Məhkəmə qərarları › İş №2-1(102)-1972/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1972/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1972/2021 16.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: 3-cü qrup əlilliyin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili X2, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agent liyinə (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi) qarşı “hərəkətin qanunsuz hesab edilməsi və əlillik statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.07.2021-ci il tarixli, 2-1(103)-1492/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAC77 saylı göndərişi əsasında 12.02.2018-ci il tarixdə qiymətləndirilmiş və “gözdən əlil” ümumi xəstəlik səbəbi ilə ona müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir.

2. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 22.05.2019- cu il tarixli, 029-1354-1219 nömrəli məktubu ilə 225 nəfərin, o cümlədən iddiaçının əlilliyinin təyini üçün əsas olmuş göndərişin etibarsız hesab edilməsi barədə daxil olduğu məlumat əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində iddiaçının əlilliyi etibarsız edilmişdir.

3. Tibb İdarəsi tərəfindən göndərişin əsassız hesab edilməsinə səbəb iddiaçının daxili işlər orqanlarında xidmət etməməsi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmaması olmuşdur.

4. İddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək 12.02.2018-ci il tarixində ona təyin olunmuş üçüncü dərəcəli əlilliyin bərpa olunması, həmin məlumatların Tibbi Sosial Ekspertiza və X5 daxil edilməsi və üçüncü dərəcəli əlil kimi 01.07.2019-cu il tarixindən bugünədək qanunsuz olaraq saxlanılmış müavinətin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh 17.07.2020-ci il tarixli **********8 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında 20.03.2020-ci il tarixində qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı 4110003AAC77 nömrəli 12.08.2018-ci il tarixli göndəriş əsasında təyin edilmiş 3-cü dərəcəli əlilliyin etibarsız hesab edildiyi, yəni 01.07.2019-cu il tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələb ini onunla əsaslandırmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən 12.02.2018-ci il tarixindən üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Üçüncü dərəcəli əlil kimi 12.02.2018-ci il tarixindən təyin olunmuş sosial müavinəti 20.06.2019-cu il tarixinədək almışdır. Lakin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən göndərilmiş **********9 saylı, 20 iyun 2019-cu il tarixli məktubla ona bildirilmişdir ki, əlilliyi Tibbi Sosial Ekspertiza və X4 etibarsız hesab edildiyi üçün 12.02.2018-ci il tarixindən 01.07.2019-cu il tarixinədək almış olduğu 8489,23 manat məbləğində sosial müavinəti Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin hesabına geri qaytarmalıd ır. “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qeyd etdiklərini və iddiaçıya təyin olunmuş əlillik dərəcəsinin hansı əsasla Tibbi Sosial Ekspertiza və X4 etibarsız hesab edildiyini aydınlaşdırmaq məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə əvvəlcə şifahi olaraq müraciət etmişdir. Şöbədən ona bildirmişlər ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nin Əlillik Şöbəsi tərəfindən onlara 029-13541219 saylı, 22 may 2019-cu il tarixli məktub daxil olub, həmin məktuba əsasən əlilliyinin etibarsız hesab edilməsi və yuxarıda göstərilən məbləğin ondan alınaraq geri qaytarılması qərara alınıb. Lakin həmin şöbədə əlilliyinin hansı səbəbdən etibarsız hesab edilməsi barədə ona məlumat verilməmiş və bildirilmişdir ki, bu barədə məlumatın verilməsi onların səlahiyyətinə aid deyildir. Hesab edir ki, əlilliyinin etibarsız hesab edilməsi qanunsuz və əsassızdır.

8. Məhkəmənin 19.10.2020-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

9. Cavabdeh tərəfindən iddiaya etirazda bildirilmişdir ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Belə ki, 16.01.2020-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli qərarına əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Sənədlərin təhlilindən məlum olmuşdur ki, səhiyyə müəssisəsinin İddiaçı aid 4110003AAC77 saylı göndərişi 12.02.2018-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilərək müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. 2017-ci ilin ikinci yarım ili və 2018-ci ilin birinci yarım ili ərzində aparılmış əlillik təyinatları üzrə risk qrupuna daxil olan şəxslərin təyinatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçi qrup u tərəfindən araşdırılmışdır. ƏƏSMN-yi tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə müraciət olunaraq, DİN-in Tibb idarəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında risk qrupuna daxil olan 378 nəfərə aparılmış əlilik təyinatlarının araşdırılması məqsədilə həmin şəxslər barəsində rəsmiləşdirilmiş göndərişlərin (Forma 88) əsaslılığının nəzərdən keçirilməsi və nəticəsi barədə məlumatın təqdim olunması xahiş edilmişdir. DİN-in Tibb idarəsi tərəfindən 22.05.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktubla ƏƏSMN-nə müraciət edilmişdir. Müraciətdə 378 nəfərin DİN-nə aidiyyətinin olmaması, nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilərək, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. Göndərişləri etibarsız edilmiş şəxslərin siyahısında 21-ci sırada İddiaçı soyadı, adı, atasının adı qeyd edildiyindən “Əlillik altsistemi”ndə ona aid qiymətləndirmə etibarsız edilmişdir. Yəni əlilliyin təyininə əsas verən göndəriş əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir. İddiaçı əlilliyinin etibarsız edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2-1(112)-1598/2021 saylı qərarı ilə (hakim Mehriban Qarayeva) iddia təmin edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı yalnız əyani müyinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlilliyi barədə inzibati aktın etibarsız hesab edilməsi məsələsinə baxıla bilərdi. Lakin işin faktiki hallarına əsasən iddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini X1 etibarsız etmişdir. İddiaçının əlilliyinin qiymətləndirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Tibbi Sosial Ekspertiza və X4 etibarsız edilməsinin heç bir hüquqi və qanuni əsasları mövcud deyildir.

12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın lə ğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.07.2021-ci il tarixli, 21(103)-1492/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Aida Hüseyn, hakimlər – Səadət Bəktaşi və Afaq Nuriyeva) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2-1(112)-1598/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Məhkəmə qərarı cavabdehə 19.08.2021-ci il tarixində təqdim edilmişdir.

16. Cavabdeh 27.08.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.07.2021-ci il tarixli, 2-1(103)-1492/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının 22.02.2018-ci il tarixində qiymətləndirilmiş əlilliyinin etibarsız hesab edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmamışdır. İddia faktiki olaraq mübahisələndirmə və məcburetmə haqqında iddialara aid olsa da, məhkəmə tələbi səhv olaraq öhdəliyin icrası kimi qiymətləndirərək, maddi və prosessual hüquq normalarını pozmuşdur. İddiaçıya aid qiymətləndirmə 2019-cu ilin may ayında etibarsız edildiyindən və iddiaçı bir ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etdiyindən iddianın mümkünlük şərtinə əməl edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X3 izahat verərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir.

23. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətlənd irmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

24. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlər in reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

25. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür.

26. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir.

27. Həmin Qaydanın 3.7-ci bəndinə ə sasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 28. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

29. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədl ərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

30. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

31. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

32. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

33. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

34. İnzibati Prosessual Məcəllənin Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

36. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti va xtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

38. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Kassatorun əsas dəlili o ndan ibarətdir ki, əlilliyinin etibarsız hesab edilməsi istiqamətində cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunazidd hərəkətə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası kassatorun dəlillərini əsassız hesab edir.

41. Belə ki, hazırkı qərarın 22-27-ci bəndlərində göstərilən normaların məzmunundan görünür ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlilliyi barədə inzibati aktın etibarsız hesab edilməsi məsələsinə baxıla bilərdi.

42. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, iddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini X1 etibarsız hesab etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik alt sistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir.

43. Göründüyü kimi, cavabdeh qanunazidd hərəkətə yol vermədiyini, “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmadığını iddia etsə də, yuxarıda sadalanan hallar cavabdehin inzibati icraatın aparılması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etmədiyini təsdiq edir.

44. Kassatorun iddianın növü və iddia müddətinə dair dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia nə mübahisələndirmə, nə də məcburetmə haqqında iddialara aid edilə bilməz. Belə ki, mübahisələndirmə haqqında iddialarda inzibati aktın ləğv edilməsi, məcburetmə haqqında iddia larda isə inzibati aktın qəbul edilməsi tələb olunur. Hazırkı iddia tələbi isə iddiaçının 3-cü qrup əlil olmasının müəyyən edilməsi ilə bağlı qəbul edilmiş inzibati aktın nəticəsinin cavabdeh tərəfindən etibarsız hesab edilməsinin qanunsuz hesab edilməsindən ibarətdir. Odur ki, hazırkı tələb öhdəliyin icrası haqqında iddialara aidir. Öhdəliyin icrası haqqında iddialara isə iddia müddəti şamil olunmadığından kassatorun bununla bağlı dəlilləri də əsassızdır.

45. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.07.2021-ci il tarixli, 2-1(103)-1492/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 08.07.2021-ci il tarixli, 21(103)-1492/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar