Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1976/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən h esablanması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.05.2021-ci il tarixli, 2-1(103)-883/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1953-cü il təvəllüdlüdür. 11 may 1970-ci il tarixli əmək kitabçasından müəyyən olunur ki, o, 1982-ci ildən 2000-ci ilədək hakim vəzifəsində işləmiş, 2000-ci ilin sentyabr ayında səlahiyyət müddətinin qurtarması ilə əlaqədar hakim səlahiyyətlərinə xitam verilmişdir. İddiaçıya məxsus 951068 saylı pensiya işindən görünür ki, ona DSMF-nin Yasamal rayon (şəhər) şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 3/340 saylı 19.06. 2008-ci il tarix li qərarı ilə İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş və pensiya məbləği 1318.34 manat müəyyən edilmişdir. Komissiyanın 12/4807 saylı, 26.04.2016-cı il tarixli qərarından görünür ki, İddiaçı 01.05.2016-cı il tarixdən yaşa görə ömürlük pensiya təyin edilmiş və pensiya məbləği 1938.56 manat müəyyən edilmişdir. Müayinə aktlarından çıxarışlardan görünür ki, İddiaçı 2012-ci il tarixədək əlillik dərəcəsi İİ qrup, 2012-ci il tarixdən sonra isə İİİ qrup kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 8/1769 saylı, 6.12.2014-cü il tarixli arayışından görünür ki, 01.12.2013-cü il tarixdən rayon (şəhər) məhkəməsi sədrinin vəzifə maaşı 1242.00 manat, 01.01.2014-cü il tarixdən 1449.00 manat təşkil edir. Eyni zamanda onlara hakimlik stajının 5 ilinə görə vəzifə maaşların ın 15%-i, 10 ilinə görə 30%-i, 15 ilinə görə 45%-i həcmində əlavə haqq ödənilir. ““Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” 08.10.2010-cu il tarixli, 1092-İİİD saylı Qanuna əsasən birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15%-i miqdarında aylıq pul təminatı verilir. Hakim məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. İddiaçıya məxsus pensiya işinin materiallarından görünür ki, iddiaçıya 01.05.2016-cı il tarixdən təyin edilmiş əmək pensiyasının aylıq məbləği 1938,56 manat olsa da, sonradan həmin məbləğ yenidən hesablanaraq 2783,36 manata qədər artırılmışdır.
2. İddiaçı onun əmək pensiyasının hakimlərə bir aylıq vəzi fə maaşı həcmində əlavənin ödənilməsi, hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15%-i deyil, 25%-i həcmində vergidən azad pul təminatının ödənilməsi, Lerik rayon Məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10%-i həcmində pul təminatının nəzərə alınmaqla yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, ona əmək pensiyasının yenidən hesablanması, yenidən hesablanarkən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavənin, hakimlərə səlahiyyət lərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25%-i həcmində vergidən azad pul təminatının, Lerik rayon Məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10%-i həcmində pul təminatının nəzərə alınması və pensiyanın yenidən hesablanması ilə əlaqədar yaranmış fərqin ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsindən yaşa görə sabiq hakim kimi əmək pensiyası alır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə edilmiş və 01.09.2019-cu il tarixdən qüvvəyə minmiş 12 iyul 2019-cu il tarixli Qanunda göstərilir ki, hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin aylıq v əzifə maaşı Azərbaycan Respublikası Milli Məclisinin sədrinin aylıq vəzifə maaşı həcmində (2475 manat) müəyyən edilir; hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatı ödənilər. Ali Məhkəmənin sədrinin vəzifə maaşı Milli Məclisin sədrinin aylıq vəzifə maaşı həcmində 2475 manat müəyyən edildiyinə görə rayon məhkəmə sədrinin aylıq vəzifə maaşı onun 70 faizi olmaqla 1732 manat müəyyən edilmişdir. Bundan əvvəl isə, 1596 manat olmuşdur. DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən 2019-cu ilin oktyabr ayına dair iddiaçının əmək pensiyası hesablanarkən rayon məhkəmə sədrlərinin aylıq vəzifə maaşının 1732 manat olması nəzərə alınmış, lakin hakimlərə ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əl avə və hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı ödənilən 25 faiz pul təminatının yeni artırılmış 10 faizi nəzərə alınmamışdır. Bundan əlavə, əmək pensiyası hesablanarkən 1982-1987-ci illərdə Lerik rayon məhkəməsinin hakimi vəzifəsində işlədiyinə görə “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” Qanuna əsasən Lerik rayon məhkəməsinin hakiminə ödənilən vəzifə maaşının 10 faizi həcmində pul təminatının ödənilməsi də nəzərə alınmalı olduğu halda, nəzərə alınmamışdır. Eyni zamanda onu da qeyd edir ki, 12 iyul 2019-cu il tarixli dəyişiklik edilənə qədər rayon məhkəmə sədrlərinin vəzifə maaşı 1596 manat olarkən əmək pensiyası 2813 manat hesablanmalı olduğu halda, düzgün olmayaraq 2586 manat hesablanmaqla əmək pensiyası 2018-ci ilin may ayın ın 1dən hər ay 227 manat, 01 sentyabr 2019-cu il tarixdən isə hakimlərə ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlərə vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı ödənilən 25 faiz pul təminatının 10 faizi və dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında Qanuna əsasən Lerik rayon məhkəməsinin hakiminə ödənilən vəzifə maaşının 10 faizi nəzərə alınmadan, 3192 manat hesablanmalı olduğu halda, 2783 manat hesablanmaqla hər ay 409 manat az ödənilmişdir. Onun pensiya işi DSMF-nun Yasamal şöbəsindən cavabdeh Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş və həmin idarədə də onun pensiyası DSMF-nun Yasamal şöbəsi tərəfindən hesablanan kimi səhv hesablanmışdır. Hətta məhkəmə qərarı əsasında ona ödənilən borc əsassız olaraq tam ödənilmədən dayandırılmışdır. Qanunun tələbinə görə hakimlərə əmək pensiyası hesablanarkən hakimlərin əmək haqqına sonrakı bütün artımlar nəzərə alınmalıdır. Qanunda hər hansı artımın, o cümlədən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin nəzərə alınmaması qeyd edilməmişdir. “Q.Gərəhməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 fevral 2014-cü il tarixli Plenumunun qərarında göstərilir ki, Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Göründüyü kimi “Əmək pensiyaları haqqında" Qanunun 20.7-ci maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin, “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 14-cü mad dəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 fevral 2014-cü il tarixli Plenum Qərarının tələbinə görə onun əmək pensiyası hesablanarkən “Məhkəmələr və hakimlər haqqında" Qanunun 106-cı maddəsində dəyişiklik edilməsi haqqında Qanunda qeyd edilmiş hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə və hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi deyil, 25 faizi həcmində vergidən azad pul təminatının, “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında" Qanununa əsasən Lerik rayon məhkəməsinin hakimlərinə ödənilən vəzifə maaşının 10 faizi miqdarında pul təminatı nəzərə alınmaqla hesablanmalıdır. Əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 27.01.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Lakin ona heç bir cavab verilməmişdir.
5. Cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçının cavabdehə qarşı iddia tələbi əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən “əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtləri müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. İddiaçı iddia tələbində göstərdiyi hakimlərin aylıq vəzifə maaşına əlavəni və Lerik Rayon Məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10 faizi həcmində pul təminatını işlədiyi dövrdə almamışdır. Belə olan halda ödənilməmiş vəsaitin pensiya hesablanarkən nəzərə alınması ümumilikdə əmək pensiyasının “itirilmiş gəlirlərin kompensasiyası” prinsipinə ziddir. Eyni zamanda həmin qanununun 1.0.8-ci maddəsində göstərilir ki, fərdi hesabın sığorta hissəsi-əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı işlədiyi dövrdə sözügedən məbləğləri almadığı üçün müvafiq olaraq, həmin məbləğlər məcburi dövlət sosial sığorta haqqına da cəlb edilməmişdir. İddia tələbinin hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatının ödənilməsi ilə bağlı hissəsinə gəldikdə qeyd edilməlidir ki, həmin pul təminatının yenidən hesablanması üçün iddiaçı cavabdeh orqana müraciət etməmişdir.
6. Birinci instansiya məhkəməsinin 16.10.2020-ci il tarixli, 2-1(112)-5045/2020 nömrəli (hakim Fərid Mədətli) qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanaraq pensiya məbləği fərqinin ödənilməsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tədqiq olunmuş sənədlərə əsasən, iddiaçıya 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 01.05.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə ömürlük əmək pensiyası təyin edilmiş, pensiyasının aylıq məbləği “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 80 faizi məbləğində müəyyən edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin əmək pensiyasının yenidən hesablanarkən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavənin, Lerik rayon məhkəməsinin hakiminə aylıq vəzifə maaşının 10 faizi həcmində ödənilən pul təminatının nəzərə alınması hissəsi istisna olmaqla, qalan hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə k i, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı işlədiyi dövrdə hakimlərə bir aylıq vəzifə maaşı həcmində ödənilən əlavəni və Lerik Rayon Məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10 faizi həcmində pul təminatını almamışdır. Məhkəmə, iddiaçının işlədiyi dövr ərzində aylıq vəzifə maaşına əlavəni və Lerik Rayon Məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10 faizi həcmində pul təminatını almadığını, buna müvafiq olaraq həmin məbləğlər üzrə məcburi dövlət sosial sığorta haqqının tutulmadığını nəzərə alaraq, hesab edir ki, iddia qeyd olunan hissələrdə təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şər h edilməsinə dair Qərarında göstərilmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun və həmin Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. 9. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin 3-cü hissəsinə əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunun 12 iyul 2019-cu il tarixli redaksiyasına əsasən səlahiyyətlərin yerinə ye tirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. Məhkəmənin qənaətinə görə, bu müddəa iddiaçıya münasibətdə da tətbiq olunmalıdır. İddiaçının tələbi hakimlərə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatının nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması hissəsində əsaslıdır və təmin edilməlidir.
10. İddiaçı apelyasiya şikayəti verərək məhkəmənin həmin qərarının iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddianın həmin hissədə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Həmçinin qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və id dia tələbinin təmin olunmaması barədə qərar qəbul olunması xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə- apelyasiya instansiyası məhkəməsi) 19.05.2021-ci il tarixli, 2-1(103)-883/2021 nömrəli (hakimlər X. Cəmilova - sədrlik edən və məruzəçi, N.Cəfərov və E.Kazımov) qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin olunmamış, cavabdehin apelyasiya şikayəti təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5045/2020 saylı qərarı qismən, iddia tələbinin təmin edildiyi səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25%-i həcmində vergidən azad pul təminatı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanaraq yaranacaq pensiya məbləği fərqinin ödənilməsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmiş, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən, yəni iddianın rədd edildiyi hissədə razılaşmış, iddianın təmin edildiyi hissədə isə razılaşmamışdır.
14. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsi bir tərəfdən iddiaçının işlədiyi dövr ərzində bir aylıq vəzifə maaşı həcmində əlavəni və Lerik rayon Məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10 faizi həcmində pul təminatını almadığını, buna müvafiq olaraq həmin məbləğlər üzrə məcburi dövlət sosial sığorta haqqının tutulmadığını nəzərə alaraq pensiyanın yeni dən hesablanması zamanı yaranacaq pul fərqinin ödənilməsi ilə bağlı iddia tələblərinin əsassız olub təmin edilmədiyi, digər tərəfdən isə iddiaçıya vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatının verilməsi ilə bağlı həmin pul təminatının nəzərə alınaraq pensiyasının yenidən hesablanması barədə ziddiyyətli nəticəyə gəlmişdir.
15. Apelyasiya instansiyası məhkəməsi öz qərarını belə əsaslandırmışdır ki, iddiaçının hər üç tələbinin qanuni əsasları onun 2000-ci ilədək hakim işlədiyi dövrdən sonra qəbul edilmiş Qanunlarla müəyyən edilmişdir. Belə olan halda onun tələblərindən bir qisminin rədd, bir qisminin isə təmin olunması mümkün deyil. Məhkəmə kollegiyası bu mövqeyini həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Qərarı ilə əsaslandıraraq qeyd etmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı əmək haqqı və dövlət məvacibinə münasibətdə sosial sığorta haqqı ödənildiyi halda, həmin vəsaitlərin nəzərə alınması qanunda məcburi şərt kimi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü maddəsində göstərilən “əmək pensiyası yaşına çatmış sabiq hakimlərə əmək pensiyasına əlavələrin təyin edilməsi” müddəası, həmin hakimlərin pensiya təyin olunmamışdan əvvəl hakim işlədikləri dövrdə aldıqları və ondan sosial sığorta haqqı ödədikləri əlavələri nəzərdə tutur. Hazırki işdə iddiaçı hakim işlədiyi dövrdə sözügedən əlavələri almamış və onlardan sosial sığorta haqqı tutulmamışdır.
16. Apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətinə münasibətdə öz qərarını əsaslandırmamış, sadəcə həmin şikayətin təmin olunmasını qeyd etmişdir.
17. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi haqqında yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinə görə həmin Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta ayl ıq məbləğindən, əmək haqqında sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157, 177-ci maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Hakimlərin məzuniyyət haqqının hesablanması Qaydası”nın 3-cü maddəsinin tələblərindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsində “əmək haqqının orta aylıq məbləği” müddəası hakimlərin işlədikləri dövrdə aldıqları vəzifə maaşını, ona əlavələri və artımları nəzərdə tutur. “Əmək haqqında sonrakı artımlar” müddəası isə hakim vəzifəsindən çıxdıqdan, yəni pensiya təyin olunduqdan sonrakı artımları nəzərdə tutur. Əgər belə olmasaydı “sonrakı” məfhumu qeyd edilməzdi. Bir halda ki, hakimlərin vəzifə maaşına artımlar olduqda pensiya yenidən hesablanmaqla nəzərə alınır, hakimlərin əmək haqqına pensiya təyin olunduqdan sonra edilmiş əlavə və artımlar da nəzərə alınmaqla pensiya yenidən hesablanmalıdır. Bundan əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə ödənilən vəzifə maaşının 25 faiz həcmində vergidən azad pul təminatı 15 faiz həcmində olarkən, yəni 2010-cu ilin oktyabr ayından 2019-cu ilin sentyabr ayına qədər olan dövrdə onun əmək pensiyası hesablanarkən nəzərə alınmış və ödənilmişdir. Birinci instansiya məhkəməsi də məhz buna görə haqlı olaraq iddia tələbinin həmin hissəsini təmin etmişdir.
19. Kassasiya şikayətinin dəlilləri qalan hissədə apelyasiya şikayətinin dəlilləri ilə eynidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şik ayətin təmin olunmamasını və apelyasiya instansiyası məhkəməsinin həmin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan ə vvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir;http://www.e-qanun.az/framework/11566 Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; 22. “Məhkəmələr və hakimlər haqqında” Qanun Maddə 1 0
6. Hakimlərin maddi təminatı Hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: … Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. 23. “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” Qanun Maddə
1. Qanunun məqsədi Bu Qanun Azərbaycan Respublikasının təbii-iqlim şəraiti nəzərə alınmaqla, dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalları müəyyən edir. Maddə
2. Yerli əmsalların müəyyən edilməsi Azərbaycan Respublikasının dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdəki yaşayış məntəqələrində fəaliyyət göstərən dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşlarına 1.2 həcmdə, bu yüksəklik 2000 metrdən artıq olduqda isə 1.3 həcmində yerli əmsal müəyyən edilir. Maddə
3. Yerli əmsalların tətbiqi Dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerlə şən yaşayış məntəqələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yerli əmsallar dövlət qulluqçusunun həmin məntəqələrdə fəaliyyət göstərən dövlət orqanlarında faktiki qulluq keçdiyi dövr üçün tətbiq edilir.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 1.1. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayət mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən i ş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir
28. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azər baycana qarşı” işi üzrə).
29. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
30. Hazırkı mübahisə iddiaçının əmək pensiyasının yenidən hesablanması, yenidən hesablanarkən hakimlərin aylıq vəzifə maaşlarına bir aylıq vəzifə maaşı həcmində əlavənin, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərin vəzifə maaşının 25%-i həcmində vergidən azad oluna n aylıq pul təminatının, Lerik rayon Məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10%-i həcmində pul təminatının nəzərə alınması və pensiyanın hesablanması ilə əlaqədar yaranmış fərqin ödənilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçının tələbləri mahiyyət etibarı ilə qanunvericiliyə müvafiq sonrakı dəyişikliklərin əmək pensiyaçısı kimi ona da şamil edilməsi ilə bağlıdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin tələbinin maddi hüquqi əsasları ilə bağlı hüquqi tənzimləmə onun hakim işlədiyi dövrdən sonra qəbul olunmuş qanunlarda təsbit edilmişdir. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müddəalar (bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə və səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin öd ənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı ilə bağlı) müvafiq olaraq 08.05.2007-ci və 12.07.2019-cu ildən əlavə və dəyişiklik qaydasında təsbit edilmişdir. Azərbaycan Respublikasının təbii-iqlim şəraiti nəzərə alınmaqla, dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsallar “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” 31.05.2002-ci tarixli Qanuna əsasən tətbiq edilmişdir. İş materiallarından iddiaçının hakim vəzifəsində 1982-ci ildən 2000-ci ilədək işlədiyi, 2000-ci ilin sentyabr ayında səlahiyyət müddətinin qurtarması ilə əlaqədar onun hakim səlahiyyətlərinə xitam verildiyi müəyyən olunur.
32. Mübahisəyə dair iş üzrə materiallardan həmçinin görünür ki, iddiaçı hakim işlədiyi dövrdə hakimlər in aylıq vəzifə maaşlarına bir aylıq vəzifə maaşı həcmində əlavəni, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərin vəzifə maaşının 25%-i həcmində vergidən azad olunan aylıq pul təminatını, Lerik rayon Məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10%-i həcmində pul təminatını almamış və həmin vəsaitlərdən sosial sığorta haqqı ödənilməmişdir.
33. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsin əmək pensiyasının hes ablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış və həmin Qanunun 1.0.2-ci maddəsinə görə qeyd olunan vəsaitlərdən sosial sığorta haqqını ödəmiş olsun. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələr ə edilən artımlar nəzərə alına bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Qərarı)
34. Nəzərə almaq lazımdır ki, əmək pensiyası yaşına çatmış sabiq hakimlərə əmək pensiyasına əlavələrin təyin edilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 20.1-ci və 20.1.4-cü maddələrində təsbit olunmuş müddəalar hakimlərin onlara pensiya təyin ediləndən əvvəl hakim işlədikləri müddət ərzində aldıqları və ondan sosial sığorta haqqı ödədikləri əlavələri ehtiva edir. Belə ki, bu qərarın 21-ci bəndində istinad olunan normalara görə əmək pensiyası, sığortaolunanın ona əmək pensiyası təyin olunduqdan əvvəl aldığı əmək haqqı və d igər gəlirlərin kompensasiyası məqsədlərinə xidmət edən aylıq pul ödənişidir.
35. Bu mənada iddiaçı pensiya təyin olunana qədər hakim kimi işlədiyi müddətdə almadığı və sosial sığorta haqqını ödəmədiyi vəsaitlər (və vəsaitlərdəki artımlar), o cümlədən hakimlərin aylıq vəzifə maaşlarına bir aylıq vəzifə maaşı həcmində əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərin vəzifə maaşının 25%-i həcmində vergidən azad olunan aylıq pul təminatı, Lerik rayon Məhkəməsinin hakiminə ödənilən aylıq vəzifə maaşının 10%-i həcmində pul təminatı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı sayıla bilməz.
36. Beləliklə, iddia tələblərinin təmin olunmaması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
37. Nəticə etibarı ilə, məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda şərh edilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2021-ci il tarixli, 2-1(103)-883/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.