Məhkəmə qərarları › İş №2-1(102)-1973/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1973/2019

10.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1973/2019 10.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: informasiya sorğusu, məhkəmənin xidməti vəzifəsinə görə işin hallarını araşdırmaq borcu. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hacıyev Sənan Firudin oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı sənədlərin verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-145/2019 saylı iş üzrə 06 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 sentyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MTK-nın tikintisinə icazə verilməsi, Cavabdeh1 MTK-ya torpaq sahəsinin ayrılması barədə sərəncamın, kompleksin layihə-smeta sənədlərinin, planlaşdırılmış qrafikinin, kompleksin nə vaxt tam istismara verilməsi, tikinti obyektinin istismarına icazə verilməsi barədə ekspertiza rəyinin və digər tikinti ilə əlaqədar arxiv qovluğunda saxlanılan bütün hüquqi sənədlərin verilməsi öhdəliyinin Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyul ması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanan müqaviləyə əsasən, iddiaçı tərəfindən *** saylı, 2 otaqlı mənzilə görə 114.277 manat pul Cavabdeh1 MTK-ya ödənilmişdir. Müqavilə üzrə tikinti işləri 2017-ci il tarixdə başa çatdırılmalı, kompleks üzrə mənzillərin təmir olunması təmin edilməli idi. Lakin, 2017-ci il başa çatmış, 2018-ci ilin 2-ci rübünün başa çatmasına baxmayaraq kompleksin təhvil verilməsi gecikməklə müqavilə şərtləri pozulmuşdur. 2018-ci ilin iyun ayının başa çatmasına baxmayaraq kompleksin istismarına nə vaxt icazə verilməsi barədə məlumat yoxdur. Ona görə də tikinti işlərinin bitmə müddətini dəqiqləşdirmək məqsədi ilə Cavabdeh1 MTK-ya torpaq sahəsinin ayrılması, tikintiyə icazə veril məsi barədə sərəncamın, kompleksin layihə smeta sənədlərinin, planlaşdırılmış qrafiki barədə, kompleksin nə vaxt tam istismara verilməsi, tikinti obyektinin istismarına icazə verilməsi barədə ekspertiza rəyinin və digər tikinti ilə əlaqədar hüquqi sənədlərin surətinin təqdim edilməsi üçün cavabdehə müraciət edilmiş, lakin edilən müraciət nəticəsiz qalmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2-1(81)-3058/2018 saylı qərarı ilə (hakim - M.T.Hacıbəyova) iddia qismən təmin edilərək İddiaçı Cavabdeh1 MTKnın inşa etdiyi yaşayış kompleksinin tam istismara qəbul edilməsinə dair müvafiq sənədlərin verilməsi öhdəliyi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmiş, iddia tələbi qalan Cavabdeh1 MTK-nın tikintisinə icazə verilməsi, Cavabdeh1 MTK-ya torpaq sahəsinin ayrılması barədə sərəncamın, kompleksin layihə smeta sənədlərinin, planlaşdırılmış qrafikin, tikinti obyektinin istismarına icazə verilməsi barədə ekspertiza rəyinin və digər tikinti ilə əlaqədar arxiv qovluğunda saxlanılan bütün hüquqi sənədlərin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması hissəsində rədd edilmişdir. Həmin qərardan iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-145/2019 saylı, 06 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim - H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və V.Ə.Baxışova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə 1 s aylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3058/2018 saylı, 01 noyabr 2018-ci il tarixli qərarı iddia tələbinin təmin edilmiş “İddiaçı Cavabdeh1 MTK-nın inşa etdiyi yaşayış kompleksinin tam istismara qəbul edilməsinə dair müvafiq sənədlərin verilməsi öhdəliyi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi” hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli qərarını ləğv edib işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığı ndan və işin halları tam araşdırılmadığından ləğv edilməlidir. Belə ki, apellyasiya məhkəməsi heç bir sübutu rəhbər tutmayaraq əsassız olaraq öz mülahizəsinə uyğun belə əsaslandırmışdır ki, Cavabdeh1 MTK-nın tikinti aparılmasına əsas olmuş sənədlərin və yaşayış kompleksinə dair digər sənədlər qovluğunun verilməsi barədə iddiaçının hazırkı iddia tələbini qaldırmaqdakı məqsədi Cavabdeh1 MTK-dan aldığı mənzilə gələcəkdə mülkiyyət hüququnun qeydiyyata alınmaqla çıxarışın alınması üçün zəruri sənədləri əldə etməkdir. İddiaçının iddia ərizəsində verilməsini tələb etdiyi sənədlərdən yalnız yaşayış kompleksinin istismara qəbul edilməsi ilə bağlı sənədlər onun çıxarış alması üçün zəruri sənəddir. Qanunvericilik mülkiyyət hüququnun qeydiyyatı üçün müraciət edən şəxsin MTK-ya torpaq sahəsinin ayrılma sı barədə sərəncamın, kompleksin layihə-smeta sənədlərinin, planlaşdırılmış qrafiki və s. isə təqdim edilməsini nəzərdə tutmamışdır. Lakin məhkəmə yalnız öz mülahizəsi əsasında belə bir qənaətə gəlmişdir. İddiaçı tərəfindən belə bir iddia irəli sürülməmiş, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsindəki iclasda məqsədin çıxarış almaq olması bildirilməmişdir. Əslində, iddia ərizəsində məqsəd aydın şəkildə öz əksini tapmışdır. Belə ki, “xxxx” MTK ilə bağlanmış müqavilə üzrə tikinti işləri 2017-ci il tarixdə başa çatdırılmalı, kompleks üzrə mənzillərin təmir olunması təmin edilməli idi. Lakin 2017, 2018-ci ilin başa çatmasına baxmayaraq kompleksin təhvil verilməsi gecikməklə müqavilə şərtləri pozulmuşdur. 2019-cu ilin mart ayının başa çatmasına baxmayaraq kom pleksin istismarına nə vaxt icazə verilməsi barədə məlumat yoxdur. Məhz buna görə də, tikinti işlərinin bitmə müddətini dəqiqləşdirməq məqsədi ilə müvafiq sənədlərin təqdim edilməsi üçün tərəfimizdən iddia qaldırılmışdır. Göstərilən məqsədlə müvafiq hüquqi sənədlərin verilməsindən imtina edilməsinin, mülkiyyət hüququnun qeydiyyatı üçün müraciət edən şəxs tərəfindən MTK-ya torpaq sahəsinin ayrılması barədə sərəncamın, kompleksin layihə-smeta sənədlərinin, planlaşdırılmış qrafiki və s. isə təqdim edilməsinin nəzərdə tutulmamasına dair qanunvericiliyin tələblərinə əsaslanması işin hallarını düzgün əks etdirməməklə, məhkəmənin qərəzli mövqeyini bir daha təsdiq edir. Həmçinin, apellyasiya məhkəməsinin qərarında göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 24.04.2018-ci il tarixli, B-67/2-1 58 nömrəli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, yaşayış binalarının tikintisinin müəyyən olunmuş qaydalar əsasında tam başa çatdırılıb, istismarına icazə alınmasının təmin edilməsi bilavasitə həmin binaların tikintisi üzrə sifarişçisinin (sahibkarının) vəzifə və öhdəliklərinə aiddir və bu prosedur Azərbaycan Respublikasının mövcud Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri nəzərə alınmaqla yerinə yetirilməlidir. Bununla əlaqədar bildirilmişdir ki, yuxarıda göstərilən ünvanda inşa edilmiş yaşayış binasından mənzilin alınması məsələsi ərizədə qeyd edildiyi kimi, ikitərəfli müqavilə əsasında həyata keçirildiyindən, hazırda qaldırılan problemlərin həlli ilə bağlı (eləcə də tikinti işlərinin başa çatması müddətinin dəqiqləşdirilməsi, kompleksin tikintisinə dair bir sıra hüquqi sənədl ərin əldə olunması və s. məsələlər) ilk növbədə, sözügedən binanın tikintisi üzrə sifarişçisinə (sahibkarına) müraciət etməyi daha məqsədəuyğundur. Əks təqdirdə, müqavilə öhdəliklərinə əməl olunmaması səbəbindən tərəflər arasında yaranmış bütün mübahisəli məsələlərin hüquqi müstəvidə həllinə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə məhkəmə orqanında baxılmalıdır. Lakin iddia ərizəsində də göstərilmişdir ki, ““xxxx” MTK-nın inşa etdiyi yaşayış kompleksinin yanacaq doldurma məntəqəsinin yaxınlığında inşa edilməsini nəzərə alıb, həmçinin tikinti işlərinin bitmə müddətini dəqiqləşdirmək məqsədi ilə "xxxx” MTK ya torpaq sahəsinin ayrılması, tikintiyə icazə verilməsi barədə sərəncamın, kompleksin layihə smeta sənədlərini, planlaşdırılmış qrafiki barədə, kompleksin nə vaxt tam istismara verilməsi, tikinti obyektinin istismarına icazə verilməsi barədə ekspertiza rəyinin və digər tikinti ilə əlaqədar hüquqi sənədlərin surətinin təqdim edilməsi üçün edilən müraciət nəticəsiz qalmışdır. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. “İnformasiya əldə etmək haqqında” Qanuna əsasən informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq ya radılmış hüquqi şəxslər və fiziki şəxslərdir (3.0.5.). Həmin qanunun 6.1.3-cü maddəsində informasiya əldə olunmasının əsas prinsiplərindən biri kimi dövlət orqanlarının və bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi göstərilmişdir. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən dövlət orqanları və bələdiyyələr informasiya sahibləri sayılırlar. Həmin Qanunun 14.1.3-cü maddəsinə əsasən sorğuçu yazılı sorğunun informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi formasında təmin edilməsini tələb edə bilər. Həmin Qanunun 21.1-ci maddəsində təsbit edilmişdir ki, informasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğu çunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda. Həmin Qanunun 21.2-ci maddəsində isə informasiya sahibinin sorğunun icrasından imtina edə biləcəyi hallar aşağıdakılar kimi sadalanmışdır: sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa; bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan hüquqi və fiziki şəxslərdən sorğulanan informasiya bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində göstər ilən vəzifələrin yerinə yetirilməsinə aid deyilsə; sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa; sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə; sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apelyasiya məhkəməsi tərəfindən qeyd edilən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsi iddianı rədd edərkən özünün mövqeyini iddiaçının tikintinin aparılmasına əsas olmuş sənədləri Bakı şəhər İcra Hakimiyyətindən tələb etmək hüququna malik olmadığına, eləcə də B akı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilməsi ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının sözügedən sənədləri tələb etmək hüququna malik olmadığı ilə bağlı səhv nəticəyə gəlmişdir. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı Cavabdeh1 MTK ilə müqavilə bağlayaraq mənzil əldə etmişdir. İddiaçının tələb etdiyi sənədlər də həmin mənzilin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərdir. Bu hal, iddiaçının hazırkı iddiaya dair subyektiv hüququn sahibi olduğuna dəlalət edir. Ona görə də, təkrar apellyasiya baxışı zamanı məhkəmə mübahisəni “İnformasiya əldə etmək haqqında” Qanunun müddəalarını nəzərə almaqla həll etməli, xüsusən tələb olunan məlumatların informasiya hesab edilib-edilmədiyini, informasiya sahibinin kim olduğunu, informasiyanın verilməsindən imtina üçün qanunda göstərilmiş məhdudiyyətlərin mövcud olub-olmadığını müəyyən etməlidir. Apellyasiya məhkəməsi bu qaydada araşdırma aparmamış, bununla da, işin hallarının tam və hərtərəfli araşdırılmasına dair xidməti vəzifəsinin tələblərini yerinə yetirməmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilməsi dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, bu hal özü-özlüyündə iddianı rədd etmənin əsası kimi çıxış edə bilməz. Məhkəmə bu haldan çıxış etməklə iddianı o halda rədd edə bilər ki, Bakı şəhər İcra Hakimiyyəti artıq tələb olun an sənədlərə münasibətdə informasiya sahibi kimi çıxış etməsin. Lakin bu hal, araşdırılmamış qalmışdır. Odur ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilməsi nəticəsində iddiaçının tələb etdiyi sənədlərin hansı dövlət orqanlarında saxlanıldığını, başqa sözlə, tələb olunan sənədlərə münasibətdə informasiya sahibinin kim olduğunu dəqiq müəyyən etməlidir. Bu halın dəqiq müəyyən edilməsi iddiaçının tələb yönəldəcəyi cavabdehlərin dəyişməsinə də səbəb ola bilər. Belə vəziyyətin yaranacağı halda, məhkəmə informasiya sahibi kimi Bakı şəhər İcra Hakimiyyətinin çıxış etdiyi sənədlərlə bağlı tələbə mahiyyəti üzrə baxmalı, informasi ya sahibi kimi digər orqanlar çıxış etdikdə isə tələbin həmin hissəsinin (hissələrinin) mümkünlük şərtlərini və düzgün cavabdehə qarşı iddia qaldırılması məsələsini müzakirə etməklə iddiaçıya zəruri hüquqi yardım göstərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-145/2019 saylı iş üzrə 06 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar