Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1974/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin nümayəndəsi Şıxəli Baxşiyevin və vəkili Fəxrəddin Səfərovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 2-1(103)-1771/2021 nömrəli iş üzrə 09.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 27 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adların və X3 üzrə komissiyanın sədrinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 11.11.N90-cı il tarixdə Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış. Hə min tarixdən, 11 noyabr N90-cı il tarixdən N iyun N92-cı il tarixədək N saylı hərbi hissədə, N iyun N92-ci il tarixdən N avqust N96-cı il tarixədək N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ağır döyüşlərdə iştirak etmiş. 25 aprel N97-ci il tarixdən Azərbaycan vətən X1 üzvü olmuş. (22713 nömrəli, 25 aprel N97-ci il tarixli vəsiqə). AR MN-nə etdiyi son müraciətə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran Adlarının və X3 üzrə Komissiyanın 14.05.2020-ci il tarixli, 1/A-72N №-li məktubunda Mərkəzi Arxivin 21.04.2020-ci il tarixli, 9/2-4485 №-li arayışına əsasən N nömrəli hərbi hissədə iyun N92-ci il may N94-cü il tarixli nizami hissə üzrə əmrlər kitabında xidmət keçməyi və hərbi xidmətdən qanuni əsaslarla təxris olunması barədə məlumat o lmadığından ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmadığı bildirilmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyini qeyd edərək ona «müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
4. Birinci instansiya məhkəməsinin 11.02.2021-ci il tarixli, 2-1(1N)1065/2021 nömrəli (sədrlik edən hakim Aytən Oruczadə) qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanununun 3-cü maddəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3, 52, 58.7, 68.1 və 68.2-ci maddələrinə, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli 396 nömrəli Fərmanının 1.3-cü bəndində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N95-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə yə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 09.07.2007-ci il tarixli Qərarına istinad etməklə belə hesab etmişdir ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsi barədə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir.
6. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 11.02.2021-ci il tarixli, 2-1(1N)-1065/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin isə təmin edilməsi barədə qərarın qəbul edilməsini x ahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya məhkəməsi) 09.07.2021-ci il tarixli 2-1(103)-1771/2021 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova və Azər Hüseynov) qərarı ilə İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 2-1(1N)-1065/2021 nömrəli, 11.02.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi normalarını tətbiq etməklə, belə hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsi ilə bağlı müvafiq sübutlar ın olmaması halı müəyyən olunur və bu hal da iddiaçıya qanunla müəyyən edilmiş qaydada müharibə veteranı adının və vəsiqəsinin verilməsini istisna edir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
9. İddiaçının kasasiya şikayətini onunla əsaslandırılmışdır ki, o 11.11.N90-cı il tarixdən N.06.N92-ci il tarixə kimi N saylı hərbi hissədə, N.06.N92-ci il tarixdən N.08.N96-cı il tarixədək N saylı hərbi hissədə Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Hərbi Prokurorluğu HP N/496 nömrəli, 18.07.2020-ci il tarixli məktubla sorğuya cavab verərək bildirmişdir ki, İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər ha nsı bir cinayət və təqsirləndirici materialın olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığı tərəfindən İddiaçı verilmiş 16.08.2005-ci il tarixli 350 nömrəli arayışın (Hərbi bilet əvəzi) notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, həqiqətən İddiaçı N saylı hərbi hissədə N.11.N90-cı ildən N.06.N92-ci ilədək, N saylı hərbi hissədə N.06.N92-ci ildən N.08.N96-cı ilədək hərbi xidmət etmişdir. Azərbaycan respublikası Müdafiə Nazirliyinin 141 saylı, 24.06.N96-cı il tarixli əmrinə əsasən tərxis olunmuşdur.
10. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 09.07.2021-ci il tarixli, 2-1(103)-1771/2021 nömrəli qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiya sı məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ş.Baxşıyev kassasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin 09.07.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kassasiya şikayətinin təmin edilməməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 09.07.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili F.Səfərov da kassasiya şikayətində qeyd edilənləri rədd edərək kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməs inin 09.07.2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında təmsil edilmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası “Veteranlar haqqında” Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərb i hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir
15. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
16. Azərbaycan Respublik ası Nazirlər Kabinetinin 22.09.N95-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında ”Əsasnamə”nin 1-ci maddəsinin tələblərinə əsasən, N91-ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular a-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
17. Həmin əsasnamənin 1-ci bəndinin 11-ci yarımbəndinə uyğun olaraq, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi...tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...”.
18. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N98-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı 4 bəndinə əsasən, N91-ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Dax ili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.
19. İnzibati Prosessual Məcəllə:
20. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
23. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayar aq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 09.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxı lan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
26. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki qeyd etdiyi dəlilləri əsassızdır.
27. Belə ki, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. 2
8. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması nəzərdə tutulur.
29. Şəxsin hərbi xidmət keçməsi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını özündə ehtiva edir.
30. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2N8-ci il tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir.
31. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsi nin verilməsindən imtina edilməsi üçün əsasdır. 32. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könülü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
33. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanununa əlavə lər və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.
34. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlıq tərəfindən iddiaçıya verilmiş 16.08.05 tarixli 350 saylı arayışında qeyd edilmişdir ki, iddiaçı N saylı hərbi hissədə N.11.N90-24.11.N90-cı illərdə N saylı hərbi hissədə N.06.N92N.08.96-cı illərdə hərbi xidmətdə olmuşdur. AR Müdafiə Nazirliyinin 141 saylı 24.06.N96-cı il tarixli əmrinə əsasən isə tərxis olunub. 24.11.N90-30610 h/h-də andı qəbul edib, NQİ 050N6, vəzifəsinin adı atıcı. Qeyd edilən arayış itirilmiş H3 ******* saylı hərbi bilet əvəzinə verilir.
35. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin 25 iyun 2020-ci il tarixli, 9/2-7027 nömrəli məktubuna əsasən 8N №-li hərbi hissə komandirinin iyun-dekabr N92-ci il, yanvar-dekabr N93-cü il, yanvar-may N94-cü il, avqust N96-cı il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.
36. İşdə olan A zərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin 20.07.2020-ci il tarixli 727 nömrəli məktubunda qeyd edilmişdir ki, N72-ci il təvəllüdlü İddiaçı N.06.N92-ci il tarixdən N.08.N96-cı il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində Tovuz rayonu istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 24.06.N96-cı il tarixli 141 nömrəli əmrinə əsasən ehtiyata keçirilmişdir. Qarabağ müharibəsi iştirakçılarının xidmətini təsdiq edən əmrdən çıxarışlarını əldə etmək üçün Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinə müraciət etməsinin məqsədəuyğun olması qeyd edilmişdir.
37. İşdə olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğu 18.07.2020-ci il tari xli HP N/496 nömrəli məktubuna əsasən İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir.
38. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin 03.11.2020- ci il tarixli 1073 saylı məktubunda qeyd edilmişdir ki, SHXÇDX-nin Bakı şəhəri Nəsimi rayon İdarəsi tərəfindən İddiaçı 16.08.2005-ci il tarixli, 350 nömrəli arayış hərbi uçot kartası əsasında verilmişdir.
39. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayıla bilməz. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissəd ən qanuni əsaslarla ehtiyata buraxılması nəzərdə tutulur. Şəxsin hərbi xidmət keçməsi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını özündə ehtiva edir.
40. Məhkəmə kollegiyası kasasiya şikayətini nəzərdən keçirərkən iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün, müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən heç bir mötəbər sayılan sübuta istinad etmədiyini, şikayətini isə ümumi ifadələr əsaslandırmağa çalışdığını müəyyən etmişdir.
41. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 09.07.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli, 2-1(103)-1771/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.