Məhkəmə qərarları › İş №2-1(102)-1977/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1977/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1977/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə qarşı “istifadə hüquqlarının həyata keçirilməsinə edilən maneələrin aradan qaldırılması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1 892/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu rəisinin xx.xx.2014-cü il tarixli 4 nömrəli qərarı əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil şöbəsi (“Kirayəyə verən”) ilə İddiaçı (“Kirayəçi”) arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 50 №-li “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”ndən görünür ki, kirayəyə verən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, Bakı-188 h/ş küçəsi, 25A nömrəli binada 8 nömrəli mənzildə yerləşən Dövlət mənzil fonduna aid, yaşayış hissəsi 42 kv. m-dən ibarət 2 otaqlı yaşayış sahəsinin kirayə haqqı ödənilməklə müvəqqəti yaşama q üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə 20 gün müddətinə Kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür.

2. Kirayəçinin ailə üzvləri qismində 1963-cü il təvəllüdlü həyat yoldaşı-X1- 1990cı il təvəllüdlü oğlu-X2 qeyd olunmuşdur.

3. Bakı Qarnizonu Mənzil İstismar Hissəsinin 1 saylı MİS tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli “Xəbərdarlıq”lardan müəyyən olunur ki, 50 №-li, xx.xx.2014-cü il tarixli kirayə müqaviləsinin 2.4.11-ci yarımbəndinə əsasən müqavilə ləğv edildikdən və ya ona xitam verildikdən sonra razılşadıqları müddətdə (lakin 30 (otuz) təqvim günündən artıq olmamaq şərti ilə) yaşayış sahəsi təhviltəslim aktına əsasən Kirayəyə verənə təhvil verilməlidir. İŞ ÜZR Ə QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək onun yaşadığı Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, “Bakı-188” h/ş, 25A nömrəli binada yerləşən, 8 saylı mənzildən (indiki-Badambar qəsəbəsi, 2-ci Yaşayış Massivi, Abbasqulu Abbaszadə küçəsi, ev 25A, mənzil 18) Cavabdeh tərəfindən istifadə hüquqlarının həyata keçirilməsinə edilən maneələrə son qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar şöbəsi ilə aralarında bağlanmış 31 may 2014-cü il tarixli 50 saylı “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” əsasında, hərbi qulluqçu qismində (polkovnik-leytenant) ona 3 (üç) nəfərdən ibarət a ilə tərkibi ilə (özü,arvadı və bir övladı) Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ”Bakı-188” h/ş, 25 A nömrəli binada, sahəsi 42 kv. metr olan 2 otaqlı 8 saylı mənzil (indiki - Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Abbasqulu Abbaszadə küçəsi, ev 25 a, mənzil 8) verilmişdir ki, hazırki vaxtadək həmin mənzildə yaşayır. 17 may 2012-ci ildən etibarən “Azərbaycan Respublikasının Silahlı Qüvvələr veteranıdır, 01 avqust 2017-ci il tarixdə isə 37 il qulluq stajı ilə yaşa görə əmək pensiyasına çıxmış və ona ömürlük əmək pensiyası təyin edilmişdir. Cavabdeh ona 22 iyun 2021-ci tarixdə “xəbərdarlıq” məktubu göndərərək, yuxarıda göstərilən müqavilənin 2.4.11-ci yarımbəndinə əsasən mənzili təhvil verilməsini tələb etmişdir ki, həmin yarımbənddə “bu Müqavilə ləğv edildikdən və ya ona xitam v erildikdən sonra razılaşdıqları müddətdə (lakin 30 (otuz) təqvim günündən artıq olmamaq şərti ilə) yaşayış sahəsini təhvil-təslim aktına əsasən “Kirayəyə verən”ə təhvil vermək” müddəası nəzərdə tutulmuşdur. Lakin o, cavabdehin həmin xəbərdarlıq məktubunu qanuni hesab etməmiş, yuxarıda göstərilən müqavilənin ləğv edilmədiyini və ya ona xitam verilmədiyini, habelə 37 il qulluq stajı ilə yaşa görə əmək pensiyasına çıxdığına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.2.2-ci və 102.3-cü maddələrinə əsasən ona digər yaşayış sahəsi təklif edilmədiyindən mənzili boşaltmaq tələbinə etiraz edir.

6. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2-1(112)-802/2023 saylı qərardadı ilə (hakim N.İ.Abıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İda rəsinə qarşı “istifadə hüquqlarının həyata keçirilməsinə edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil.”

8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1892/2023 nömrəli iş üzrə 04 aprel 2023-cü il tarixli qərardadı ilə (sədrlik edən: K.H.Əkbərov, hakimlər: M.N.Tağızadə və F.Ş.Talışinski) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı İn zibati Məhkəməsinin 2-1(112)-802/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, qanunvericilik xüsusi təyinatlı yaşayış sahəsinin özəlləşdirilməsinə yol vermədiyindən və iddiaçının istifadəsində olan mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mülkiyyəti olmaqla, cavabdeh tərəfindən ona “Xəbərdarlıq” edilməsi mübahisəli mənzillə bağlı tərəflər arasında münasibətləri tənzimləyən müqavilədə nəzərdə tutulduğundan, iddiaçının cavabdehə mənzillə bağlı ona “Xəbərdarlıq” edilməsinin qadağan olunması barədə hazırki iddiası mümkün sayıla bilməz.

11. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayə ti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 12.Kassasiya şikayətinin dəlilləri iddia tələbinin və apellyasiya şikayətinin məzmunu ilə oxşardır.Şikayətdə Mənzil Məcəlləsinə, Mülki Məcəlləyə, Mülki Prosessual Məcəlləyə və İnzibati Prosessual Məcəlləyə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ a)

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən im tina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

15. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərb aycana qarşı” işi üzrə qərarı

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarı

17. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı 18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsip i bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KA SSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. E yni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərardad qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

23. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 25.Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisə predmeti ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının subyektiv hüquqa malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının subyektiv hüquqa malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

28. Həmçinin qeyd edilməlidir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiy yəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərə flərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

30. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müə yyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

31. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı yaşadığı Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, “Bakı-188” h/ş, 25A nömrəli binada yerləşən, 8 saylı mənzildən (indiki-Badambar qəsəbəsi, 2-ci Yaşayış Massivi, Abbasqulu Abbaszadə küçəsi, ev 25A, mənzil 18) Cavabdeh tərəfindən istifadə hüquqlarının həyata keçirilməsinə edilən maneələrə son qoyulmasını tələb edir.

32. Mümkünlü k şərtlərinin yoxlanılması baxımından məhkəmə tərəfindən iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun mövcudluğu müəyyən edilmir.

33. Kollegiya apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının istifadəsində olan mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mülkiyyəti olmaqla, cavabdeh tərəfindən ona “Xəbərdarlıq” edilməsi mübahisəli mənzillə bağlı tərəflər arasında münasibətləri tənzimləyən müqavilədə nəzərdə tutulduğundan, iddiaçının cavabdehə mənzillə bağlı ona “Xəbərdarlıq” edilməsinin qadağan olunması barədə hazırki iddiası mümkün sayıla bilməz.

34. Beləliklə, kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilmə məli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1892/2023 saylı iş üzrə 04 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar