2005-ci ildən 01.01.2007-ci ilə kimi pensiyasının natamam məbləğində alınması zərərin yaranmasına səbəb olmuşdur. Kassator Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2019-cu il tarixli 2-1(103)-151/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə cavabde hin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı İddiaçı və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2019-cu il tarixli 2-1(103)-151/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2019-cu il tarixli 2-1(103)-151/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçıya 24.01.1997-ci ildən pensiya təyin edilməsi, 05.04.2005-ci il tarixdə İİ qrup əlillik təyin edilməsi və iddiaçıya İİ qrup əlillik təyin edilməsi ilə əlaqədar 01.01.2007-ci il tarixdən iddiaçının pensiyasının yenidən hesablaması işin mübahisəsiz hallarına aiddir. Hazırkı iş üzrə iddiaçının tələbi onun pensiyasının 05.04.2005-ci il tarixdən, yəni əlillik təyin olunan vaxtdan yenidən hesablanmasıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.11.2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin iddiaçının pensiyasının 01.01.2006-cı il tarixdən yenidən hesablanmasından imtinası barədə hərəkətləri qanunsuz hesab edilmiş, iddiaçının Qarabağ uğrunda gedən əməliyyatlarında iştirakı zamanı İİ qrup əlil olmağı nəzərə alınmaqla 01.01.2006-cı ildən pensiyanın yenidən hesablanaraq ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə rədd edilmiş və həmin qərardan yalnız iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Ape llyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2019-cu il tarixli 2-1(103)-151/2019 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 27.11.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, həmin qərardan da yalnız iddiaçı kassasiya şikayəti vermişdir. Belə olan halda, məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 20 fevral 2019-cu il tarixli 2-1(103)-151/2019 nömrəli qərarına pensiyanın 05.04.2005-01.01.2006-cı il üçün yenidən hesablanması ilə bağlı iddia tələbinin rədd edilməsinədair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşması hissəsində qiymət verir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 22.12.2006-cı il tarixli 499 saylı Fərmanı ilə hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyalar Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmiş və həmin tarixdən hərbi qulluqçu statusuna malik şəxslərin pensiyaları "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 32.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Qeyd edilən n ormanın məzmunundan görünür ki, vətəndaşın əmək pensiyasını almaq hüququ onun müraciəti əsasında hüququnun yarandığı gündən təyin edilməsi müəyyən olunsa da, qanunverici həmin pensiyanın ödənilməsi müddətini Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla təyin edilməsini nəzərdə tutmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu 01.01.2006-cı il tarixdən qüvvəyə mindiyindən iddiaçıya 01 yanvar 2006cı il tarixdən əvvəlki dövr üçün pensiya hesablanaraq ödənilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəll ənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiаçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2019-cu il tarixli 21(103)-151/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar