Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1980/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRAR Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı gü zəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi məhkəmə qaydasında təyin olunmasını və həmin qərarın icrasının cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-947/2020 nömrəli iş üzrə 18.06.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 07 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyina t üzrə Mərkəzi Filialına qarşı onun 28 iyul 1980-ci ildən 20 dekabr 1993-cü ilədək çalışdığı (daş üzərində oymaçı) peşəsinin, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi məhkəmə qaydasında təyin olunmasını və həmin qərarın icrasının cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1978-ci ildə 84 saylı Texniki Məktəbin gündüz bölməsinə qəbul olub, təhsilini orda əyani davam etdirmişdir. 17 iyul 1980-ci ildə o, həmin məktəbi bitirib, Respublika xüsusi elmi bərpa istehsalat idarəsində, daş üzərində oymaçı vəzifəsində çalışmışdır. 1993-cü ilin dekabr ayının 20-nə qədər eyni idarədə çalışmışdır. O, pensiya almaq üçün Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə müraciət etmiş, lakin, oradan onu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə yönləndilmişlər. Oradan onun müraciəti əsasında 04 iyul 2019-cu il tarixli, **********2 saylı imtina məktubu vermişlər lakin, buna baxmayaraq 20.05.2019-cu il tarixli 79-02-R-6 saylı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin verdiyi cavaba əsasən onun işlədiyi peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin siyahısına daxil olduğu qeyd olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin 19.08.2019-cu il tarixli,2-1(82)-3018/2019 nömrəli (sədrlik edən hakim Etibar Mustafa yev) qərardadı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “iddiaçının 28 iyul 1980-ci ildən 20 dekabr 1993-cü ilədək çalışdığı (daş üzərində oymaçı) peşəsinin, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi məhkəmə qaydasında təyin olunması və həmin qərarın icrasının cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə ilə bağlı iş ərazi aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin 10.12.2019-cu il tarixli,2-1(81)-4367/2019 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddia tələbinin təmin edilməsi, Nazim Abasqu li oğluRəcəbova yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 8-ci, Azərbaycan Respublikası Konstitusiyasının 38, 60 və 149-cu maddələrinə, Azərbaycan Respublikası «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü məddəsinin «b» bəndinə və həmin maddəyə 13.06.1997-ci il tarixli 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (13.06.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci m addələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə, Azərbaycan Respublika "Hərbi qulluqçuların pensiya təminatı haqqında" və "Əmək pensiyaları haqqında" Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli qərarınaəsaslanaraq iddiaçının 03.06.2018-ci il tarixdə iddiaçının 57 yaşı olmuş, onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Bununla da, o, “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmə k pensiyası hüququ qazanmışdır. Bu səbəbdən də, ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olan (01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququ olduğuna dair nəticəyə gəlmişdir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra m ətndə apelyasiya instansiyası məhkəməsi) 18.06.2020-ci il tarixli, 2-1(103)-947/2020 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Həmid Həmidov) qərarı ilə birinci instansiya məhkəməsinin2-1(81)-4367/2019 nömrəli iş üzrə 10.12.2019-cu il tarixli qərarının dəyişdirilməsi, qərarın nəticə hissəsində “yaşa görə” sözləri “03 iyun 2018-ci il tarixdən, 57 yaşdan yaşa görə” sözləri ilə əvəz edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılması, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin apelyasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci, 01.01.2006-c ı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında» Qanununun 3.1, 3.1.1, 3.1.2, 3.2, 3.2.1, 4.1.9, 4.1.10, 4.1.11-ci, 01.01.2006-ci il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında"Qanununun 13.06.1997-ci il tarixli 321nömrəli Qanunla dəyişiklik edilənə qədər01.08.1997-ci il tarixadək qüvvədə olan redaksiyada 13-cü maddasinə əsaslanaraq iddiaçının əmək kitabçasından müəyyən olunduğu kimi, o, 01.01.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olmuşdur. Apel yasiya şikayətinin 2 nömrəli Siyahının 2010100a-12690 koduna istinadı isə ümumiyyətlə anlaşılmazdır. Çünki, iddiaçı haqlı olaraq 2290000a-12690 kod üzrə peşədə işlədiyini irəli sürüldüyünə dair nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,əmək kitabçasına əsasən iddiaçının 28.07.1980-ci ildən - 20.12.1993-cü il tarixədək işlədiyi “daşyonan” peşəsi yuxarıda qeyd edilən Qərardakı peşə ilə üst-üstə düşmür. Hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 18.06.2020-ci il tarixli, 2-1(103)-947/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 18.06.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 18.06.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahis ə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, əmək kitabçasına əsasən iddiaçının 28.07.1980-ci ildən - 20.12. 1993-cü il tarixədək işlədiyi “daşyonan” peşəsi yuxarıda qeyd edilən Qərardakı peşə ilə üst-üstə düşmür. Hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur, 01.11.1978-ci ildə məktəbə daxil olmuş, 17.07.1980-ci ildə üçüncü dərəcəli daş üzərində oyma ixtisası üzrə tam kursu bitirmişdir. İddia çı 28.07.1980-ci il tarixdən əmək fəaliyyətinə başlamış, həmin tarixdən 20.12.1993-cü il tarixədək Azərbaycan SSR-i Mədəniyyət Nazirliyinin Xüsusi X1 daşyonan vəzifəsində işləmişdir, hal-hazırda da başqa iş yerində əmək fəaliyyətinə davam edir. 01.01.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Münasibətlərin yarandığı dövrdə qüvvədə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.20 17-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Həmin qaydaların 3.1.2-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; Həmin qaydala rın 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Həmin qaydaların 4.1.9-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Həmin qaydaların Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 0 1.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin qaydaların 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Həmin qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək mü qaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı i lə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ v erən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra - 2 nömrəli Siyahı) üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı madd ənin üçüncü, dördüncü, beşinci, abzaslarından nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Həmin qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İstinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə xüsusi iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olmalıdır. İş materiallarından isə göründüyü kimi, iddiaçının 28.07.1980-ci il tarixdən 20.12.1993-cü il tarixədək çalışdığı dasyonucu peşəsi (XXVİİ - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - 2290000a12690 - daş emalı müəssisələrində (sexlərində, sahələrində) və monumental heykəltaraşlıq müəssisələrində mərməri və qraniti əl ilə emal etməklə, məşğul olan daşyonucuları) 2 nömrəli Siyahı ilə güzəştli şərtlərlə pensiya hüququ verən işlərə aid edilmişdir. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati K ollegiyası hesab edir ki, iddiaçı 01.01.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olmuş və onun 2290000a-12690 kod üzrə peşədə işlədiyi faktı iş materiallarında öz əksin tapmışdır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 18.06.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 18.06.2020-ci il tarixli, 21(103)-947/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1980/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1980/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver