Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1980/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı qanuni nümayəndəsi X1, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyul tarixli, 2-1(103)-1267/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 29 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hə r tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeyd olunmuş kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə bu maddədə göstərilən sığorta stajı olduqda, həmçinin həmin Qanunun 14.1.1.1-ci maddəsinə əsasən 18 yaşına çatmamış uşaqların ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Təqdim olunmuş sənədlərdən göründüyü kimi X2 tələb olunan 8 il 8 ay sığorta stajının yoxlanılması mümkün olmadığı üçün ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi qanunvericilik tələbləri baxımından uyğun hesab olunmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 26 oktyabr tarixdə Bakı İ nzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona ailə başçısını itirməyinə görə əmək pensiyasının təyin edilməsini, əmək pensiyasının yarandığı vaxtdan hazırkı vaxta qədər əmək pensiyasının hesablanmasını və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün cavabdehə 2020-ci il 9 fevral tarixdə rəsmi ərizə ilə müraciət etmişdir. Müraciətinə 2020-ci il 29 sentyabr tarixli, **********34 saylı məktubla cavab verilərək bildirilmişdir ki, təqdim olunmuş sənədlərdə X2 tələb olunan 8 il 8 ay sığorta stajının yoxlanılması mümkün olmadığı üçün ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi müm kün olmamışdır. İmtina əsassızdır. Belə ki, X4 2020-ci il 21 iyun tarixdə Sumqayıt şəhərində ölmüşdür. O, uzun illər müxtəlif vəzifələrdə işləmişdir. Ərinin 8 il 8 ay iş stajının cavabdeh orqan tərəfindən yoxlanılmasının mümkün olmaması ona ailə başçısını itirməyə görə pensiya təyin olunmasından imtina üçün əsas ola bilməz. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz və ona əlavə təqdim etmişdir. Etirazda və ona edilmiş əlavədə göstərilmişdir ki, iddia əsassızdır. Belə ki, “Əmək Pensiyaları haqqında” Qanunun 14 və 17-ci maddələrinin tələblərinə görə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün mərhum ərinin 8 il 8 ay sığorta stajı olmalıdır. Lakin mərhumun əmək kitabçasında iş yeri ilə bağlı qeyd edilən “Azərmənzilsənayetikintitəm ir” Birliyi Füzuli 1 nömrəli Təmir-Tikinti Trestinin dəqiqləşdirilməsinə zərurət yaranmış və aidiyyəti sorğular verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2020-ci il 8 dekabr tarixli, **********32 nömrəli məktubunda, həmçinin, Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli filialının 2020-ci il 8 dekabr tarixli, 13 nömrəli məktubunda sözügedən müəssisə barəsində müvafiq olaraq hər hansı məlumatın olmadığı və hər hansı bir sənədin təhvil verilmədiyi göstərilmişdir. Bu səbəbdən də mərhumun tələb olunan sığorta stajı müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 202 0-ci il 9 fevral tarixli, 2-1(112)-2317/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, mərhum 1978-ci il 22 avqust təvəllüdlü X3 qızı - 2009-cu il 29 yanvar təvəllüdlü İddiaçına ailə başçısını itirməyə görə hüququnun yarandığı vaxtdan əmək pensiyasının təyin edilərək, ödənilməsi öhdəliyi cavabdeh həvalə edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasını həyata keçirən müvafiq vergi orqanından məhkəməyə göndərilmiş təsis sənədlərindən görünür ki, mərhum ailə başçısının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə işlədiyi müəssisə qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatından keçməklə fəaliyyət göstərmiş və mərhumun əmək kitabçasında sonuncunu işə götürən (işdən azad edən ) kimi əmrləri imzalamış şəxs həmin sənədlərdə müəssisənin rəhbəri kimi qeyd olunmuşdur. Digər tərəfdən, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
8. Cavabdeh həmin qərardan apellyasiya şi kayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyul tarixli, 2-1(103)-1267/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 9 fevral tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda v ə iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə tərəfindən X2 'Azmənzilsənayetikintitəmir” Birliyi Füzuli 1 nömrəli TəmirTikinti Trestində işlədiyi dövrlər tam araşdırılmamışdır. Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 2020-ci il 28 dekabr tarixli məktubda sözügedən idarənin VÖEN-i (**********) mövcud olsa da, hal-hazırda fəaliyyət göstərmədiyi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəssisənin mövcudluğu ilə eyni zamanda şəxsin həmin müəssisədə işləyib-işləməməsi, əmək haqqı barədə sübutların toplanılması da araşdırılmalıdır. Belə ki, şəxsin işləməsi faktı müvafiq arxiv arayışları yaxud da müəssisənin daxili əmr, əmək haqqı cədvəlləri və digər sənədlərlə müəyyən edilir. “Əmək pensiyaları haqqında” qan unun 31.2-1-ci maddəsində “sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda...” qeyd edilmişdir. Lakin Füzuli rayon Dövlət Arxiv idarəsinin 2020-ci il 8 dekabr tarixli arayışına əsasən Füzuli 1 nömrəli TəmirTikinti Trestinin sənədlərinin arxivə təhvil verilmədiyi göstərilmişdir. Yəni arxivdən vətəndaşın işləməsinə dair heç bir əmr və yaxud əmək haqqı cədvəlləri müəyyən etmək mümkün olmamışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
14. İddiaçı qanuni nümayəndəsi məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmə k pensiyaları haqqında” Qanun: Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə;... Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 20. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənil məsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 21. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
20. Cavabdeh təsdiq edir ki, iddiaçı ya (mərhumun övladına) ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün onun mərhum atası X2 8 il 8 ay sığorta stajının olması tələb olunur.
21. Mərhum A.Həsənovun əmək kitabçasının məlumatlara əsasən, o, 1995-ci il 20 oktyabr tarixdən 1998-ci il 10 iyul tarixədək Azərbaycan Respublikası Prokurorluğunun Təsərrüfat xidmətində fəhlə, 1998-ci il 11 sentyabr tarixdən 1998-ci il 6 oktyabr tarixədək Respublika Prokurorluğu İstintaqa nəzarət idarəsində mütəxəssiskompyuterçi, 1998-ci il 7 oktyabr tarixdən 2000-ci il 1 iyul tarixədək və 2001-ci il 18 iyul tarixdən 2004-cü il 28 dekabr tarixədək “Azərmənzilsənayetikintitəmir” Birliyinin 1 nömrəli Təmir-Tikinti Trestində hüquq məsləhətçisi vəzifəsində işləmişdir. Əmək kitabçasına əsasən cəmi iş stajı 7 il 11 ay 23 gün təşkil edir. Bundan başq a, iddiaçının mərhum atasının 2000-ci il 10 iyul tarixdən 2001-ci il 16 iyul tarixədək hərbi xidmət dövrü (1 il 7 gün) də nəzərə alındıqda, onun sosial sığorta stajı cəmi 9 il təşkil edir.
22. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
23. Göründüyü kimi, inzibati orqan arayış və aktda göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrl ərini qəbul etməyə bilərdi.
24. Beləliklə, stajla bağlı şərt hazırkı işdə ödənilmişdir.
25. Cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə istinada gəldikdə, normanın məzmunundan göründüyü kimi, həmin norma pensiya təyin edən orqanın vəzifəsini müəyyən etməklə - sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda, bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün - yəni əlavə araşdırma aparılmadan (Qanunun 31.2-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddəti gözləmədən) baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilməsini nəzərdə tutur. Başqa sözlə, arxiv arayışının olması yalnız müraciətə baxılma müddətini q ısaldır, lakin həmin arayışın olmaması əmək kitabçasındakı məlumatların mötəbərliyini özüözlüyündə aradan qaldırmır.
26. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyul tarixli, 21(103)-1267/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.