Məhkəmə qərarları › İş №2-1(102)-1979/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1979/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1979/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsinin 2 saylı X2 qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsinin 2 saylı X2 qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2-1(106)-20/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus əmək kitabçasından, hərbi biletdən və diplomdan müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək Salyan kənd təsərrüfatı texnikumunda təhsil almış, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuş, 1966-1975-ci, 1978-1994-cü illərdə Salyan rayon “Frunze” adına kolxozda işləmiş, islahatla əlaqədar olaraq xx.xx.1996-cı il tarixdən kolxoz üzvlüyündən azad edilmişdir.

2. A zərbaycan Respublikası X10 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1966-1975-ci və 1978-1995-ci illərdə Salyan rayon “Frunze” adına kolxozda işləmişdir. Onun 1966-cı ildə faktiki əmək günü 15 gün, 1967-ci ildə faktiki əmək günü 70 gün, 1968- ci ildə faktiki əmək günü 75 gün, 1969-cu ildə faktiki əmək günü 57 gün, 1970-ci ildə faktiki əmək günü 44 gün, 1971-ci ildə faktiki əmək günü 26 gün, 1972-ci ildə faktiki əmək günü 48 gün, 1973-cü ildə faktiki əmək günü 74 gün, 1974-cü ildə faktiki adam günü 104 gün, 1975-ci ildə faktiki adam günü 1 gün, 1978ci ildə faktiki adam günü 306 gün, 1979-cu ildə faktiki adam günü 287 gün, 1980-ci ildə faktiki adam günü 276 gün, 1981-ci ildə faktiki adam günü 289 gün, 1982-ci ildə faktiki adam gün ü 296 gün, 1983-cü ildə faktiki adam günü 294 gün, 1984-cü ildə faktiki adam günü 285 gün, 1985-ci ildə faktiki adam günü 305 gün, 1986-cı ildə faktiki adam günü 282 gün, 1987-ci ildə faktiki adam günü 307 gün, 1988-ci ildə faktiki adam günü 307 gün, 1989-cu ildə faktiki adam günü 277 gün, 1990-cı ildə faktiki adam günü 247 gün, 1991-ci ildə faktiki adam günü 242 gün, 1992-ci ildə faktiki adam günü 264 gün, 1993-cü ildə faktiki adam günü 324 gün, 1994-cü ildə faktiki adam günü 304 gün, 1995-ci ildə faktiki adam günü 254 gün olmuşdur. Həmçinin həmin arxiv arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası X10 filialında mühafizə olunan Salyan rayon “Frunze” adına kolxozun illik staj kitablarında kişilər üçün 1950-1973-cü illər üzrə minimum əmək günü 240 gün, 1974-1982-ci illər üzrə mini mum adam günü 220 gün, 1983-cü ildən sonra minimum adam günü 210 gün qeyd edilmişdir. Salyan rayon “Frunze” adına kolxozda və digər kolxozlarda yeniyetmələr üçün tələb olunan minimum əmək günü və minimum adam günü norması qeyd olunmamışdır. Salyan rayonu üzrə bütün kolxozlar 1995-ci ilin dekabr ayının sonunda ləğv olunaraq onların bazasında 1996-1998-ci illərdə Aqroservis, 19992002-ci illərdə X16 Komissiyaları fəaliyyət göstərmişdir.

3. Azərbaycan Respublikası X10 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 398 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası X10 filialında mühafizə olunan Salyan rayon “Frunze” adına kolxozun illik staj kitablarında kişilər üçün 1950-1973-cü illər üzrə minimum əmək günü 240 gün, 1974-1982-ci illər üzrə minimum adam günü 220 gü n, 1983-cü ildən sonra minimum adam günü 210 gün qeyd edilmişdir.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək Pensiyaları haqqında’’ Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qüvvəyə mindiyi tarixədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üç ün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. (xx.xx.2006-cı il tarixədək müəyyən edilmiş pensiya hüquqlarınız pensiya kapitalına çevrilməklə) Belə ki, ərizəçinin təqdim etdiyi Salyan rayon sabiq “Frunze” adına kolxoz tərəfindən adınıza 31 dekabr 1966-cı ildə açılmış 304 nömrəli kolxozçunun əmək kitabçasında əmək qabiliyyətli yaş dövründə yəni işlədiyi 1971-1995-ci illər arasında 25 il stajı olmadığı üçün, Salyan rayon arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 347 saylı arxiv arayışında göstərilən Frunze adına kolxozda 1995-ci il iş stajı əmək kitabçada yazılmadığı üçün və 1971-ci ildən iş fəaliyyətini sonuna kimi (təhsil illəri, hərbi xidməti əmək kitabçasında olan iş stajı, arxiv arayışını nəzərə alınmaqla cəmi 23 il 10 ay 12 gün) olduğu üçün qanunvericiliyin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilməsi mümkün hesab edilməmişdir və əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək onun texnikumda təhsil aldığı müddəti, hərbi xidmətdə olduğu müddət və işlədiyi dövrlərin sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsinin 2 saylı X1 üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə doğulmuş, 1971-197 5-ci illərdə texnikumda təhsil almış, 1975-1977-ci illərdə hərbi xidmətdə olmuş, 1966-1975-ci və 1978-1995-ci illərdə Salyan rayon “Frunze” adına kolxozda işləmişdir. O, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin onun 2006-cı ilə qədər 25 il sığorta stajının olmadığı əsas gətirilərək ona imtina cavabı verilmişdir. O, 1966-1971-ci illərdə Salyan rayon “Frunze” adına kolxozda işləmiş olsa da, cavabdeh tərəfindən həmin illər onun iş stajına hesablanmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı təqdim etdiyi sənədlərdə 1966-cı ildən 1970-ci il tarixədək, yəni 10 yaşından 14 yasınadək əmək fəaliyyəti ilə məşğul olması barədə qeydlər v ardır. Həmin illər əmək qabiliyyətsiz dövrləri əhatə etdiyi üçün sığorta stajına daxil edilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. 1) 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanununun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №- li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxma nın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. İddiaçı 1971-1994-cü illərdə Salyan rayonu Marışlı kənd “Frunze” adına kolxozda işlədiyi illərə dair X10 filialı tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli, 347 saylı arayışındakı məlumatlar işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Bununla yanaşı kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Arxiv arayışında qeyd olunmuş mövcud qeydlərə əsasən, Salyan rayonu Marışlı kənd “Frunze” adına kolxozda 1971-1982-ci illərdə minimum adam günü norması 220 gün, 1983-1994-cü illərdə 210 gün müəyyən edilmişdir. Minimum adam günü norması 1978-1994-cü illərə münasibətdə tam yerinə yetirildiyindən həmin illər tam əmək stajı kimi, yəni 17 il hesablanır. 1971-1975-ci illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işlədiyi üçün həmin illər tam əmək stajı kimi deyil, faktiki müddət nəzərə alınmaqla hesablanmalıdır. Faktiki m üddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum adam günü norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir(18+42+66+104+1)x12=2772/220=12,6 ay=1 il 18 gün. İddiaçı təqdim etdiyi təhsil haqqında sənədə əsasən xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək 3 il 9 ay 27 gün əyani təhsil aldığı dövr, hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 2 il hərbi xidmət dövrü vardır. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, on un seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İddiaçıya məxsus kolxozçunun əmək kitabçasında və arxiv arayışında qeyd edilmiş 1971- 1975ci illər təhsil aldığı dövrlərlə (1971-1975) üst-üstə düşdüyü üçün arayışda öz əksini tapmış həmin illərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir.

9. Şirvan İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(120)-981/2022 nömrəli qərarı (hakim: X5) ilə iddia qismən təmin edilmiş, iddiaçının Azərbaycan Respublikası X10 filialının xx.xx.2021-ci il tarixli, 347 nömrəli arxiv arayışında göstərilən Salyan rayon sabiq “Frunze” adına kolxozda işlədiyi 1978-1995-ci illərə dair iş stajı, eləcə də kolxozda işlədiyi 1966-1975-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müd dət, onun texnikumda təhsil aldığı müddət və hərbi xidmətdə olduğu müddət sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1966-1970-ci və 1995- ci illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə Salyan rayon sabiq “Frunze” adına kolxozda işlədiyi Azərbaycan Respublikası X10 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 347 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbər liyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. İddiaçının təqdim etdiyi sənədlərdə 1966-cı ildən 1970-ci il tarixədək, yəni 10 yaşından 14 yaşınadək əmək fəaliyyəti ilə məşğul olması barədə qeydlər olduğunu, həmin illərin əmək qabiliyyətsiz dövrləri əhatə etdiyi üçün sığorta stajına daxil edilməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin tələbləri ilə ziddiyyət təkid etməsi barədə cavabdehin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 1966-1970-ci illərdə məktəbli olsa da, ailələrinin maddi vəziyyəti yaxşı olmadığından valideynləri ilə birlikdə 1966-cı ildən kolxozda işləməyə başlamış və işlədiyi aylar üzrə əmək haqqı almışdır. Göründüyü kimi, iddiaçı mübahisələndirilən dövrdə məktəbli olsa da, kolxozda da işləyərək əmək haqqı almışdır. Bunun əksinə dair, yəni iddiaçının həmin müddətdə kolxozda işləmədiyinə dair cavabdeh tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2-1(106)-20/2023 nömrəli qərarı ilə (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X6 və X7) ilə Şirvan İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, - xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 65 yaşı tamam olmuşdur. İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək (3 il 9 ay 27 gün) Salyan kənd təsərrüfatı texnikumunda əyani orta ixtisas təhsili almış, həmçinin xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (2 il 7 gün) hərbi xidmətdə olmuşdur. Həmin dövrlərə münasibətdə, eləcə də iddiaçının 1978-1994-cü illərdə Salyan rayon “Frunze” adına kolxozda müəyyən edilmiş minimum əmək iştirakı norması yerinə yetirilməklə işlədiyi 17 ilə münasibətdə tərəflər arasında hər hansı mübahisə yoxdur. Tərəflər arasında mübahisə iddiaçının 1966-1971-ci, 1995-ci illərdə Salyan rayon “Frunze” adına ko lxozda işlədiyi müddətdir. -- İddiaçının 1966-1970-ci illərdə icazə verilən yaş həddinə çatmaması onun həmin illərdə kolxozda işləməsi faktını dəyişdirmir. İddiaçının həmin illərdə işlədiyi halda icazə verilən yaş həddinə çatmaması onun ziyanına qiymətləndirilə, bu səbəbdən onun əmək pensiyası hüququ məhdudlaşdırıla bilməz. İddiaçı 1966-1970-ci illərdə məktəbli olsa da, sözügedən kolxozda dərslərdən sonra, əsasən də dərslərin olmadığı yay aylarında işlədiyini, işlədiyi faktiki günlərə müvafiq də ona əmək günü yazıldığını qeyd edir. İş materiallarından da görünür ki, sözügedən kolxozda iddiaçının 1966-cı ildə faktiki əmək günü 15 gün, 1967-ci ildə faktiki əmək günü 70 gün, 1968-ci ildə faktiki əmək günü 75 gün, 1969-cu ildə faktiki əmək günü 57 gün, 1970-ci ildə faktiki əmək günü 44 gün olm uşdur. Həmçinin sözügedən kolxozda iddiaçının 1971-ci ildə faktiki əmək günü 26 gün olmuşdur. İddiaçı Salyan kənd təsərrüfatı texnikumunda əyani orta ixtisas təhsili almağa isə xx.xx.1971-ci il tarixdən başlamışdır. Eləcə də, iddiaçı 1975-ci ildə sözügedən kolxozda işlədiyi 1 günün texnikumu bitirib hərbi xidmətə gedənə qədər olan dövr aralığında olduğunu qeyd edir. - Salyan rayon “Frunze” adına kolxozun illik staj kitablarında kişilər üçün 19501973-cü illər üzrə minimum əmək günü 240 gün, 1974-1982-ci illər üzrə minimum adam günü 220 gün, 1983-cü ildən sonra minimum adam günü 210 gün qeyd edilmişdir. 1966-1971-ci və 1975-ci illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına ya lnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının 1966-1971-ci illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – (15 + 70 + 75 + 57 + 44 + 26) x 12 = 3444 / 240 = 14,35 ay (≈ 1 il 2 ay 11 gün). İddiaçının 1975-ci ildə faktiki işlədiyi müddət üzrə iş stajı isə 1 gün müəyyən edilir. Həmin müddətlər də iddiaçının sığorta stajına daxil edilməlidir. - İddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək (3 il 9 ay 27 gün) Salyan kənd təsərrüfatı texnikumunda əyani orta ixtisas təhsili aldığı, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (2 il 7 gün) hərbi xidmətdə olduğu və 1966-1971-ci, 1975-ci, 1978-1995-ci illərdə Salyan rayon “Frunze” adına kolxozda faktiki müddət üzrə işlədiyi (19 il 2 ay 12 gün) dövrlər nəzər alınmaqla ümumilikdə 25 ildən artıq sığorta stajının olduğu müəyyən edilir ki, bu da, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı ona yasa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pens iya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. İddiaçının təqdim etdiyi sənədlərdə 1966-cı ildən 1970-ci il tarixədək, yəni 10 yaşından 14 yaşınadək əmək fəaliyyəti ilə məşğul olması barədə qeydlər vardır. Həmin illər əmək qabiliyyətsiz dövrləri əhatə etdiyi üçün sığorta stajına daxil edilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. İddiaçıya məxsus kolxozçunun əmək kitabçasında və arxiv arayışında qeyd edilmiş 1971-1975-ci illər təhsil aldığı dövrlərlə (1971-1975) üst-üstə düşdüyü üçün arayışda öz əksini tapmış həmin illərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

18. İnziba ti Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üz rə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apell yasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfi ndən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəm əsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, işin halları ilə müəyyən olunur ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 65 yaşı tamam olmuşdur. İddiaçıya məxsus hərbi biletdən, diplomdan və arxiv arayışından onun ümumilikdə 25 ildən artıq sığorta stajının olduğu müəyyən edilmişdir.

26. Cavabdehin kassasiya şikayətinin iddiaçının 14 yaşınadək əmək fəaliyyəti ilə məşğul olması barədə dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı, həmin dövrdə 14 yaşına çatmasa da, onun əmək hüququnun 14 yaşdan sonra yaranması əsası ilə həmin yaşa qədər işlədiyi müddətin sosial sığorta stajına daxil edilməli olmadığına dair cavabdehin dəlili əsaslı hesab oluna bilməz. Belə ki, ərizəçinin 1966-1970-ci illərdə icazə verilən yaş həddinə çatmaması həmin vaxtadək onun kolxozda işləməsi faktına təsir etməli deyil.

27. Həmçinin cavabdehin kassasiya şikayətinin iddiaçının əmək fəaliyyəti ilə təhsil müddətinin üst-üstə düşməsi ilə bağlı dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus kolxozçunun əmək kitabçasında və arxiv arayışında qeyd edilmiş 1971-1975-ci illər təhsil aldığı dövrlərlə (1971-1975) üst-üstə düşdüyü müddət nəzərə alınmadan iddiaçının 25 ildən artıq sığorta stajını olması müəyyən edildiyindən cavabdehin bu dəlili də əsaslı sayı la bilməz.

28. Məhkəmə kollegiyası qeyd edir ki, arxiv arayışında qeyd edilən iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla iddiaçının tələb olunan 25 il sosial sığorta stajını topladığı və bu baxımdan yaşa görə əmək pensiyası hüququnun yarandığı barədə apelyasiya məhkəməsinin qiymətləndirməsi qanunauyğun və əsaslıdır.

29. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2-1(106)-20/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar