Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1975/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: dövlət qulluqçusunun pensiyasının yenidən hesablaması zamanı onun işlədiyi dövrdə almadığı əlavələrin nəzərə alınmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı dövlət qulluqçusunun əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-928/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1956-cı ildə Naxçıvan MR, Culfa rayonu, Bənəniyar kəndində anadan olmuşdur.
2. İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Naxçıvan MSSR Stat istika İdarəsi Əhalinin siyahıya alınması şöbəsində rəis, xx.xx.1987-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Naxçıvan MSSR Maarif Nazirliyində inspektor vəzifəsində işləmişdir.
3. İddiaçıya 2006-cı ildən dövlət qulluqçusu kimi əliliyə görə əmək pensiyası təyin edilmişdir.
4. İddiaçı dövlət qulluqçusu kimi ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) müraciət etmişdir.
5. Cavabdeh müraciətin təmin edilməsindən xx.xx.2019-cu il tarixli, **********5 saylı məktubla imtina edərək bildirmişdir ki, iddiaçıya x xxxxxx 2006-cı il tarixində dövlət qulluqçusu kimi İİİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının əmək pensiyası hesablanarkən Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının tələbləri pozularaq Naxçıvan MSSR Statistika idarəsində işlədiyi şöbə rəisi vəzifəsi Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin təminedici şöbənin müdiri vəzifəsinə uyğunlaşdırılmalı olduğu halda, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təminedici şöbənin müdiri vəzifəsinə uyğunlaşdırılmışdır. Bundan əlavə, qulluq stajına görə əlavə haqqın məbləği hesablanarkən onun qulluq etdiyi dövrdə mövcud olan iş stajına (həmin dövrdə 5 il qulluq stajı) Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanına uyğun olara q vəzifə maaşının 5 faizi miqdarı əvəzinə 10 faiz hesablanmışdır. Nəticədə təkcə pensiya işinin tərkibində İdarəyə köçürülmüş sənədlərə əsasən xx.xx.2014-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona 10001,44 manat məbləğində artıq vəsait ödənildiyi aşkarlanaraq (2014-cü il tarixindən əvvəlki dövrlərə aid məlumatların əldə edilməsi ilə müvafiq məbləğin artacağı ehtimal edilir) əmək pensiyasının məbləği 769,56 manatdan azaldılaraq 571,58 manat müəyyən edilmişdir. Eyni zamanda, araşdırma zamanı İddiaçı pensiya işinə aid sənədlərdə işlədiyi dövrdə ərizəsində qeyd etdiyi “hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşı”nın 15 faizi miqdarında əlavənin, ixtisas dərəcəsinə görə əlavənin, mükafat və müavinətin ona ödənildiyinə dair məlumatların mövcud olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də həmin pul təminatlarının ona münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dövlət qulluqçusu kimi işlədiyi illər nəzərə alınmaqla dövlət qulluqçusu üçün ixtisas dərəcəsinə görə əlavə, üç vəzifə maaşı mislində mükafat və bir vəzifə maaşı həcmində müavinət, hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşına 15 faiz əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və dövlət qulluqçusu kimi pensiya hüququ yarandığı vaxtdan yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 26.041956-cı ildə anadan olmaqla 1982-1986-cı il tarixləri ərzində Dövlət Statistika İdarəsində şöbə müdiri vəzifəsində, 19872002-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyində işləmişdir. O, xx.xx.2006-cı il tarixdən etibarən dövlət qulluqçusu kimi ikinci qrup əliliyə görə müddətsiz pensiya alır. Dövlət qulluğunda stajı 17 ildən artıq olmuşdur. İddiaçıya DSMF Yasamal rayon şöbəsində dövlət qulluqçusu kimi ikinci qrup əlilliyə görə müddətsiz pensiya hesablanarkən dövlət qulluqçusuna çatası əlavə haqqın, mükafatın, müavinətin və ixtisas dərəcəsinə görə əlavələrin hesablanması haqqında məlumatı yoxdur. Hesab edir ki, pensiya düzgün hesablanmamışdır. Pensiya hesablanarkən hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində mükafat və birqat vəzifə maaşı miqdarında maddi yardım nəzərə alınmalıdır. Həmin məbləğin hesablanaraq pensiya hüququnun yarandığı gündən (ixtisas dərəcəsinə uyğun) ödənilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətini təmin etməmişdir.
8. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixində ona hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində təyin edilən və ödənilən əlavə haqq, habelə dövlət qulluqçusuna il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat, 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsinə görə əlavədən hansının hesablanıb-hesablanmadığı barədə məlumatın verilməsi və hesablanmayan əlavələrin yenidən hesablanıb ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, cavab olaraq xx.xx.2019-cu il tarixli **********5 nömrəli məktubla onun işlədiyi dövr ərzində qeyd etdiyi hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavənin, mükafat və müavinətin ödənildiyinə dair məlumatların mövcud olmadığı, bu səbəbdən də həmin pul təminatlarının ona münasibətdə tətbiq edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısının və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2008-ci il tarixli 776 nömrəli Fərmanına əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq müəyyən edilmişdir. “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2001-ci il tarixli 569 nömrəli Fərmanına əsasən ixtisas dərəcələrinin verildi yi gündən başlayaraq dövlət qulluqçusuna hər ay vəzifə maaşına ixtisas dərəcələrinə görə əlavə haqq verilir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)5178/2019 qərarı ilə (hakim: E.Ə.Əliyev) iddia təmin edilmiş, iddiaçıya dövlət qulluqçusu kimi işlədiyi illər nəzərə alınmaqla dövlət qulluqçusu üçün ixtisas dərəcəsinə görə əlavə, üç vəzifə maaşı mislində mükafat və bir vəzifə maaşı həcmində müavinətin, hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 faiz əlavənin nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və dövlət qulluqçusu kimi pensiya hüququ yarandığı vaxtdan bu günə kimi olan fərqin pensiyanın üzərinə hesablanıb ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir
10. Məhkəmə qeyd etmişdir ki, cavabdehin imtinası əsassızdır və id diaçının hüquqlarını pozmuşdur. 11.Qərardan narazı qalan cavabdeh şikayət verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-928/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5178/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı qismən - ixtisas dərəcəsinə görə əlavə, üç vəzifə maaşı mislində mükafat və hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 faiz əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və dövlət qulluqçusu kimi pensi ya hüququ yarandığı vaxtdan bu günə kimi olan fərqin pensiyanın üzərinə hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək eyni hissədə iddia təmin olunmamış, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmış, apellyasiya şikayəti qismən təmin edilmişdir.
13. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, dövlət qulluqçusu özünün pensiyasının yenidən hesablanmasını tələb edərkən sonradan dövlət məvacibinin tərkibində verilməyə başlanan bütün əlavələrin istisnasız nəzərə alınmasını tələb etməkdə haqlı deyil. Qanunvericiliyin təhlili göstərir ki, müəyyən qrup əlavələr dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olaraq verildiyi halda, digər bir qrup əlavələr belə bir mülahizədən asılı olmayaraq, q anunun birbaşa göstərişindən irəli gəlməklə ödənilir. Ona görə də, dövlət qulluqçusunun elə əlavələri nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb etmək hüququ vardır ki, onlar dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olmayaraq, birbaşa qanundan irəli gəlməklə, imperativ qaydada dövlət məvacibinin tərkibinə daxil edilməklə verilsin.
14. Dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda ödənilən bir aylıq vəzifə maaşı həcmində müavinətin nəzərə alınması ilə bağlı isə apelyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” xx.xx.2003-cü il tarixli 948 nömrəli Fərmanına əsasən, 2003-cü ilin 01 yanvar tarixindən dövlət qulluqçusuna məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmind ə müavinət ödənilir. Ona görə də, dövlət qulluqçusu kimi pensiyaya çıxan şəxslər pensiyalarının hesablanmasında ödənilməli olan həmin müavinətin nəzərə alınmasını tələb etməkdə haqlıdırlar.
15. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
16. Cavabdeh hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentini 2003-cü il tarixli 948 saylı Fərmanına əsasən 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaş ı həcmində müavinət ödənilir. Lakin qeyd edilən müavinətin iddiaçı tərəfindən alınıb - alınmaması, alındığı təqdirdə hansı məbləğdə alınması barədə iddiaçının qulluq etdiyi dövlət orqanından hər hansı yazılı məlumat daxil olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
19. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. Tətbiq edilən hüquq 20. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanun: Maddə 2.1.2. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikas ının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşlarının bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla dövlət pensiyası almaq hüququ vardır. Maddə 7.1. Pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır. Maddə 12.1. Dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. 21. “Dövlət qulluğu haqqında” Qanun: Maddə 22.1. Dövlət məvacibi dövlət qullu qçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. Maddə 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Maddə 23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. 22. “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2003-cü il tarixli 943 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, 20 03-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair xx xxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.”
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla v ə işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Müba hisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Kasasiyanın mümkünlüyü, kasasiya baxışının hədləri
25. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
26. Apelyasiya məhkəməsinin qərarı yalnız cavabdeh tərəfindən - qismən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kolle giyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
28. Belə ki, hazırkı iş üzrə iddiaçı dövlət qulluqçusu kimi ona təyin edilmiş pensiyanın məbləğinin düzgün hesablanmadığını iddia edir və hesab edir ki, təyin edilən əmək pensiyası dövlət qulluqçusuna verilən ixtisas dərəcəsinə görə əlavə haqq, üç vəzifə maaşı mislində mükafat və məzuniyyətə çıxarkən bir vəzifə maaşı həcmində müavinət, hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 1 5 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla hesablanmalıdır.
29. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tam təmin edilsə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarı ilə qismən - iddiaçının dövlət qulluqçusu kimi əmək pensiyasının dövlət qulluqçularına ödənilən bir vəzifə maaşı həcmində müavinətin nəzərə alınmaqla yenidən hesablanması hissəsində razılaşmış, bu hissədə qərarı dəyişdirilmədən saxlamış, iddianın qalan hissələrini təmin etməmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissələrini mübahisələndirməmişdir. Odur ki, hazırkı kassasiya baxışının predmetini apelyasiya instansiyası məhkəməsinin qərarının iddiaçının pensiyasının dövlət qulluqçusuna ödənilən bir vəzifə maaşı həcmində müavinət nəzərə alı nmaqla yenidən hesablanması hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edəcəkdir.
30. Mövcud məhkəmə təcrübəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə pensiya hesablanan zaman əlavələrin nəzərə alınması üçün həmin əlavələr şəxsin işlədiyi dövrdə alınmalıdır.
31. Hazırkı iş üzrə iddiaçı müxtəlif vəzifələrdə, o cümlədən xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cl il tarixədək Naxçıvan MSSR Statistika İdarəsi Əhalinin siyahıya alınması şöbəsində rəis, xx.xx.1987-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Naxçıvan MSSR Maarif Nazirliyində inspektor vəzifəsində işləmişdir.
32. İşə baxan apelyasiya instansiya məhkəməsi tərəfindən isə iddiaçının işlədiyi dövrdə dövlət qulluqçusuna məzuniyyət ə çıxarkən bir vəzifə maaşı həcmində ödənilən müavinəti alıb-almaması araşdırılmadan qərar qəbul edilmişdir. Yəni ilk növbədə, apelyasiya instansiya məhkəməsi iddiaçıya hansı dövr və hansı vəzifə üzrə dövlət məvacibindən pensiya hesablandığını müəyyən etməlidir. Daha sonra isə, həmin dövrdə iddiaçının qeyd olunan müavinəti alıb-almamasını müəyyən etməli (işlədiyi müəssisəyə sorğu verməklə), bunun əsasında qərar qəbul etməlidir.
33. Qeyd olunanlara əsasən, apelyasiya məhkəməsinin apardığı məhkəmə araşdırması natamam olmuşdur.
34. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə mübahisələndirilən hissədə düzgün olmadığından kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı qismən – iddianın təmin olunan hissəsində ləğv edilməklə, iş eyn i hissədə təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
35. Yuxarıda göstərilənlərə və İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(103)-928/2020 saylı qərarı qismən – dövlət qulluqçusu məzuniyyətə çıxarkən ödənilən bir vəzifə maaşı miqdarında müavinət nəzərə alınmaqla pensiyanın yenidən hesablanması hissəsində ləğv edilsin və iş eyni hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.