Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1976/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraatın dayandırılması, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “diplomun hüquqi əsaslılığının müəyyən edilməsi və imtahana buraxılma” tələbinə dair inzibati iş üzrə icraatın dayandırılmasına dair Gəncə Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 aprel 2024-cü il tarixli, 2-1(104)-148/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. B seriyalı, 106718 nömrəli (qeydiyyat nömrəsi – 2/0661) diploma əsasən, iddiaçı Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını bitirmiş və Dövlət Attestasiya Komissiyasının xx.xx.2009-cu il tarixli qərarı ilə ona “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir.
2. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən verilmiş xx.xx.2010cu il tarixli, 1254 nömrəli arayışa görə, iddiaçı həqiqətən 2009/2010-cu tədris ilində Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını bitirmiş, ona Dövlət Attestasiya Komissiyasının qərarı ilə “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası və bakalavr dərəcəsi verilmişdir.
3. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı müddətli müqavilə əsasında işə qəbul olunmuş namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsində iştirak etmək üçün cavabdehə müraciət etmiş, lakin həmin müraciətin təmin edilməsindən imtina olunmuşdur. İmtinanın əsası kimi ona istinad olunmuşdur ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilərlər. Lakin iddiaçının diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. Bu baxımdan iddiaçının MİQ imtahanlarına buraxılması tələbinin hüquqi əsası yoxdur. İ Ş ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını bitirməsi ilə bağlı verilmiş B seriyalı, 106718 nömrəli (qeydiyyat nömrəsi – 2/0661) diplomun hüquqi baxımdan əsaslı hesab olunması və onun müəllimlərin işə qəbul imtahanlarına buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını bitirmiş və ali təhsili bitirməsi ilə bağlı ona B seriyalı, 106718 nömrəli diplom verilmişdir. Həmin diplom əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi MİQ imtahanın da iştirak edərək ibtidai sinif müəllimi kimi Tovuz rayonunun müxtəlif kəndlərində işləmişdir. Ümumilikdə, 3 ilə qədər müəllim kimi işləmiş, qanuna müvafiq qaydada əməkhaqqı almış, sosial sığorta haqlarını ödəmişdir. 2021-ci ildə yenidən MİQ imtahanı verərək 54 balla test imtahanından müvəffəqiyyətlə keçmiş və Tovuz rayonunun Məşədivəlilər kəndində M.Yusifov adına tam orta məktəbdə vakant yerə ixtisası üzrə müəllim təyin olunmuşdur. xx.xx.2022-ci ildə keçirilmiş müsahibə mərhələsinə dəvət olunmuş, müsahibəyə qatılmaq istədiyi zaman ali təhsil sənədi olan diplom yoxlanılmış və ona bildirilmişdir ki, diplomu dövlət reyestrində sistemdə görünmür və saxtadır. Bununla bağlı, iddiaçı cavabdehə müraciət etdikdə, yenidən həmin əsasla onun imtahana buraxılmasından imtina olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin diplomun saxta olması ilə bağlı mövqeyi əsassız və qanunsuzdur.
6. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən iddiaçının adına yazılmış B seriyalı, 106718 nömrəli diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. İddiaçı tərəfindən diplomun qanunsuz yolla əldə edilməsi sübut edildiyindən, onun ali təhsil almadan pedaqoji fəaliyyətlə məşğul olması təhsil qanunvericiliyi ilə ziddiyyət təşkil edir. Belə ki, iddiaçının saxta sənəd təqdim etməklə ümumtəhsil məktəbində müəllim kimi işə qəbul edilməsi gələcəkdə təhsilalanların keyfiyyətli təhsil almaq hüquqlarını pozmuş olar. Eyni zamanda, cavabdeh tərəfindən aparılmış araşdırmadan məlum olmuşdur ki, iddiaçı ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarından kənar yolla qəbul olunmuş və buna görə də ona verilən diplom blankı cavabdeh tərəfindən sifariş verilməmişdir. Qanunvericiliyə əsasən, təqdim olunmuş diplomların qanuni və ya qanunsuz olmasını müəyyən etmək səlahiyyəti bilavasitə cavabdehə aid edilmişdir. Ona görə də, iddiaçı MİQ imtahanının müsahibə mərhələsinə buraxılmamışdır. Pedaqoji fəaliyyətə başlamaq üçün təqdim edilən sənədin dövlət nümunəli olması əsas şərtdir. Bu baxımdan iddiaçının MİQ imtahanlarına buraxılması tələbinin hüquqi əsası yoxdur.
7. Gəncə İnzibati Məhkəməsinin (hakim: Fikrət Hüseynov) 05 oktyabr 2022-ci il tarixli, 2-1(114)-1874/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının müəllimlərin işə qəbul imtahanlarına buraxılması öhdəliyi cavabdehə həvalə ed ilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya sözügedən diplom təhsil fəaliyyəti üçün dövlət tərəfindən müvafiq səlahiyyət verilmiş təhsil müəssisəsi tərəfindən Dövlət Attestasiya Komissiyasının xx.xx.2009-cu il tarixli qərarına əsasən verilmişdir, bu səbəbdən də məhkəmə hesab edir ki, ona verilmiş diplomun dövlət nümunəli olmaması onun ziyanına şərh edilməməlidir. Başqa sözlə, cavabdeh orqan sözügedən diplomun verilməsində iddiaçının hər hansı təqsirli hərəkətinin olması barədə heç bir dəlil və sübut təqdim etməmişdir. Məhkəmə işin faktiki hallarına nəzərən qeyd edir ki, iddiaçının 2016-cı ildən müəllim kimi fəaliyyət göstərdiyi, eyni zamanda bir neçə dəfə imtahanlara buraxıldığı halda, növbəti dəfə sözügedən əsasla imtahana buraxılmaması “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan etimad prinsipinə ziddir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşad Mamedov /sədrlik edən və məruzəçi/, Aygül İsgəndərova və Azər Bayramov) 30 mart 2023-cü il tarixli, 2-1(104)-100/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia rədd edilmişdir.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən id diaçının adına yazılmış B seriyalı, 106718 nömrəli diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. Həmçinin məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan da görünür ki, iddiaçının təqdim etdiyi B seriyalı, 106718 nömrəli diplom blankı Təhsil Nazirliyi tərəfindən AMİ-nin Gəncə filialının “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə məzunu X1 adına verilmişdir. Həmin dövrdə qüvvədə olan “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 21-ci maddəsində qeyd edilir ki, ali və orta ixtisas təhsil müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Tələbə qəbulunda heç bir imtiyaza yol verilmir. Dövlət təhsil müəssisələrində tələbə qəbulu qabaqcıl dünya təc rübəsinə əsaslanan “Qəbul Qaydaları”na və onların nizamnamələrinə müvafiq olaraq aparılır. Qanunun bu normasından göründüyü kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu yalnız Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təşkil edilən mərkəzləşdirilmiş qaydada ola bilərdi. Birinci instansiya məhkəməsi isə iddiaçının ali təhsil müəssisəsinə hansı qaydada qəbul olunmasını müəyyən etmədən, iddiaçının müəllimlərin işə qəbul imtahanlarına buraxılması barədə qərar qəbul etmişdir. Göründüyü kimi, iddiaçının adına yazılmış B seriyalı, 106718 nömrəli diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir və iddiaçının təqdim etdiyi B seriyalı, 106718 nömrəli diplom blankı Təhsil Nazirliyi tərəfindən AMİ-nin Gəncə filialının “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə məzunu X1 ad ına verilmişdir.
12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İlqar Hüseynov /məruzəçi/, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) 28 sentyabr 2023cü il tarixli, 2-1(102)-1889/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.
14. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında dövlət təhsil müəssisəsi olan Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının qanuni əsaslarla fəaliyyət göstərdiyi ni, həmçinin iddiaçının həmin təhsil müəssisəsində ali təhsil aldığını təkzib edən sübut yoxdur. Həmin halları nəzərə almadan apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən, sözügedən təhsil müəssisəsi tərəfindən iddiaçının adına verilmiş diplom blankının dövlət nümunəli təhsil sənədi olmamasını əsas gətirmişdir. Halbuki, adına verilmiş diplom blankının dövlət nümunəli təhsil sənədi olmamasında iddiaçının təqsiri işin faktiki halları ilə müəyyən edilmir. Eyni zamanda, cavabdeh tərəfindən də bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən, həmçinin cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna istinad edib iddiaçının təqdim etdiyi diplomla eyni seriyalı, eyni nömrəli diplomun cavabdeh tərəfindən Azər baycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə məzunu X1 adına verilmiş olduğunu qeyd etmişdir. Dövlət tərəfindən müvafiq səlahiyyət verilmiş təhsil müəssisəsi tərəfindən verilmiş diplomun seriya və nömrəsi ilə üst-üstə düşən diplomun bir başqa şəxsə verilmiş olması iddiaçının iradəsindən kənar haldır və iddiaçının adına verilmiş diplomun saxta olduğunu özü-özlüyündə təsdiq etmir. Digər tərəfdən, iddiaçının adına verilmiş diplomun əsli məhkəmə tədqiqatının predmeti olmadan onun hüquqi əsasının olmadığı ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı hesab edilə bilməz.
16. Apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə lazımi qaydada araşdırma aparmamış, iddiaçının təqdim etdiyi diplomla eyni seriyalı, eyni nömrəli olduğu iddia edilə n diplomu, həmin diplomun verilməsinə əsas olan sənədləri əldə etmədən, sadəcə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla verilmiş məlumata istinad etmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ali təhsil müəssisəsinə hansı qaydada qəbul olunmasının müəyyən edilmədiyini qeyd etsə də, özü də bu istiqamətdə lazımi qaydada araşdırma aparmamış, məsələyə iddiaçının sözügedən ali təhsil müəssisəsinə qəbul olduğu dövrdə qüvvədə olan qanunvericilik baxımından hüquqi qiymət verməmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şamil Rzaquliyev /sədrlik edən və məruzəçi/, Loğman Süleymanov və Afiq Hüseynzadə) 03 aprel 2024-cü il tarixli, 2-1(104)-148/ 2024 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “diplomun hüquqi əsaslılığının müəyyən edilməsi və imtahana buraxılma” tələbinə dair inzibati iş üzrə icraat iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin cavabdeh İddiaçı qarşı “diplomun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəsini alanadək dayandırılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məhkəməyə göndərdiyi bildiriş və qərardaddan görünür ki, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin cavabdeh İddiaçı qarşı “diplomun etibarsız hesab edilməsi” tələbinə dair iddiası Tovuz rayon Məhkəməsində məhkəmə icraatına qəbul edilmiş və Tovuz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-764/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “diplomun hüquqi əsaslılığının müəyyən edilməsi və imtahana buraxılma” tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iş üzrə icraat dayandırılmışdır. Həmin qərardaddan iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi şikayət vermiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-878/2024 nömrəli qərardadı ilə Tovuz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-764/2024 nömrəli qərardadı ləğv edilmiş və iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Tovuz rayon Məhkəməsinə qaytarılmışdır. Mə hkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə icraat iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin cavabdeh İddiaçı qarşı “diplomun etibarsız hesab edilməsi” tələbinə dair Tovuz rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəsini alanadək dayandırılmalıdır.
19. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və mahiyyəti üzrə baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
20. İddiaçının kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi əsaslandıra bilməmişdir ki, qeyd edilən mülki işlə hazırkı inzibati iş hansı formada bir-biri ilə əlaqəlidir və o işin nəti cəsinin hazırkı işə hansı formada təsiri vardır. Hazırda baxılan inzibati mübahisənin əsasını “diplomun hüquqi baxımdan əsaslı hesab olunması” (yəni etibarlılığı) təşkil edir. Belə olan halda necə olur ki, eyni predmetlə bağlı yenidən rayon məhkəməsində mülki iddia qaldırılır. Eyni tərəflər arasında olan eyni mübahisəyə, eyni predmetə necə olur ki, həm inzibati, həm də mülki məhkəmə icraatı qaydasında baxılır. Bundan başqa, həmin diplom İddiaçı tərəfindən tərtib edilməyib ki, ona qarşı mülki iddia qaldırılmışdır. Diplomun verilməsi Təhsil Nazirliyinə tabe olan Universitet tərəfindən həyata keçirilib, bu səbəbdən də hazırkı iş üzrə cavabdeh özünə qarşı inzibati məhkəmədə iddia qaldıra bilmədiyi üçün və hazırkı inzibati işi uzatmaq üçün belə bir iddia qaldırmışdır. Diplom mülki hüquqi əqd de yil ki, onun etibarlılıq məsələsi mülki məhkəmə icraatı qaydasında araşdırılsın.
21. Hazırkı inzibati mübahisəyə dair iddia 2022-ci ildə qaldırılmışdır. İki ildən artıq gedən məhkəmə proseslərini nəzərə almayan apellyasiya instansiyası məhkəməsi, iddiaçının hüquqlarını pozaraq iş üzrə icraatı dayandırmışdır. Belə olan halda, iddiaçı yenidən aylarla, hətta illərlə heç bir əsas olmadan rayon məhkəməsində qaldırılmış digər əsassız bir iddianın nəticəsini gözləməli, bundan sonra yenidən qeyd edilən iş üzrə icraatın təzələnməsini və hazırkı işin yenidən aylarla baxılmasını gözləməlidir. Belə olan halda, işin dayandırılması prosessual qənaət və mübahisənin məhkəmə tərəfindən ağlabatan müddət ərzində həlli prinsiplərinə uyğun deyildir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya ş ikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 7.2. İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzi fəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafı nın və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi ma hiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı inzibati iş üzrə məhkəmə icraatının dayandırılmasını şərtləndirən əsasların mövcudluğunun müəyyən olunması üzrə obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün həmin məhkəməyə gön dərilməlidir.
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini və işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.
28. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi ona Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən verilmiş B seriyalı, 106718 nömrəli (qeydiyyat nömrəsi – 2/0661) diplomun hüquqi baxımdan əsaslı hesab edilməsinə və onun müəllimlərin işə qəbulu imtahanlarına buraxılmasına nail olmaqdan ibarətdir.
29. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəyə dair məhkəmə icraatının Tovuz rayon Məhkəməsinin icraatında olan iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin cavabdeh İddiaçı qarşı “diplomun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə və qanuni qüvvəsini alanadək dayandırılmalı olduğu qənaətinə gəlmişdir.
30. Bununla bağlı qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
31. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə x idmət etməli və bunun üçün yetərli olmalıdır.
32. Bu qayda eynilə hazırkı inzibati mübahisəyə dair iş üzə məhkəmə icraatının dayandırılması üçün əsasların mövcudluğunun müəyyən edilməsinə də şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin məhkəmə icraatının dayandırılması üçün əsasların mövcudluğunun müəyyən edilməsi zamanı da tətbiq olunmalıdır. Məhkəmə icraatın dayandırılması üçün əsasların olub-olmadığını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
33. Bu qərarın 23-cü bəndində istinad edilən normaya əsasən, məhkəmə qərarının mülki iş üzrə məsələnin həllindən asılı olduğu hallarda, məhkəmə mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır.
34. Apellyasiya instansiyası məhkəməsi ha zırkı inzibati mübahisəyə dair iş üzrə icraatın dayandırılmasının əsası qismində Tovuz rayon Məhkəməsinin icraatında olan iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin cavabdeh İddiaçı qarşı “diplomun etibarsız hesab edilməsi” tələbinə dair mülki işə istinad etmişdir.
35. Lakin apellyasiya məhkəməsi bununla bağlı öz hüquqi mövqeyini əsaslandırmamış, hazırkı inzibati iş üzrə qəbul ediləcək məhkəmə qərarı ilə qeyd edilən mülki iş üzrə məsələnin həlli arasındakı asılılığı açıqlamamış və bu asılılığın nədə ifadə olunduğuna hər hansı aydınlıq gətirməmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı mülki məhkəmə icraatı qaydasında baxılan işin olması, öz-özlüyündə həmin tərəflər arasında eyni predmet barəsində inzibati mübahisəyə dair iş üz rə məhkəmə icraatının dayandırılmalı olması anlamına gəlmir. İnzibati işə baxan məhkəmə, ilk növbədə, baxılan mübahisənin predmet baxımından aidiyyətini, hüquq münasibətinin hüquqi təbiətini, inzibati iş üzrə qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının həmin mülki iş üzrə məsələnin həllindən asılı olub-olmadığını, eləcə də bu asılılığın xarakterini və intensivliyini müəyyən etməli, bunun üzərindən inzibati iş üzrə məhkəmə icraatının dayandırılması zəruriliyinə qiymət verməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməli idi.
37. Lakin hazırkı mübahisəyə münasibətdə işə baxan apellyasiya məhkəməsi nəzərə almamışdır ki, məhz inzibati iş üzrə cavabdeh iddiaçının adına tərtib edilmiş sözügedən diplomu etibarlı təhsil sənədi kimi qəbul etmədiyi, başqa sözlə, həmin diplomu etibarsız hes ab etdiyi üçün iddiaçı cavabdehə qarşı inzibati icraat qaydasında hazırkı iddianı qaldırmışdır. Yəni sözügedən diplomun etibarlı olub-olmamasının müəyyən olunması və qiymətləndirilməsi də əslində inzibati mübahisəyə dair iş üzrə məhkəmə icraatının predmetini təşkil edir və bu baxımdan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
38. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərə görə, hazırkı inzibati mübahisəyə dair iş üzrə məhkəmə icraatının dayandırılması üçün əsaslar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş ka ssasiya şikayəti təmin edilir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 aprel 2024-cü il tarixli, 2-1(104)-148/2024 nömrəli qərardadı ləğv edilir. İş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.