Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1978/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft” İstehsalat Birliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin ayrılmasına dair sərəncamın etibarsızlığının tanınması; iddia müddətinin ötürülməsi, subyektiv hüquq, iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft” İstehsalat Birliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə qar şı (üçüncü şəxs X1) qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1879/2023 nömrəli, 03 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin başçısının 2064 nömrəli, 30 dekabr 1999-cu il tarixli Sərəncamı ilə Buzovna qəsəbəsində 497 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi X2 ayrılmışdır. X1 daha sonra həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində 21 dekabr 2017-ci il tarixdə qeydə aldıraraq Seriya RX ******* saylı çıxarış almışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci inst ansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 2064 nömrəli, 30 dekabr 1999-cu il tarixli “fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2009-cu ildə təsdiq edilmiş topoqrafik plana əsasən Birliyin H.Z.Tağıyev adına NQÇİ-nin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin bir hissəsi - Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yolunun solunda yerləşən mədən ərazilərində uzun illərdir ki, neft-qaz hasilatı işləri həya ta keçirir. Yuxarıda göstərilən ünvanda H.Z.Tağıyev adına NQÇİ-nin mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi iş üzrə 3-cü şəxs tərəfindən zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Sözügedən torpaq sahəsinin yaxınlığında 63 metr aralı məsafədə 1220 nömrəli və 108 metr aralı məsafədə 1224 nömrəli işlək neft quyuları mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli Qərarına əsasən neft və qaz quyuların mühafizə zonası 300 metrlik və boru kəməri oxunun hər tərəfindən 50 metrlik mesafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır və həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu və sözügedən ərazinin neft quyularının yax ınlığında olması, yanğın və partlayış riski daşıdığı üçün gələcəkdə bədbəxt və texnogen hadisələrin baş verə biləcək ehtimalının olması vətəndaşa izah edilmiş və əlavə işlərin aparılmamasına dair ona şifahi xəbərdarlıq edilmişdir. Buna baxmayaraq o, sözügedən torpaq sahəsinə dair hüquq təsdiqedici sənədlərin olduğunu əsas gətirərək RX ******* reyestr nömrəli çıxarışı təqdim etmişdir. Göründüyü kimi, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində Birliyin H.Z.Tağıyev adına NQÇİ istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuş, göstərilən torpaq sahələrinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuşdur. Qeyd edilən torp aq sahəsi Birliyin H.Z.Tağıyev adına NQÇİ-nin müstəsna istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşdiyindən, ƏMDK DƏDRX Bakı şəhər Ərazi İdarəsi sözügedən çıxarışı Qanunun tələbinə görə etibarsızdır. ƏMDK DƏDRX Bakı şəhər Ərazi İdarəsi sözügedən çıxarışı Əzizbəyov rayonu İcra Hakimiyyətinin (Cavabdeh) xx.xx.1999-cu il tarixli, 2064 nömrəli "fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” Sərəncamına əsasən vermişdir. Torpaq sahəsinin 3-cü şəxs tərəfindən özbaşına zəbt edilməsi, orada özbaşına tikinti işlərinin aparılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft qaz əməliyyatları üzrə fəaliyyətini həyata keçirməsinə maneçilik yaradır. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsi faktiki olaraq özgəsi tərəfindən zəbt edilmiş və qanunvericiliklə həmin kateqoriya torpaqlar üçün müəyyən edilmiş məqsədlərdən kənar istifadə olunur.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1197/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qərardadı ilə (hakim B.M.Cəlalov) iddia mümkün sayılmamışdır.
5. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı sərəncamın eti barsızlığını tələb etməkdə subyektiv hüquqa da malik deyildir. Belə ki, mübahisəli ərazidə şirkətə məxsus olduğu iddia edilən torpaq sahələri Bakı şəhər İcra Hakimiyyətinin 16 mart 1999-cu il 208 saylı və 29 iyul 1999-cu il 673 saylı sərəncamları ilə Neft Şirkətindən geri alınmışdır. Ona görə də, iddiaçı mübahisəli ərazi ilə bağlı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmamışdır.
6. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin icraata qəbul edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1879/2023 nömrəli, 03 may 2023-cü il tarixli qərardadı ilə (hakimlər P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və A.P.O ruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1197/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
10. Əzizbəyov rayonu İcra Hakimiyyətinin (Cavabdeh) xx.xx.1999-cu il tarixli, 206 ömrəli sərəncamının mövcud olması İddiaçı (İB) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanınd Daşınma z Əmlakın Dövlət Reyestri Xidmətinin Baki Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, RX ******* saylı çıxarışın etibarsızlığının tanınma barədə iddiasına baxılarkən məlum olmuşdur. Apellyasiya instansiyası nəzərə almamışdır ki, mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olmuş Azərbaycan Respublikas Torpaq Məcəlləsinin (xx.xx.1970-cı ildə qəbul edilmiş, xx.xx.1971-ci ildən qüvvəyə minmiş) 6, 134, 137-ci maddələrinin tələblərindən göründüyü kimi sənaye, nəqliyyat, digər qeyri-kənd təsərrüfatı müəssisələri, idarələri və təşkilatları istifadə etmədikləri torpaqları rayon və ya şəhər xalq deputatları Sovetləri icraiyyə komitələrinin qərarı əsasında, SSR İttifaqının və Azərbaycan SSR-i qanunvericiliyi ilə müəyyən edilən qaydada və şərtlərlə kənd təsərrüfatı məqsədləri üçün kolxozların, so vxozların, digər müəssisələrin, idarələrin və təşkilatların və vətəndaşların müvəqqəti istifadəsinə verə bilər. Hazırki iş üzrə mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan və neft-qaz hasilat məqsədilə İddiaçınə verilmiş sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Belə olan halda, fərdi evin tikilməsi üçün torpaq sahəsinin ayrılması ilə bağlı qərar qəbul edilən zaman qüvvədə olan Torpaq Məcəlləsinin yuxarıda qeyd olunan müddəalarının tələblərinə riayət edilməmiş, həmin torpaq sahəsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti Əzizbəyov rayon X3 İcraiyyə Komitəsinə aid olmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
11. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişd ir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 mart 1999-cu il 208 saylı və 29 iyul 1999-cu il 673 saylı sərəncamları ilə H.Z.Tağıyev adına NQÇİ-yə məxsus Buzovna-Maştağa yatağından ümumilikdə 212 hektar torpaq sahələri geri alınmışdır. Adı çəkilən torpaq sahələrində H.Z.Tağıyev adına NQÇİ-nin rəhbərliyi ilə Rayon İcra Hakimiyyətinin müvafiq icazə sənədləri ilə fərdi yaşayış evlərinin tikintisi aparılmışdır. İddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, qərar qəbul olunduqdan 22 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçının uzun illər ərzində mübahisəli ərazinin üçüncü şəxsə ayrılması barədə sərəncamdan xəbərdar olmaması inandırıcı və ağlabatan deyildir. Bundan əlavə, uzu n illər ərzində qeyd olunan ərazidə yaşayış massivi salınmışdır və hal-hazırda vətəndaşların istisfadəsindədir. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Prosessual Məcəllə (Məcəllənin 26-cı fəsli 10 iyun 2011-ci il tarixli 143İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir) Maddə 296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Maddə 297.1. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin. Maddə 297.2. Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzə rdə tutulan fərdi və normativ hüquqi aktlar. Maddə
298. Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
13. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutu lmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Al i Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə a ktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yo xlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
18. Belə ki, hazırkı iş üzrə iddiaçı cavabdehin 1999-cu il tarixdə qəbul edilmiş sərəncamının etibarsız hesab edilməsi ilə bağlı 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
19. Mübahisələndirilən sərəncamın iddiaçıya məlum olma tarixi konkret müəyyən olunmasa da, həmin sərəncamla ayrılmış torpaq sahəsinin üçüncü şəxsin istifadəsində olması barədə məlumatsız olması aradan keçən kifayət qədər uzun müddət nəzərə alındığında ağlabatan görünmür.
20. İddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə).
21. Şəxs özünün hüquq və аzаdlığının pozulduğu bаrədə onа məlum olаn gündən qаnundа bаşqа müddət müəyyən edilməyibsə, 1 аy müddətində ərizə ilə məhkəməyə mürаciət etmək hüququnа mаlikdir (həmin Məcəllə 298-ci mаddə).
22. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2 011-ci il tarixədək müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrının, hərəkətinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də, mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
23. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr iddianı mümkünsüz hesab edərkən həmçinin iddiaçının subyektiv hüquqa malik olmadığına da istinad etmişlər. Buna dair mövqe onunla əsaslandırılmışdır ki, cavabdehin mübahisələndirilən Sərəncamı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsi, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 208 nömrəli və xx.xx.1999-cu il tarixli 673 nömrəli sərəncamları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda X4 İstehsalat Birliyinin müvafiq olaraq xx.xx.1998-ci il tarixli və xx.xx.1999-cu il tarixli məktubları nəzərə alınaraq Əzizbəyov rayon ərazisində yerləşən və Dövlət Neft Şirkətinə məxsus olan torpaq sahələri Neft Şirkətindən geri alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmə sorğusuna əsasən həmin Sərəncamlar məhkəməyə təqdim edilmiş, həmin Sərəncamlar hazırda ləğv və ya etibarsız hesab edilməmişdir. Məhkəmələr hesab etmişlər ki, torpaq sahələri geri alındığından iddiaçı mübahisəli ərazi ilə bağlı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa da malik olmamışdır. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, iddiaçı kassasiya şikayətində həmin halı və ona dair təqdim olunan sübutları inkar etməmiş, hər hansı əks dəlil irəli sürməmişdir.
24. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft” İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1879/2023 saylı, 03 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.