Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1978/2021 16.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: mübahisələndirmə haqqında iddia tələbinin mümkünsüzlüyü; iddia müddətinin ötürülməsi; aktın inzibati akt olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının nümayəndəsi Məmmədov Mübariz Müzəffər oğlunun, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxslər "xxxx" MMC və "xxxx" ASC) qarşı “sərəncamın və ayrıc aktının ləğv edilməsi” tələbi nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.07.2021-ci il tarixli, 21(103)-1517/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 29.10.2014-cü il tarixli 520 nömrəli sərəncamına əsasən "xxxx" MMC-nin müraciətini və İddiaçı MMC-nin razılıq məktublarını nəzərə alaraq Ünvan1 Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli, 126 saylı sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-yə ayrılmış 1,7 ha. torpaq sahəsinin 0,89 ha. hissəsi eyni məqsədlə "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkə məsindəki icraat
2. İddiaçı MMC cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 29.10.2014-cü il tarixli 520 saylı sərəncamının və ayrıc aktının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(112)-283/2021 saylı qərardadı ilə (hakim Aytən Oruczadə) iddia mümkün sayılmamışdır.
4. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi sərəncam 2014-ci il tarixə aiddir və iddiaçının həmin tarixdən sərəncamın mövcudluğundan xəbəri olmuş, hətta sərəncamın qəbul edilməsi ilə bağlı razılıq vermişdir. İddiaçı həmin sərəncamı mübahisələndirmək hüququnun həm 30 günlük müddətini, həm də 6 aylıq müddətini ötürmüşdür. İş üzrə mübahisələndirilən və cavabdeh orqan tərəfindən tərtib olunan ayrıc aktı isə inzibati akt deyildir.
5. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.07.2021-ci il tarixli, 21(103)-1517/2021 nömrəli qərardadına görə (sədrlik edən Aida Hüseyn, hakimlər Səadət Bəktaşi və Afaq Nuriyeva) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(112)-283/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. Məhkəmə qərardadı iddiaçıy a 09.08.2021-ci il tarixində təqdim edilmişdir.
9. İddiaçı 17.08.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.07.2021-ci il tarixli, 2-1(103)-1517/2021 nömrəli qərardadının ləğv olunması, iddianın mümkün sayılması və işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 29.10.2014-cü il tarixli 520 saylı sərəncamı və ayrıc aktı verilən zaman İddiaçı M MC məlumatlandırılmalı olduğu halda, məlumatlandırılmamışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 29.10.2014-cü il tarixli 520 saylı sərəncamı və ayrıc aktı verilən zaman Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında dəyişikliklə əlaqədar yenidən icarə müqaviləsi bağlanmalı idi. Lakin Bakı şəhər İcra Hakimiyyəti qəbul etdiyi 29.10.2014cü il tarixli 520 saylı sərəncam və ayrıc aktı barədə məlumat verməmişdir.
11. Həmçinin, məhkəmə iddia tələbinin ikinci hissəsinə dair ayrıc aktının inzibati akt hesab olunmaması hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, ayrıc aktı, inzibati orqan tərəfindən qəbul edilən, yəni Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 29.10.2014-cü il tarixli 520 saylı sərəncamından irəli gələn və sərəncamın ayrılmaz hissəsidir. Məhkəmə isə göstərilən halları nə zərə almamış, maddi hüquq normalarının işin hallarına tətbiqində səhvə yol vermiş, iddianın mümkünlük şərtlərini qiymətləndirərkən İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil və iddiaçının nümayəndəsi Məmmədov Mübariz Müzəffər oğlu kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmad an baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati-Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
16. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizə sində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
17. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
18. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
19. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
20. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (1.4, 2.1 və 2.3-cü bəndlər).
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli nömrəli Qərarı: 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. 23. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisəl əndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İddiaçının tələbi iki hissədən ibarətdir: 1) Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 29.10.2014-cü il tarixli 520 saylı sərəncamının ləğv edilməsi; 2) ayrıc aktının ləğv edilməsi.
28. Məhkəmə birinci hissəyə münasibətdə sərəncamın mübahisələndirilməsi üçün iddia müddətinin ö türüldüyünə, ikinci hissəyə münasibətdə isə ayrıc aktının inzibati akt olmadığına istinad edərək iddia tələbini mümkün saymamışdır.
29. Kassasiya şikayətinin dəlillərinə görə isə iddiaçı sərəncam barəsində vaxtında məlumatlandırılmamışdır və ayrıc aktı sərəncamın tərkib hissəsi olmaqla inzibati aktdır. Məhkəmə kollegiyası kassatorun dəlillərini aşağıda qeyd edilənlərə görə əsassız hesab edir.
30. İşin apellyasiya instansiya məhkəməsində müəyyən edilən hallarından görünür ki, "xxxx" MMC-nin 04.11.2013-cü il tarixli 04/11 (MMC-nin təsisçisi X1 tərəfindən imzalanmış) və 05/11 saylı (MMC-nin direktoru X2 tərəfindən imzalanmış) Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış razılıq məktublarından aydın görünür ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli 126 nömrəli sə rəncamı ilə ona ayrılmış torpaq sahəsinin bir hissəsinin 3-cü şəxsə verilməsinə etiraz etməmiş və hazırda mübahisələndirilən sərəncam da sırf həmin razılıq məktublarında qeyd edilən sahədə 3-cü şəxsin istifadəsinə verilmişdir. İddiaçı isə iddia tələbində 3-cü şəxs "xxxx" MMC tərəfindən müqavilə öhdəliklərinin pozulduğunu iddia edərək sərəncamın ləğvini tələb edir. Bu hal özü də onu göstərir ki, iddiaçı sərəncam barədə vaxtilə məlumatlı olmuş, lakin müqavilə öhdəlikləri icra edilmədiyindən hazırda sərəncamın ləğvini xahiş edir.
31. Kassatorun digər dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 22-23-cü bəndlərində göstərilən normaların məzmununa əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında məhz inzibati aktın qəbul edilməsi, qəb ul edilməsindən imtina olunması, ləğv edilməsi və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. İnzibati akt dedikdə isə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri başa düşülür.
32. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, inzibati aktlar ümumi (publik) məqsədlər naminə icra edilmələri üçün qəbul edilirlər və onların icrası hakimiyyət səlahiyyətləri ilə təmin edilir. Birbaşa icra üçün nəzərdə tutulmayan, yaxud icrası mümkün olmayan, aktlar həmin Qanunun məqsədləri baxımından inzibati akt hesab edilə bilmə z. Bu baxımdan mübahisələndirilən ayrıc aktı inzibati akt, onunla bağlı yaranmış mübahisə isə inzibati mübahisə hesab edilə bilməz.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır.
34. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.07.2021-ci il tarixli, 2-1(103)-1517/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.07.2021-ci il tarixli, 21(103)-151 7/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.