Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1977/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının yenidən hesablanması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə əsasən müharibə veteranı və İİ qrup əlil olduğun a görə 2017-ci il 1 iyul tarixinədək yaşa görə əmək pensiyasının baza hissəsinə təyin edilmiş 70 faiz əlavənin tutulmasının dayandırılması və tutulduğu tarixdən bərpa edilməsi, əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-6712/2023 nömrəli qərara uyğun olaraq hesablanmış aylıq məbləğin həmin artımın qüvvəyə mindiyi tarixdən keçmiş dövr (2023-cü ilin yanvar-fevral ayları) üzrə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 2-1(103)-1279/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya hərbi qulluqçu kimi xx.xx.2012- ci il tarixdən 27 il 06 ay 20 gün xidmət illəri hesablanmaqla hərbi xidmətdən tərxis olunmuşdur. O, pensiyaya çıxdıqdan sonra hal-hazıradək işləyir.
2. İddiaçıya xx.xx.2012-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2016-cı il tarixdən müharibə iştirakçıları sırasından olan İİ qrup əlil kimi yaşa görə əmək pensiyasının üzərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində əlavə hesablanmışdır.
3. İddiaçının hesablama tarixinə qədər pensiyasının məbləği 1118,86 manat olmuş, cavabdehin əmək pensiyasının hesablanması haqqında 3-17-1/3-7-6712/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən ona xx.xx.2023-cü il tarixdən ömürlük təyin olunmuş pensiyanın məbləği 1433,94 manat hesablanmışdır.
4. Cavabdeh inzibati orqa n xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya müraciət edərək bildirmişdir ki, ona əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 34809,50 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Qeyd olunanlar nəzərə alınaraq, Mərkəzi Filiala müraciət etdiyi tarixə (17 yanvar 2023-cü il) 34809,50 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqıda” Qanunun 37.3.1-ci və 45-ci maddələrinin tələblərinə uyğun qaydada 111 aya bölüməklə (34809,50:111 (65 il - 61 il 9 ay=39 ay+(144 ay-72 ay)=313,60 manat) 17 yanvar 2023-cü il tarixində əmək pensiyasının (1118,86 manat) üzərinə əlavə edilsə də, pensiya məbləği 1432,46 (1118,86+313,60) manat müəyyən edilmişdir. Bundan başqa, 01 yanvar 2023-cü il tarixə qüvədə olmuş “Əmək pensiyaları haqqı nda" Azəbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası alan müaribə ilə əlaqədar İİ dərəcə əilliyi olan şəxslərə və müharibə iştirakçılarından olan İİ dərəcə əilliyi olan şəxslərə 77,00 manat məbləğində əlavə verilirdi. Bununla əlaqədar ona sözügedən əlavə ödənilmişdir. Həmin maddə "Əmək pensiyaları haqqında” Qanuna edilmiş müvafiq dəyişikliyə uyğun olaraq 01 yanvar 2021-ci il tarixində ləğv edilmişdir. Müvafiq araşdırma zamanı iddiaçıya əmək pensiyasının sığorta hissəsinə əlavə olaraq 77,00 manat ödənilən pul vəsaitinin 01 yanvar 2021-ci il tarixədək ödənilməli olduğu halda, 01 mart 2023-cü il tarixədək ödənildiyi aşkar edilmişdir. Buna görə də ona xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasıdakı dövr ərzində 1669,37 manat artıq pul vəsaiti ödənilmişdi r ki, həmin vəsaitin əmək pensiyasından tutularaq dövlət büdcəsinə bərpa edilməsi ilə bağlı razılıq verilməsi xahiş olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə əsasən müharibə veteranı və İİ qrup əlil olduğuna görə, 2017-ci il 1 iyul tarixinədək yaşa görə əmək pensiyasının baza hissəsinə təyin edilmiş 70 faiz əlavənin tutulmasının dayandırılması və tutulduğu tarixdən bərpa edilməsi, əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-6712/2023 nömrəli qərara uyğun olaraq hesablanmış a ylıq məbləğin həmin artımın qüvvəyə mindiyi tarixdən keçmiş dövr (2023-cü ilin yanvar-fevral ayları) üzrə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, daxili işlər orqanlarında 25 ildən artıq xidmət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 11 dekabr 2012-ci il tarixli 572 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən daxili işlər orqanlarında xidmətkeçmə dövründə alınmış xəstəliklə əlaqədar 19 dekabr 2012-ci il tarixdən xidmətdən tərxis edilmişdir. Tərxis olunduğu vaxtdan Daxili İşlər Nazirliyinin güzəştli şətlərlə yaşa görə əmək pensiyaçısıdır. Müharibə veteranıdır və hazırda orqanizm funksiyalarının 61-80 faiz pozulmasına görə müddətsiz əlilliyi müəyyən edilmişdir. " Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli Qanununun (2006-cı il yanvarın 1-dən qüvvəyə minmişdir) 19.2.5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan “müharibə iştirakçıları sırasından olan İİ qrup əlillərin yaşa görə əmək pensiyasının üzərinə - yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində əlavə hesablanır” müddəasına müvafiq olaraq yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində əlavənin pensiyasının baza hissəsinin üzərinə hesablanaraq ona ödənilməsi barədə DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə qarşı iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsinin xx.xx.2015-ci il tarixli 21(81)-4069/2015 nömrəli qərarı ilə iddia tələbi t əmin edilmişdir. Qüvvəyə minmiş məhkəmə qərarı məcburi qaydada icra edilmiş və həmin vaxtdan pensiyanın baza hissəsinin üzərinə baza hissəsinin 70 faizi məbləğində əlavə hesablanaraq ödənilməyə başlanmış və bu, xx.xx.2023-cü il tarixədək davam etmişdir. Daxili işlər orqanlarından tərxis ediləndən sonra mülki işdə işləməyə davam etmişdir və 6 ildən çox işlədiyinə görə 2023-cü ilin yanvar ayında yaşa görə əmək pensiyası yenidən hesablanaraq artırılması məqsədilə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1, 37.3.2 və 37.3.2-ci maddələrinin tələblərinə uyğun olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət etmişdir. Müraciətinə “Pensiya məbləğinin yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/2-S48753/2023 nömrəli məktubla cavab verilmişdir. Verilmiş cavab təsdiq edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən onun müraciəti hərtərəfli, tam və obyektiv araşdırılmamış və ona düzgün olmayan cavab verilmişdir. Əvvala, cavab məktubunda xx.xx.2023-cü il tarixdən əmək pensiyasının 1118,86 manat olduğu qeyd edilsə də, e-sosial-Vahid sosial reyestdə 1139,03 manat olunduğu göstərilmişdir və bunların hər ikisi səhvdir. Belə ki, o, xx.xx.2023-cü il tarixədək 1060,00 manat, xx.xx.2023-cü il tarixdə 14,7 faiz indeksləşdirmə aparıldıqdan sonra 2023-cü ilin yanvar-fevral aylarında 1215,82 manat aldığı halda, pensiyasının artırılması məqsədilə yenidən hesablanması üçün müraciət etdikdən sonra pensiyası 96,96 (1215,821118,86=96,96) man at və ya 76,79 (1215,82-1139,03=76,79) manat qanunsuz olaraq azaldılmışdır. Hansı ki, yenidən hesablama barədə müraciətinə əsasən 1215,82 manat yerində qalmalı, mülki işdə işlədiyi müddət ərzində topladığı 35025,24 manat PSK (215,74 manat əskik hesablanmışdır): 111-ə (pensiya ödənişləri aylarinin sayı) bölünərək bir aya düşən məbləğ pensiya məbləği ilə toplanmalı idi. Belə olan halda, pensiya məbləğinin azaldılması tamamilə əsassız və qanunsuzdur. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş cavab məktubunun 9-cu abzasında üstüörtülü şəkildə, yəni “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2020-ci il tarixli 240-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1 yanvar 2021-ci il tarixdən qüvvəyə minməsinə istina d edilərək, 19.1.7.2-ci maddənin ləğv edildiyi göstərilmişdir. Bu müddəanın onun pensiya işi ilə heç bir əlaqəsi yoxdur, sadəcə olaraq, bu müddəaya istinad etməklə onun hüquqlarının pozulmasına cəhd edilmişdir. Ona əlillik xx.xx.2015-ci ildə təyin edilmiş və “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2017-ci tarixli 543-VQD nömrəli Qanununa əsasən əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsi isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2020-ci tarixli 240-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən ləğv edilmiş və həmin qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minmişdir, yəni qanunun təsiri 2017-ci ilin 1 iyul tarixinədək təyin edilmiş əmək pensiyalarına şamil edilə bilməz. Belə olan təqdirdə, onun pensiyasından heç bir çıxılmadan (tutulmadan, azaldılmadan və s.) söhbət gedə bilməz. Bu qanuna ziddir. Əlavə olaraq, bir aylıq pensiyasının məbləği 1531,36 manatdır. Cavab məktubunda qeyd edilmiş 77,0 manat hazırda da qüvvədə olan məhkəmə qərarına və “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2017-ci tarixli 543-VQD nömrəli Qanununa əsasən pensiyası 2017-ci il 1 iyul tarixinədək təyin edildiyinə görə əmək pensiyasının ümumi məbləği dəyişdirilmədən, yəni 26-cı maddəyə əsasən azaldılmadan ödənilir. Həmin məbləğin ona ödənilməsi tamamilə qanuna uyğundur. xx.xx.2023-cü il tari xdə 2023-cü ilin mart ayının əmək pensiyaları bank kartlarına köçürülərkən onun bank kartına 1432,46 manat köçürülmüşdür. Yəni, aylıq pensiyasının ümumi məbləği 98,90 (1531,36-1432,46=98,90) manat az hesablanıb ödənilmiş, yenidən hesablanma zamanı hesablanmış 315,54 manat yanvar və fevral ayları üçün ödənilməmişdir. Bu səbəbdən, cari ilin İ rübü (yanvar-mart ayları) ərzində yaşa görə əmək pensiyasından yanvar ayında 152,68 (315,54:31 (günlərin sayı) x 15 (müraciətdən sonrakı günlərin sayı)=152,68) manat, fevral ayında 315,54 manat və mart ayında 98,90 manat, cəmi: 567,12 (152,68+315,54+98,90=567,12) manat az ödənilmişdir. Əslində isə 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi maddi yardımla birlikdə xx.xx.2023-cü il tarixinədək ona ödənilən pensiya 1060,00 manat olmu şdur. Cari ildə 14.7% indeksləşdirmə aparılmaqla 155,82 manat artırılmış, yəni 1060,00+155,82=1215,82 manat ödənilmişdir. Toplanmış 35025,24 manat pensiya sığorta kapitalı nəzərə alınmaqla yenidən hesablanma zamanı 1 aya düşən məbləğ 35025,24:111 ay=315,54 manatdır. 1 aya düşən 315,54+1215,82=1531,36 manat təşkil edir, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq bir aylıq pensiyasının məbləği 1531,36 manatdır. Yenidən hesablanma zamanı 1 aya düşən 315,54 manat yanvar və fevral ayları üçün də hesablanıb ona ödənilməsi təmin edilməlidir. Belə olan halda, aylıq pensiyası 98,90 manat (1531,36-1432,46=98,90) az hesablanmış, yanvar ayı üçün 152,68 manat, fevral ayı üçün 315,54 manat, mart ayi üşün isə 98,90 manat, cəmi 152,68+315,54+98,90=567,12 manat cari ilin İ rübü (yanvarmart ayları) ərzində y aşa görə əmək pensiyasından qanunsuz tutulmuş, yaxud da hesablanmamış və nəticədə ona maddi və mənəvi zərər vurulmuşdur. 2023-cü ilin mart ayında bank kartına 1432,46+567,12=1999,58 manat vəsait köçürülməli olduğu halda, 567,12 manat az vəsait köçürülmüşdür.
7. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazının dəlilləri iddiaçıya ünvanlanmış məktubun dəlilləri ilə eynilik təşkil edir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: L.S.Musayeva) 17 oktyabr 2023-cü il tarixli 21(112)-8301/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 19.1.7.2-ci maddəsinə əsasən müharibə veteranı və İİ qrup əlil olduğuna görə 2017-ci il 1 iyul tarixinədək yaşa görə əmək pensiyasının baza hissəsinə təyin edilmiş 70 faiz əlavənin tutulmasının day andırılması və tutulduğu tarixdən bərpa edilməsi, əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-6712/2023 nömrəli qərara uyğun olaraq hesablanmış aylıq məbləğin həmin artımın qüvvəyə mindiyi tarixdən keçmiş dövr (2023-cü ilin yanvar-fevral ayları) üzrə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsinin əsaslandırması: 9.1. İddiaçının tələbi iki hissədən ibarətdir: “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 19.1.7.2-ci maddəsinə əsasən müharibə veteranı və İİ qrup əlil olduğuna görə 2017-ci il 1 iyul tarixinədək yaşa görə əmək pensiyasının baza hissəsinə təyin edilmiş 70 faiz əlavənin tutulmasının dayandırılması və tutulduğu tarixdən bərpa edilməsi; əmək pensiyasının yenidən hesablanması barədə x x.xx.2023-cü il tarixli 317-1/3-7-6712/2023 nömrəli qərarın ləğv edilməsi, pensiya təyin ediləndən sonra işlədiyi müddətdə toplanmış və istifadə olunmamış pensiya sığorta kapitalına əsasən yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin və hesablanmış aylıq məbləğin həmin artımın qüvvəyə mindiyi tarixdən keçmiş dövr (2023-cü ilin yanvar-fevral ayları) üzrə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. 9.2. Tələbin 1-ci hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçıya xx.xx.2012-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2016-cı il tarixdən müharibə iştirakçıları sırasından olan İİ qrup əlillərin yaşa görə əmək pensiyasının üzərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində əlavə hesablablanmışdır. Cavabdeh qurum iddiaçıya münasibətdə İİ qrup əlillərin yaşa görə əmək pensiyasının üzərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində əlavənin tutulmasını “Əmək pensiyaları haqqında” Qanuna xx.xx.2021-ci il tarixli edilmiş dəyişikliyə əsaslanmışdır. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin ləğvi iddiaçıya münasibətdə tətbiq edilə bilməz, qanunun təsiri 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına şamil edilmir. 9.3. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikasının Qanununda qeyd edilmişdir ki, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 9.4. Cavabdeh tələbin birinci hissəsinin imtinasına əsas olmuş hal kimi göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna edilmiş müvafiq dəyişikliyə uyğun olaraq 1 yanvar 2021-ci il tarixdən həmin əlavə ləğv edilmişdir. Yuxarıda sadalanan qanunvericilik normasından göründüyü kimi, qanunvericiliyin həmin tələbi 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına münasibətdə tətbiq edilmir. İddiaçıya yaşa görə əmək pensiyası isə xx.xx.2012-ci il tarixdə (xx.xx.2017-ci il tarixdən əvvəl) təyin edildiyindən, cavabdehin “Əmək pensiyaları haqqıda” Azəbaycan R espublikasıı Qanununun 19-cu maddəsinin ləğvini iddiaçıya münasibətdə təbiq etməsi qanuni hesab edilə bilməz. 9.5. İddia tələbinin ikinci hissəsinə müasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh orqana əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə 17 yanvar 2023-cü il tarixdə müraciət etmişdir. Cavabdehin iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-6712/2023 nömrəli “əmək pensiyasının yenidən hesablanması” qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Həmin qərar ilə pensiya məbləği artırılaraq 1433,94 manat məbləğində müəyyən olunsa da, yenidən hesablanma zamanı hesablanmış məbləğ yanvar və fevral ayları, yəni həmin artımın qüvvəyə mindiyi tarixdən ödənilməmişdir. Odur ki, “Əmək pensiyaları haqqında" A zərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə əsasən iddiaçıya müharibə veteranı və İİ qrup əlil olduğu üçün 2017-ci il 1 iyul tarixinədək yaşa görə əmək pensiyasının baza hissəsinə təyin edilmiş 70 faiz əlavənin tutulması dayandırılmalı və tutulduğu tarixdən bərpa edilməli, məhkəmənin mövqeyi nəzərə alınmaqla onun yenidən hesablanmış pensiyasının ödənilmədiyi müddətdə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) 12 mart 2024-cü il tar ixli, 21(103)-1279/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
14. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçıya ödənilən Qanunun 19.1.7.2-ci maddəsində nəzərdə tutulan 77 manat məbləğində əlavənin ləğv edilməsi ilə birlikdə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1230 nömrəli Fərmanı ilə İİ dərəcə əlilliyi ola n müharibə əlillərinə ödənilən məbləğ 230 manatdan 350 manata artırılmışdır. Qanunun müvafiq maddəsinin ləğv edilməsinin ardından Azərbaycan Respublikası Prezidentinin 1230 nömrəli Fərmanı xx.xx.2021-ci il tarixdə qüvvəyə minmişdir. Qanunun 19-cu maddəsinin ləğv olunması ilə əvvəlcədən ödənişi davam etdirilən təqaüdlərin məbləğlərinin artırılmasının eyni vaxtda (xx.xx.2021-ci il tarixdə) olması təsadüfi hal deyildir. Müvafiq Fərmanlardan göründüyü kimi, Qanunun ləğv edilmiş 19-cu maddəsinin hər bir bəndinə (19.1.1, 19.1.3, 19.1.5 və 19.1.8-ci maddələr istisna olmaqla) müvafiq əvəzləmə və ya dəyişikliklər edilmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd edilən əlavə ləğv edilməsinə baxmayaraq, sonrakı dövrlərdə də iddiaçıya ödənilmişdir. Nəticədə xx.xx.2021-xx.xx.2023cü il tarixləri arasındakı dövr ərzində iddiaçıya ümumilikdə 1669,37 manat artıq pul vəsaiti ödənilmişdir. İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalanmışdır və bu hal nəticəsində büdcəyə ziyan dəymiş olur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri: 15.İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 37.3.1. Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üz rə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.... 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu: Maddə 26. 20 17-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması: 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaq la yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir....
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə müb ahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir.
24. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Belə ki, apellyasiya instansiyası məhkəməsi hazırki qərarın 15-17-ci bəndlərində istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən, 2017-ci il 1 iyul tarixədək iddiaçının yaşa görə əmək pensiyasının baza hissəsinə təyin edilmiş 70 faiz əlavənin tutulmasının dayandırılmalı olub-olmaması, tutulduğu tarixdən bərpa edilməsi məsələsi və əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli 3-17-1/3-76712/2023 nömrəli qərara uyğun olaraq hesablanmış aylıq məbləğin həmin artımın qüvvəyə mindiyi tarixdən keçmiş dövr (2023-cü ilin yanvar-fevral ayları) üzrə ödənilməli olub-olmaması ilə bağlı lazımi qaydada araşdırma aparmış və düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusun a əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 21(103)-1279/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir