Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1979/2024 20.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra hakimiyyətinin sərəncamının mübahisələndirilməsi; inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması; dinlənilmə hüququnun təmin olunmaması və inzibati aktın əsaslandırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Cavabdehə qarşı ( üçüncü şəxs - "xxxx" MTK) “sərəncamın ləğv edilməsi” tələbinə dair in zibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-241/2024 saylı qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər Cavabdeh başçısının 296 nömrəli xx.xx.2018-ci il tarixli Sərəncamına əsasən Nərimanov rayonunun Təbriz, Həsənoğlu və A.M. Cümə küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 4.44 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir.
2. Həmin sərəncamın 2-ci bəndinə əsasən İddiaçı MMC-nin çoxmənzilli yaşayış binalarının tikintisinin başlanılması məqsədi ilə İddiaçı MMC-yə torpaq sahəsinin yerində qəbul edilməsini və onun sa nitar vəziyyətinə nəzarət edilməsini; ayrılmış torpaq sahəsinə İddiaçı MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququnun əldə edilməsi; ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırmasını; tikinti işlərinə Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəyin alınmasını; layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənməzdən əvvəl RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətlərinin köçürülməsini; Rayonun Təbriz küçəsi 83, 85; Həsənoğlu küçəsi 12, 12a, 14, 14a, 16, 16a, 83a, 85a və A.M.Cümə küçəsi 11, 11a nömrəli yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay k irayə haqqı ödənilməklə, müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həvalə edilmişdir.
3. Həmin sərəncamın 3-5-ci bəndlərinə əsasən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz küçəsi 83,85; Həsənoğlu küçəsi 12,12a,14,14a,16,16a,83a,85a və A.M.Cümə küçəsi 11, 11a nömrəli yaşayış binalarının sökülməsini; sərəncamın 1-ci və 2-ci bəndlərinin tələbləri "X1" MMC tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə RlH-ə müraciət edilməsini; bu sərəncamın ilkin olaraq yalnız layihələndirmə üçün əsas olduğu həvalə ed ilmişdir.
4. İddiaçı tərəfindən Cavabdehin başçısına ünvanlanmış xx.xx.2020-ci il tarixli 001 nömrəli məktubunda qeyd edilmişdir ki, “X2” MMC tərəfindən ərazinin layihələndirmə, planlaşdırma işlərinə başlanılmış və ərazinin tikinti-planlaşdırma eskizi və izahat yazısı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb, təsdiq edilmişdir. Eləcə də yerin geoloji xüsusiyyətləri, kommunikasiya xətlərinin yerləşmə yerlərinin təsbit edilərək xətlərin köçürülməsi layihələri, ekoloji vəziyyətini öyrənilməsi və tikinti və şəhərsalma qaydalarının tələblərinə uyğun müvafiq addımlar atılmışdır. O cümlədən, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə danışıqlar apararaq, böyük bir qismi ilə qarşılıqlı raz ılaşmalar əldə edilmişdir. Beləliklə 296 saylı, 16 iyul 2017-ci il tarixli “çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamına uyğun olaraq memarlıq-planlaşdırma həllini layihələndirilməsinin və tikinti layihənin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması və digər müvafiq razılıqların verilməsi zürriyyəti yaranmışdır.
5. Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatının iddiaçıya ünvanlanmış 7163/2 nömrəli xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 296 saylı Sərəncamı ilə Nərimanov rayonu, Təbriz, İ.Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddi açınə ayrılmış ərazidə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikintiyə hazırlıq işlərinin başlanması barədə məktuba baxılmışdır. Bununla əlaqədar olaraq, qaldırılan məsələnin ətraflı araşdırılması məqsədilə tərəflərindən Cavabdehə müraciət edilmişdir. Aparılan araşdırma nəticəsində rayon icra hakimiyyəti tərəfindən təqdim edilmiş və əldə olunan müvafiq sənədlərə əsasən Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 296 nömrəli Sərəncamı ilə sözügedən ünvanda mövcud qəzalı binaların sökülməsi, yerində hündürmərtəbəli çoxmənzilli binaların tikintisi məqsədilə 4.44 ha torpaq sahəsinin "X1” MMC-yə ayrıldığı bildirilmişdir. Bundan sonra uzun müddət keçməsinə baxmayaraq, "X1” MMC tərəfindən müvafiq sənədləşdirmə işlərinin başa çatdırılmadığı, müvafiq qanunvericiliyin tələblərinə uyğun ol araq, əhalinin köçürülməsi və ərazinin hasarlanaraq tikintiyə hazırlıq işlərinə başlanılmadığı, eləcə də nəzərdə tutulan tikintiyə dair layihə sənədləri mövcud şəhərsalma normalarına və prinsiplərinə uyğun hazırlanmadığından Cavabdehin xx.xx.2018-ci il tarixli, 356 nömrəli Sərəncamı ilə İddiaçı MMC-yə dair Sərəncamın qüvvədən düşdüyü qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2018-ci il tarixli, 356 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-7250/2020 nömrəli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində iş ə cəlb edilmişdir. İddiaçının əsaslandırması:
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə” xx.xx.2016-cı il tarixli, 86 nömrəli qərarını rəhbər tutaraq, cavabdehin xx.xx.2018-ci il tarixli, 296 nömrəli “çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən, qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsi və yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 4,44 ha torpaq sahəsi iddiaçının daimi istifadəsinə verilmişdir.
9. Yuxarıda göstərilən sərəncamdan sonra, iddiaçı tərəfindən ərazinin layihələndirilmə- planlaşdırma işlərinə başlanılmış və ərazinin tikinti-planlaşdırma eskizi və izahat yazısı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb təsdiq edilmişdir. O cümlədən, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə danışıqlar apararaq, böyük bir qismi ilə ilkin razılaşmalar əldə edilmiş, layihə-axtarış işlərinə başlanılmış, mühəndis-kommunikasiya xətlərinin müəyyən edilməsi, yerin ekoloji xüsusiyyətlərin öyrənilməsi, yaşıllıqların köçürülməsi və s. işlərlə məşğul olunmağa başlanılmışdır. 10. xx.xx.2020-ci il tarixdə cavabdehə rəsmi ərizə ilə müraciət edərək, tikintiyə icazə barədə sərəncamın, xüsusi nişanın və digər müvafiq razılıqların verilməsi zərurəti nəzərə alınaraq köməklik göstərilmə si xahiş olunmuşdur.
11. Bu zaman, "xxxx" MMC adlı bir şirkət ərazini hasara almağa başlamış və şifahi olaraq bildirdiyinə görə, həmin ərazi Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə onlara ayrılmışdır. 12. 29.09.2020-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının poçtla daxil olmuş xx.xx.2020-ci il tarixli, 7-163/2 nömrəli cavab məktubunda bildirilmişdir ki, cavabdehin xx.xx.2018-ci il tarixli, 356 nömrəli sərəncamı ilə iddiaçı barəsində verilmiş xx.xx.2018-ci il tarixli, 296 nömrəli sərəncam ləğv edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya heç bir bildiriş, xəbərdarlıq edilmədən, hər hansı irad bildirilmədən, xx.xx.2018-ci il tarixdə iddiaçının adına verilmiş sərəncam ləğv edilmişdir və bu barədə ona məlumat belə verilməmişdir.
13. Cəmi 2 ay yarımdan sonra şirkət barəsində verilmiş sərəncamın hər hansı səbəb, əsas göstərilmədən, qısa müddət ərzində ləğv edilməsi heç bir hüquqi məntiqə, anlayışa, qanuna sığmır. Halbuki göstərilən tarixdən sonra da tərəflərindən ərazidə cavabdeh və digər təşkilatlarla müvafiq işlər görülmüşdür. Sərəncamın ləğv olunması barədə onlara bildirilməmiş, gizli saxlanılmışdır. Cavabdehin xx.xx.2018-ci il tarixli, 356 nömrəli sərəncamı əsassız və qanunsuz hesab edilərək ləğv olunmalıdır. Cavabdehin və üçüncü şəxslərin etirazları:
14. Cavabdeh və üçüncü şəxslər iddiaya qarşı etiraz təqdim etməmişlər. Məhkəmə sorğularına cavab:
15. Məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş cavabdehin xx.xx.2021-ci il tarixli, 1/685 nömrəli məktubunda qeyd edilmişdir ki, Nərimanov RİH başçısının xx.xx.2018-ci il tarixli, 356 nömrəli sərə ncamı və onun verilməsinə əsas olmuş sənədlər müvafiq araşdırmaların aparılması üçün hüquq-mühafizə orqanları tərəfindən götürüldüyündən, tələb olunan sənədlərin təqdim edilməsi mümkün deyildir.
16. Məhkəmənin sorğusu əsasında cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 356 nömrəli sərəncama əsasən, RİH başçısının "xxxx" MMC-yə dair xx.xx.2017-ci il tarixli, 275 nömrəli və iddiaçıya dair xx.xx.2018-ci il tarixli, 296 nömrəli “Çoxmənzilli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamları qüvvədən düşmüş hesab edilmişdir. Sərəncamda qeyd olunmuşdur ki, uzun müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən hazırkı tarixə müvafiq sənədləşdirmə və razılaşdırma işləri başa çatdırılmamış, əhalinin köçürülməsinə, ərazinin ha sara alınmasına və tikinti işlərinə başlanılmamış, ümumiyyətlə sözügedən ünvanlarda təqdim olunmuş layihələrə uyğun olaraq binaların tikintisi məsələsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma prinsipləri və əhali sıxlığı əmsallarına ciddi riayət edilməsi barədə son tövsiyələri ilə ziddiyyət yaratmışdır.
17. Məhkəmənin sorğusu əsasında təqdim olunmuş Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 55 nömrəli sərəncamı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyləri nəzərə alınmaqla, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 2.7520 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Həmçinin məlumat üçün bildirilmişdir ki, yerquruluşu planında nəzərdə tutulan torpaq sahəsindən kənarda yerləşən torpaq sahəsinin kimin istifadəsində olmasına dair Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatında hər hansı məlumat müəyyən edilməmişdir.
18. Məhkəmənin sorğusu əsasında təqdim olunmuş cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, cavabdehin xx.xx.2018-ci il tarixli, 356 nömrəli və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 55 nömrəli sərəncamlarından sonra, əvvəllər iddiaçıya ayrılmış 4.44 ha torpaq sahəsinin yerdə qalan 1.688 ha hissəsi dövlətin mülkiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
19. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tari xli, 2-1(112)-2242/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sərəncamın icrasını təşkil edib, yoxlayıb və buna nəzarəti həyata keçirmək cavabdehin səlahiyyətinə daxildir. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, 296 nömrəli sərəncamın ləğv edilməsinə səbəb kimi iddiaçının sərəncamın müvafiq bəndlərinin tələblərinə əməl etmədiyi göstərilmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixli sərəncamı üzrə iddiaçıya sahəni yerində qəbul etmək, onun sanitar vəziyyətinə nəzarət etmək, həmçinin müvafiq sənədlər əldə edildikdən sonra tikinti işlərinə başlamaq tapşırılmışdır. Lakin iddiaçı tərəfindən həmin sərəncamda göstərilən tələblərə riayət edilməmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli, 296 nömrəli sərəncamda göstərilənlərlə bağlı ən azında n cavabdehin xx.xx.2018-ci il tarixli sərəncamına qədər olan müddətdə hər hansı iş görməsi barədə məhkəməyə sübut təqdim etməmişdir və xx.xx.2018-ci il tarixli sərəncamın icrası ilə bağlı iddiaçının üzərinə qoyulan vəzifələrin və öhdəliklərin yerinə yetirilməsi işdə olan sübutlarla təsdiq olunmur. İddiaçı həmin sərəncamın icrası ilə bağlı dövlət orqanlarının və yaxud ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin müdaxiləsi barədə də məlumat verməmişdir. Buna görə də cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli sərəncam əsaslı və qanuni olmuşdur.
21. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-1584/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2242/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
24. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiya məhkəməsində icraat:
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1000/2023 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-1584/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin mübahisələndirilməyən hallarına əsasən, cavabdehin 16 iyul 2018-ci il tarixli, 296 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi məqsədləri üçün 4.44 ha torpaq sahəsi iddiaçının daimi istifadəsinə ayrılmışdır.
27. Həmin sərəncamın 2-ci bəndi ilə iddiaçının üzərinə qoyulmuş vəzifələr (torpaq sahəsinin yerində qəbul edilməsi və onun sanitar vəziyyətinə nəzarət edilməsi; ayrılmış torpaq sahəsinə iddiaçı tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququnun əldə edilməsi; ərazinin və obyektin memarlıq-planlaşdırma həllinin layihələndirmə ərəfəsində RİH ilə razılaşdırılması; layihəyə Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəyin alınması; layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətlərinin aşkar edildiyi təqdirdə, Baş Plan işlənməzdən əvvəl RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətlərinin köçürülməsi; rayonun Təbriz küçəsi 83, 85; Həsənoğlu küçəsi 12, 12a, 14, 14a, 16, 16a, 83a, 85a və A.M.Cümə küçəsi 11, 11a nömrəli yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə, müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi) adıçəkilən sərəncamda nəzərdə tutulmuş tikinti obyektlərinə müvafiq icazənin alınması üçün müəyyən olunmuş ilkin və əlavə şərtlər qismində qiymətləndirilməlidir.
28. Nəzərə almaq lazımdır ki, iddiaçı tərəfindən həmin şərtlərin yerinə yetirilməsi üçün obyektiv olaraq müəyyən zaman tələb olunur və həmin zaman kəsiyinin ilkin sərəncamda nəzərdə tutulmuş şərtlərin icrasının təmin olunması baxımından yetərli olub-olmamasının araşdırılması mübahisənin həlli baxımından mühüm əhəmiyyət daşıyır. Lakin məhkəmələr tərəfindən qeyd edilən şərtləri nəzərdə tutan sərəncamın qəbulundan həmin sərəncamın ləğv edildiyi tarixədək keçən zaman kəsiyində bu şərtlərin icra olunmasının obyektiv olaraq mümkünlüyü, iddiaçı tərəfindən hansı şərtlərin icra olunması, hansıların isə yerinə yetirilməməsi və bunun səbəbləri ilə bağlı hallar yoxlanılmamış, həmin hallar qərarın qəbulu zamanı nəzərə alınmamışdır.
29. Halbuki, cavabdehin mübahisələndirilən xx.xx.2018-ci il tarixli, 356 nömrəli sərəncamının qəbulu və xx.xx.2018-ci il tarixli, 296 nömrəli sərəncamın ləğvi iddiaçı tərəfindən məhz xx.xx.2018-ci il tarixli, 296 nömrəli sərəncamda nəzərdə tutulmuş şərtlərin və ya göstərişlərin yerinə yetirilməməsinə əsaslanır. Belə ki, mübahisələndirilən sərəncamın məzmunundan görünür ki, iddiaçıya münasibətdə qəbul olunmuş “Çoxmənzilli yaşayış binalarının layihələndirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, 296 nömrəli sərəncamın qüvvədən düşmüş hesab edilməsinə, sərəncamın verildiyi tarixdən uzun müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən hazırkı tarixə müvafiq sənədləşdirmə və razılaşdırma işlərinin başa çatdırılmaması, əhalinin köçürülməsinə, ərazinin hasara alınmasına və tikinti işlərinə başlanılmaması, ümumiyyətlə təqdim olunmuş layihələrin şəhərsalma prinsiplərinin və tikinti sıxlığına dair tələblərin pozulması səbəb olmuşdur. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən sərəncamın ləğvi əsasları araşdırılmamışdır.
30. Bundan başqa, cavabdeh tərəfindən mübahisələndirilən sərəncamın qəbulu üzrə “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun lazımi inzibati icraat aparıldığı, iddiaçının həmin icraata cəlb olunduğu və onun dinlənilmə hüququnun təmin olunduğu, həmin sərəncamın əsaslandırıldığı mübahisəyə dair iş üzrə materiallardan görünmür.
31. Apellyasiya məhkəməsi iddianın təmin olunmaması barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayarkən, sərəncamın müvafiq bəndlərinin tələblərinə əməl olunmasına, xx.xx.2018-ci il tarixli sərəncamın qəbuluna qədər keçən müddət ərzində hər hansı iş görülməsinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübutun təqdim olunmadığına istinad etdiyi nəzərə alındıqda, qeyd edilən halların müəyyən olunmasının zəruri olduğu aydın görünür.
32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi də İPM-in 12-ci maddəsinin tələblərinə tabedir. Apellyasiya məhkəməsi də proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Buna rəğmən, apellyasiya məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixli, 296 nömrəli sərəncamla iddiaçının üzərinə qoyulmuş vəzifəl ərin onun qəbulundan ləğv edilməsinə qədər keçən təxminən iki ay yarım ərzində icra olunmamasının iddiaçının təqsirli davranışına bağlı olub-olmadığı araşdırılmamış, həmin sərəncamın ləğvi zərurətini yaradan halların dairəsi müəyyən edilməmişdir.
33. Ali Məhkəmənin hüquqi mövqeyinə görə, şəxsə münasibətdə qəbul edilmiş əlverişli qərarın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən məhkəmə, cavabdeh tərəfindən həmin sərəncamın qəbulu üzrə icraatın təzələndiyini, təzələnmiş inzibati icraatda maraqlı şəxsin icraata cəlb edildiyini və onun dinlənilmə hüququnun təmin olunduğunu və qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni sərəncamın qəbul edildiyini yoxlamalıdır. Lakin cavabdeh tərəfindən qeyd edilən prosedur qaydalara əməl olunduğu iş üzrə materiallardan görünmür. Halbuki “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş prosedur qaydalar və tələblər şəxsi müdafiə funksiyasına da malikdir və bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir (bununla bağlı bax: Ali Məhkəmənin 2-1(102)-1507/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı).
34. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən sərəncamla, yəni cavabdehin xx.xx.2018-ci il tarixli, 356 nömrəli sərəncamı ilə iki əvvəlki: 1) "xxxx" MMC-yə dair xx.xx.2017-ci il tarixli, 275 nömrəli və 2) iddiaçıya dair xx.xx.2018-ci il tarixli, 296 nömrəli “Çoxmənzilli yaşayış binalarının layihələndirilməsi haqqınd a” sərəncamların qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır.
35. Hazırkı iş üzrə iddiaçı ilə "xxxx" MMC arasında hər hansı hüquqi bağlılıq müəyyən edilməsə də, iddiaçı cavabdehin xx.xx.2018-ci il tarixli, 356 nömrəli sərəncamının tam ləğvini tələb edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin hal apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya müvafiq yardım göstərilməmişdir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna xidmət edən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımd ır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. b. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
37. İşə təkrar apellyasiya qaydasında baxılarkən, Ali Məhkəmənin qərarından irəli gələn göstərişlər nəzərə alınmaqla, iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri Cavabdeh başçısının 356 saylı xx.xx.2018-ci il tarixli sərəncamını ona aid hissəsində - İddiaçı MMC tərəfindən “Çoxmənzilli yaşayış binalarının layihələndirilməsi haqqında” Nərimanov RİH başçısının xx.xx.2018-ci il tarixli 296 nömrəli sərəncamı hüquqi qüvvədən düş müş hesab edilməsi” - hissəsində (1.2-ci bəndinin) ləğv edilməsi haqqında” qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
38. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-241/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-2242/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, cavabdeh Bakı şəhər Cavabdeh Başçısının 356 nömrəli xx.xx.2018-ci il tarixli sərəncamının 1.2-ci bəndi, yəni, İddiaçı MMC tərəfindən «Çoxmənzilli yaşayış binalarının layihələndirilməsi haqqında» Nərimanov RİH başçısının xx.xx.2018-ci il tarixli 296 nömrəli sərəncamının hüquqi qüvvədən düşmüş hesab edilməsi» hissəsində ləğv edilmişdir.
39. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, Bakı Şəhər Cavabdeh başçısının 296 saylı xx.xx.2018-ci il tarixli “çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsini və yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 4,44 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir.
40. Lakin cavabdeh həmin ilkin sərəncamını 2 ay yarım keçdikdən sonra, 356 saylı xx.xx.2018-ci il tarixli digər bir sərəncamı ilə ləğv etmişdir.
41. Cavabdeh tərəfdən həmin sərəncamın 2 ay yarımdan sonra ləğv edilməsini nəzərdə tutan sərəncamın inzibati icraat haqqında hüquq normalarının tələblərinə uyğun qəbul olunduğu müəyyən edilmir. Be lə ki, “İnzibati icraat haqqında” Qanunun 36.3-cü maddəsi nəzərdə tutur ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur.
42. İşə əlavə olunmuş xx.xx.2018-ci il tarixli mübahisələndirilən sərəncamdan görünür ki, həmin sərəncamla xx.xx.2018-ci il tarixli ilkin sərəncam hüquqi qüvvədən düşmüş hesab edilərkən, cavabdeh bunun səbəbi olaraq qeyd etmişdir ki, uzun müddət keçməsinə baxmayaraq, İddiaçı MMC tərəfindən hazırkı tarixə müvafiq sənədləşdirmə və razılaşma işləri başa çatdırılmamış, əhalinin köçürülməsi, ərazinin hasara alınması və tikinti işlərinə başlanılm amış və ümumiyyətlə sözügedən ünvanlarda təqdim olunmuş layihələrə uyğun olaraq binaların tikintisi məsələsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəhbərliyinin, şəhərsalma prinsipləri və əhali sıxlığı əmsallarında ciddi riayət olunması barədə son tövsiyələri ilə ziddiyyət yaratmışdır.
43. Həmin sərəncamı qəbul edərkən cavabdehin inzibati orqan olaraq inzibati icraat başladığı və bu barədə iddiaçıya bildiriş göndərdiyi, onu xəbərdar etdiyi və onun inzibati icraatda iştirakını etdiyi sübuta yetirilmir. Belə ki, bununla bağlı cavabdeh tərəfindən həm əvvəlki mərhələdə, həm də hazırkı icraatda məhkəməyə hər hansı bir sənəd-sübut təqdim olunmamışdır. 44. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyas ına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.
45. Həmin normaların tələblərinə əməl olunmamışdır. 46. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
47. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərar ın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
48. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Cavabdehin kassasiya şikayətinin dəlilləri
49. Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №-li Qərarının 1-ci bəndinin tələbi pozulmuşdur. Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №- li Qərarının 1-ci bəndinə görə: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məq sədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi müvafiq ərazi aidiyyəti üzrə Cavabdehə (RİH) tapşırılmışdır.
50. Nərimanov RİH məhz Nazirlər Kabinetinin həmin qərarına tam müvafiq olaraq ilə Təbriz, A.M.Cümə və Həsənoğlu küçələrinin kəsişməsində 4,44 ha torpaq sahəsini çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi üçün 296 saylı xx.xx.2018ci il tarixli Sərəncamla İddiaçı MMC-yə ayırmışdır. Sərəncamda Nazirlər Kabinetinin qeyd olunan qərarında göstərilən tələblərin müəyyən edilmiş müddətdə və qaydada yerinə yetirilməsi iddiaçıya həvalə edilsə də, iddiaçı tərəfindən Sərəncamda göstərilənlərə uzu n müddət əməl olunmadığına, habelə həmin ərazidə yaşayan sakinlərin hüquqları kobud surətdə pozulduğuna görə Nərimanov İcra Hakimiyyəti 365 saylı, xx.xx.2018-ci il tarixli Sərəncamı ilə iddiaçı “ X1” MMC-yə məlumat verməklə verdiyi 296 saylı xx.xx.2018-ci il tarixli Sərəncamı qüvvədən düşmüş hesab etmişdir.
51. Sərəncamda göstərilir:
1. Rayonun Təbriz Həsənoğlu və A.M.Cumə küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinə başlanılması məqsədilə "X1"xxxx"X1' MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbul etsin və onu sanitar vəziyyətinə nəzarət etsin; 2.2 Ayrılmış torpaq sahəsinə "X1" MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilsin. 2.3. Ərazinin və obyektin memarlıq planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırsın: 2.4.Tikinti işlərinə Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza idarəsindən xüsusi rəy alınması: 2.5. Layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə. Baş Plan işlənməzdən əvvəl RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətlərinin köçürülməsi.
5. Bu sərəncam ilkin olaraq yalnız layihələndirmə üçün əsasdır.
52. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi qərarında iddiaçı tərəfindən sərəncamın icrası üçün heç bir iş görməyərək yol verdiyi kobud pozuntu hallarını nəzərə almadan, Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №-li Qərarının tələblərinin və bu qərara tam müvafiq olaraq Nərimanov İcra Hakimiyyəti başçısının İddiaçı MMC-yə verdiyi 296 saylı xx.xx.2018-ci il tarixli Sərəncamında göstərilənlərin yerinə yetirilməməsinə heç bir qiymət verməyərək, guya sərəncamın verilməsindən sonra keçən müddətin bu işlərin yerinə yetirilməsi üçün yetərli hesab etməyərək belə bir səhv nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının dəqiqləşdirilmiş iddia tələbi təmin olunmalıdır. Məhkəmə həmçinin qeyd olunan Sərəncamın 5-ci bəndinin “Bu sərəncam ilkin olaraq yalnız layihələndirmə üçün əsasdır” tələbinin də yerinə yetirilməyərək, iddiaçı tərəfindən keçən uzun müddət ərzində layihələndirmə işlərinin həyata keçirilmədiyinə görə sərəncamın artıq hüquqi qüvvəsini itirməsini də nəzərə almamışdır. 53. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə Nərimanov RİH başçısının qəb ul etdiyi inzibati aktın - 296 saylı sərəncamın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcəyini, inzibati aktın qəbulu üçün əsas olmuş şəraitin dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qüvvədən salmağa haqlı olduğunu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda bir il ərzində ləğv edilə biləcəyini nəzərə almamışdır. b. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri
54. Apellyasiya instansiyası məhkəməsi yol verdiyi maddi və prosessual p ozuntuların məntiqi nəticəsi olaraq faktları düzgün araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, nəticə etibarı ilə “İnzibati icraat haqqında” Qanunun 28.1.2, 36.3, 5.1.1, 58.1, 58.2, 58.3, 61.1, 61.2, 67.1, 67.2 maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1, 6.9, 157.8, 157.1.2, 158.2-ci maddələrini və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1, 70.1 maddələrini tətbiq etməli olmadığı halda tətbiq etmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 6.8, 6.9cu bəndlərini, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsini (75.3.1, 75.3.2, 75.3.3, 75.3.4), “Ətraf m ühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (3MTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyini, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanının əsasən 4.7-1 maddəsini (4.7-1.2.1., 4.7-1.2.2.) tətbiq etməli olduğu halda tətbiq etməmiş bununla da qanunsuz və əsassız qərar çıxarmışdır.
55. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88, 217, 218-ci maddələrinin tələblərini pozmuşdur.
56. İşə baxan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda göstərilən tələblərini pozmuş, faktlara və sübutlara, tərəfimizdən təqdim edilmiş hüquqi dəlillərə qərar çıxararkən düzgün qiymət verməmiş, öz qərarını qüvvədə olan maddi hüquq normalarına uyğun əsaslandırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tərəflər arasında mövcud olmuş qarşılıqlı münasibətlərə və iş üzrə həqiqi hallara uyğun olmamışdır.
57. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh başçısının 296 saylı xx.xx.2018-ci il tarixli Sərəncamın 2-ci bəndi ilə iddiaçının üzərinə qoyulmuş vəzifələr (torpaq sahəsinin yerində qəbul edilməsi və onun sanitar vəziyyətinə nəzarət edilməsi; ayrılmış torpaq sahəsinə iddiaçı tərəfindən qanunda nəz ərdə tutulmuş qaydada istifadə hüququnun əldə edilməsi; ərazinin və obyektin memarlıqplanlaşdırma həllinin layihələndirmə ərəfəsində RİH ilə razılaşdırılması; layihəyə Fövqəladə Hallar Nazirliyinin Təsisatdan kənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəyin alınması; layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətlərinin aşkar edildiyi təqdirdə, Baş Plan işlənməzdən əvvəl RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətlərinin köçürülməsi, rayonun Təbriz küçəsi 83, 85; Həsənoğlu küçəsi 12, 12a, 14, 14a, 16, 16a, 83a, 85a və A.M.Cümə küçəsi 11, 11a nömrəli yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə, müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi) adı çəkilən sərəncamda nəzərdə tutulmuş tikinti obyektlərinə müvafiq icazənin alınması üçün müəyyən olunmuş ilkin və əlavə şərtlər qismində qiymətləndirilməmişdir. İddiaçı tərəfindən hansı şərtlərin icra olunması, hansıların isə yerinə yetirilməməsi və bunun səbəbləri ilə bağlı hallar yoxlanılmamış, həmin hallar qərarın qəbulu zamanı nəzərə alınmamışdır. Sərəncamın verildiyi tarixdən uzun müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən hazırkı tarixə müvafiq sənədləşdirmə və razılaşdırma işlərinin başa çatdırılmaması, əhalinin köçürülməsinə, ərazinin hasara alınmasına və tikinti işlərinə başlanılmaması, ümumiyyətlə təqdim olunmuş layihələrin şəhərsalma prinsiplərinin və tikinti sıxlığına dair tələblərin pozulması səbəb olmuşdur. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna xidmət edən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Üçüncü şəxsin kassasiya şikayətinə əlavə:
58. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli sərəncamı ilə "xxxx" QSC-yə ayrılmış 2,7520 hektar torpaq sahəsində - Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binalar sökülərək yerində müasir tipli yeni yaşay ış binaları və qeyri-yaşayış sahələri inşa edilmişdir. İnşa edilmiş yeni binalar istismara qəbul edilərək 500-dən artıq sakin yeni mənzillərinə köçürülmüşdür. Hazırda sakinlərə mənzillərə dair çıxarışlar verilməkdədir. Göründüyü kimi qüvvədən düşmüş Cavabdeh başçısının 296 saylı xx.xx.2018-ci il tarixli Sərəncamı ilə iddiaçıya vaxtı ilə ayrılmış torpaq sahəsinin bir hissəsi ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-ci il tarixli sərəncamı ilə üçüncü şəxs "xxxx" QSC-yə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyü (4,44 ha - 2,7520 ha =1,688 ha) müəyyən edilir. Qeyd edilməlidir ki, 356 saylı xx.xx.2018-ci il tarixli sərəncamın ləğvi həmin ərazidə köçürülən şəxslərin bütün hüquqlarını pozur, Bakı şəhər İcra Hakimiyyəti başçısının 55 saylı xx.xx.2020-ci il tarixli sərən camın yerinə yetirilməsini mümkünsüz edir.
59. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yol verdiyi maddi və prosessual pozuntuların məntiqi nəticəsi olaraq faktları düzgün araşdırmamış, sübutlara düzgün qiymət verməmişdir. c. İddiaçının etirazının dəlilləri
60. Cavabdeh tərəfindən İddiaçıya heç bir bildiriş, xəbərdarlıq edilmədən, hər hansı irad bildirilmədən, xx.xx.2018-ci il tarixdə onun adına verilmiş sərəncam ləğv edilir və bu barədə iddiaçıya məlumat verilmir. Cəmi 2 ay yarım keçmədən, iddiaçıya xəbərdarlıq etmədən, hər hansı məhkəmə qərarı olmadan cavabdehin özbaşına iddiaçı şirkətin adına verilən sərəncamının ləğv etməsi heç bir ağıla, məntiqə sığınmır. Halbuki göstərilən tarixdən sonrada iddiaçı tərəfindən ərazidə, cavabdeh və digər müvafiq təşkilatlarla birgə müvafiq işlər g örülmüşdür. Sərəncamın ləğv olunması iddiaçıya bildirilməmiş, gizli saxlanmışdır.
61. Kassasiya şikayətində cavabdeh göstərir ki, iddiaçı tərəfindən sərəncamda göstərilənlərə uzun müddət əməl olunmadığı səbəbindən sərəncam ləğv edilmişdir. Cəmi 2 ay 15 gün müddətində layihə hazırlanıb, ekspertizadan keçirilib təsdiq edilməsi, mühəndis kommunikasiya xətlərin müəyyən edilməsi, yerin ekoloji xüsusiyyətlərin öyrənilməsi, mülkiyyətçiləri ilə danışıqlar apararaq ilkin razılaşmalar əldə edilməsi, müqavilələrin bağlanılması, ərazinin hasarlanması və s. hərəkətlərin həyata keçirilməsi, bəlkə ölkəmizin tarixində ilk dəfə olaraq iddiaçı tərəfindən belə sürətlə işlər həyata keçirilmişdir. Müqayisə üçün, cavabdehin nümayəndəsindən dəfələrlə məhkəmə iclaslarında tələb edərək, başqa adına sərəncam verilə n bir şirkətin göstərilən müddət zamanında iddiaçı tərəfindən görülən işlər qədər iş gördüyünü təsdiqləyən bir nümunə təqdim edilməsini istənilsə də, lakin belə bir oxşar hal göstərə bilməmişlər.
62. Halbuki, Bakı Şəhər Cavabdeh başçısının 296 saylı, xx.xx.2018-ci il tarixli sərəncamında da göstərilir ki, 5 il müddətinə mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının sökülməsi və yeni çoxmənzilli binaların inşa edilməsi həyata keçirilməlidir.
63. Göründüyü kimi, iddiaçı tərəfindən göstərilən müddət yox, heç 5 ay belə buraxılmamışdır. Digər tərəfdən, torpaq sahəsi ilə bağlı "xxxx" MMC ilə icarə müqaviləsi bağlanılması bir qayda olaraq bütün analoji sərəncamlarda ən azı 3 ay müddət müəyyən edilir, baxmayaraq ki, hazırkı sərəncamda belə bir müddət müəyyən edilməmişdir.
64. Ha zırda 4 ilə yaxın müddətdə keçən məhkəmə dövrü ərzində cavabdeh hər hansı əsas, sübut ortaya qoymamış, hətta cavabdeh tərəfindən iddia tələbinə qarşı heç bir yazılı etiraz verilməmiş, heç bir inzibati icraatın aparılmasını təsdiqləyən sənəd məhkəmələrə təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ 65. “İnzibati icraat haqqında” Qanun: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdı r. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
66. İnzibati Prosessual Məcəllə: Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apel lyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
67. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
68. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
69. Şikayətlər aşağıdakı səbəblərə görə təmin oluna bilməzlər.
70. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayə t edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
71. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
72. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməs inin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
73. Ali Məhkəmənin yuxarıda qeyd olunmuş hüquqi mövqeyinə görə, şəxsə münasibətdə qəbul edilmiş əlverişli qərarın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən məhkəmə, cavabdeh tərəfindən həmin sərəncamın qəbulu üzrə icraatın təzələndiyini, təzələnmiş inzibati icraatda maraqlı şəxsin icraata cəlb edildiyini və onun dinlənilmə hüququnun təmin olunduğunu və qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni sərəncamın qəbul edildiyini yoxlamalıdır. Lakin cavabdeh tərəfindən qeyd edilən prosedur qaydalara əməl olunduğu iş üzrə materiallardan görünmür. Halbuki “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş prosedur qaydalar və tələblər şəxsi müdafiə funksiyas ına da malikdir və bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
74. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq aparılmış araşdırma nəticəsində müəyyən etmişdir ki, cavabdeh tərəfdən əvvəlki sərəncamın ləğv edilməsini nəzərdə tutan və iddiaçı tərəfindən mübahisələndirilən sərəncam inzibati icraat haqqında hüquq normalarının tələblərinə uyğun qəbul olunmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 36.3-cü maddəsi nəzərdə tutur ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqa n həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur.
75. Həmin sərəncamı qəbul edərkən cavabdehin inzibati orqan olaraq inzibati icraat başladığı və bu barədə iddiaçıya bildiriş göndərdiyi, onu xəbərdar etdiyi və onun inzibati icraatda iştirakını təmin etdiyi sübuta yetirilmir. Belə ki, bununla bağlı cavabdeh tərəfindən həm əvvəlki mərhələdə, həm də hazırkı icraatda məhkəməyə hər hansı bir sənəd-sübut təqdim olunmamışdır.
76. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırı lmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin normaların tələblərinə əməl olunmamışdır.
77. Beləliklə, şikayətin təmin oluna bilməməsi, ilk növbədə cavabdehin mübahisələndirilən qərarının qanunsuz olmasından və iddiaçının hüquqlarını pozmasından irəli gəlir (İPM-in 70.1-ci maddəsi). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (“İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsi) və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır.
78. Apellyasiya inst ansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətlərin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
79. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-241/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.