Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1972/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “hərəkət və hərəkətsizliyin aradan qaldırılması, işsizliyə görə sığortanın, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1659/2023 nömrəli, 1 7 aprel 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən gizir İddiaçı xidmət müddəti başa çatdığına görə X5 20 mart 2022-ci il tarixli 057 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə əsasən ehtiyata buraxılmışdır. Hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış, hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şəbəsinə göndərilmişdir. Eyni zamanda həmin əmrlə iddiaçı iki aylıq maaş məbləğində birdəfəlik pul mükafatına l ayiq görülmüş, ehtiyata buraxılması ilə əlaqədar ona iki aylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilməsi əmr edilmişdir.
2. İddiaçının işsizlikdən sığorta ödənilməsi barədə müraciəti X4 X3 Filialı tərəfindən təmin edilməmiş, iddiaçıya xx.xx.2022-ci il tarixli məktubla cavab verilərək izah olunmuşdur ki, hərbi qulluqçulara “İşsizlikdən sığorta haqqında” qanun tətbiq olunmur.
3. Müdafiə Nazirliyi iddiaçının eyni məzmunlu ərizəsini xx.xx.2022-ci il tarixli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, ona 2022-ci ili n aprel ayından işsizliyə görə hər ayına əmək haqqının 70 faizi məbləğində sığortanın, həmçinin 2014-cü ildən hesablanaraq ərzaq pulunun verilməsi, maddi və mənəvi ziyana görə 6000 manat ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunlarında 2011-2022-ci illərdə müqavilə əsasında gizir rütbəsində xidmət etmişdir. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və xidmət etdiyi dövrdə dəfələrlə təltif olunmuşdur. 29 mart 2022-ci il tarixdə müqavilənin vaxtı bitdiyinə görə tərxis olunmuşdur. 5 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X3 Mərkəzinə sənədlərini təqdim edərək qeydiyyat və işsizliyə görə sığ orta ödənişinin alınması üçün müraciət etdikdə, onun sistemdə iş stajının olmaması səbəbindən müavinət verilməsinin mümkün olmadığı bildirilmişdir. O, hərbi xidmətdən öncə işləmişdir və ona kart verilmişdir. Yazdığı ərizəyə cavab olaraq Məşğulluq Xidməti tərəfindən bildirilmişdir ki, işsizliyə görə sığorta pulunu Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ödəməlidir. Hazırda ona 80 manat verilir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13615/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakim A.M.Almazova) iddia mümkün sayılmamışdır.
7. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tələb cavabdehin hansı hərəkət və hərəkətsizliyinin aradan qaldırılması hissəsində aydın deyil.
8. Eyni zamanda tələbin işsizliyə görə müavinətin ödənilməsi və ərzaq pulunun verilməsinə dair hi ssəsi ona cavab verməli olan inzibati orqana qarşı qaldırılmamışdır.
9. Tələb həmçinin mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddia tələbinin maddi və mənəvi ziyanın ödənilməsi hissəsində iddiaçının tələbi əsaslandırılmamış və bu barədə cavabdeh orqana müraciətini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının qanunla qorunan maraqlarının pozulmasını əsaslandıran hallar mövcud deyil. Bundan başqa iddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Quba-X1rşı “hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, ona 2022-ci ilin aprel ayından işsizliyə görə hər ayına əmək haqqının 70 faizi məbləğində sığortanın və maddi mənəvi z iyana görə 6 min manat ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 12220/2022 saylı qərardadı ilə mümkün hesab edilməmişdir
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, yuxarıda göstərilən hallarla əlaqədar məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilməklə müddət təyin edilməsinə baxmayaraq, qeyd olunan çatışmazlıqlar iddiaçı tərəfindən aradan qaldırılmamışdır.
11. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1659/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qərardadı ilə (hakimlər K.Əkbərov /sədrlik edən və məruzəçi/, M.Tağızadə və R.Səmədov) apelly asiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi iddiaçıların tələbini yetərincə araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsinin başlıca səhvi ondan ibarət olmuşdur ki, açıq aydın göstərilən bilavasitə işin nəticəsi üçün vacib olan faktlara əhəmiyyət verilməmişdir.
16. İddiaçı 29 mart 2022-ci ii tarixdə müqavilə vaxtının qurtarması səbəbindən hərbi xidmətdən tərxis edildikdən sonra 05 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X4 X3 Mərkəzinə sənədlərini təqdim edərək qeydiyyata alınması və işsizliyə görə sığorta ödənişinin alınması üçün müraciət etdikdə onun sistemdə iş stajının olmaması səbəbindən müavinət verilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı hərbi xidmətdən öncə işləmiş və ona əmək haqqı kartı verilmişdir. İddiaçıya Dövlət Məşğulluq Xidmətinə yazdığı ərizəyə cavab olaraq ona, işsizliyə görə sığorta ödənişinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ödənilməli olduğu bildirilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi öz qərardadında iddiaçının konkret olaraq hansı hüquqlarının po zulduğunu qeyd etmədiyini əsas gətirərək, iddianı mümkünsüz hesab edir və birinci instansiya məhkəməsinin qərardadını qüvvədə saxlayır. Halbuki, cavabdeh tərxisdə olan bir hərbçi, Qarabağ müharibəsi iştirakçısı olaraq onun ən ali vətəndaş və konstitusion hüquqlarının pozulduğunu öz iddia ərizəsində açıq şəkildə qeyd etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “İşsizlikdən sığorta haqqında” Qanun Maddə 1.2. Bu Qanuna uyğun olaraq sığorta ödənişi əmək münasibətlərinə bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş şəxslərə şamil edilir. 2.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:... 2.0.2. işsizlikdən sığortanın subyektləri – sığortaçı, s ığortaolunanlar və sığortaedənlər; 2.0.3. sığortaolunan – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilər; 2.0.4. sığortaedən – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək müqaviləsi bağladıqları işçiləri işsizlikdən sığorta edən aşağıdakı işəgötürənlər: 2.0.4.1. hüquqi şəxslər, habelə onların və xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri; 2.0.4.2. dövlət orqanları; 2.0.4.3. fiziki şəxslər; 2.0.4.4. seçkili orqanların rəhbərləri; 2.0.5. sığortaçı – işsizlikdən sığorta sahəsində idarəetməni (işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən müvafiq icra hakimiyyəti orqanı;... 2.0.9. sığorta vəsaiti – bu Qanunun 21-ci maddə sində nəzərdə tutulan mənbələrdən formalaşan vəsait; 2.0.10. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaiti; 2.0.11. sığortaolunanın sığorta stajı – sığorta ödənişinin ödənilməsi zamanı nəzərə alınan bu Qanunun 11-ci maddəsində müəyyən olunan müddət;... 2.0.13. işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs; 2.0.14. işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs;... 13.1. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarl a xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; 13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci v ə ya 2-ci hissəsinə əsasən. 13.1-1. Sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 20. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 2.3. Müəyyən edilsin ki, həmin Qanunun 2.0.5-ci, 5.1.6-cı, 13.1-ci, 13.1-1-ci, 17.2ci, 18.0.6-cı, 19.0.3-cü maddələrində, 17.1-ci və 17.7-ci maddələrinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. 21. “Dövlət qulluğu haqqında” Qanun 2.1. Bu Qanun dövlət orqanlarının st ruktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. 2.2. Bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katiblərinə və digər üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli ic ra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Azərbaycan Respublikasının Audiovizual Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbərinə və hərbi qulluqçulara şamil olunmur. 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qə rarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlı qlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətind ə müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları nın tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyə tcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərək ətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
29. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
30. Bu baxımdan işin hallarına nəzər salınanda görünür ki, hazırkı iş üzrə iddia tələbinin predmetini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkət və hərəkətsizliyinin arada n qaldırılması, ona 2022-ci ilin aprel ayından işsizliyə görə hər ayına əmək haqqının 70 faizi məbləğində sığortanın, həmçinin 2-14-cü ildən hesablanaraq ərzaq pulunun verilməsi, maddi və mənəvi ziyana görə 6000 manat ödənilməsi təşkil edir.
31. İşə baxmış apellyasiya instansiyası məhkəməsi işin hallarına əsasən qeyd etmişdir ki, iddia tələbi, cavabdehin hansı hərəkət və hərəkətsizliyinin aradan qaldırılması hissəsində aydın deyil. Eyni zamanda tələbin işsizliyə görə müavinətin ödənilməsi və ərzaq pulunun verilməsinə dair hissəsi ona cavab verməli olan inzibati orqana qarşı qaldırılmamışdır. İddiaçının tələbi iddia tələbinin maddi və mənəvi ziyanın ödənilməsi hissəsində əsaslandırılmamış və bu barədə cavabdeh orqana müraciətini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının qanunla qorunan maraqlarının pozulmasını əsaslandıran hallar mövcud deyil.
32. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, məhkəmə prosesi iddiaçının müraciəti əsasında başlanır. Məhkəmə araşdırması məhz müraciətdə şərh olunan hallar və tələblər üzrə aparılır. İşə baxan məhkəmə araşdırma predmetini iddia tələbinə əsaslanmaqla müəyyən edir, icraatın iştirakçıları məhz həmin tələblər nəzərə alınmaqla öz müdafiəsini təşkil edir, mülahizə və sübutları təqdim edirlər. Buna görə də irəli sürülmüş iddia tələbi hər şeydən əvvəl məzmun baxımından aydın və dəqiq ifadə olunmalıdır. Lakin iddia tələbi “Müdafiə Nazirliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması” hissəsində mücərrəd ol maqla, məhkəmə araşdırması predmetini müəyyən etməyə imkan vermir. Məhkəmə tərəfindən hüquqi yardım çərçivəsində iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsini təklif edilməsinə baxmayaraq, iddia tələbini bu hissədə qanuna uyğunlaşdırmamışdır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünl ük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
34. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
35. Qeyd edilməlidir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə e dir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
36. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riay ət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
37. Bu baxımdan iddiaçı işsizlikdən sığortanın subyekti sayılmır və “İşsizlikdən sığorta haqqında” Qanuna istinadən iddia vermək hüququna malik deyildir. Həmçinin cavabdeh kimi göstərilən Müdafiə Nazirliyi adı çəkilən Qanunun 13.1-1-ci maddəsində müəyyən edilən sığorta ödənişini təyin etmək səlahiyyətinə malik orqan deyildir.
38. Belə ki, işsizlikdən sığortanın hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu, “İşsizlikdən sığorta haqqında” Qanun, digər normativ hüquqi aktlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqa vilələr təşkil edir 39. “İşsizlikdən sığorta haqqında” Qanuna əsasən sığorta ödənişi əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunan şəxslərə şamil edilir:
1. Dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən;
2. İşçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən;
3. Əmək müqaviləsinin müddəti qurtardıqd a, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2ci hissəsinə əsasən (“İşsizlikdən sığorta haqqında” Qanunun 1.2, 3, 13-cü maddələri).
40. Məhkəmə kollegiyası qeyd edir ki, nəticə etibarı ilə hazırkı mübahisəyə münasibətdə iddia yuxarıda qeyd olunan səbəbdən mümkünlük şərtlərini ödəmir və bu baxımdan mümkün sayılmamalıdır.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün sayılmalıdır. Odur ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA A LDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1659/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.