Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1974/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə pensiya təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, iddiaçının vəkili (nümayəndəsi) X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi, yaranmış fərqin birdəfəlik ödənilməsi və əmək kitabçalarının qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-1168/2020 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1934-cü il təvəllüdlüdür, Bakı şəhərində yaşayır və yaşa görə əmək pensiyası alır.
2. İddiaçının əri X5 müxtəlif partiya və sovet orqanlarında işləmiş, xx.xx.1987-ci ildə vəfat etmişdir.
3. İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət edərək, ona ailə başçısını itirməyə görə pensiyanın təyin olunmasını xahiş etmiş, lakin inzibati orqan iddiaçının mərhum həyat yodaşının dövlət qulluqçusu statusuna malik olmadığını əsas gətirərək müraciətin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2019-cu il 31 oktyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona mərhum həyat yoldaşının dövlət qulluğunda qulluq stajı nəzərə alınmaqla xx.xx.2006-cı il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi, əmək pensiyanın “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 6.2-ci maddəsinə uyğun olaraq vəfat etmiş dövlət qulluqçusunun qulluq stajına görə almalı olduğu pensiyanın 80 faizi miqdarında hesablanması, pensiyanın xx.xx.2006-cı il tarixdən hesablanması, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğindən iddiaçının xx.xx.2006-cı il tarixdən yaşa görə almış olduğu pensiya məbləği çıxılmaqla yaranmış fərqin birdəfəlik ödənilməsi və əmək kitabçalarının iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1.3, 1.5 və 1.6-cı bəndləri nə əsasən mərhum həyat yoldaşı X2 08.1961-cı il tarixdən 02.1963-cü il tarixədək işlədiyi Azərbaycan Kommunist Partiyasının X6 Komitəsinin ikinci katibi vəzifəsinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında aparatın rəhbərinin müavini, 02.1963-cü il tarixdən 12.1965-ci il tarixədək işlədiyi Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında Nazirlər Sovetinin sədri və sədr müavini vəzifələrinin müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında aparatın rəhbəri və aparatın rəhbərinin müavini vəzifələrinə, 11.1960-cı il tarixdən 08.1961-ci il tarixədək işlədiyi Azərbaycan Kommunist Partiyasının Culfa rayon partiya komitəsinin və 12.1965-ci il tarixdən 11.1970ci il tarixədək işlədiyi Azərbaycan Kommunist Partiyasının Sabirabad rayon partiya komitəsin in birinci katibi vəzifələrinin rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında yerli icra hakimiyyəti başçısının müavini vəzifələrinə uyğunlaşdırmaqla, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında aparatın rəhbəri vəzifəsinin vəzifə maaşı əsas götürülməlidir.
6. Cavabdeh birinci instansiya məhkəməsində iddia tələbinə qarşı yazılı etiraz verməmiş, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(112)-471/2020 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 07 fevral tarixli 290 nö mrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.3, 1.5 və 1.6-ci bəndlərinə əsasən iddiaçının mərhum həyat yoldaşı X2 1961-ci ilin avqust ayından 1963cü ilin fevral ayına qədər işlədiyi Azərbaycan Kommunist Partiyasının X6 Komitəsinin ikinci katibi vəzifəsinin X1 Nazirlər Kabinetinin Aparatında aparat rəhbərinin müavini, 1963-cü ilin fevral ayından 1965-ci ilin dekabr ayına qədər iş lədiyi Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında Nazirlər Sovetinin sədri və sədr müavini vəzifələrinin müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında aparat rəhbərinin müavini vəzifələrinə, 1960-cı ilin noyabr tarixindən 1961-ci ilin avqust ayına qədər işlədiyi Azərbaycan Kommunist Partiyasının Culfa rayon partiya komitəsinin və 1965-ci ilin dekabr ayından 1970-ci ilin noyabr ayına qədər işlədiyi Azərbaycan Kommunist Partiyasının Sabirabad rayon partiya komitəsinin birinci katibi vəzifələrinin rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında yerli icra hakimiyyəti başçısının müavini vəzifələrinə uyğunlaşdırmaqla Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında aparatın rəhb əri vəzifəsinin vəzifə maaşı əsas götürülməklə iddiaçıya mərhum həyat yoldaşı X2 dövlət qulluğunda qulluq stajı nəzərə alınmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının (bu haqda müraciət etdiyi gündən) təyin edilməsi, yaşa görə almış olduğu pensiya məbləği çıxılmaqla yaranmış fərqin birdəfəlik ödənilməsi, iddiaçı və onun mərhum əri H.Məmmədova məxsus əmək kitabçılarının qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçu larının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.3., 1.5 və 1.6-ci bəndlərinə əsasən iddiaçının mərhum həyat yoldaşı X2 1961-ci ilin avqust ayından 1963-cü ilin fevral ayına qədər işlədiyi Azərbaycan Kommunist Partiyasının X6 Komitəsinin ikinci katibi vəzifəsinin X1 Nazirlər Kabinetinin Aparatında aparat rəhbərinin müavini, 1963-cü ilin fevral ayından 1965-ci ilin dekabr ayına qədər işlədiyi Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında Nazirlər Sovetinin sədri və sədr müavini vəzifələrinin müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında aparat rəhbərinin müavini vəzifələrinə, 1960cı ilin noyabr tarixindən 1961-ci ilin avqust ayına qədər işlədiyi Azərbaycan Kommunis t Partiyasının Culfa rayon partiya komitəsinin və 1965-ci ilin dekabr ayından 1970-ci ilin noyabr ayına qədər işlədiyi Azərbaycan Kommunist Partiyasının Sabirabad rayon partiya komitəsinin birinci katibi vəzifələrinin rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında yerli icra hakimiyyəti başçısının müavini vəzifələrinə uyğunlaşdırmalıdır.
9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-c i il tarixli 21(103)-1168/2020 nömrəli qərarı ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və H.Həmidov) Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı qismən - iddiaçı və onun mərhum əri H.Məmmədova məxsus əmək kitabçalarının qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissədə ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilmiş və eyni hissədə iddia təmin olunmamışdır. Qərar dəyişdirilərək, qərarın nəticə hissəsində “1963-cü ilin fevral ayından 1965-ci ilin dekabr ayına qədər işlədiyi Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında Nazirlər Sovetinin sədri və sədr müavini vəzifələrinin müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında aparat rəhbərinin müavini vəzifələrinə” sözləri “1963-cü ilin fevral ayından 1965-ci ili n dekabr ayına qədər işlədiyi Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında Nazirlər Sovetinin sədri və sədr müavini vəzifələrinin müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında aparat rəhbəri və aparat rəhbərinin müavini vəzifələrinə” sözləri ilə əvəz edilmişdir. Qərar qalan hissələrdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətində göstərilir: 14.1. Əgər iddiaçı tərəfi ndən əmək kitabçaları təqdim olunmasaydı həmin Qaydalara 4 nömrəli əlavədə göstərilən əmək pensiyasının təyin olunması üçün çatışmayan sənədlər barədə cavabdeh inzibati orqan tərəfindən bildiriş təqdim olunardı. Təqdim olunmuş sənədlərdə hər hansı çatışmamazlıq olmadığı üçün cavabdeh inzibati orqan tərəfindən bildiriş təqdim olunmamış, iddiaçının müraciətinə baxılmış, X2 dövlət qulluqçusu statusuna malik olmadığı göstərilərək imtina cavabı verilmişdir. 14.2. Bundan əlavə xx.xx.2019-cu il tarixdə pensiya təyin olunması üçün müraciət edilməsinə baxmayaraq xx.xx.2019-cu il tarixində pensiya təyin edilməsindən imtina olunduğu şifahi şəkildə bildirilmiş, lakin həmin imtina məktubu bütün sənədlərlə birlikdə (əmək kitabçaları arxiv arayışı və s. sənədlərin əsli) ərizəçiyə göndərilməmişdir. Halbuk i, “Əmək pensiyaları haqqında” Qanunun 31.4-cü maddəsinə əsasən müraciət edən şəxsin əmək pensiyası hüququ olmadığı hallarda əmək pensiyası təyin edən orqan pensiya təyin olunmasından imtina edilməsi barədə qərarı 5 gün ərzində imtinanın səbəblərini göstərmək şərtilə bütün sənədlərlə birlikdə ərizəçiyə göndərir. 14.3. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 35.2-ci “Ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır” maddəsini tətbiq etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, həmin norma əmək pensiyası üzrə payın ailənin hər bir üzvünə nə vaxtdan ayrılması ilə bağlı münasibətləri tənzimləyir. Odur ki, birinci instansiya məhkəməsinin iddianı n bu hissəsində rədd edilməsi barədə qərarının apelyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılması əsaslı olmamışdır. Həmin hissədə məhkəmə qərarı ləğv edilməli, xx xxxxxx 2006-cı il tarixdən hesablanmalı, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğindən iddiaçının xx xxxxxx 2006-cı il tarixindən yaşa görə almış olduğu pensiya məbləği çıxılmaqla yaranmış fərq birdəfəlik ödənilməlidir. 14.4. Həmçinin məhkəmənin qərarında pensiyanın “bu haqda müraciət edildiyi gündən” təyin edilməsi ifadəsi hüquqi cəhətdən düzgün, dəqiq ifadə deyil və gələcəkdə məhkəmə qərarının icrası ilə bağlı mübahisələrə zəmin yaradacaqdır. Çünki iddiaçı ailə başçısını itirdiyinə görə pensiya təyin olunması üçün bir neçə dəfə müraciət etmişdir. İddiaçının ilk müraciəti xx.xx.2016 -cı ildə edilmişdir. Buna əsasən, iddiaçının xx.xx.2006-cı il tarixdən pensiya təyin olunması tələbi əsaslı deyildirsə, o halda iddiaçıya xx.xx.2016-cı ildən pensiya təyin olunması barədə qərar çıxarılmalı idi.
15. Cavabdehin kassasiya şikayətində göstərilir: 15.1. Dövlət qulluqçularının pensiya təyinatı xx xxxxxxx 2007-ci il tarixinədək "Dövlət qulluqçularının pensiya təminatı haqqında” qanun, qeyd olunan tarixdən sonra isə "Əmək pensiyaları haqqında” qanunun müvafiq müddəalarına uyğun olaraq həyata keçirilir. 15.2. “Dövlət qulluğu haqqında” qanuna əsasən, dövlət qulluqçusu statusuna malik olan və ya yuxarıda qeyd olunan Qanunların tələblərinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası təyin olunduqdan sonra vəfat etmiş şəxsin “Əmək pensiyaları haqqında” qanunun 14-cü maddəsinə əsasən v əfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, iddiaçının mərhum əri X4 dövlət qulluqçusu statusuna malik olmadığından iddiaçının müraciətindən imtina edilməsi əsaslı və qanuni olmuşdur. b. Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının vəkili (nümayəndəsi) kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, cavabdehin şikayətinin rədd olunmasını xahiş etdi.
17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişind ə iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.15 Əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. Maddə 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəl if pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Maddə 5.3 Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
34. Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır;... Maddə 35.2. Ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şə xsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hü quq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Cavabdehin şikayətin əsas dəlili ondan ibarətdir ki, iddiaçının mərhum həyat yoldaşı dövlət qulluqçusu statusuna malik olmamışdır. Bu dəlil əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18dən “Dövlət qulluğ u haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı döv lət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla).
19. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.3-cü bəndinə əsasən, Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında Nazirlər Soveti sədri vəzifəsi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatınd a Aparatın rəhbəri vəzifəsinə, Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında Nazirlər Soveti sədrinin müavini vəzifəsi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında Aparatın rəhbərinin müavini vəzifəsinə, 1.5ci bəndinə görə, Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin Aparatında ikinci katib vəzifəsi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında Aparatın rəhbərinin müavini vəzifəsinə, 1.6-cı bəndinə əsasən, Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında birinci katib vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında əhalisinin sayı müvafiq olaraq 50-100 min nəfər və 100 min nəfərdən çox olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının birinci müavini vəzifəsinə, əhalisinin sayı 50 min nəfərə qədər olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının müavini vəzifəsinə, Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında ikinci katib vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında yerli icra hakimiyyəti başçısının müavini dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılmışdır ki, iddiaçının mərhum ərinin qeyd edilən vəzifələrdə vaxtilə işləməsi işin mübahisəsiz hallarıdır.
20. İddiaçının pensiyanın xx.xx.2006-cı il tarixdən hesablanıb ödənilməli olduğu barədə dəlili ilə bağlı məhkəmə kollegiyası bildirir ki, bu dəlil əsassızdır. Çünki əmək pensiyasının bir növündən başqa növünə keçirilmə “Əmək pensiyaları h aqqında” Qanunun 34-cü maddəsi ilə tənzimlənir. Həmin normanın təhlilindən görünür ki, bu əsasla pensiyalar həmin qanunun 31.2-ci maddəsinin müddəalarına uyğun təyin olunur.
21. İddiaçının pensiya təyin olunması üçün xx.xx.2019-cu il tarixdə pensiya təyin olunması üçün müraciət edilməsi də iş materialları ilə müəyyən olunmur.
22. İddiaçının cavabdehə pensiya təyin olunması barədə xx.xx.2016-cı il tarixli ərizə ilə müraciət etməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin ərizəsi xx.xx.2016-cı il tarixdə poçt müəssisəsinə verilməsinə baxmayaraq, müraciətin cavabdeh orqana çatdırılması barədə sübut (xəbərnamə, DSMF-də qeydiyyata alınması barədə qeyd və s.) iş materiallarına əlavə olunmamışdır. Buna görə də pensiyanın xx.xx.2016-cı il tarixdən hesablanması bar ədə dəlil əsassızdır.
23. Əmək kitabçasının əslinin qaytarılmaması barədə dəlilləri də əsassızdır. Çünki iddiaçı cavabdehə əmək kitabçasının təqdim olunduğuna dair mötəbər sübut təqdim etməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli qərarı ilə təsdiq olunmuş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının sənədləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»na 13 nömrəli əlavədə ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün müxtəlif məlumat daşıyıcıları olan 10 növ sənədin təqdim olunması tələb olunur. Həmin sənədlərdən biri də “vəfat etmiş (həlak olmuş) ailə başçısı nın ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənəd”dir. Göründüyü kimi əmək kitabçasının əslinin təqdim olunması barədə düzünə göstəriş olmamışdır.
24. Məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), “Əmək pensiyaları haqqında” Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin iddiaçı nın mərhum ərinin dövlət qulluqçusu statusuna malik olmaması ilə əsaslandırılan ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina haqqında xx.xx.2019-cu il tarixli **********6 nömrəli cavab məktubu qanuna uyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının və cavabdehin kassasiya şikayətləri təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1168/2020 nömrəli qərarı də