Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1973/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya şikayətinin mümkünlüyü, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) “0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2021-ci il tarixli, 2-1(107)-302/2021 nömrəli qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəyə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
2. Şəki İnzibati Məhkəməsinin (hakim İ.H.Cabbarov) 12 aprel 2021-ci il tarixli, 21(116)-25/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, torpaq sahəsinin dövlət mülkiyyətində olması səbəbindən iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olmuşdur.
4. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. apellyasiya instansiya məhkəməsindəki icraat
5. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2021-ci il tarixli, 2-1(107)-302/20 21 nömrəli qərarı ilə (hakimlər: R.R.Rəfiyev- sədrlik edən, E.Ş.Hüseynov və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
8. İddiaçı, vəsatətlə məhkəməyə müraciət edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 avqust 2021-ci il tarixli, 2-1(107)-302/2021 nömrəli qərarından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş və iddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişd ir.
9. Ərizəni onunla əsaslandırmışdır ki, xəstəliyi ilə bağlı vaxtında kassasiya şikayəti verə bilməmişdir.
10. Cavabdeh etiraz təqdim edərək prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. (-) Maddə
24. Prosessual müddətlərin bərpa olun ması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-) Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəmə si vasitəsi ilə verilir. (-) Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Vəsatət təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
13. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddəti n buraxılmasında proses iştirakçısının təqsiri olmasın.
14. İşdə olan poçt sənədinə əsasən, məhkəmə qərarı 30 sentyabr 2021-ci il tarixdə iddiaçıya təqdim olunmuşdur.
15. Məhkəmə aktının təqdim edildiyi 30 sentyabr 2021-ci il tarixdən iddiaçının sərəncamında 1 ay sərbəst prosessual müddət olmuşdur. Lakin həmin müddətdən iddiaçı istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. İddiaçının vəsatətində istinad etdiyi halları (xəstəliyini və müalicədə olmasını) təsdiq edən hər hansı sübut isə məhkəməyə təqdim olunmamışdır. Beləliklə, prosessual müddətin buraxılmasında iddiaçının təqsirsiz olduğu müəyyən edilməmişdir.
16. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya məhkəməsinin 25 avqust 2 021-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddətinin buraxılması barədə ərizəsi rədd edilməli, bu səbəbdən də, kassasiya şikayəti mümkün sayılmamalıdır.
17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə rədd edilsin. İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2021-ci il tarixli, 2-1(107)-302/2021 nömrəli qərarından verilən şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.