Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1977/2025 22.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmla kın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 20 fevral tarixli, 2-1(103)777/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı ilə bağlı sənədlər:
1. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 1971 nömrəli, xx.xx.1998-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamına əsasən Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılmışdır.
2. İddiaçıya ayrılmış Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1304 B nömrəli ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi 12 mart 2004-cü il tarixdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini V.Muxtarov tərəfindən təsdiq olunmuşdur.
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 1971 nömrəli sərəncamı ilə ayrılan və hazırda sahibliyində və istifadəsində olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 nömrəli, 13 yanvar 2022-ci il t arixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 1971 nömrəli, xx.xx.1998-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamı ilə iddiaçıya ayrılmış və sonuncunun faktiki istifadəsində olan 557 kv.m torpaq sahəsinə dair iddiaçının adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2022-ci il tarixli, 2-1(103)-1575/2022 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Cavabdeh həmin qərardan kassasiya şikayəti ver miş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli, 2-1(103)-784/2023 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Birinci instansiya məhkəməsinin qərarı cavabdeh inzibati orqan tərəfindən icra edilərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0.0557 ha torpaq sahəsinə dair iddiaçının adına ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli elektron çıxarış hazırlanmışdır.
8. İddiaçı 17 oktyabr 2023-cü il tarixdə həmin torpaq sahəsini X1 və tərəflər arasında AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Ərizəçi Maraqlı şəxs ilə bağlı sənədlər:
9. Bakı şəhəri Səbail Rayon İcra Ha kimiyyəti başçısının 842 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamına əsasən, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün Maraqlı şəxs 0.06 ha torpaq sahəsi ayrılmışdır (sərəncamın arxa hissəsində “ünvan 2-ci yaşayış massivi 863 nömrəli torpaq sahəsi oxunulmalıdır” qeydi vardır).
10. Maraqlı şəxs ayrılmış Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 842 nömrəli ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi 09 yanvar 2004-cü il tarixdə Səbail rayon İcra Hakimiyyəti təsərrüfat şöbəsinin müdiri (V.Muxtarov) tərəfindən təsdiq olunmuşdur (yerləşmə cizgisinin arxa hissəsində “863 nömrəli torpaq sahəsi oxunulmalıdır” qeydi vardır).
11. Maraqlı şəxs cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Rey estri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 27 iyul 2023-cü il tarixli e-2-1(112)-5524/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
12. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsinin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli məktublarına əsasən Bakı şəhəri, Səbail rayonu, Dostluq küçəsi, 149 ünvanında Maraqlı şəxs məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində hal-hazırda X12 ailə üzvləri ilə birlikdə yaşayır.
13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)204/2024 nömrəli qətnaməsindən görünür ki: - İddiaçı X6 cavabdeh X7 (müstəqil tələb irəli sürm əyən 3-cü şəxs qismində cəlb edilən İddiaçı və Maraqlı şəxs) qarşı «özbaşına tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, yeni qaydalarla: ünvan 2 ünvanda yerləşən 0.0557 ha torpaq sahəsində cavabdeh tərəfindən inşa edilən tikilinin cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. - Qeyd edilən qətnamə ilə iddia təmin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
14. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 nömrəli iş üzrə çıxarılmış xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi və üçüncü şəxs qismində cəlb olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
15. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 13 mart 1995-ci il tarixli 842 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün ona 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi onun sahiblik və istifadəsindədir, torpaq sahəsi üzərində iki mərtəbəli fərdi yaşayış evi tikərək yaşamışdır. Cavabdehə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbini irəli sürərək, iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin e-21(112)-5524/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Onun yaşadığı Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən fərdi yaşayış evinə 2023-cü ilin oktyabr ayının əvvəlində əvvəlcədən tanımadığı, özlərini Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı kimi təqdim edən şəxslər gələrək, yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə İddiaçı adına çıxarışın verilməsinə dair məhkəmə qərarı əsasında çıxarışın verilməsi üçün torpaq sahəsinin koordinatlarını müəyyən etmək istədiklərini bildirmişlər. Onlara torpaq sahəsinin ona məxsus olmasına dair sərəncamın olduğunu, torpaq sahəsində fərdi yaşayış evi tikərək yaşadığını və bununla bağlı Bakı İnzibati Məhkəməsinin qərarı da olduğunu bildirmişdir. Bundan sonra həmin şəxslər torpaq sahəsinin çöldən koordinatlarını vuraraq getmişlər. Baş verənlərə aydınlıq gətirilməsi üçün Əmlak Məsələləri Dövlət X idmətinə getmiş, orada ona yaşadığı torpaq sahəsinə məhkəmə qərarı ilə bağlı əməkdaşların gəldiyi və eyni torpaq sahəsinə dair başqa şəxsin adına məhkəmə qərarının olması barədə məlumat verilmişdir. Namiq Əliyevin adına Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 1971 nömrəli sərəncamın olmasından, torpaq sahəsinin harada yerləşməsindən, qeyd olunan mübahisə ilə bağlı məhkəmənin icraatında işin olmasından ümumiyyətlə məlumatı yoxdur. İddiaçı adına torpaq sahəsinin ayrılması barədə sərəncam yoxdur və digər sərəncamlar kimi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 1971 nömrəli sərəncamı saxtalaşdırılmışdır.
16. Bundan əlavə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından göründüyü kimi, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş iddia ərizəsinə etirazda göstərilmişdir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 1971 nömrəli torpaq sahəsinin ayrılması barədə sərəncamı əsasında tərtib olunan torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında fərq mövcuddur və 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Daş Karxanasının ərazisində yerləşir. Göründüyü kimi, cizgidə qeyd edilən torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi ekspert tərəfindən belə müəyyən edilməsi mümkün olmadığı halda (çünki sərəncam və ona əlavə edilmiş sənədlər saxtadır), məhkəmə qərarının icrası prosesində işdə tərəf olmayan Fərhad Nağıyevin reyestr xidmətinin əməkdaşları ilə birlikdə, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 13 mart 1995-ci il tarixli 842 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün ona ayrılmış torpaq sahəsinə, hansı ki, orada iki mərtəbəli ev vardır, gələrək məhz həmin yerin İddiaçı məxsus olmasını göstərməsi və sonrada onun torpağına çıxarış alması qanuni deyildir. Müvafiq məhkəmə sorğusu verilərsə aydın olar ki, İddiaçı müvafiq çıxarışı aldıqdan sonra, dəyərindən dəfələrlə aşağı qiymətə onun torpağını alqı-satqı edərək Fərhad Nağıyevin adına rəsmiləşdirmişdir. Bu heç də təsadüf deyildir.
17. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 05 dekabr 2023-cü il tarixli 21(112)-295/2022 nömrəli qərardadı ilə Maraqlı şəxs ərizəsi təmin edilməmişdir.
18. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsasl andırmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemdə qeyd olunanlara əsasən ekspert belə nəticəyə gəlmişdir ki, İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi 557 kv.m təşkil edir. Faktiki istifadədə olan torpaq sahəsinin hər hansı fiziki və hüquqi şəxsin adına ayrılması eləcə də hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarının 32-ci bəndində kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, S.Y.Məmmədov istisna olmaqla adları qeyd edilən digər şəxslərlə (Qərarın 31-ci bəndində həmin şəxslərin adları sadalanmışdır: X3, X5, X10, X11, Maraqlı şəxs) bağlı torpaq sahəsinin ünvanları iddiaçıya məxsus torpaq sahəsinin ünvanı ilə oxşarlıq və eynilik təşkil etmir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ərizəçinin sözügedən məhkəmə qərarı üzrə hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halı sübut olunmadığına görə onun üçüncü şəxs qismində hazırkı işə cəlb olunması barədə ərizəsi təmin olunmamalıdır.
19. Maraqlı şəxs həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və S.R.Səlimova) 18 aprel 2024-cü il tarixli, 21(103)-1252/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 nömrəli, 05 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş, ərizə təmin edilmiş, Maraqlı şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, hazırkı iş üzrə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 1971 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün olmamış, iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsi ilə bağlı isə ərizəçi də daxil olmaqla, digər fiziki şəxslər tərəfindən müxtəlif sənədlərlə cavabdeh inzibati orqana müraciətlər olmuşdur. Məhkəmə kol legiyası qeyd etmişdir ki, birinci instansiya icraatı zamanı iddia tələbinin mahiyyəti üzrə qərar qəbul edilərkən məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisələndirilən torpaq sahəsinə digər şəxslərin hüquqlarının mövcud olub-olmaması tam olaraq müəyyən edilməmişdir.
22. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.N.Bədəlov /məruzəçi/, N.İ.Rəsulbəyova və Z.M.Quliyev) 03 oktyabr 2024-cü il tarixli, 21(103)-2311/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 18 aprel 2024-cü il tarixli, 2-1(103)1252/2024 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
24. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Maraqlı şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edərkən prosessual qanunvericilikdə kifayət qədər geniş həcmdə təsbit olunmuş digər müvafiq imkanlardan – zəruri sənədləri toplamaq, inzibati orqanlardan və digər təşkilatlardan rəy və mülahizələr almaq, tələb olunan sənədlərin təqdim olunması barədə sərəncam vermək, ekspert və mütəxəssis rəyləri almaq, yerində baxış keçirmək və s. istifadə etməklə tam və hərtərəfli araşdırma aparmalı, yalnız bundan sonra müvafiq nəticəyə gəlməli idi. İşə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman yuxarıda qeyd edilən hallar – ərizəçinin iddia etdiyi torpaq sahəsinin iddiaçının mülkiyyət hüquqları qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi, hazırkı iş üzrə ərizəçinin üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilməsinin xüsusi əhəmiyyəti tam, hərtərəfli və obyektiv araşdırılmalı, yalnız bundan sonra ərizəçinin zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb edilməsi barədə məsələyə hüquqi qiymət verilməlidir. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.Ə.Əliyev /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və X.A.Cəmilova) 20 fevral 2025-ci il tarixli, 21(103)-777/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 nömrəli, 05 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş, ərizə təmin edilmiş, Maraqlı şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 saylı, 13 yanvar 2022-ci il tarixli qərarı ləğv edilərək iş üzrə icraat təzələnmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş mahiyyət i üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, torpaq sahələrinin üst-üstə düşüb-düşməməsindən, eyni zamanda tərəflərə məxsus torpaq sahəsinin 2-ci və ya 3-cü massivlərdə yerləşib-yerləşməməsindən asılı olmayaraq, Bakı İnzibati Məhkəməsinin 295/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 0.0557 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixdə mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinin üzərində Maraqlı şəxs məxsus fərdi yaşayış evinin inşa olunduğu aşağıdakı qeyd edilənlərlə sübuta yetirilir: - Cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim edilən Daşınmaz Əml akın texniki vəziyyətini əks etdirən müayinə aktının təsdiq edilmiş surətləri əsasında müəyyən edilmişdir ki, İddiaçı və X8 tərəfindən göstərilən torpaq sahəsi üzərində təmir işləri davam etdirilən iki mərtəbəli yaşayış evi və yarımçıq həyət tikilisi inşa olunmuşdur. Bununla belə, digər vətəndaş torpaq sahəsinin ona aid olduğunu və tikilinin onun tərəfindən həyata keçirildiyini bildirdiyi müayinə aktında göstərilmişdir. - Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilən Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktına əlavə edilmiş 5 fotoşəkil təqdim edilmiş və həmin fotoşəkillər əsasında X13 və X8 tərəfindən göstərilən torpaq sahəsi üzərində iki mərtəbəli yaşayış evi və yarımçıq həyət tikilisinin inşa olunduğu müəyyən edilmişdir. Halbuki, iş materiallarında ola n 12 sentyabr 2023-cü il tarixli müayinə aktından görünür ki, ərizəçinin (iddiaçının) nümayəndəsi əvvəlki müraciəti zamanı başqa torpaq sahəsini göstərmişdir. Göründüyü kimi, həmin müayinə aktı da təsdiq edir ki, İddiaçı iddia etdiyi torpaq sahəsində başqa şəxsə məxsus iki mərtəbəli ev inşa olunmuşdur. - İş materiallarında olan kommunal xətlərlə bağlı “hesab faktura” sənədlərinin surətindən görünür ki, məhkəmə qərarı qəbul edilməmişdən əvvəl (xx.xx.2022-ci il tarixli Bakı İnzibati Məhkəməsinin və xx.xx.2022-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı) fərdi yaşayış evi sözügedən torpaq sahəsində mövcud olmuşdur. Belə ki, Səbail rayon Sukanal İdarəsinin “Hesab Faktura” sənədindən Maraqlı şəxs xx.xx.2022-ci il tarixə sərfiyyatı olduğu müəyyən olunmuşdur. Qeyd edilən hal isə ərizəçi Ma raqlı şəxs xx.xx.2022-ci il tarixdən, yəni məhkəmə qərar qəbul etməmişdən əvvəl sözügedən torpaq sahəsində fərdi yaşayış evini inşa etdiyini bir daha sübuta yetirir. - Eyni zamanda, sözügedən torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evinin mövcud olduğu müayinə aktları ilə yanaşı, Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 41-ci polis bölməsinin məktubları ilə də sübuta yetirilir. Belə ki, məhkəməyə ünvanlanmış 41-ci polis bölməsinin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli məktublarına qoşma edilmiş foto şəkillərdə görünən fərdi yaşayış evinin xx.xx.2024-cü il tarixli məktubla 1 saylı Bakı Ərazi idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş foto şəkillərdə görünən fərdi yaşayış evi ilə eyni olduğu müəyyən olunur. - İş materiallarında olan ********** nömrəli, xx.xx.2023-cü il tarixli m ülkiyyət hüququnun daşınmaz əmlakın reyestrindən çıxarışdan müəyyən olunur ki, İddiaçı mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinə Bakı şəhəri, Səbail rayonu, Dostluq küçəsi 149 ünvanı verilmişdir. 41-ci Polis bölməsi tərəfindən verilmiş cavab məktublarından da görünür ki, həmin ünvan üzrə torpaq sahəsində isə fərdi yaşayış evinin inşa olunduğu və həmin fərdi yaşayış evinin digər şəxslərə (Maraqlı şəxs və X12) məxsusluğu müəyyən olunmuşdur.
27. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı qeyd edir ki, torpaq sahəsinin üstüstə düşüb-düşməməsindən və ya torpaqların 2-ci və ya 3-cü massivlərdə yerləşməsindən asılı olmayaraq, məhkəmə araşdırması ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1304 B nömrəli torpaq sahəsində iddiaçının mülkiyyət hüququ qeydə alınmış fərdi yaşayış evinin mövcud ol duğu və həmin evin Maraqlı şəxs məxsus olduğu sübuta yetirilir.
28. Mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı məhkəmə qərarının mövcudluğu ərizəçi Maraqlı şəxs maraqlarına toxunur. Bu səbəbdən də ərizəçi Maraqlı şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi (zəruri cəlbetmə) zərurəti yaranmışdır.
29. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
30. İddiaçı ayrılmış torpaq sahəsinin cizgisinin notarial qaydada təsdiq edilmiş surətində cizgini təsdiq edən orqanın möhüründə “Badamdar” əvəzinə “Babamdar” olaraq qeyd edildiyi bildirilmişdir. Lakin qeyd edilməlidir ki, 2004-cü ildə cizgi tərtib olunan zaman tərəfə verilən yəni, İddiaçı təqdim olunan cizgidə orqanın möhüründə “Badamdar” qeyd olunmuşdur.
31. Digər bir məsələ İddiaçı Suraxanı Rayon Polis idarəsində alınmış izahatıdır. Belə ki, şəxsin hüquqi savadı olmadığından ona təzyiq göstərilərək izahatı alınmış, əks halda 48 saatlıq saxlanılacağı bildirilmişdir.
32. Həmin torpaq sahəsi 1997-1998-ci illərdən İddiaçı istifadəsində olmuş, hasara almış, həmçinin köməkçi tikililər tikdirmişdir. Həmçinin məsələnin Suraxanı Rayon Polis İdarəsi ilə heç bir əlaqəsi yoxdur, sözügedən məsələ ərazi aidiyyəti üzrə Səbail Rayon Polis idarəsinin İstintaq şöbəsində araşdırılır.
33. Qərardadda qeyd olunan Səbail rayon Sukanal İdarəsinin “Hesab Faktura” sənədindən Maraqlı şəxs adına xx.xx.2022-ci il tarixində sərfiyyat olduğu qeyd olunsa da, sözügedən su təchizatını nə vaxt və necə çəkməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Lakin hal-hazırda sözügedən torpaq sahəsinin “Azərişıq ASC”-nin sənədlərində X2 adına olduğu açıq aydın görünür. Əvvəllər Maraqlı şəxs adına olsa da məhkəməyə təqdim olunan arayışdan görünür ki, işığı özəlləşdirmək üçün təqdim olunan sənəd saxtadır, belə ki, sənəddə qeyd olunan ünvan Şıxov qəsəbəsi, Salyan küçəsidir. Yəni sözügedən torpaq sahəsi ilə əlaqəsi yoxdur.
34. Səbail Rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində izahat vermiş İsmayılov Azər bildirmişdir ki, torpaq sahəsinin üzərində olan 2 mərtəbəli tikilinin birinci mərtəbəsi xaric olmaqla qalan hissəsini o tikib. Birinci mərtəbə X8 tərəfindən tikilmiş, sonradan isə X9 tərəfindən zəbt olunmuşdur. Maraqlı ş əxs tərəfindən İsmayılov Füzuliyə etibarnamə vermiş, əvvəllər dələduzluqla məhkum olunan sonuncu etibarnamədən suiistifadə edərək İsmayılov Azərə sərəncamla satmış və həmin sərəncamı onun adına keçirmişdir.
35. İddiaçı tərəfindən verilmiş akta məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, aktdan göründüyü kimi Maraqlı şəxs 2-ci yaşayış massivindən yer ayrılıb, sözügedən torpaq sahəsi isə 3-cü yaşayış massivinə aiddir. Məhkəmə məsələyə obyektiv yanaşmamış və nəticədə qərəzli qərar qəbul etmişdir. Bundan başqa, 2000-ci ilə qədər fərdi yaşayış evinin tikilməsinə görə torpaq sahəsi üçün sərəncam veriləndə ona uyğun akt da verilirdi. 2000-ci ildən sonra Prezidentin fərmanına əsasən həmin torpaq sahələri üzərində mülkiyyət hüququ tanınması və vətəndaşların mülkiyyətinə verilməsi müəyyən olu nmuşdur. Bu səbəbdən də fərmandan sonra yerləşmə cizgisi verilməyə başladı. Həmin cizgi də aktda qeyd olunan ünvan əsasında verilirdi. Qeyd olunan məsələlər yenidən araşdırılmalıdır. TƏTBİQ EDİLƏN HÜQUQ
36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şə xslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bil məz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli Qərarı.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında verilmiş, şikay ət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üz rə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
42. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, istər iddiaçıya, istərsə də, üçüncü şəxs qismində cəlb edilmə ilə bağlı ərizə vermiş Maraqlı şəxs ayrılmış torpaq sahələrinə dair təqdim edilən torpaq sahələrinin yerləşmə cizgiləri surətdir və həmin yerləşmə cizgilərinin əsilləri işdə yoxdur. Buna görə də, həm iddiaçı, həm də Maraqlı şəxs tərəfindən iddia edilən torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin yoxlanılması hazırkı mərhələdə mümkün deyil.
43. Buna baxmayaraq, məhkəmə kollegiyası qeyd edir ki, B akı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərarının icrası nəticəsində iddiaçının adına qeydə alınmış 557 kv.m torpaq sahəsi üzərində mövcud olan fərdi yaşayış evinin ərizəçi tərəfindən tikilməsi və onun istifadəsində olması apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş işin halları ilə öz təsdiqini tapır.
44. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı olaraq “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı və həmin qərardakı hüquqi mövqelər nəzərə alınmalıdır. Həmin qərardakı mövqeyə görə, məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qər ardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadında isə məsələ ilə bağlı aşağıdakılar göstərilmişdir: “42. Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər dax il olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur.
43. Vahid qərardan isə o zaman söz edilə bilər ki, çıxarılmış qərar üçüncü şəxsin hüquqi statusuna birbaşa təsir edə bilsin. Əgər məhz məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verirsə, hüquqi statusa həmin qəra rla birbaşa təsir edilmiş olur. Qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisənin tərəfi olmayan digər şəxslərin hüquqi statuslarına göstərəcəyi mümkün təsirin dərəcəsi və intensivliyi cəlbetmənin adi, yaxud zəruri olduğunun müəyyənləşdirilməsi baxımından önəm kəsb edə bilər. Təsirin yüksək dərəcəsi və müdaxilə intensivliyinin çoxluğu bir qayda olaraq zəruri cəlbetmənin mövcudluğuna işarə edir. Beləliklə, əgər aidiyyəti olan şəxsin hüquqi statusuna birbaşa təsir və ya müdaxilə etmədən məhkəmə qərarını qəbul etmək mümkün deyilsə, o zaman hüququna müdaxilə edilməsi nəzərdə tutulan şəxs zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb olunmalıdır. Məsələn, qonşu A tərəfindən qaldırılmış iddia əsasında tikintiyə verilmiş icazənin ləğvi ilə bağlı işə baxılarkən onun hüquqi statusuna birbaşa təsir etdiyi nəzərə alınmaqla B icazə sahibi kimi zəruri cəlbetmə qaydasında icraata qoşulmalıdır. Çünki üçüncü şəxs (B) tikinti hüququnun normaları baxımından həmin mübahisəli hüquq münasibətinin iştirakçısıdır və məhkəmə icraatının sonunda mübahisəyə dair tərəflər (qonşu A və icazə sənədini vermiş inzibati orqan) və üçüncü şəxs (B) barəsində vahid qərar qəbul edilməli olacaqdır”.
46. İşin halları ilə müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)295/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərarının icrası ilə bağlı cavabdehin nümayəndələri tərəfindən tərtib olunan müayinə aktında digər vətəndaşın torpaq sahəsinin ona aid olduğunu və tikilinin onun tərəfindən həyata keçirildiyini bildirdiyi göstərilmişdir.
47. Məhz bundan sonra, ərizəçi hazırkı iş üzrə aparılmış məhkəm ə icraatının onun hüquqlarına toxunduğunu bilmiş və üçüncü şəxs qismində cəlb edilmə ilə bağlı məhkəməyə müraciət etmişdir. Yəni, ərizəçi hazırkı iş üzrə iddia tələbinə ilkin olaraq baxılarkən həmin məhkəmə icraatından məlumatlı olmamış, o, bu barədə məlumatı məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası zamanı əldə etmiş və bundan sonra da, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
48. Qiymət verilməli digər məsələ qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasının müəyyən edilməsi ilə bağlıdır. Bu hissədə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadında göstərilənləri təkrar edərək göstərir ki, torpaq sahəsinin üst-üstə düşüb-düşməməsindən və ya torpaqların 2-ci və ya 3-cü massivlərdə yerləşməsindən asılı olmayaraq, məhkəmə araşdırması ilə iddiaçının iddia etdiyi və göstərdiyi, xüsusən də məhkəmə qərarından sonra mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsində fərdi yaşayış evinin mövcud olduğu və həmin evin Maraqlı şəxs məxsus olduğu iş materialları ilə sübuta yetirilir.
49. İddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd olunmalıdır ki, kassasiya şikayətinin dəlilləri, demək olar ki, iddianın mahiyyəti üzrə baxılması zamanı araşdırılması tələb olunan dəlillərdən ibarətdir. Bununla bağlı, məhkəmə kollegiyası bildirir ki, istər iddiaçının, istərsə də, ərizəçinin sənədlərinin mötəbərliyi, torpaq sahələrinin həm sənəd üzrə, həm də faktiki olaraq üst-üstə düşüb-düşməməsinin müəy yən edilməsi iddia tələbinə mahiyyəti üzrə baxılan zaman araşdırılması zəruri olan xüsusatlardandır. Hazırkı halda, kassasiyanın predmetini iddia tələbinin əsaslılığı deyil, məhz qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərarı ilə ərizəçi Maraqlı şəxs hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasının araşdırılması təşkil edir.
50. Yuxarıda da, qeyd edildiyi kimi, məhkəmə qərarının icrası nəticəsində iddiaçının adına qeydə alınmış torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi faktiki olaraq ərizəçi tərəfindən tikilmiş və onun faktiki istifadəsindədir. Hətta kassasiya şikayətində iddiaçı özünün iddia tələbinin əsaslılığı ilə bağlı dəlillər göstərsə də, eyni zamanda torpaq sahəsindəki fərd i yaşayış evinin digər şəxsin - ərizəçinin faktiki istifadəsində olması barədə də dəlillər göstərmişdir.
51. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərarının nəticələri fərdi yaşayış evindən faktiki istifadə edən ərizəçinin hüquqlarını və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozduğundan apellyasiya instansiya məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 nömrəli, 05 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi, ərizənin təmin edilməsi, Maraqlı şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 saylı, 13 yanvar 2022-ci il tarixli qərarının ləğv edilərək iş üzrə icr aatın təzələnməsi və inzibati işin mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur.
52. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2025-ci il tarixli, 21(103)-777/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.