Məhkəmə qərarları › İş №2-1(102)-1980/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1980/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1980/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması (dənizin mühafizə zonası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanınd a Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən 1,5 ha torpaq sahəsinə aid plan-ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1556/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 552 nömrəli Sərəncam ilə iddiaçıya Zirə qəsəbəsində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 1,5 ha to rpaq sahəsi abadlaşdırılaraq sahibkarlıq məqsədilə icarəyə verilmiş, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilmiş, Rayon İH Başçısı Aparatının rayon təsərrüfatı şöbəsinə iddiaçı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarə müqaviləsinin bağlanmasının təmin edilməsi tapşırılmışdır.

2. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli icarə müqaviləsinə əsasən Xəzər rayon İHB-nın xx.xx.2011-ci il tarixli 552 nömrəli sərəncamı əsasında Zirə qəsəbəsində yerləşən istifadəsiz 1,5 ha boş sahəsi xx.xx.2110-cu il tarixədək iddiaçının icarəsinə verilmişdir.

3. İddiaçı həmin torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu iddiaçının müraciətindən imtinasını (bildi rişlə) onunla əsaslandırmışdır ki, sözügedən ünvanda yerləşən 1,5 ha torpaq sahəsinin 5508 kv.m hissəsi naməlum şəxs tərəfindən mişar daşı ilə hasarlanmışdır və torpaq sahəsi Xəzər dənizindən 50 metr məsafədə yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

4. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən 1,5 ha torpaq sahəsinə aid plan-ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin 552 nömrəli, xx.xx.2011-ci il tarixli “Zirə qəsəbəsində iddiaçıua torpaq sahəsinin ica rəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” sərəncamına əsasən Bakı şəhəri Zirə qəsəbəsi ərazisində yerləşən istifadəsiz, antisanitariya vəziyyətində olmuş 1.5 ha torpaq sahəsi təmiz sahəyə çevirərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, orada müvafiq tikililərin aparılması məqsədi ilə istifadə etmək üçün ona icarəyə verilmişdir. Sonradan həmin torpaq sahəsi ilə bağlı onunla ilə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti arasında 11 noyabr 2011-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Hal-hazırda da həmin qeyd olunan torpaq sahəsi iddiaçının icarəsində və istifadəsindədir. Həmin istifadəsiz və antisanitariya vəziyyətdə olan torpaq sahəsində təmizlik işlərinin görülməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün iddiaçı h əmin torpaq sahəsinin qanunvericiliyin və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin sözügedən sərəncamının tələblərinə uyğun olaraq hasara alınması və yardımçı tikililərin aparılması məqsədilə mal-material alıb oraya aparmış və bunun üçün külli miqdarda vəsait qoymuşdur. Qeyd olunan torpaq sahəsini hasara almaq istədikdə Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin əməkdaşları torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınmasının şərt olunduğunu bildirmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək, torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cıı il tarixli məktubla müraciətinin təmin olunmasından imtin a olunmuşdur. İmtinanın əsası kimi, torpaq sahəsinin 5508 kv.m hissəsinin naməlum şəxs tərəfindən mişar daşı ilə hasarlanması və torpaq sahəsinin Xəzər dənizindən 50 metr məsafədə yerləşməsi qeyd olunmuşdur. Cavabdehin imtinası əsassız və qanunsuzdur.

6. Cavabdeh iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

7. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2-1(112)-2049/2020 nömrəli qərarı (hakim F.İ.Mədətli) ilə iddia təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 552 saylı, 11 noyabr 2011-ci il tarixli sərəncamı və 11 noyabr 2011ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının icarəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerəşən 1,5 ha torpaq sahəsi üzərində icarə hüququn un daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, icarə müqaviləsi hazırda qüvvədədir, müqavilənin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi və xitam verilməsi barədə hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması dövründə məhkəmənin xx.xx.2020-ci il tarixli, 21(112)- 2049/2020 nömrəli qərardadına əsasən torpaqşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis dəvət edilməklə, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə edilmişdir. Qərardadın icrası ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti tərəfindən verilmiş 30 sentyabr 2020-ci il tarixli, **********24 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi və nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş sahilboyu mühafizə zolağına (0-50 metr) düşmür, Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağından 20 metr (halhazırda quru hissədə məsafə 51.32 metrdir) məsafədə yerləşir. İddiaçı iddia etdiyi və nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi Xəzər dənizinin (gölünün) Azər baycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016- cı il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara aid deyil. Mütəxəssis rəyindən göründüyü kimi, iddiaçının icarəsinə verilmiş torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş Xəzər dənizinin (gölünün) sahilboyu mühafizə zolağına (0-50 metr) düşmür, Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağından 20 metr (hal-hazırda quru hissədə məsafə 51.32 metrdir) məsafədə yerləşir və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara aid deyil. Belə olan halda göstərilən əsasla cavabd eh tərəfindən iddiaçıya imtina edilməsi əsassız olmuşdur. Qanunvericiliyin tələblərinə əsasən 11 aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalı olduğundan, həmçinin iş materiallarında olan sənədlərlə iddiaçının torpaq sahəsinə dair 11 noyabr 2011-ci il tarixdən 99 il müddətinə icarə hüququ mövcud olduğundan məhkəmə hesab etmişdir ki, iddiaçı icarə hüququnun qeydiyyata alınması tələbində haqlıdır. Cavabdehin etirazında Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamədə icra hakimiyyəti başçısının müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək h üququ olduğu halda, Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 552 saylı, xx.xx.2011-ci il tarixli sərəncamı ilə torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, həmin sərəncam hazırda qüvvədədir. Sərəncam üzrə torpaq sahəsi sahibkarlıqla məşğul olmaq məqsədilə istifadə etmək üçün iddiaçının icarəsinə verilmişdir və sərəncam verilərkən dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aid olmuşdur.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və yeni qərar qəbul edilərək iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2-1(103)-819/2021 nömrəli qərardadı (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, N.Ş.Cəfərov və V.M.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2049/2020 nömrəli qərarı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, məhkəmə tərəfindən 2-1(112)-2049/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadla iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, xx.xx.2020-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qərardad icra olunmadan qaytarılmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işin obyektiv araşdırılması üçün vacib olan məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilsə də, qərardad icra edilməmiş, ekspertiza aparılmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən qərarda qeyd edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 30 sentyabr 2020-ci il tarixli, **********24 saylı mütəxəssis rəyindən (surətindən) görünür ki, İddiaçının iddia etdiyi və nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş sahilboyu mühafizə zolağına (0-50 metr) düşmür, Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağından 20 met r (hal-hazırda quru hissədə məsafə 51.32 metrdir) məsafədə yerləşir. İddiaçının iddia etdiyi və nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara aid deyil. Göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 30 sentyabr 2020-ci il tarixli, **********24 saylı mütəxəssis rəyində Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 552 saylı, xx.xx.2011-ci il tarixli “Zirə qəsəbəsində iddiaçıya torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililər in aparılmasına icazə verilməsi barədə” Sərəncamı ilə müəyyən edilmiş torpaq sahəsi üzrə deyil, iddiaçının iddia etdiyi və nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi əsasında rəy verilmişdir. Həmçinin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən biri o olmuşdur ki, müvafiq torpaq sahəsinin yerləşmə cizgisində düzəliş edilmişdir. İş materiallarında Xəzər RİH-nin 552 saylı, xx.xx.2011-ci il tarixli sərəncamı ilə iddiaçıya icarəyə verilmiş torpaq sahəsinin sxemi və xəritədən çıxarışının kserosurəti mövcud olmuş, qeyd edilən kserosurətdəki koordinatlar ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsi nin faktiki yerləşmə sxemində göstərilmiş koordinatlar arasında fərqliliklər mövcuddur. Məhkəmə kollegiyası hesab etmişdir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən cavabdeh inzibati orqana təqdim edilmiş yerləşmə cizgisi tələb edilməli, həmin cizgidə düzəlişin olub- olmaması, həmçinin iş materiallarında olan yerləşmə sxemləri arasındakı ziddiyyətlər araşdırılmalıdır.

12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və Bakı İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1499/2021 nömrəli qərarı (hakimlər: S.Kərimov /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və R.S.Nəbizadə) ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2-1(103)-819/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. ç) birinci instansiya məhkəməsində ikinci icraat

15. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi və nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş sahilboyu mühafizə zolağına (0-50 metr) düşmür, Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağından 20 mert (hal-hazırda quru hissədə məsafə 51.32 metrdir) məsafədə yerləşir. İddiaçının iddia etdiyi və nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara aid deyildir.

16. İşin məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmi şdir ki, Bakı şəhəri, Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 552 saylı, 11 noyabr 2011-ci il tarixli sərəncamına əsasən Zirə qəsəbəsində iddiaçının icarəsinə verilmiş 1,5 ha torpaq sahəsinin koordinatları şərti olaraq təyin edilmişdir. Belə ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş cizgidə dəqiq koordinatlar, istinad məlumatları və məsafələri göstərilməmişdir. Şərti göstərilmiş torpaq sahəsi Xəzər dənizindən 50 metr aralı məsafədə yerləşir. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsinin sahilboyu mühafizə zonasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı ildə təsdiq edilmiş qaydalarla 0-50 metr ölçüdə götürülmüşdür. Torpaq sahəsi dövlət mülkiyyəti olmaqla sahil ərazisidir. Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş cizgidə dəqi q koordinatlar, istinad məlumatları və məsafələri göstərilməmişdir.

17. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2-1(112)-158/2022 nömrəli qərarı (hakim P.A.Hüseynov) ilə iddia təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 552 saylı, 11 noyabr 2011-ci il tarixli sərəncamı və 11 noyabr 2011ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının icarəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 1,5 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur.

18. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən torpaq sahəsinin başqa fiziki və y a hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən müqavilə və sərəncamın həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

19. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və yeni qərar qəbul edilərək iddianın təmin olunmamasın ı xahiş etmişdir. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2023-cü il tarixli, 2-1(103)-1556/2023 nömrəli qərarı (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və F.V.Abdıyev) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(112)-158/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanununun 12, 51, 65, 66 və Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0, 12.1, 15 və 19.1-ci maddələrinə istinad etmişdir.

22. Cavabdeh həmin qərardan kassasiya ş ikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı tərəfindən torpaq sahəsinə dair yerquruluşu planı təqdim edilməmişdir, təqdim edilmiş yerləşmə cizgisində isə dəqiq koordinatlar, istinad məlumatları və məsafələr göstərilməmişdir. Həmçinin Bakı şəhəri Xəzər rayon İH-nə torpaq sahəsi ayrılması barədə səlahiyyət verilibverilməməsi məsələsi araşdırılmamışdır.

24. İddiaçı kassasiya şikayətində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55 və 65.1-ci, İnzibati Prosessual Məcəllənin 12-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

25. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

10. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyə verənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Maddə

12. Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.

27. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 51.1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 51.3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. 51.4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Maddə 65.2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65.5. Torpaq sahəsinin planı və ölçüsünün ha zırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65.6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 65.8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan to rpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiy yələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildir sə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən bi ri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

29. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamə üzrə müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torp aq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir.

30. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli, 138 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 28-ci maddəsinə əsasən müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək və müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqların istifadə edilməsini planlaşdırmaq icra hakimiyyəti başçısının səlahiyyətinə aid olmuşdur (Bakı şəhər Xəzər Rayon İHB-nın 552 nömrəli, xx.xx.2011-ci il tar ixli sərəncamı verilərkən qüvvədə olmuşdur).

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslıl ığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Belə ki, iş materialları ilə müəyyən olunduğu kimi, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı icra hakimiyyəti başçısının sərəncamı ilə 99 il müddətinə icarəsinə verilmiş torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınmasından ibarətdir.

36. Məhkəmə kollegiyası cavabdehin Bakı şəhəri Xəzər rayon İH-nə torpaq sahəsi ayrılması barədə səlahiyyət verilib-verilməməsi məsələsinin araşdırılmaması barədə kassasiya dəlilinə münasibətdə qeyd edir ki, əvvəla bu məsələ istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələri tərəfindən araşdırılmış və məhkəmə aktlarında hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin mövqe ilə razılaşaraq təkrar qeyd edir ki, hazırki qərarın 29 və 30-cu bəndlərində sadalanmış qanunvericiliyin tələblərindən göründüyü kimi, Xəzər rayon İcra Hakimiyyəti başçısı tərəfindən mübahisə predmeti olan xx.xx.2011-ci il tarixli sərəncam verilərkən icra hakimiyyəti başçısı bu sərəncamı vermək üçün səlahiyyətli olmuşdur. Eyni zamanda sərəncam hazırki vaxtadək ləğv edilməmiş, dəyişdirilməmişdir və qüvvədədir. Belə olan halda həmin sərəncam əsasında icarəyə verilmiş torpaq sahəsi üzərində hüquqlar da daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsasdır.

37. Eyni zamanda məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki iddiaçı tərəfindən torpaq sahəsinə dair yerquruluşu planının təqdim edilməməsi, təqdim edilmiş yerləşmə cizgisində isə dəqiq koordinatlar, istinad məlumatları və məsafələrin göstərilməməsi ilə bağlı dəlilinə münasibətdə ilk öncə onu qeyd edir ki, iş materiallarında olan (səhifə 29) mübahisəli torpaq sahəsinin sxem və xəritədən çıxarışda torpaq sahəsinin konfiqurasiyası və koordinatları göstərilmiş, həmin çıxarış Xəzər RİH rayon təsərrüfatı şöbəsinin memarı və Zirə qəsəbə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi, cavabdeh orqana təqdim edilmiş xəritədən çıxarışda koordinatlar qeyd olunmuşdur. İstinad məlumatları və məsafələrlə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan məlumatların olmaması iddiaçının təq sirindən baş verməmişdir. İddiaçıda həmin sənədlərin mövcud olmaması hazırki halda onun icarə hüquqlarının dövlət qeydiyyatından imtina üçün əsas deyildir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutlar məhkəmələrə təqdim olunmamışdır. Bakı şəhər Xəzər rayon İHB-nın xx.xx.2011-ci il tarixli, 552 nömrəli Sərəncamı, habelə xx.xx.2011-ci il tarixli icarə müqaviləsi ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, qüvvədədir və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Eyni zamanda işin məhkəmə araşdırması zamanı da müəyyən edildiyi kimi, mübahisə predmeti olan torpaq sahəsi Xəzər dənizinin sahilboyu mühafizə zonasında yerləşm ir

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə hazırki qərarın 26-31-ci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur.

40. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2023-cü il tarixli, 21(103)-1556/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar