Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1978/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın maliyyə sanksiyası hissəsində mübahisələndirilməsi; iddianın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublika sının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2024-cü il tarixli, 2-1(103)-20/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlaması keçirilərək xx.xx.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla 2018-ci ilin sadələşdirilmiş vergi üzrə 64.447,17 manat və 32223.59 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx. xx.2019-cu il tarixli 25065 nömrəli ekspert rəyinə əsasən (ekspertizanı təyin edən orqan Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi) iş materiallarında olan sənədlər və Vergi Məcəlləsinin 220.1-ci maddəsinə edilmiş dəyişiklik nəzərə alınmaqla xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə fiziki şəxs X3 tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan sadələşdirilmiş verginin 32.223,58 (1611179,2x2%) manat məbləğində az hesablanması müəyyən olunmuşdur. 3. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi barədə” xx.xx.2020-ci il tarixli **********197584 saylı qərarla iddiaçıya 2018-ci il üzrə 32.223,58 manat sadələşdirilmiş vergi məbləği, 16.111,79 manat maliyyə sanksiyası hesablanmışdır.
4. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən görünür ki, səyyar vergi yoxlaması ilə hesablanmış 32.223,58 manat əsas vergi borcu üzrə vergi öhdəliyi iddiaçı tərəfindən yerinə yetirilmiş, 16.111,79 manat maliyyə sanksiyası üzrə vergi borcu isə ödənilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə, daha sonra iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə verərək “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********197584 nömrəli qərarının ləğv edilərək maliyyə sanksiyasının 16.111,79 manat hissəsinin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərin ə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs olmaqla, 2015-ci ilin aprel ayından vergi ödəyicisi kimi qeydiyyatdadır. Fəaliyyət göstərdiyi müddətdə fərdi sahibkar kimi üzərinə götürdüyü bütün öhdəlikləri vaxtı-vaxtında icra etmiş, vergiləri vaxtı vaxtında ödəməklə nümunəvi sahibkar olmuşdur. Səyyar vergi yoxlamasının aktın qanuniliyindən şikayət verilsə də, malların satışına dair göndərilmiş qaimə fakturalar və vergi hesab fakturalarının faktiki onun adına göndərildiyi və buna görə də köməklik göstərilməmişdir. Yekunda isə Bakı şəhəri kiçik sahibkarlıqla İş Departamentinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 31 may 2019-cu il tarixli **********184316 saylı qərarına əsasən həmin akt təsdiq edilmiş və ona 2018-ci il üzrə 64447.17 manat sadələşdirilmiş vergi ona uyğun 32223.59 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı ekspert rəyi ilə müəyyən edilmiş vergi borcunu dövlət büdcəsinə ödədiyindən onun barəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Baş İdarəsində İstintaq və təhqiqat idarəsinə aparılan cinayət işinə xitam verilmişdir. Maliyyə sanksiyasının qanunsuz olması ilə bağlı qeyd edilməlidir ki, əməliyyatlar 2017-ci ilin müxtəlif dövrlərini əhatə etdiyinə görə həmin tarixdən 3 il keçdiyindən, maliyyə sanksiyası 3 ildən artıq müddətə vurula bilməz. Cavabdehin etirazları:
7. Cavabdeh iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, iddia tələbi inzibati mübahisələrə dair işlər üzrə iddianın mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün hesab edilməməlidir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin 1 iyul 2021-ci il tarixli, 2-1(112) 226/2021 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə hesab etmişdi ki, hazırkı vəziyyətdə maliyyə sanksiyası müstəqil olaraq deyil, vergilərin azaldılmasına görə tətbiq edilmiş və məsuliyyətə cəlb etmənin müddəti keçməmişdir. Beləliklə Vergi Məcəlləsinin tələblərinə uyğun vergi məbləğinin hesablandığını və maliyyə sanksiyası, eləcə də iddiaçının hesablanmış əsas vergi məbləğini ödədiyini nəzərə alaraq, iddia tələbi təmin edilməməli, tətbiq edilmiş maliyyə sanksiyası vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinməməlidir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 21(103)-2538/2021 nömrəli qərarı ilə (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və C.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 1 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c. Kassasiya instansi yası məhkəməsindəki icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-640/2022 nömrəli, xx.xx.2022 ci il tarixli qərarı ilə (hakimlər: Z.Quliyev - sədrlik edən və məruzəçi, S.Kərimov və C.Yusifov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2-1(103)-2538/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
15. İşə baxmış məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin 12 aprel 2019-cu il tarixli səyyar vergi yoxlaması aktında cavabdeh vergi məcəlləsinin 38.3.5-ci maddəsinə əsaslanaraq, növbədənkənar vergi yoxlaması aparmışdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən vergi məcəlləsi nin 38.3.5-ci maddəsində növbədənkənar vergi yoxlamasının keçirilməsi üçün nəzərdə tutulmuş əsasların olubolmaması ümumiyyətlə yoxlanılmamışdır. Digər tərəfdən 12 aprel 2019-cu il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, vergi yoxlaması 2015-ci mart 2018-ci illəri əhatə edir. Belə olan halda vergi məcəlləsinin 67.15-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir, belə ki, həmin maddə vergi məcəlləsinə 30 noyabr 2018-ci il tarixli qanunla əlavə edilmiş, 1 yanvar 2019-cu il tarixdən isə, yoxlama dövründən (31 mart 2018-ci il tarixdən) sonra qanuni qüvvəyə minmişdir. ddiaçıda keçirilmiş yoxlama dövrü 2015-mart 2018-ci illəri əhatə etdiyi halda vergi orqanının vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 31 may 2019-cu il tarixli, *** *******184316 saylı qərarın (iş səhifəsi 6) “qərar alıram” hissəsində sadələşdirilmiş vergi üzrə yoxlanılan dövr olaraq bütövlükdə 2018-ci il yazılmışdır ki, bu da vergi orqanlarının vergi məcəlləsinin 67.15-ci maddəsinin tətbiq edilməsi ilə bağlıdır, halbuki yuxarıda artıq göstərildiyi kimi vergi orqanının sözügedən məsələyə belə olan yanaşması yanlışdır (səbəblər yuxarıda qeyd olunmuşdur). Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında 24 fevral 2020-ci il tarixli **********197584 saylı qərar mövcuddur ki, həmin qərara görə 2018-ci il üzrə sadələşdirilmiş vergiyə dair 32223,58 manat əlavə vergi və 16.111.79 manat maliyyə sanksiyası hesablanmışdır. Lakin bu zaman vergi orqanı tərəfindən “İnzibati icraat haqqında” qanuna əsasən inzibati icraatın aparılıb-aparılmaması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. ç. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2024-cü il tarixli, 21(103)-20/2024 nömrəli qərarı ilə (hakimlər P.Hüseynov - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və K.Əkbərov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 1 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********197584 nömrəli qərarı 16.111,79 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilmişdir.
17. Apellyasiya i nstansiyası məhkəməsi qeyd etmişdir ki, 12 aprel 2019-cu il tarixli səyyar vergi yoxlaması aktında cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edərək, iddiaçıya növbədənkənar səyyar vergi yoxlaması aparmışdır. Lakin məhkəmə araşdırması dövründə cavabdeh inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün qeyd olunan əsasların olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və əldə edilmiş hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyini göstərə bilməmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********184316 nömrəli qərara əsasən iddiaçıya 2018-ci il üzrə 64.447,17 mana t sadələşdirilmiş vergi məbləği, 32.223,59 manat maliyyə sanksiyası hesablanmışdır. Daha sonra isə cavabdeh tərəfindən iddiaçıya “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi barədə” xx.xx.2020-ci il tarixli **********197584 saylı qərara əsasən 2018-ci il üzrə 32.223,58 manat sadələşdirilmiş vergi məbləği, 16.111,79 manat maliyyə sanksiyası hesablanmışdır. Göründüyü kimi, xx.xx.2019-cu il tarixli qərarla iddiaçıya səyyar vergi yoxlaması əsasında hesablanmış sadələşdirilmiş vergi məbləği 32.223,58 manat, buna müvafiq olaraq maliyyə sanksiyası 16.111,79 manat azaldılmışdır. Lakin bu zaman cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” qanuna əsasən inzibati icraatın aparılması iş materialları ilə müəy yən edilmir. Buna görə də məhkəmə tərəfindən cavabdehə müvafiq sorğu göndərilmiş, lakin cavabdeh qeyd olunan hallarla əlaqədar inzibati icraatın aparılmasına dair sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı da cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın aparılması öz təsdiqini tapmamışdır.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi əsas borcun ödənilməsi faktını və bu borcun qəbul edilməsi halını, tətbiq edilmiş maliyyə sanksiyasının da məhz həmin azaldılmış 32.223,58 manat sadə ləşdirilmiş verginin azaldılmasına görə tətbiq edilməsi faktını nəzərə almamışdır. Həmçinin cinayət işi üzrə icraat zamanı alınmış Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən 32.223,58 manat sadələşdirilmiş verginin az hesablanması müəyyən olunmuşdur ki, tətbiq edilmiş maliyyə sanskiyası da məhz həmin azalmaya görə tətbiq edilmişdir.
20. Kassator Vergi Məcəlləsinin 38.3.5, 67.15-ci və İPM-in 12.1, 58.7, 69.4-cü maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Vergi Məcəlləsi: Maddə
16. Vergi ödəyicisinin vəzifələri 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliy yə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;... Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.1.... Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir.... Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxl aması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.... Maddə
77. Vergi öhdəliyi 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur....
23. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia əri zəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olundu ğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qə tidir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır; 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur; 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır; 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, mübahisənin inzibati hüquq mübahisəsi olmasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti v ə ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər qismən, məhkəmə q ərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, yeni qərar qəbul edilməli, iddia mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
28. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
29. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
30. Həmçinin, “İnzibati məhkəmə ic raatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli qərarında qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını... yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş ve rir və birmənalı nəzərə çarpır.” (2.3, 4.1, 5.1-ci bəndlər).
31. Qeyd edilən Plenum qərarından çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması və ya qanuni mənafelərə müdaxilə edilməsi görünmür.
32. Belə ki, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqda rında maliyyə sanksiyası tətbiq edilir.
33. İşin hallarına nəzər salınanda görünür ki, iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlaması keçirilərək xx.xx.2019-cu il tarixli qərarla iddiaçıya 2018-ci ilin sadələşdirilmiş vergisi üzrə 64.447,17 manat sadələşdirilmiş vergi və 32223.59 manat maliyyə sanksiyası tətbiq edilmiş, daha sonra “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi barədə” xx.xx.2020-ci il tarixli **********197584 saylı qərara əsasən iddiaçı X2 2018-ci il üzrə 32.223,58 manat sadələşdirilmiş vergi məbləği, 16.111,79 manat maliyyə sanksiyası hesablanmışdır.
34. Beləliklə, xx.xx.2019-cu il tarixli qərarla iddiaçıya səyyar vergi yoxlaması əsasında hesablanmış sadələşdirilmiş vergi məbləği 32.223,58 manat, buna müvafiq olaraq maliyyə sanksiyası 16.111,79 manat azaldılmışdır.
35. Səyyar vergi yoxlaması ilə hesablanmış 32.223,58 manat əsas vergi borcu üzrə vergi öhdəliyi iddiaçı tərəfindən yerinə yetirilmiş, 16.111,79 manat maliyyə sanksiyası üzrə vergi borcu isə ödənilməmişdir.
36. Hazırkı halda iddiaçı, məhz qeyd edilən maliyyə sanksiyasının silinməsini xahiş etsə də, lakin qeyd edilməlidir ki, iddiaçı cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərarla sadələşmiş vergi üzrə 32.223,58 manat məbləğində vergi borcunu ödəməklə vergidən yayınması halını qəbul etmiş və bununla da cavabdehin qərarını həmin hissədə mübahisələndirməmişdir.
37. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən maliyyə sanksiyası müstəqil olaraq deyil, vergi lərin azaldılmasına görə tətbiq edildiyindən və onun ayrıca mübahisələndirilməsi qanunvericilikdə nəzərdə tutulmadığından iddiaçı hazırkı məzmunda tələb hüququna malik deyil.
38. Beləliklə, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2024-cü il tarixli 2-1(103)20/2024 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərar qətidir.