Məhkəmə qərarları › İş №2-1(102)-1976/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1976/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1976/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1976/2020) (Açar sözlər: tikinti obyektinin istismara qəbul aktının və ya tikinti obyektinin istismarına icazə sənədini olmaması ilə əlaqədar daşınmaz əmlaka hüquqa dair çıxarışın verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmə tinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X2) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1147/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək x ünvanında yerləşən x saylı mənzilinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.

2. Cavabdeh xx xxxxxx 2017-ci il tarixli məktubla müraciətini təmin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə olunmaması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki birinci icraat

3. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizə ilə müraciət edərək “xxxx” MMC-nin ünvan 1 ünvanda inşa etdiyi 1 nömrəli yaşayış binasının 21-ci mərtəbəsində yerləşən və yaşayış sahəsi 226,6 kv.m olan x nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “xxxx” MMC-nin ünvan 1 ünvanda inşa etdiyi 1 nömrəli yaşayış binasının 21-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 225,6 kv.m olan x nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alı naraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində olan x nömrəli mənzilin dəyərini “xxxx” MMC-yə ödəmiş, bununla bağlı tərəflər arasında 140 nömrəli müqavilə bağlanmışdır. İddiaçı ərizə və digər zəruri sənədləri cavabdehə təqdim etsə də cavabdeh həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsindən əsassız olaraq imtina etmişdir. Belə ki, cavabdehin imtinanın əsası kimi göstərdiyi hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində öz əksini tapmamışdır.

6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil etmişdir. 7. 2 s aylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(82)5708/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş, “xxxx” MMC-nin ünvan 1 ünvanda inşa etdiyi 1 nömrəli yaşayış binasının 21-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 225.6 kv.m olan x nömrəli mənzil üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli mənzili qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hal iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz.

9. X2 vəsatət təqdim edərək üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə onun iştirakı ilə baxılmasının təzələnməsini xahiş etmişdir.

10. Vəsatət baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 11 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(103)-2823/2018 nömrəli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmiş, X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı X2 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarından apellya siya şikayəti verərək qərarın ləğv edilməsini, üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(103)-2823/2018 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmış, X üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, inzibati iş Xin iştirakı ilə baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzi bati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli 2-1(102)-847/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərardadı ləğv edilmiş, X2 tərəfindən verilmiş inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməyə dair ərizəyə mahiyyəti üzrə baxılması üçün iş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. ç. birinci instansiyası məhkəməsindəki ikinci icraat 16. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 21(82)-3141/2019 nömrəli qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. 17. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 21(82)-3141/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

18. Birinci instansiya məhkəm əsi hesab etmişdir ki, “xxxx” MMC tərəfindən inşa edilən binanın istismara qəbul aktı mövcud deyil.

19. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. d. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-1147/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİN İN İZAHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a. Kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-1(82)-5708/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Lakin üçüncü şəxsin ərizəsi əsasında qərar ləğv edilsə də, cavabdeh apellyasiya şikayəti vermədiyi halda yenidən cavabdehin imtinası araşdırılmış və bu dəfə qanuni hesab edilmişdir. Halbuki, cavabdeh mübahisələndirmədiyi halda cavabdehin hərəkətlərinin üçüncü şəxsin ərizəsi əsasında qanuni hesab edilməsi yolverilməzdir. Bu halda məhkəmə öz səlahiyyət həddini aşmaqla ciddi pozuntuya yol vermişdir.

24. Bundan başqa, X 2 saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarının onun hüquqlarına toxunduğunu bildirsə də, onun buna dair subyektiv hüququ olmamışdır. Çünki, sözügedən qərar qəbul edilərkən ümumiyyətlə onun istinad etdiyi müqavilə bağlanmamışdır. Nəticə etibarı ilə onun üçüncü şəxs kimi işə cəlb edilməsi qeyri-mümkün olmalı idi. b. məhkəmə icraatı iştirakçılarının izahatları

25. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inş a edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;...

27. İnzibati Prosessual Məcəllə: Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yaln ız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (t am və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

31. İddia çı hesab edir ki, üçüncü şəxsin ərizəsi əsasında qərar ləğv edilsə də, cavabdeh apellyasiya şikayəti vermədiyi halda, yenidən cavabdehin imtinası araşdırılmış və bu dəfə qanuni hesab edilmişdir.

32. Məhkəmə kollegiyası iddiaçının həmin dəlili ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qərarı olmuşdur. Həmin qərardan da yalnız tələbi təmin edilməyən iddiaçı şikayət verə bilərdi. Hazırkı halda da, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını iddiaçının şikayəti əsasında yoxlamışdır. Cavabdeh isə həmin qərardan şikayət verə bilməzdi. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh iddianın rədd edilməsini tələb etmiş və məhkəmə də iddianı rədd etmə klə, əslində, cavabdehin tələbini təmin etmişdir (İPM-in 81.2-ci maddəsi). Məhkəmənin qərarı ilə cavabdehin üzərinə hər hansı öhdəlik də qoyulmamışdı.

33. İddia tələbinin mahiyyətinə gəldikdə, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, “xxxx” MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən tikiliyə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2 və ya 8.0.10.1-ci maddəsinin tələbləri təmin olunmadığından, iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz.

34. İddiaçı, həmçinin hesab edir ki, Xin 2 saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarının onun hüquqlarına toxunduğunu bildirsə də, onun buna dair subyektiv hüququ olmamışdır. Çünki, sözügedən qərar qəbul edilərkən ümumiyyətlə onun istinad etdiyi müqavilə bağlanmam ışdır. Nəticə etibarı ilə onun üçüncü şəxs kimi işə cəlb edilməsi qeyri-mümkün olmalı idi.

35. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsas kimi qəbul etmir. Belə ki, üçüncü şəxslə “xxxx” MMC arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 419 №-li Müqavilənin məzmunundan göründüyü kimi, müqavilədə göstərilən yaşayış sahəsinə pay hüququ “xxxx” MMC ilə bağlınmış xx xxxxxx 2008-ci il tarixli müqaviləyə əsasən payın əvvəlki mülkiyyətçisi X1 məxsus olmuş və həmin payın dəyərini X x ödəmişdir. Başqa sözlə, xx xxxxxx 2008-ci tarixdən x məxsus olmuş paya mülkiyyət hüququ (o cümlədən, həmin paya dair tələb hüququ) hüquq varisliyi qaydasında Xə keçmişdir. Həmin yaşayış sahəsinə payla bağlı eyni zamanda “xxxx” MMC ilə iddiaçı arasında müq avilə mövcuddur. Həmin müqavilələrin etibarsızlığına, ləğvinə və ya hər hansı qaydada qüvvədən düşdüyünə dair məlumat işdə yoxdur. Buna görə də, X hazırkı məzmunda iddia tələbinin onun maraqlarına toxunduğuna əsaslana bilər.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1147/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar