Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1975/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması, İZ formalı aktın tərtib edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinə qarşı “İZ aktının qəbul edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1458/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, İZ formalı aktın təqdim edilməsini xahiş etmişdir.
2. Cavabdeh 15 noyabr 2019-cu il tarixli, 37/36-01461 saylı məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq İZ formalı akt baş vermiş bədbəxt hadisələrlə əlaqədar tərtib olunur. Qeyd olunan 15.07.2016-cı il tarixdə İddiaçıla bağlı xidmət yerində heç bir bədbəxt hadisə baş vermədiyi üçün müvafiq aktın təqdim edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cаvаbdеhə qarşı iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, İZ aktının qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması; sağlamlığın pozulması nəticəsində ona dəymiş 8.000 (səkkiz min) manat məbləğində mənəvi zərərin əvəzinin, hüquqlarının bərpası üçün çəkdiyi 610 (altı yüz on) manat pulun cavabdeh tərəfindən ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin Bakı şəhəri Səbail rayonu X3 hissəsinin 25 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsində çalışmış dır. 15 iyul 2016-cı il tarixində daxili təlim zamanı onu da təlimə cəlb etmişlər. Təlimdə KİP-i (hava balonu) qaldırarkən balon qəflətən belinə düşmüş və o, zərbədən yerə yıxılaraq huşunu itirmişdir. X5 çağırılaraq ona ilkin tibbi yardım göstərilmişdir. Zədə ağır olduğundan AR FHN-nin Tibb Xidmətinin Tibb Mərkəzinə aparılmalı və ona müvafiq tibbi yardım göstərilməli idi. Lakin xidmət rəisi məzuniyyətdə olduğundan Tibb Mərkəzinə göndəriş verilməmiş, rəis müavini də qeyd olunan göndərişi verməkdən boyun qaçırmişdir. Beləliklə, o, həmin ağrı ilə rəis məzuniyyətdən qayıdıb göndərişi verənədək, hər gün işə gedib - gəlməli olmuşdur. Ağrılarını müvəqqəti olaraq saxlamaq üçün Tibb Mərkəzinin həkimi göndərişdənkənar sadəcə, ağrıkəsici dərmanlarla kömək edəcəyini bildirmişdir. Bu dərmanlar ilk vaxt lar ağrılarını kəssə də, müalicə olunmadığından, zədənin fəsadı ilə əlaqədar getdikcə vəziyyəti daha da ağırlaşmişdir. Artıq qeyd olunan ağrıkəsici dərmanlar da heç bir nəticə verməməyə başlamışdır. Onun vəziyyəti ağırlaşdığından və artıq işi icra etməyə sağlamlığının imkan vermədiyi qənaətinə gəldiklərindən, nəhayət 08.09.2016-cı il tarixdə rəis tərəfindən tibbi müayinədən keçməsi üçün Tibb Mərkəzinə göndəriş verilmişdir. Burada müalicələr nəticə vermədiyindən, sağlamlıq vəziyyəti daha ağır olduğundan onun AR Daxili İşlər Nazirliyinin Respublika Hospitalında stasionar müalicə olunması üçün mərkəz rəisi tərəfindən göndəriş verilmişdir. O, 05.10.2016- 24.10.2016-cı il tarixlərdə müalicə almışdır. Lakin hələ də rəhbərliyin göstərişi əsasında və bölmə rəisinin təkidi ilə işə gəlməyə davam etm işdir. Halbuki, onlara izah edə bilmirdi ki, ağrıları var və işlə məşğul ola bilmir. 09.12.2016-cı il tarixdə sağlamlıq vəziyyəti pis olmasına baxmayaraq onu yenidən təlimə cəlb etmişlər. Ağır əşyaları daşımağa qətiyyən icazə verilməmişdir. Ona məcburən 18 kiloqramlıq əşyanı daşımağı tapşırdıqları üçün ayaqları tutularaq yerə yıxılmış və belinin ağrısından tərpənə bilməmişdir. 1 saat sonra X5 çağırılmış və ona müvafiq tibbi yardım göstərilmişdir. Lakin AR FHN Tibb Xidməti tərəfindən ona stasionar müalicə olunmağı üçün göndəriş verilməmişdir. Konservativ müalicələr effektsiz olduğundan cərrahi əməliyyat olunmaq məcburiyyətində qalmışdır. 02.03.2017-ci il tarixdə Neyrocərrahiyyə xəstəxanasında cərrahi əməliyyat olunmuşdur. AR FHN-in X3 Xidmətinin kadrlar şöbəsinin 13.09.2017-ci il tarixli gö ndərişinə əsasən, AR FHN Tibb Xidmətinin xüsusi həkim ekspertiza komissiyası tərəfindən ona xəstəlik haqqında şəhadətnamə təqdim edilmişdir. Bundan sonra, 20.09.2017-ci il tarixdə AR FHN X3 Xidmətinin 1566/ş saylı əmrinə əsasən, fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. Uzun müraciətlərdən sonra 25.10.2018-ci il tarixdə ona əlillik dərəcəsi təyin olunmuşdur və hazırda o, üçüncü qrup əlildir. Onun xəstəliyi bilavasitə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmuşdur. Xidməti vəzifəsini icra edərkən aldığı zədə nəticəsində müalicələr heç bir effekt verməmişdir. Cərrahiyyə əməliyyatı olundu və nəhayət həmin zərərin fəsadından irəliləyən xəstəliyi nəticəsində ona əlillik təyin edildi. Dəfələrlə cavabdeh orqana müvafiq aktın verilməsi üçün müraciət etsə də, bu müraciə tlər heç bir nəticə verməmişdir. Sonuncu dəfə cavabdehə 30.08.2019-cu il tarixdə müraciət etmiş, lakin məktuba heç bir cavab verilməmişir. Cavabdeh orqan əsassız olaraq ona qeyd olunan aralıq İZ aktını vermir. Ərizəyə əlavə etdiyi xəstəlik sənədlərindən də göründüyü kimi, o, AR FHN-nin X3 Xidmətinin göndərişləri əsasında müalicə almışdır. Əgər onun aldığı xəsarət və bu xəsarətdən törəyən xəstəliyi xidməti vəzifələrinin icrası ilə əlaqədar olmamışdırsa, o halda nəyə görə, AR FHN-in Tibb Xidməti Müalicə olunmağı üçün dəfələrlə göndəriş vermişdir. Xəstəliyin xidməti vəzifələrinin icrası ilə əlaqədar olduğunu sübut edən digər fakt da işə əlavə edilən 27.12.2017-ci il tarixli Bakı şəhəri Təcili və X2 Stansiyasının məktubudur. Həmin məktubdan da göründüyü kimi, hadisə baş verən gün 15.07.2016-cı il və 09.12.2016-cı il tarixlərdə FHN ünvanından onun halının pis olması səbəbi ilə “103” xidmətinə çağırış daxil olmuşdur. Göründüyü kimi, cavabdeh əsassız olaraq İZ formalı aktın tərtib olunmasından imtina etmişdir. İddia ərizəsinə əlavə olunan bütün sənədlər əsasında müəyyən etmək mümkündür ki, həqiqətən xəstəliyin əsas səbəbi iş zamanı aldığı xəsarətdir. Belə ki, AR FHN-nin Tibb Xidmətinin göndərişləri əsasında müalicə olunmağı onu göstərir ki, həqiqətən də xəsarəti iş yerində almışdır. Çünki iş zamanı alınmayan xəsarətlərə görə AR FHN-in Tibb Xidməti heç bir halda göndəriş vermir.
5. Cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı xidmət zamanı xəsarət aldığını bildirməklə, iş yerində baş vermiş bədbəxt hadisə hallarında işəgötürən tərəfindən tərtib olunan “İZ” f ormalı aktın verilməsini tələb edir. Həmin aktının tərtib edilməsi halları və qaydası isə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 nömrəli 28.02.2000-ci il tarixli Qərarı ilə tənzimlənir. İddiaçının ərizəsində göstərdiyi 15 iyul 2016-cı il tarixində iş vaxtı ərzində onunla bağlı müvafiq qərarda nəzərdə tutulan heç bir bədbəxt hadisə baş vermədiyinə görə tələb olunan aktın təqdim edilməsi qeyri-mümkündür. Bakı şəhər Təcili və X2 stansiyasından iddiaçıya ünvanlanmış 27 dekabr 2017-ci il tarixli məktubun surətindən görünür ki, 15.07.2016-cı il tarixdə həqiqətən iş yerindən iddiaçı ilə bağlı “103” xidmətinə çağırış daxil olmuş, lakin xəstəyə qoyulan diaqnoz “gərginlik tipli başağrısı” olmuşdur. Müvafiq sənədə əsasən, heç bir xəsarət alma faktı təsdiqlənmir. İddiaçı xəstəliyi ilə əlaqəd ar xidmətkeçməsinə DYMX-nın 1566/ş nömrəli, 20 sentyabr 2017-i il tarixli əmri ilə xitam verilmişdir. Əmrin verilməsində əsas götürülmüş Azərbayan Respublikası FHN Tibb Xidmətinin Xüsusi Həkim Ekspertiza Komissiyasının 01693 nömrəli 13 sentyabr 2017-i il tarixli xəstəlik haqqında şəhadətnaməsində isə iddiaçının xəstəliyinin xidmət dövründə alındığı göstərilmişdir. Komissiya tərəfindən göstərilən “xəstəlik xidmət dövründə alınmışdır” ifadəsi, həmin xəstəliyin xidmət dövrünə təsadüf etməsini təsdiqləyir. Belə ki, travma və ya xəstəliyin işlə əlaqəsi olan hallarda müvafiq xəstəlik sənədlərində yuxarıda qeyd olunan ifadə deyil, “xidməti vəzifənin icrası ilə əlaqədar alınmışdır” ifadəsi qeyd olunur. Eyni zamanda, iddiaçının xəstəlik şəhadətnaməsində onun 2014-cü ildən etibarən müxtəif tibb müəs sisələrində müalicə və müayinə olunduğu göstərilmişdir. Bu isə o deməkdir ki, onun xəstəliyinin xidməti işi ilə heç bir əlaqəsi yoxdur və göstərilən diaqnoz ümumi xarakterli xəstəliklərə aiddir. İddiaçı 15 iyul 2018-i il tarixdə xidmətdə olduğu zaman təlim keçirildiyini və həmin vaxt xəsarət aldığını iddia edir. Halbuki, onun xidmət etdiyi Səbail rayon X3 Hissəsi tərəfindən verilmiş arayışda həmin tarixdə heç bir məşğələnin keçirilmədiyi göstərilir. Hissənin xidmət kitabından həmin tarixə aid çıxarışlarından isə aydın olur ki, iddiaçı 15.07.2018-ci il tarixdə ümumiyyətlə növbənin döyüş hesabında deyil, yanğınsöndürmə növbəsinin dispetçeri vəzifəsini icra etməklə naryadda olmuşdur və kitabda “növbə ərzində şəxsi heyətdən xəsarət alan olmamışdır” yazılmaqla müvafiq qeydiyyat aparılmışdır. Ey ni zamanda bildirilmişdir ki, dispetçer vəzifəsini icra edən əməkdaşlar heç bir təlim və ya məşğələyə cəlb edilmirlər. Belə ki, “Yanğından mühafizənin Xidmət Nizamnaməsi”nin 78-ci bəndinin tələblərinə görə, dispetçərə hər hansı səbəbdən “iş yerini tərk etmək qadağandır”. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-699/2021 saylı, 03 fevral 2021-ci il tarixli qərarı ilə (hakim: A.P.Oruczadə) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə bağlı xidmət yerində bədbəxt hadisənin baş verməsi sübuta yetirilmədiyindən İZ formalı aktın tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyula bilməz.
8. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək qə rarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b)apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2021-ci il tarixli, 21(103)-1458/2021 saylı qərarı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: S.İ.Bəktaşi və N.Ş.Cəfərov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-699/2021 saylı, 03 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKA YƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
12. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, məhkəməyə təqdim edilmiş Təcili və X2 tərəfindən verilmiş arayışdan görünür ki, qeyd olunan tarixdə iddiaçının iş yerinə tibbi yardım çağırılmış və ona tibbi xidmət göstərilmişdir. Bundan sonra iddiaçının müvafiq tibb müəssisələrinə göndəriş vərəqələri, epikrizlər, hərbi xidmətlə əlaqədar əlilliyin təyin edilməsi barədə əlillik vəsiqəsi təsdiq edir ki, onun xəstəliyi və xəstəlik nəticəsində əldə etdiyi əlillik dərəcəsi xidməti vəzifələrinin icrası zamanı olmuşdur. İş materiallarında olan sənədlər iddiaçının məhz hadisə baş verən tarixdən sonra xəstələnməsini, hadisə baş verən zaman yaranmış xəsarə tin iddiaçının sağlamlığında ciddi problemlər yaratmasını, hətta iddiaçının bu xəsarət nəticəsində əlil olmasını göstərir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə
239. Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət
1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasın ın Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında" Qaydalar Bənd 1.2. İşçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiri yyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən;... istehsal avadanlıqları və obyektlərində qəza zamanı;... Bənd 1.3 İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Bənd 1.6 İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin b aş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Bənd 1.7 İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X4 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X4 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Bənd 2.1 Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X4 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X4 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış kom issiya tərəfindən aparılır.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verili r. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şika yəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 18 Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. İş materiallari ilə müəyyən edilir ki, iddiaçı 2011-ci il tarixdən 20.09.2017-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətində işləmişdir. İddiaçı inzibati orqanda işlədiyi zaman, 15.07.2016-ci il tarixdə öz xidməti vəzifələrini yerinə yetirərkən xəsarət aldığını, xeyli müddət müalicə olunduğunu, lakin nəticədə ona istehsalatda baş vermiş bədbəxt hadisə aktının (İZ aktı nın) verilmədiyini iddia edir və hazırda bu aktın verilməsinin cavabdehə həvalə edilməsini tələb edir və tələbinin əsası kimi tibbi arayışları, həmçinin, epikrizləri təqdim edir.
20. Məhkəmə tərkibi iddiaçının mövqeyi ilə razılaşmır. Belə ki, Azərbayan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Səbail rayon X3 Hissəsinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibbi Xidmətinin Tibbi Mərkəzinə ünvanladığı 08 sentyabr 2016-cı il tarixli, 0319 saylı göndərişin surətindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYMX-nin Səbail rayon X3 hissəsinin 25 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni İddiaçı tibbi müayinədən keçmək üçün Tibb Mərkəzinə göndərilir.
21. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqas ımov adına Respublika Klinik Xəstəxanasının 29 sentyabr 2016-cı il tarixli və 21.02.2017-ci il tarixli onurğa sütununun bel-oma nahiyyəsinin MRT nəticələrindən görünür ki, xəstə İddiaçı L5S1 fəqərəarası diskə dural kisəni və sol sinir kökcüyü kompressiya edən arxa sol lateral foraminal yırtıq aşkar edilmişdir.
22. Daxili İşlər Nazirliyi A.N.Heydərov adına Respublika Hospitalı Maqnit X1 21.10.2016-cı il tarixli lumbosakral MRT müayinəsinin nəticələrində qeyd edilir ki, müayinə zamanı İddiaçı L4-L5 və L5-Sİ aralığına aid disklərdə annulyar qabarma (bulging) ilə müşayiət olunan geniş əsaslı sol paramedianposterolateral ekstruziya (5mm) mövcud olduğu müəyyən edilmişdir. Buna bağlı sol tərəfdə nevral foramenlər daralmış, sinir kökləri sıxılmış və dural kisənin sol-ön yarısına bir qədər kompress iya izlənmişdir. Sağ tərəfdə nevral foramenlər zəif daralmış sinir köklərinə təmas qeyd edilmişdir.
23. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahlıq Xəstəxanasının 441 saylı çıxarışından görünür ki, 1983-cü il təvəllüdlü İddiaçı L4 və L5 fəqərələrinin soldan hissəvi hemilaminmektomiyası, L4 və L5-S1 fəqərəarası disklərin sol tərəfli yirtiqlarının xaric edilməsi ilə bağlı əməliyyatı 02.03.2017-ci il tarixdə icra olunmuşdur. -Xəstəlik haqqında 01693 saylı şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, XHEK-nin hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s.yararlıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 26b, 66b maddəsinin İİİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihə kim ekspertizası haqqında Əsasnamə”yə əsasən, İddiaçı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır.
24. Beləliklə, məhkəmə tərkibi qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlər, 15.07.2016-cı il tarixdə təlim zamanı xəsarət alması qənaətinə gəlməyə əsas vermir. Belə ki, istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması məsələlərini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən, istehsalatda baş verən bədbəxt hadisə barədə Aktın (İZ Aktının) müəyyən tədbirlər görüldükdən və müvafiq prosedurlar həyata keçirildikdən sonra verilməsi nəzərdə tutulmuşdur (aidiyyəti quruma bu barədə məlumat verilir, Təhqiqat Komissiyası yaradılır, xəsarətin ağırlıq dər əcəsinin müəyyən edilməsi üçün müvafiq rəylər alınır, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilir və uçota alınır). Lakin, göründüyü kimi, iddiaçı tərəfindən baş verməsi iddia edilən hadisə ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq hər hansı tədbirin görülməsi müəyyən edilməmişdir. Bu da öz növbəsində hadisənin hüquqi baxımdan baş verməsini istisna edir. Bundan əlavə, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 191-ci və 239-cu maddələrinin tələbləri baxımından bu hadisənin baş verməsində işəgötürənin təqsirli olması, o cümlədən xəsarətin məhz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı alındığı (səbəbli əlaqə) sübuta yetirilməmişdir.
25. Bunun əksinə, iş materialların a əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin Bakı şəhər Təcili və X2 Stansiyasının 27 dekabr 2017-ci il tarixli, 817 saylı məktubundan görünür ki, 15.07.2016-cı il tarixdə, saat 18:24 radələrində “103” xidmətinə Badamdar 1-ci massiv FHN-ünvandan İddiaçı (33 yaş) adına “halı pis” səbəbi ilə çağırış daxil olmuş, çağırışı 19 saylı bölmənin həkimi Elşən Məhərrəmov icra edərək, xəstəyə “gərginlik tipli başağrısı” diaqnozu qoymuş və müvafiq tibbi yardım göstərilmişdir.
26. Bundan başqa, iddiaçı 15.07.2016-cı il tarixdə təlim zamanı qaldırdığı balonun qəflətən belinə düşməsi səbəbi ilə onda yırtığın əmələ gəlməsinə istinad etsə də, cavabdeh tərəfindən təqdim olunmuş arayışdan məlum olmuşdur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətin in Səbail rayon X3 hissəsinin 25 nömrəli yanğından mühafizə bölməsində həmin tarixdə hər hansı bir təlim keçirilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Səbail rayon X3 Hissəsi tərəfindən verilmiş 15.07.2016-cı il tarixdən saat 08:30-dan 16.07.2016cı il tarixədək saat 08:30-dək olan xidməti tapşırıqdan görünür ki, növbə ərzində nizamintizam TT qaydaları pozulmamış, Ş/h-dən xəsarət alan olmamışdır. Növbəni qəbul edərkən heç bir nöqsan aşkar olunmamışdır.
27. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, iddiaçı ilə bağlı xidmət yerində bədbəxt hadisənin baş verməsi sübuta yetirilmədiyindən, İZ formalı aktın tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia əsassızdır, təmin ed ilməməlidir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 15 iyul 2011-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır.
29. Məhkəmə tərkibi apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. İddiaçının kassasiya şikayətində irəli sürdüyü dəlillər ə slində onun əvvəlki instansiya məhkəmələrində irəli sürdüyü dəlillərlə oxşardır və məhkəmələr həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir.
30. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1458/2021 nömrəli iş üzrə 15 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.