Məhkəmə qərarları › İş №2-1(102)-1975/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1975/2019

09.07.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1975/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: torpaq sahəsinə və üzərindəki tikililərə mülkiyyət hüququnun qeydə alınması, istismara qəbul aktı, məhkəmənin xidməti vəzifəsinə görə işin hallarını araşdırmaq vəzifəsi. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseyno va Ülkər Hamlet qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinin və üzərində mövcud olan tikililərin onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaqla vahid reyestrdən çıxarışın və texniki pasportun verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-126/2019 saylı iş üzrə 29 yanvar 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 09 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 2017-ci il 11 fevral tarixli ərizə ilə cavabde hə müraciət edərək Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 2017-ci il 7 aprel tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunan torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur və qeyd olunan torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında sahə fərqi (sərəncamla 600 kv.m, yerləşmə cizgisi ilə 566 kv.m) mövcuddur. Bundan əlavə, digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş tikili iddiaçıya məxsus torpaq sahəsi üzərində yerləşir və bu səbəbdən, ərizənin icrası mümkün olmamışdır. İddiaçı 2017-ci il 25 aprel tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək istifadəsində olan torpaq sahəsinə və onun üzərində mövcud olan tikililərə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Səbail Rayon İcra Hakimiyyəti başçısının 1997-ci il 30 dekabr tarixli, **** saylı Sərəncamına əsasən ona ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində layihəyə uyğun mövcud olan fərdi yaşayış evinin və yardımçı tikililərin onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrind ə qeydiyyatının aparılmaqla vahid reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, ona Səbail Rayon İcra Hakimiyyəti başçısının 1997-ci il 30 dekabr tarixli, **** saylı Sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsi fərdi ev tikmək üçün ayrılmışdır. Sərəncamına əsasən 2004-cü il 3 avqust tarixdə iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib edilərək möhürlə təsdiqlənmişdir. Eləcə də ona və ərinə məxsus torpaq sahələri bir-birinə bitişikdir, aralarında heç bir hasar yoxdur və onlara məxsus 2 sahə m işar daşla hörülmüş hasarın içindədir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 10 yanvar tarixli 2-1(81)-99/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, Səbail Rayon İcra Hakimiyyəti başçısının 1997-ci il 30 dekabr tarixli, **** saylı Sərəncamına əsasən iddiaçıya ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində layihəyə uyğun mövcud olan fərdi yaşayış evinin və yardımçı tikililərin onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaqla vahid reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabd ehin üzərinə qoyulmuşdur Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 2 may tarixli 21(103)-953/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2-1(102)-1604/18 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 2 may tarixli 21(103)-953/2018 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyаsiyа Məhkəməsinin İnzibаti-İqtisаdi Kollegiyаsının 29 yanvar 2019-cu il tarixli, 2-1(103)-126/2019 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 10 yanvar tarixli, 2-1(81)-99/2018 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-126/2019 saylı, 29 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia ərizəsnin təmin olunması barədə qərar qəbul edilməsini xahiş e tmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 1997-ci il 30 dekabr tarixli, **** saylı Sərəncamına əsasən iddiaçıya Badamdar qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəis ayrılmışdır. Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəsi tərəfindən 2004-cü il 3 avqust tarixdə həmin torpaq sahəsinin cizgisi tərtib edilərək möhürlə təsdiqlənmişdir. Bundan başqa, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 1999-cu il 26 may tarixli, *** saylı Sərəncamı ilə 600 kv.m torpaq sahəsi X1na (iddiaçının ərinə) ayrılmışdır. ünvan 1 t fərdi yaşayış evinin (torpaq sahəsi 0,00546 kv.m) X1n xüsusi mülkiyyətind ə olmasına dair 21 may 2010-cu il tarxdə dövlət reyestrindən çıxarış verilmişdir. Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən təqdim edilmiş məktubdan görünür ki, mübahisəli ünvana texniki baxış keçirilərkən məlum olmuşdur ki, faktiki 1025 kv. metr torpaq sahəsi dörd tərəfdən mişar daş ilə hasarlanmış, həmin torpaq sahəsi üzərində ümumi tikintialtı sahəsi 580 kv. metr olan qeyri-yaşayış tipli tikililər mövcuddur. İddiaçı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1997-ci il tarixii **** saylı Sərəncamına əsasən ona ayrılmış Bakı şəhəri. Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində layihəyə uyğun mövcud olan fərdi yaşayış evinin və yardımçı tikililərin onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın döv lət reyestrində qeydiyyatının aparılmasını reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Lakin, cavabdeh Reyestr Xidməti iddiaçıya və X1 ayrılmış torpaq sahələrinin yerləşmə cizgisində uyğunsuzluğun mövcud olmasına və qeyd olunan torpaq sahələrinin sənəd üzrə vəziyyəti ilə faktiki fəziyyəti arasında sahə fərqinin olmasını əsas tutaraq fərdi yaşayış evinin və yardımçı tikililərin qeydiyyata almaqdan əsassız olaraq imtina etmişdir. Halbuki, iş materiallarından görünür ki, iddiaçı ilə X1na ayrılmış torpaq sahələri bitişik olmaqla yanaşı ümumi hasara alınmış və həmin torpaq sahələri onların istifadəsindədir. Belə olduqda isə Reyestr Xidməti X1na məxsus fərdi yaşayış evinin (torpaq sahəsi 0,00546 kv.m) qeydiyyata alaraq iddiaçıy a məxsus daşınmaz əmlakı qeydiyyata almamaqdan imtina etməkdə haqlı olmamışdır. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı ilə X1 arasında torpaq sahəsi ilə bağlı heç bir mübahisə yoxdur. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şika yət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 96.11-ci maddəsində isə təsbit edilmişdir ki, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən yuxarıda qeyd edi lmiş normaların tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmiş, eləcə də kassasiya məhkəməsinin əvvəlki qərarından irəli gələn məsələlərin aydınlaşdırılmasına yönəlmiş zəruri araşdırma aparılmamışdır. Kassasiya məhkəməsinin əvvəlki qərarında məhkəmə işlə bağlı özünün mövqeyini aşağıdakı kimi ifadə etmişdir: 1) Apellyasiya instansiyası məhkəməsi qərarında qeyd edir ki, birinci instansiya məhkəməsi mütəxəssisin iştirakı ilə sübutların olduğu və saxlanıldığı yerdə müayinə və tədqiq edilməsi zamanı iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və əlavə tikililərin ona ayrılmış torpaq sahəsində yerləşməsini müəyyən etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 13.11.2017-ci il tarixli məktubdan görünür ki, mübahisəli ünvana texniki baxış keçirilərkən məlum olmuşdur ki, faktiki 1025 kv.metr torpaq sahəsi dörd tərəfdən mişar daş ilə hasarlanmış, həmin torpaq sahəsi üzərində ümumi tikintialtı sahəsi 580 kv.metr olan qeyri-yaşayış tipli tikilələr mövcuddur. Apellyasiya instansiyası məhkəməsi həmin halları qərarında qeyd etməsinə baxmayaraq, həmin tikililərlə bağlı işdə olan məlumatları mübahisənin düzgün həlli üçün tam və hərtərəfli araşdırmayıb. Apellyasiya instansiyası məhkəməsi iddia olunan tikililərin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun məhz hansı normasına və ya normalarına əsasən qeydə alınmalı olduğunu qərarında göstərməyib. 2) İddiaçıya məxsus yaşayış evinin “Memarlıq planlaşdırma həlli”nin titul vərəqində “2008” göstərildiyinə baxmayar aq, onun hansı tarixdə təsdiq olunduğu, tikintinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1dək) və ya ondan sonra başa çatdığı, tikinti obyektinin təsdiq olunmuş layihəyə uyğun olubolmadığı barədə işdə məlumat yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun normalarının tələbləri nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi, barəsində qeyd olunan tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) və ya ondan sonra inşa olunmasından asılı olaraq həmin Məcəllənin və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunun müddəalarına uyğun olduğunu (yaşayış v ə qeyri-yaşayış tikililərinin hər birinə münasibətdə) yoxlamalı olduğu halda, bunu etməmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda qeyd olunan normalarından məhz hansının hazırkı mübahisəyə tətbiq olunmalı olduğu nəticəsinə gəlmək üçün həmin halların müəyyən edilməsi zəruridir. Təkrar apellyasiya baxışı zamanı iddianın rədd edilməli olduğuna dair gəldiyi nəticəni apellyasiya məhkəməsi aşağıdakılarla əsaslandırmışdır. 3) İş materiallarında mübahisəli torpaq sahəsinin, həmin torpaq sahəsi üzərində mövcud olan fərdi yaşayış evinin və yardımçı tikililərin istismara qəbul aktı mövcud deyildir. Halbuki, həmin tikililərin iş materialları və tərəflərin izahatı ilə 2013-cü il yanvarın 1-dək inşa edildiyi müəyyən olunur. 4) Eyni zamanda, Səbail Rayon İcra Hakimiyyət i Başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunan torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur və qeyd olunan torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında sahə fərqinin olması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış (sərəncamla 600 kv.metr, yerləşmə cizgisi ilə 566 kv.metr) lazımı hüquqi qiymət verilməmişdir. Belə ki, 03.08.2004-cü il tarixdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunan 30.12.1997-ci il tarixli **** saylı sərəncamına əsasən torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur və qeyd olunan torpaq sahəsi sənəd üzrə 566 kv.metr tə şkil edir, eyni zamanda X1oğluna xüsusi mülkiyyət əsasında məxsus olan fərdi yaşayış evi iddiaçıya məxsus mübahisəli torpaq sahəsinin üzərində yerləşir. Belə olan təqdirdə iddiaçının mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən koordinatları dəqiqləşdirilmiş, ziddiyyətli olmayan və mötəbər sübut iş materiallarında mövcud deyildir. 5) İş materialları ilə müəyyən olunur ki, iddiaçının özünə məxsus torpaq sahəsinin koordinatları müəyyən olunmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsi, iddiaçının cavabdehə qarşı cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə dair iddia qaldırmaq üçün subyektiv hüquququnun olub-olmamasını müəyyən etməli idi. İş materiallarında olan müayinə aktlarından göründüyü kimi, mütəxəssislər tərəfindən aparılmış ölçmə işləri nəticəsində iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə həmin torpaq sahəsinin yerləşmə cizgisi ilə qeyd olunmuş torpaq sahələrinin koordinatlarının tamamilə uyğun gəlmədiyi müəyyən olunmuşdur. Kollegiya hesab edir ki, aşağıdakı məsələlər aydınlaşdırılmadan və müvafiq qaydada qiymətləndirilmədən iddianın rədd edilməsi qanunsuz və əsassız olmuşdur. Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, Bakı Səbail Rayon İcra Hakimiyyəti başçısının 1997-ci il 30 dekabr tarixli, **** saylı Sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsi fərdi ev tikmək üçün ayrılmışdır. Sərəncamına əsasən 2004-cü il 3 avqust tarixdə iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib edilərək möhürlə təsdiqlənmişdir. Beləliklə, iddiaçı torpaq sahəsinə dair qanuni hüququn sahibidir və həmin hüququnun reyestrdə qeydə alınmasını tələb edə bilər. Cavabdehin imtinasından isə müəyyən edilir ki, Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunan torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur və qeyd olunan torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında sahə fərqi (sərəncamla 600 kv.m, yerləşmə cizgisi ilə 566 kv.m) mövcuddur. Göründüyü kimi cavabdeh uyğunsuzluğa istinad edərkən yalnız sahə fərqini bildirmişdir. Bu halda, iddiaçının ən azından mövcud vəziyyətdə olan 566 kv.m torpaq sahəsinə hüququnu qeydə almaqdan imtina üçün əsaslar müəyyən olunmur. Apellyasiya məhkəməsi bunun üçün hər hansı qanuni əsasa istinad etməmişdir. Apellyasiya məhkəməsi iddiaçının özünə məxsus torpaq sahəsinin koordinatlarının müəyyən olunmadığını bildirmişdir. Lakin Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunan torpaq sahəsinin yerləşmə cizgisindən bu koordinatları müəyyən etmək mümkündür. Bundan başqa, apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan müayinə aktlarından göründüyü kimi, mütəxəssislər tərəfindən aparılmış ölçmə işləri nəticəsində iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə həmin torpaq sahəsinin yerləşmə cizgisi ilə qeyd olunmuş torpaq sahələrinin koordinatları tamamilə uyğun gəlmir. Kollegiya məhkəmənin bu mövqeyini də ziddiyyətli və əsassız hesab edir. Belə ki, əvvəla, iş materiallarında məhkəmənin istinad etdiyinin əksinə hər hansı müayinə aktı və ya ölçmə işlərinin aparıldığına dair mütəxəssis rəyi yoxdur. İşdə bununla bağlı olan yeganə sənəd birinci instanisya məhkəməsi tərəfindən keçirilmiş yeri baxışdır (i.v.57). Həmin yerli baxış protokolunda isə göstərilmişdir ki, mütəxəssis tərəfindən ölçmə işləri aparılmış, iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və əlavə tikililərin ona ayrılmış torpaq sahəsində yerləşməsi müəyyən edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxışın nəticələri apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə ziddiyyətli olmuşdur. Apellyasiya məhkəməsi isə özünün gəldiyi nəticəsini hər hansı mötəbər sübutla əsaslandırmamışdır. B ununla bağlı olaraq kollegiya qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin harada yerləşməsi, həqiqətən cavabdehin bildirdiyi kimi sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında fərqin olub-olmaması, iddaçıya ayrılmış sahə ilə əri X1na ayrılmış sahələrin üst-üstə düşüb-düşməmələri, iddiaçının qeydə aldırmaq istədiyi tikililərin onun özünə, yoxsa ərinə ayrılmış sahədə yerləşdiyi məsələsi, eləcə də X1nun adına reyestrdə qeydə alınmış tikililərin harada (iddiaçıya yoxsa ərinə ayrılmış sahədə yerləşdiyi) yerləşdiyi məsələsinin aydınlaşdırılması xüsusi biliklər tələb etdiyi üçün bu barədə müvafiq ekspertizalar keçirilməlidir. Lakin məhkəmə müvafiq ekspertiza rəyi olmadan qərar qəbul etməklə səhvə yol vermiş, sübutların mümkünlüyünə və mötəbərliyinə dair tələblərə riayət etmədən iş üzr ə əhəmiyyətli hallar barədə düzgün olmayan nəticəyə gəlmişdir. Bununla da məhkəmə işin hallarını araşdırmağa dair xidməti vəzifəsinin tələblərini yerinə yetirməmişdir. Ona görə də, iş üzrə əhəmiyyətli olan həmin halların obyektiv və dürüst müəyyənləşdirilməsini təmin etmək üçün təkrar apellyasiya baxışı zamanı məhkəmə tərəfindən ekspertiza keçirilməlidir. Apellyasiya məhkəməsinin istinad etdiyi torpaq sahəsi üzərində mövcud olan fərdi yaşayış evinin və yardımçı tikililərin istismara qəbul aktının mövcud olmadığına dair bildirilənlərə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi həmin tikililərin 2013-cü il yanvarın 1-dək inşa edildiyini müəyyən etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gə lməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüy ü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Göründüyü kimi Qanunun 8.0.9.1.1-ci maddəsi iki sənəddən birinin - müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihənin və ya yaşayış evinin istismara qəbul aktının təqdm edilməsini tələb edir. Başqa sözlə, əgər müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə təqdim edilmişdirsə, əlavə olaraq istismara qəbul aktının təqdim edilməsinə ehtiyac yoxdur. Bu halda, təkrar apellyasiya baxışı zamanı məhkəmə ilk növbədə i.v.5-də olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihəni tədqiq edərkən həmin layihənin iddiaçının hazırkı tələbində irəli sürdüyü və adına mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi tikilililərə aid layihə olub-olmadığını m üəyyənləşdirməlidir. Çünki həmin layihənin iddiaçı ilə yanaşı X1oğluna məxsus yaşayış evinin tikintisi ilə bağlı olduğu göstərilmişdir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-126/2019 saylı iş üzrə 29 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar