Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-198/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 65 yaşdan yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiya sının təyin olunması və ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)-289/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İT–İ ******* nömrəli, xx.xx.1979-cu il tarixli əmək kitabçasına əsasən, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddət aşağıdakı kimidir: xx.xx.1977 –xx.xx.1979 (2 il 3 ay 4 gün), xx.xx.1980 – xx.xx.1999 (18 il, 5 ay 22 gün), xx.xx.1979 – xx.xx.1980 (3 ay, 6 gün), xx.xx.1972 – xx.xx.1977 (4 il, 10 ay, 12 gün).
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “X2 və Emal Birliyi” MMCnin xx.xx.2021-ci il tarixli arayışı, xx.xx.2022-ci il tarixli məktubu və ona ə lavə edilmiş sənədləri ilə müəyyən olunmuşdur ki, iddiaçı Zərdab rayonu camışçılıq sovxozunun hüquqi varisi olan “X2 və Emal Birliyi” MMC-də saxlanılan əmr kitablarına əsasən iddiaçı 1971-ci il 15 avqust tarixli 120 №-li əmrlə Zərdab rayonu camışçılıq sovxozunda tikinti sahəsinə fəhlə işinə təyin edilmiş, həmin tarixdən fasiləsiz işləyərək 1972-ci il 21 may tarixli 72 №-li əmrlə işdən azad edilmişdir.
3. Azərbaycan Memarlıq və İnşaat Universitetinin xx.xx.2021-ci il tarixli əmrdən çıxarışı ilə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1972-ci il tarixli əmrlə C.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsinin əyani şöbəsinə qəbul olmuş, xx.xx.1977-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunun Nəqliyyat fakültəsinin əyani şöbəsinin tam kursunu bitirmiş və Dövlət İmtahan K omissiyasının qərarı ilə ona “mühəndis-mexanik” ixtisası verilmişdir.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
5. Cavabdeh 11 noyabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Zərdab rayonu “Camışçılıq sovxozu”nda işləməyinə dair arayış təqdim etsə də, həmin illər əmək kitabçasında qeyd edilməmişdir. Bu səbəbdən də həmin illərin sosial sığorta stajına daxil edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 7 dekabr 2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Zərdab rayonu ca mışçılıq sovxozunda tikinti sahəsində fəhlə işlədiyi illəri sosial sığorta stajı kimi müəyyən edərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması və hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı, əmək kitabçasını, diplomunu və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “X2 və Emal Birliyi” MMC-nin müvafiq arayışını cavabdeh orqana təqdim edərək həmin sənədlərdə qeyd edilən müddətin nəzərə alınaraq, 65 yaşının bitdiyi tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçının 25 ildən ümumi iş stajı mövcud olmuşdur.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək i ddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, 2006-cı il 1 yanvar tarixənədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Beləliklə, qeyd edilənə əsasən iddia təmin edilməməlidir.
9. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-587/2022 nömrəli qərarı ilə (hakim X4) iddia təmin edilmiş, iddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Zərdab rayonu camışçılıq sovxozunda tikinti sahəsində fəhlə işlədiyi illəri sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı vaxtdan – xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2020-ci il tarixdə yaranmışdır. Bundan başqa, İT– İ ******* nömrəli, xx.xx.1979-cu il tarixli əmək kitabçasında iddiaçının ümumilikdə əmək stajı 25 il 10 ay 14 gün qeyd edilmişdir. İddiaçının Zərdab rayonu camışçılıq sovxozunda xx.xx.1971 - xx.xx.1972-ci il tarixdə işlədiyi müddət (9 ay 6 gün) əmək kitabçasında qeyd edilmədiyinə görə qəbul edilməmişdir. İddiaçının Zərdab rayonu camışçılıq sovxozunda işləməsi, işdə olan arayışla və əmrdən çıxarışla tam sübuta yetirilir. Əmək kitabçasında lazım olan qeydlər olmadıqda müvafiq sənədlərin əmək stajını təsdiqedici sənəd kimi qəbul edilməsi istinad olunan “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndində birmənalı olaraq qeyd edilmişdir. Odur ki, həmin illərin sosial sığorta stajına daxil edilməməsi ilə bağlı cavabdehin etirazının dəlilləri tamamilə əsassızdır. Mübahisələndirilməyən 24 il 4 ay 9 gün müddətlə Zərdab rayonu camışçılıq sovxozunda iddiaçının işlədiyi 9 ay 6 gün müddət toplandıqda yaranan 25 il 1 ay 15 gün staj, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)-289/2022 nömrəli qərarı ilə (hakimlər: X1-sədrli k edən və məruzəçi, X6 və X3) Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddiaya qarşı etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, ona xx.xx.2014-cü il tarixdən ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya ikinci dərəcə əlilliyə görə əmək pensiyası xx.xx.2021-ci il tarixədək ödənilmişdir. Şəki Apellyasiya Məhkəməsi t ərəfindən iddiaçıya əlilliyə görə əmək pensiyası aldığı bir vaxtda yasa görə əmək pensiyasının təyin edilməsi ilə qanunvericiliyin tələbləri kobud səkildə pozulmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 18. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və k ooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmi n sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiy ası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin göstərilməlidir. əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzi bati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qə rarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
27. İş materialları ilə müəyyən olunur ki, iddiaçı Zərdab ray onu camışçılıq sovxozunun hüquqi varisi olan “X2 və Emal Birliyi” MMC-də saxlanılan əmr kitablarına əsasən 1971-ci il 15 avqust tarixli 120 №-li əmrə əsasən Zərdab rayonu camışçılıq sovxozunda tikinti sahəsinə fəhlə işinə təyin edilmiş, həmin tarixdən fasiləsiz işləyərək 1972-ci il 21 may tarixli 72 №-li əmrə əsasən işdən azad edilmişdir.
28. İddiaçıya əvvəllər əlilliyə görə əmək pensiyası təyin edildiyinə və bu faktın apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmadığına dair dəlilə gəldikdə, cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materialları ilə müəyyən edilir ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, “Əmək pensiyaları haqqında” Qanunun 34.1-ci maddəsi nə əsasən, əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. İddiaçının da hazırkı məzmunda tələbi həmin normanın məzmunundan irəli gəlir və iddiaçı ona hüququnun yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsini, buradan, əlilliyə görə təyin edilmiş əmək pensiyasının yaşa görə əmək pensiyası ilə əvəzlənməsini tələb edə bilər.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(107)-289/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.