Məhkəmə qərarları › İş №2-1(102)-1973/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1973/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1973/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası, hakimlər Zakir Quliyev – sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində aktdan irəli gələn ehtiyata buraxılmağı barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 2-1(103)-1502/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə 27 oktyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 06.07.1992-ci il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsi və qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 06.07.1992-ci il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkə sə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində aktdan irəli gələn ehtiyata buraxılmağı barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. Gəncə İnzibati Məhkəməsinin 12.10.2020-ci il tarixli qərardadı ilə iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) göndərilmişdir.

3. Birinci instansiya məhkəməsinin 10.03.2021-ci il tarixli, 2-1(112)2806/2021 nömrəli (sədrlik edən hakim Şəlalə Həsənova) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışd ır.

4. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 10.03.2021-ci il tarixli, 2-1(112)- 2806/2021 nömrəli qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 02.07.2021-ci il tarixli, 2-1(103)-1502/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Afaq Nuriyeva) qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 10.03.2021-ci il tarixli, 2-1(112)-2806/2021 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

6. Apellyasiya instansiyas ı məhkəməsinin 02.07.2021-ci il tarixli, 21(103)-1502/2021 nömrəli nömrəli qərardadından iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilmişdir.

7. İddiaçının kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış və şikayətə vəkilin orderi əlavə edilməmişdir. Həmçinin kassasiya şikayəti prosessual müddət buraxılmaqla verilmiş və müddətin bərpası barədə ərizə (vəsatət) təqdim edilməmişdir.

8. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli qərardadının surətini 13.07.2021-ci il tarixdə almışdır. İddiaçı həmin qərardaddan 02.08.2021-ci il tarixdə kasasiya şikayəti vermişdir.

9. Göründüyü kimi, iddiaçı prosessual q anunvericilikdə nəzərdə tutulmuş kasasiya şikayətinin verilməsi müddətini ötürmüşdür.

10. Bununla bağlı Ali Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq yardım edilmiş və göstərilən nöqsanları 27 oktyabr 2021-ci il tarixə qədər aradan qaldırmaq təklif edilmiş və əks halda kassasiya şikayətinin mümkün sayılmaması nəzərinə çatdırılmışdır. Lakin iddiaçı tərəfindən bu nöqsanlar aradan qaldırılmamışdır.

11. Buna görə də iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

13. Həmin Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə görə kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.

15. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.3-cü maddəsinə görə bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş şikayətin verilməsinin formasına və məzmununa dair tələblər, müvafiq prosessual qaydalar və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.

17. Azərbaycan Respublikası MPM-in 130.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

18. Həmin Məcəllənin 133.1.-ci maddəsinə görə məhkəmə q anunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

19. Göründüyü kimi, iddiaçı tərəfindən kassasiya şikayətinin verilmə müddəti buraxılmış və buraxılmış müddətin bərpası barədə ərizə verilməmişdir.

20. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

21. Həmin Məcəllənin 96.3-cü maddəsinə görə kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Göstərilənlərə maddəsini rəhbər tutaraq əsasən və Azərbaycan QƏRARA Respublikası İPM-nin 96.3-cü A L D İ: İddiaçının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021ci il tarixli, 2-1(103) -1502/2021 nömrəli qərardadından verdiyi kassasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar