Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1978/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış, 5 il sığorta stajı olan qadına yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili (nümayəndəsi) Vəkil1, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı “yaşa görə ə mək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)860/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1951-ci ildə anadan olmuş, xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilə kimi, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə kimi, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilə kimi, xx.xx.1989-cu ildən xx.xx.1993-ci ilə kimi, xx.xx.1995-ci ildən xx xxxx 1998-ci ilə kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur.
2. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh x xxxx 2019-cu il tarixli məktubla müraciətin təmin olunmas ında imtina etmişdir. İmtinanın əsası kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan fərdi hesabın sığorta hissəsində pensiya kapitalının və ya 25 il sığorta stajının olmaması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2019-cu il 22 iyul tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü ildən xx.xx.1974cü ilə kimi, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə kimi, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilə kimi, xx.xx.1989-cu ildən xx.xx.1993-ci ilə kimi, xx.xx.1995-ci ildən xx xxxx 1998-ci ilə kimi müxtəlif vəzifə lərdə işləmişdir. 2008-ci ildə onun 57 yaşı tamam olmuş və bu vaxtadək onun 5 ildən artıq sosial sığorta stajı vardır. Cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməklə onun konstitusion hüquqlarını pozmuşdur. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)3270/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajına malikdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-860/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmiş, qərarın nəticə hissəsində “İddiaçı” sözlərindən sonra “xx xxxx 2008-ci il tarixdən, 57 yaşdan” sözləri əlavə edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Həmçinin, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarında iddiaçıya hansı tarixdən yaşa görə əmək pensiyasının təyin olunmasını qeyd etmədiyindən qərar dəyişdirilir.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilərək yeni qərarın qəbul olunmasını və ya işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, sığortaolunana əmək pensiyası təyin edilməsi üçün onun əmək kitabçasında qeyd olunan iş stajı mütləq qaydada arxiv arayışları əsasında təsdiqlənməlidir. Hazırkı mübahisə üzrə iddiaçı əmək kitabçasında qeyd edilən sosial sığorta stajını təsdiq edən arxiv arayışını cavabdehə təqdim etmədiyindən və əmək kitabçası üzrə qeydlərin yerində qarşılıqlı yoxlaması aparılmadığından ona pensiya təyin edilməsindən imtina edilmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildir mişdir ki, məhkəmə haqlı olaraq əmək kitabçasında olan qeydləri sübut kimi qəbul etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...
14. Bundan əlavə, şikayət formal olaraq verilmişdir. Bunu cavabdehin şikayətinin məzmunundan aydın görmək olar. Mübahisənin predmeti “yaşa görə əmək pensiyasının təyin edilməsi” olduğu halda, şikayətdə “əlilliyə görə əmək pensiyasının təyin edilməsindən” və “müvinətdən” danışılır.
15. Cavab dehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
16. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun (1.1.2010-cu il tarixədək qüvvədə olan redaksiyada): Maddə 7. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 18. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növünd ən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vas itəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
23. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, əmək kitabçasında aparılan qeydlər arxiv arayışları ilə təsdiqlənmədiyindən iddiaçıya pensiya təyin oluna bilməz.
24. Məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə bağlı qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçının əmək kitabçasında olan qeydlərin qanunvericiliyin tələblərinə uyğun olduğu müəyyən edilmiş, onların mötəbərliyini şübh ə altına alan heç bir hal aşkarlanmamışdır.
25. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilə kimi, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə kimi, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilə kimi, xx.xx.1989-cu ildən xx.xx.1993-ci ilə kimi, xx.xx.1995-ci ildən xx xxxx 1998-ci ilə kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur.
26. Göründüyü kimi, iddiaçının 57 yaşının tamam olduğu xx xxxx 2008-ci il tarixə iş stajı 5 ildən artıqdır.
27. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüqu qi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı düzgündür və şikayətin təmin olunması üçün əsaslar yoxdur.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-860/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov