Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1980/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər in Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2022-ci il tarixli, 21(103)-1690/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 013893 saylı xx.xx.2018-ci il tarixli vəsiqəyə əsasən iddiaçı ikinci qrup əlildir.
2. İT-İ seriyalı ******* saylı xx.xx.1980-cı il tarixli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1985-ci ildə “Azərelektoişıq” İBnin lüminesset lampaların yığılma sexinə montaj aparatını sazlayan fəhlə şagirdi qəbul edilmiş, xx.xx.1985-ci ildə lüminesset lampaların yığılma sexinə 3-cü dərəcəli montaj s/aparatını sazlayan fəhlə dərəcəsi veri lmiş, xx.xx.1986-cı ildə işdən azad edilmiş, xx.xx.1987-ci ildə 4 nömrəli anbara ekspeditor vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə əmtəəşünas vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə 4 nömrəli anbara ekspeditor vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı ildə 4 nömrəli yeməkxanaya anbardar vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci ildə həmin yeməkxanada müdir və anbardar vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmiş, xx.xx.1993-cü ildə Bakı mal-qara tədarükü və emalı istehsalat elm birliyində əməyin və əmək haqqının təşkili şöbəsinə müvəqqəti əmək üzrə 2-ci dərəcəli iqtisadçı təyin olunmuş, xx.xx.1993-cü ildə işdən azad olunmuş, xx.xx.1993-cü ildə “Paklıq” ictimai, siyasi, ədəbi və hüquq qəzetində müxbir vəzifəsinə qəbul edilmiş, xx.xx.1993-cü ildə işdən azad olunmuş, xx.xx.1994- cü ildə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2701 avtomobil dəstəsinə maşın ehtiyat hissələri anbarına anbardar vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü ildə işdən azad olunmuşdur.
3. İddiaçı cavabdehə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi xahiş etmişdir. Cavabdeh tərəfindən **********2 saylı 21 dekabr 2020-ci il tarixli imtina məktubu ilə onun tələbi təmin olunmamış və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci və 1.0.18-ci maddələrinə istinad olunaraq iddiaçının təqdim etdiyi xx.xx.1980-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasına əsasən sığorta stajının xx.xx.2006-cı il tarixinə kimi 13 il 11 ay olmasına baxmayaraq, xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1925,07 manat tələb olunan pensiya kapitalından (14301,20 manatdan) azdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2009-cu il tarixdə İran İslam Respublikasında açıq ürək əməliyyatı keçirmiş, üç ürək damarını dəyişmişlər, lakin əməliyyat uğursuz olduğundan və qanaxmanı durdura bilmədiklərindən həmin gün yenidən əməliyyat olmuş, bir gündə iki dəfə əməliyyata məruz qalmışdır. Bu da iddiaçının səhhətini artıq tam yararsız hala salmışdır. İddiaçı hiperton iya xəstəsi olmuş, yüksək təzyiqlə və təngənəfəslik, ürək çırpıntıları ilə yaşayır. 2017-ci ilin oktyabr ayında yüksək təzyiqlə infarkt keçirmiş, aldığı müalicələr səhhətində heç bir irəliləyişə səbəb olmadığından, həkimlərin qərarı ilə həmin ilin noyabr ayında X1 yenidən açıq ürək əməliyyatı keçirmiş və yenidən ürək damarlarını dəyişmişlər. Əməliyyata alınmazdan öncə təzyiq və ürək çatışmazlığı ilə bərabər həm də, şəkərli diabetə də tutulduğu aşkar olunmuşdur. 2-ci qrup şəkər xəstəsidir, keçirdiyi əməliyyatlar və mübtəla olduğu xəstəliklərdən sonra əmək qabiliyyətini itirmişdir. Hal-hazırda beş müxtəlif növdə ömürlük dərmanlar qəbul edir, dərmanların qiyməti 150-200 manat təşkil edir. Hər iki aydan bir müayinəyə gedir, onlara vəsait tələb olunur və özü də, kirayə mənzildə yaşayır. Həm m addi, həm mənəvi sıxıntıları var. Maddi durumunun olmaması həyat şəraitinə də öz təsirini göstərir. 09 avqust 2018-ci il tarixdən 2-ci qrup əlildir. xx.xx.2018-ci il tarixdən ona 2-ci qrup əlillik sosial müavinət 61 manat ayrılmışdır. Bundan əlavə əmək müavinəti ala biləcəyi ümüdi ilə Suraxanı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi idarəsinə dəfələrlə müraciət etmiş, ona əmək müavinəti təyin edilməsini xahiş etmişdir. 2000-ci ildən bu günə kimi DSMF-nə təqribi pul ödənişləri olmuş və hal-hazırda aylar üzrə ödəmələr davam edir. Dəfələrlə Azərbaycan Respublikasının Prezidentinə həm müxtəlif şikayət etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə 3 dəfə poçt vasitəsi ilə, 2 dəfə elektron müraciətlər etmiş, lakin heç bir nəticəsi olmamışdır.
6. Cavabdeh məhkəm əyə iddiaya dair yazılı etiraz və etiraza əlavə təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına İmkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixindən etibarən 2 şərtə uyğun gəlməsi tələb olunur. 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərti eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçiyə DSMF-in İİ qrup əlilliyə görə əmək pensiyasının təyinindən imtinası qanuni və əsaslı olacaqdır. İşin mübahisələndirilən halı iki hissədən ibarətdir. İddiaçının sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsinə müvafiq olan pensiya kapitalı. “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq iddiaçıya münasibətdə qanunla tələb olunan sosial sığorta stajı 56 il (yas) - 15 il (əmək qabiliyyəti olmadığı yas dövrü) = 41 il (əmək qabiliyyətli yaş dövrü), 41 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 164 ay, 164 ay: 12 ay = 13 il 06 ay təşkil edir. Qeyd edilən hesablamadan da göründüyü kimi, iddiaçının əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq tələb olunan sosial sığorta stajı 13 il 06 aydır. İş materiallarına əlavə edilən iddiaçıya məxsus ******* saylı əmək kitabçasından göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi bütün dövrlər nəzərə alındıqda onun sosial sığorta stajı ümumilikdə 23 il 11 aydır. İddiaçının sosial sığorta stajı ilə bağlı işin mübahisələndirilən halı iddiaçının xx.xx.1994 - xx.xx.2003-cü illər ərzində "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2701 Avtomobil Dəstəsi”ndə işlədiyi dövrdür. Belə ki, işin mübahisələndirilən halı ilə bağlı lazımi qurumlara müvafiq sorğularla müraciət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərinin Dövlət Qeydiyyat İdarəsinin 08 iyul 2021-ci il tarixli məktubunda İdarədə olan reyestrdə “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2701 Avtomobil Dəstəsi” adlı kommersiya qurumu aşkar edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 10 iyul 2021-ci il tarixli məktubunda İddiaçı 1994 - 2003-cü illərdə işlədi yi ‘‘Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2701 Avtomobil Dəstəsi”nin sənədləri nazirliyin Mərkəzi Arxivinə tam təhvil verilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 08 iyul 2021-ci il tarixli məktubunda ‘‘Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2701 Avtomobil Dəstəsi”nin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. İddiaçı mübahisələndirilən sosial sığorta stajı ümumilikdə 09 il 11 ay 20 gündür. İddiaçıya münasibətdə tələb olunan aylıq pensiya ödənişi məbləği, 56 il (yas) - 15 il (əmək qabiliyyəti olmadığı yas dövrü) = 41 il (əmək qabiliyyətli yaş dövrü), 41 il x 4 ay (əmək qabiliyyətli yas dövrünün hər tam ili üçün) = 164 ay, tələb olunan sı ğorta stajı 192-ə bölünməklə sığorta davamiyyəti əmsalı tapılır: 164/192=0,85416667, Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur: 0,85416667 x144=123, Pensiya sığorta kapitalı (PSK=11566,8) alınmış rəqəmə bölünərək (11566,8: 123 =94,0390244 (95) manat) pensiyanın məbləği 95 manat məbləğində müəyyən edilir. Göründüyü kimi iddiaçıya təyin olunan aylıq pensiya ödənişi 95 manatdır ki, bu da ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən əmək pensiyasının minimum məbləğindən (2018-ci il 1 yanvar tarixindən 116 manat məbləğindən) aşağıdır. Belə olan halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi mü mkün deyildir. İddiaçı əlillik xx.xx.2018-ci il tarixdə təyin edilmiş, başqa sözlə iddiaçının qanunvericilikdə əlilliyi olan şəxslər üçün nəzərdə tutulan hüquqları xx.xx.2018-ci il tarixdə yaranmışdır. Bu isə o deməkdir ki, onun İİ dərəcəli əlil kimi əmək pensiyası hüququnun yaranıb-yaranmadığı məsələsinə həmin vaxt qüvvədə olan qanunvericiliyə görə qiymət verilməlidir. İddiaçı əlillik statusunu xx.xx.2018-ci il tarixində “qazanmışdır”. Belə ki, 01 iyul 2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, iddiaçıya İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin olunması qanunaziddir. Əlilliyin səbəbini TSEK-in müvafiq qərarı ilə müəyyən edildiyindən və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından cavabdeh in İİ dərəcəli əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət imtinası əsaslı olmuşdur. Eyni zamanda, iddiaçıya münasibətdə TSEK-in xx.xx.2018-ci il tarixli qərarında həmin qərarın Qüvvəsinin ondan əvvəlki dövrə şamil edilməsi də qeyd edilməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 7 fevral 2022-ci il tarixli, 2-1(112)-596/2022 nömrəli qərarı ilə (hakim F.İ.Mədətli) iddia təmin edilmiş, əmək pensiyası hüququnun yarandığı, yəni 09 avqust 2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və əvvəlki dövrə görə ödənilməmiş məbləğin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2701 Avtomobil Dəstəsində işləməsi ИТ-İ seriyalı ******* sayl ı əmək kitabçası əsasında öz təsdiqini tapır. Eyni zamanda, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1-6-118/6498-21 saylı məktubundan görünür ki, İddiaçı işlədiyi 2701 saylı Avtodəstə vaxtilə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin və “Azəravtonəqliyyat” Dövlət Konserninin struktur müəssisəsi olmuşdur. Yəni göstərilən adda müəssisə olmuş və iddiaçı da həmin müəssisədə işləmişdir. Yalnız həmin müəssisənin sənədləri arxivə təhvil verilməmişdir ki, bu halda iddiaçı məsuliyyət daşıya bilməz.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişlər. b. apellyasiya ins tansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2022-ci il tarixli, 21(103)-1690/2022 nömrəli qərarı ilə (hakimlər: X.A.Cəmilova -sədrlik edən və məruzəçi, M.N.Tağızadə və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş Bakı İnzibati Məhkəməsinin 7 fevral 2022-ci il tarixli, 2-1(112)-596/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, i ddiaçıya münasibətdə əlilliyi müəyyən olunan zaman pensiya təyinatı üçün tələb olunan pensiya kapitalı 14301,20 manat olduğu halda, həmin tarixdə onun pensiya kapitalı 11394 manat təşkil etmişdir.
14. Həmçinin kassasiya şikayətində qeyd edilir ki, iddiaçının sosial sığorta stajı ilə bağlı işin mübahisələndirilən halı onun xx.xx.1994 - xx.xx.2003-cü illər ərzində ‘Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2701 Avtomobil Dəstəsi”ndə işlədiyi dövrdür. Belə ki, işin mübahisələndirilən halı ilə bağlı lazımi qurumlara müvafiq sorğularla müraciət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Bas İdarəsinin Hüquqi Şəxslərinin Dövlət Qeydiyyat İdarəsinin 08 iyul 2021-ci il tarixli məktubunda İdarədə olan reyestrdə “Azərbaycan Respubli kası Nəqliyyat Nazirliyinin 2701 Avtomobil Dəstəsi” adlı kommersiya qurumu aşkar edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Nəqliyyat. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 10 iyul 2021-ci il tarixli məktubunda İddiaçı 1994 - 2003-cü illərdə işlədiyi “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2701 Avtomobil Dəstəsi”nİn sənədləri nazirliyin Mərkəzi Arxivinə tam təhvil verilmədiyi qeyd edilmişdir.
15. Cavabdeh hesab edir ki, iddiaçının işlədiyini iddia etdiyi müəssisədə onun əmək fəaliyyəti ilə məşğul olma faktı öz təsdiqini tapmadığından, onun qanunvericiliklə tələb olunan pensiya kapitalı formalaşmır. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Ko nstitusiyası Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Qanun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada): Maddə
4. Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir:... 4.1.2. əlilliyə görə əmək pensiyası;... Maddə
11. Əlilliyə görə əmək pensiyası 11.1. əlilliyə görə əmək pensiyası sığortaolunan xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir.... Maddə
12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğində az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.....
19. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan id diaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
20. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİ NİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. 2
4. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya əlilliyə görə pensiyasının təyin edilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməs i ilə də razılaşır.
27. Bundan başqa məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı təkrarlanan dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi tərəfində müəyyən edilmişdir ki, iddiaçıya əlilliyə görə pensiya təyin olunması üçün tələb olunan pensiya kapitalının məbləği 14650.0 manat olduğu halda, onun xx.xx.2006-cı il tarixədək sığorta hissəsi 16952.38 manat təşkil etmişdir. Həmçinin apellyasiya baxışı zamanı təqdim edilmiş pensiya alt sistemindən çıxarışdan da görünür ki, iddiaçının pensiya kapitalı 14301,21 manata qarşı 16742,88 manat təşkil edir.
28. Odur ki, apellyasiya instansiyası məhkə məsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
29. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtina sını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2022-ci il tarixli, 21(103)-1690/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.