Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1972/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ““əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2024-cü il tarixli, 2-1(103)-514/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 763 nömrəli, 20 oktyabr 2011-ci il tarixli qərarına əsasən İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildə N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Başın yumşaq toxumasının qəlpə yaralanması” (Xətai RHK-nın xx.xx.2011-ci il tarixli, 145 nömrəli göndərişi, xx.xx.2011-ci il tarixli, 148 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.1998-ci il tarixli, 26/2-463 saylı məktubu, MN MHHK-nın həkim mütəxəssis-cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir.
2. İddiaçıya ilk dəfə xx.xx.2014-cü il tarixdən “Qapalı KBT-nin davamlı qalığı, asteno-nevrotik sindrom” diaqnozu ilə “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” 1 il müddətinə İİ dərəcəli əlillik təyin edilmişdir.
3. Daha sonra xx.xx.2015-ci il tarixdən “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı k əllə beyin travmasının davamlı qalıq əlamətləri, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, kəskin ifadə olunmuş astenonevrotik sindrom, xüsusi epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları” diaqnozu ilə “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” 1 il müddətinə təkrar İİ dərəcəli əlillik təyin edilmişdir. 4. 03.09.2016-cı il tarixdən isə eyni diaqnoz əsasında “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” təkrar 5 il müddətinə İİ dərəcəli əlillik təyin edilmişdir. 5. 30.04.2022-ci il tarixdən “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 4-5 dəfə)” diaqnozu ilə “Ümumi xəstəlik” səbəbindən müddətsiz təkrar İİİ dərəcəli əlillik təyin edilmişdir.
6. İddiaçı ona təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan 02 dekabr 2022-ci il tarixli məktub ilə iddiaçının müraciətini təmin etməmiş, imtinasının onunla əsaslandırmışdır ki, obyektiv müayinə zamanı kəllə-beyin sinirlərindən yaşa uyğun dəyişikliklər, burun-dodaq bucağı asimmetrik, ətraflarda reflekslər canlı çağırılmış, əzələ gücü hər iki ətrafda normal, emosional-labil, iflic parez qeyd olunmamışdır. Nəticədə, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik səbəbindən təyinat aparmaq mümkün olmamış, ümumi xəstəlik səbəbindən müddətsiz İİİ dərəcə əlillik təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabd ehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının 20 oktyabr 2011-ci il tarixli 763 nömrəli qərarı əsasında iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü ildə hərbi xidmətə çağırılmış, 01 noyabr 1992-ci il tarixdən 20 oktyabr 1993-cu il tarixə qədər N saylı hərbi hissədə baş leytenant vəzifəsində xidmətdə olmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 763 saylı qərarına əsasən döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü i ldə aldığı və xx.xx.1993-cü ildə N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Başın yumşaq toxumasının qəlpə yaralanması” (Xətai RHK-nın xx.xx.2011-ci il tarixli, 145 nömrəli göndərişi, xx.xx.2011-ci il tarixli, 148 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.1998-ci il tarixli, 26/2-463 saylı məktubu, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), “Hərbi travmadir, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Həmin qərarın əsası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci maddəsinin “a” bəndində öz əksini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən İddiaçı haqqında “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsi və davranış pozuntuları. Kəskin ifadə olunmuş astenonevrotik sindrom. Xüsusi epileptik sindromlar. Tez-tez təkrarlanan qıcolma tutmaları” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Əlavə olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X1 xx.xx.2022-ci il tarixli, 1/525 saylı rəyinə əsasən iddiaçı haqqında yüngül dərəcəli diffuz residual-orqanik tipli dəyişikliklər fonunda mərkəz və gicgah paylarının paroksizmi qeyd olunmuşdur. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməli olduğu halda, cavabdeh tərəfindən əsassız olaraq onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur.
9. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2-1(112)-4997/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, cavabdeh orqanın ekspertinin iştirakı ilə keçirilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 T262/2023 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında ol an əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü maddəsində olan xəstəliklərin əhatə dairəsinə düşdüyündən ümumi xəstəliklə əlaqədar Meyarların 2.3.4-cü bəndinə uyğun olaraq üçüncü dərəcə əlillik təyinatı verilmişdir. İddiaçı Nazirlər Kabinetinin 187 saylı qərarı ilə “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin və müddəti”nin qiymətləndirilməsi üçün tibb müəssisəsindən yeni Forma 88 rəsmiləşdirildikdən sonra dəyərləndirilə bilər.
10. Cavabdeh id dia tələbinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə 26 saylı şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “ümumi xəstəlik; xəstəliklərin beynəlxalq təsnifatı: Vİ sinif – sinir sistemi xəstəlikləri => G40-G47 – epizodik və paroksizmal pozğunluqlar => G40 – epilepsiya => G40/3 - generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar; diaqnozun mətni: generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 4-5 dəfə); meyar 2.3 Üçüncü dərəcə əlillik =>2.3.4.epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40-G40.9)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Vətəndaşın müraciəti əsasında Agentliyin TSEK-də əyani müayinə aparılaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyası tərəfindən verilən qərarda qeyd olunan diaqnoz üçün travmanın səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Qeyd olunan diaqnoz anamnestik məlumatlar və obyektiv müayinələrdə araşdırılmışdır. Hərbi qərarda baş travması qeyd olunmadığından hazırki sağlamlıq vəziyyətinin hərbi səbəb-əlaqəsi təsdiqlənməmişdir. Nəticədə, ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul olunmuşdur. İddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyildir.
11. Bakı İnzibati Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2-1(112)-4997/2023 nömrəli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilmiş, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının 20 oktyabr 2011-ci il tarixli 763 nömrəli qərarı əsasında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Məhkəmənin yekun mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh inzibati orqan iddiaçının əlilliyinin müharibə ilə əlaqəli olması barədə sənədlərin mötəbər olmasına və şübhə doğurmamasına, səlahiyyətli inzibati orqanlar tərəfindən iddiaçının xəsarətlərinin, xəstəliyinin, əlilliyinin müharibə səbəbi ilə olması barədə qərarlarını nəzərə almadan, iddiaçının xeyrinə olan halları araşdırmadan iddiaçının əlilliyinin səbəbini əsassız dəyişdirmiş və bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuşdur.
13. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2-1(103)-3799/2023 nömrəli qərardadı ilə iş üzrə əlavə komission məhkəmə-tibbi ekspertizası təyin edilmiş, cavabdeh orqanın ekspertinin iştirakı ilə keçirilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 tərəfindən verilmiş T 922/2023 nömrəli iş materia lları üzrə ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “1.2. Vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə 2 saylı X2 baş beyinin elektroensefaloqrafik müayinəsində yüngül dərəcəli diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda mərkəz və gicgah paylarının paroksizmi müəyyən edilmişdir. Həmin ocaqların onun 1993-cü ildə baş dərisinin yumşaq toxumalarının qəlpə yaralanmasının nəticəsi olması kimi dəyərləndirilməsi düzgün olmazdı. Belə ki, bu kimi, ocaqlara onun düçar olduğu sinir sistemi xəstəliyi olan «Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 4-5 dəfə) xəstəliklərin instrumental müayinəsində rast gəlinir.
3. İş materiallarında olan tibbi sənədlərə əsasən onun başında olmuş yumşaq toxumaların qəlpə yaraları baş be yində travmatik zədələnmə ilə müşayiət olunmamışdır. Bu yaralarla əlaqədar ona yalnız tibb məntəqəsində ilkin tibbi yardım göstərilmişdir ki, bu da travmanın yüngül olması qənaətinə gəlməyə əsas verir.
4. Vətəndaş İddiaçı Nazirlər Kabinetinin 187 saylı qərarı ilə “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin və müddəti”nin qiymətləndirilməsi üçün tibb müəssisəsindən yeni Forma 88 rəsmiləşdirilməlidir.”
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2024-cü il tarixli, 2-1(103)-514/2024 nömrəli qərarı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2-1(112)-4997/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiy a instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işin tədqiq olunan sübutlarla müəyyən olunan hallarından da göründüyü kimi, iddiaçıda onun 1993-cü ildə birinci Qarabağ müharibəsində aldığı baş beyin travması ilə əlaqədar xəstəlik diaqnozu onun bütün əlillik dövrü 2022-ci ilə qədər mövcud olmuş və hazırda da davam etməkdədir. Başqa sözlə, cavabdeh Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu qiymətləndirilməsinin işin sübutlarla müəyyən olunan hallarına və qanunvericiliyin tələblərinə zidd olduğu, bununla da, iddiaçının qanunla qorunan hüquqlarını pozduğu sübuta yetirilir.
17. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSAS İYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayətində iddia ərizəsinə dair etirazda və apellyasiya şikayətində göstərdiyi dəlilləri təkrarlamaqla qeyd etmişdir ki, diaqnozların nəticəsindən aydın olmuşdur ki, iddiaçı barəsində həmin göndərişlər və diaqnozlar əsasında əlilliyin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” səbəbi ilə təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində həmin səbəblə əlillik təyin edilməsi mümkün olmamışdır. Belə olan halda, iddiaçıda olan xəstəliklərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları na dair” Əsasnaməyə uyğun olaraq, “ümumi xəstəlik” mövcud olduğu müəyyən olunmuş, səciyyələnmiş xəstəliklərin əsasında əlilliyi hərbi səbəb əlaqəsi ilə təyin etmək mümkün olmamış, cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs,... Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil ol duğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir....
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən m əhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edil ən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinə dair etirazın və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya təyin olunmuş əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağl ı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Belə ki, iş üzrə cavabdeh orqanın imtinasının əsas dəlili ondan ibarət olmuşdur ki, müayinə zamanı iddiaçıda digər, yəni ümumi səbəblərdən əlillik təyin edilməsinə əsas verən xəstəliklər aşkar edilmiş, “hərbi səbəb” əlaqəsi müəyyən olunmamış, ona görə də iddiaçıya əlillik təyinatı ümumi xəstəlik səbəbindən aparılmışdır.
30. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, cavabdeh iddia tələbinə dair etirazında Azərbaycan Respublikası Müdafiə Nazirliy i Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında baş travmasının qeyd olunmadığını bildirsə də, sözügedən qərarda diaqnoz “Başın yumşaq toxumasının qəlpə yaralanması” olaraq göstərilmişdir.
31. Kollegiya apellyasiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşaraq qeyd edir ki, iş materiallarında mövcud olan tibbi sənədlərlə müəyyən edilən məlumatlardan göründüyü kimi, iddiaçıda 1993-cü ildə birinci Qarabağ müharibəsində yaranmış və 2011ci ildən ona qoyulmuş “kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, kəskin ifadə olunmuş astenonevrotik sindrom, xüsusi epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları” di aqnozu 2022-ci ilə qədər davam etmiş, 2019-2022-ci illər üzrə müayinə və müalicələri üzrə tibbi sənədlərlə də kəllə-beyin travmasının mövcudluğu və bununla bağlı onun mütəmadi müalicələr aldığı, lakin hələ də həmin travmadan əziyyət çəkdiyi öz təsdiqini tapmışdır.
32. Kollegiya, iş üzrə keçirilmiş ekspertiza rəylərinin əsassızlığı ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi qənaəti də əsaslı hesab edir. Belə ki, həmin ekspert rəylərini hər iki halda eyni ekspertlər (H.M.Kazımov və M.C.Əkbərli) vermişlər. Bundan başqa, ekspertlərdən biri (M.C.Əkbərli) cavabdehin nümayəndəsi olmuşdur. Digər tərəfdən, ikinci dəfə ekspertiza keçirilərkən apellyasiya məhkəməsi bununla bağlı özünün qərardadında xüsusi olaraq ekspertizanın keçirilməsini Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırmış, eləcə də ekspert tədqiqatının aparılması və rəy verilməsi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ekspertinin kənarlaşdırılmaqla başqa ekspertlər tərəfindən həyata keçirilməli olduğu göstərilmişdir. Buna baxmayaraq, ekspert rəyi yenə də əvvəlki ekspertlər tərəfindən verilmiş, eləcə də rəy vermiş ekspertlərdən biri yenə də cavabdehin nümayəndəsi olmuşdur. Bu hal, həmin rəylərin mötəbərliyini ciddi şübhə altına alır.
33. Nəzərə almaq lazımdır ki, qanunvericiliklə yalnız məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmadan, müstəqil olaraq, bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək qadağan edilir (“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 9 -cu maddəsi). Beləliklə, hazırkı halda, məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan kimi məhkəmə çıxış etdiyindən, müvafiq olararaq onun razılığı olmadan idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək yolverilməzdir.
34. Eyni zamanda, cavabdehin nümayəndəsinin mübahisənin həlli üçün əhəmiyyət kəsb edən halın müəyyən edilməsi məqsədilə təyin edilmiş ekspertizada ekspert qismində iştirakı ekspertin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran əsas hesab edilməklə, prosessual qanunvericilikdə ekspertə etirazın əsaslarından biri kimi göstərilmişdir.
35. Mülki Prosessual Məcəllənin 88 və 103-cü maddələrinin tələblərinə görə, ekspertin rəyi məhkəmə üçün məcb uri deyildir və məhkəmə ekspert rəyi də daxil olmaqla sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Bu anlamda, Birlik tərəfindən əvvəlki ekspert rəyini vermiş ekspertin yenidən rəy verilməyə cəlb olunması, eləcə də qanuni əsaslar olmadan cəlb edilmiş cavabdehin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş ekspert rəyinin məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməklə, həmin rəyə uyğun nəticəyə gəlinməsi prosessual qanunvericiliyin tələblərinə ziddir.
37. Bundan başqa, ekspert rəylərinin mahiyyəti üzrə əsassızlığı ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticədə əsaslı hesab edilir. Belə ki, apellyasiya məhk əməsi bununla bağlı qeyd etmişdir ki, rəyin sözügedən ifadə formasından göründüyü kimi, birinci cümlədə imperativ şəkildə xx.xx.2022-ci il tarixdə 2 saylı X2 baş beyinin elektroensefaloqrafik müayinəsində yüngül dərəcəli “diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda mərkəz və gicgah paylarının paroksizmi” müəyyən edildiyi qeyd olunsa da, ekspertlər tərəfindən sonrakı cümlədə, ehtimalla mülahizə yürüdülərək, “bu kimi, ocaqlara onun düçar olduğu sinir sistemi xəstəliyi olan “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 4-5 dəfə) xəstəliklərin instrumental müayinəsində rast gəlinir” kimi ifadə işlədilmiş, daha sonrakı bənddə də iddiaçının instrumental müayinələrini kənarda qoyaraq öz mülahizələrinə əsasən onun baş-beyn ində travmatik zədələnmə müşayiət olunmadığını qeyd etmiş, sonda hər bir halda, baş-beynin yüngül travmasının olması göstərilmişdir. Halbuki hər iki ekspert rəyinin tədqiqi hissəsində ekspertlər tərəfindən müayinə olunarkən iddiaçının şikayətlərinin yuxusuzluqdan, başgicəllənmədən, başağrılarından, ayda 3-4 dəfə qıcolma tutmalarından və ətraflarında keyimədən əziyyət çəkdiyi təsbit olunmuşdur.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiz a və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2024-cü il tarixli, 21(103)-514/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.