Məhkəmə qərarları › İş №2-1(102)-1980/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1980/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1980/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi, eksternat (sərbəst) təhsilalma forması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-523/2024 saylı, 7 mart 2024-cü il tarixli qərarın dan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. X2, Statistika və İnformatika Universiteti (MİSİ) tərəfindən verilmiş 107706 ******* nömrəli xx.xx.2014-cü il tarixli Bakalavr diplomuna əsasən, İddiaçı “080105 Maliyyə və kredit” ixtisasını (ixtisaslaşma: bank işi) bitirmiş və ona bakalavr ali ixtisas dərəcəsi verilmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş və cavabdeh 6 may 2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyasının X2, Statistika və İnfor matika Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyrimümkündür. Eyni zamanda, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, eksternat təhsilalma forması üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyildir. Azərbaycan Respublikası Nairlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, iddiaçının A78B8BDA3980713 nömrəli müraciə ti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun xarici ali təhsil sahəsində aldığı ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsindən cavabdeh tərəfindən imtinasının qanunsuz hesab edilməsi və ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin sonuncunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N.Nərimanov rayonu ərazisində yerləşən 193 saylı orta məktəbin rus bölməsini bitirdikdən sonra həmin il Bakı Texniki Kollecinə daxil olmuş və kollecdə nəqliyyat vasitələrinin texniki istismarı ixti sası üzrə təhsil almış, Dövlət ixtisas Komissiyasının 28 fevral 2003-cü il tarixli qərarı ilə ona nəqliyyat vasitələrinin texniki istismarı üzrə kiçik mütəxəssis ixtisası verilmiş, bu barədə ona AB-İİ 092872 nömrəli diplom təqdim edilmişdir. O, 02 aprel 2003-cü il tarixdən 2004-cü il oktyabr ayınadək həqiqi hərbi xidmətdə olmuş, qayıtdıqdan sonra Bakı Texniki Kollecinin AB-İİ 092872 nömrəli diplomunu təqdim etməklə 2008-ci ildə X2, Statistika və İnformatika Universitetinin Maliyyə və kredit ixtisası üzrə Ali məktəbə qəbul olmuş və 2014-cü ildə ali təhsilini başa vurmuş və Dövlət İmtahan Komissiyasının 03 iyul 2014-cü il tarixli 4 nömrəli qərarına əsasən ona iqtisadçı ixtisası verilmiş, bu barədə ona 23 iyul 2014-cü il tarixli 14/5332 qeydiyyat nömrəli diplom təqdim edilmiş və institutun re ktoru tərəfindən təsdiq edilərək apostile edilmişdir. Təhsilini başa vurduqdan sonra diplomun nostrifikasiya olunması üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, sonuncu isə 06 may 2022-cl il tarixli X-116/03-TKTA saylı cavab məktubu ilə bildirilmişdir ki, onun ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyasının X2, Statistika və İnformatika Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Eyni zamanda, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, eksternat təhsilalma forması üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə əra zisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, İddiaçı A78B8BDA3980713 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Heç bir hüquqi qadağa olmadığı halda ixtisasının tanınmaması Beynəlxalq Konvensiyaya ziddir Belə ki, iddiaçı ali təhsil aldığı müddətdə qarşıya qoyulan təhsil öhdəliklərini lazımi səviyyədə yerinə yetirmiş və təhsilini qanuni əsaslarla başa vurmuşdur. Universitetin Azərbaycanda rəsmi olaraq tanınması onun beynəlxalq standartlara uyğun təhsil verməsini təsdiqləyir. Cavabdeh qeyd olunan bu halları araşdırmadan qərar vermiş və haqsız olaraq diplom üzrə ixtisasını tanımamışdır.

5. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, cavabdeh müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində olmasını (2008/2009-cu tədris ili üzrə - 7 gün, 2009/2010-cu tədris ili üzrə - 1 gün, 2010/2011-ci tədris ili üzrə - 9 gün, 2011/2012-ci tədris ili üzrə - 2 gün, 2012/2013cü tədris ili üzrə 4 gün, 2013-2014-cü tədris ili üzrə 3 gün) müəyyən etmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin q eyri- mümkün olması müəyyən edilmişdir. Belə ki, İddiaçı eksternat (sərbəst) təhsilalma formasında oxuyaraq diplom əlavəsində göstərilən 53 (əlli üç) əsas fənləri, 8 (səkkiz) praktiki məşğələlərə aid fənləri 6(altı) tədris ilinin qarşılığında cəmi 26 (iyirmi altı) gün Rusiya Federasiyasında olmaqla yerinə yerinə yetirməsi qeyri-mümkündür. Bu səbəbdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmiş və bu barədə məlumat xx.xx.2019cu il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9387/2022 saylı 22 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbinin təmin edilməsi, Rusiya Federasiyasının X2, Statistika və İnformatika Universiteti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2014-cü il tarixli 14/5332 qeydiyyat nömr əli bakalavr diplomu (107706 0010683) üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, normativ hüquqi aktlarda xarici dövlətlərin ali təhsil sahəsində kvalifikasıyanın tanınması ilə bağlı müəyyən şərtlər, mənfi rəyin verilməsi üçün isə müvafiq əsaslar mövcud olmuşdur ki, hazırkı iddia tələbi üzrə həmin əsasların olması müəyyən olunmur. Bakalavriat səviyyəsində təhsilin eksternat formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə, tələbələrin (hazırkı halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və hə min diplomun apostil olması, həmin diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır.

8. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının hakimlər: (F.F.Babayev (sədrlik edən və məruzəçi), E.C.Kazımov və G.T.Axundova) 1 mart 2023-cü il tarixli, 21(103)-815/2023 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9387/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.K.Hüseynov (sədrlik edən və məruzəçi), N.İ.Rəsulbəyova və K.N.Bədəlov) 2-1(102)1501/2023 nömrəli, 5 iyul 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli, 2-1(103)-815/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi 1 mart 2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən təqdim edilən cədvəli işə aid olan “sənəd” kimi qəbul etsə də, həmin sənəddəki məlumatları (imtahanın tarixləri) iddiaçının sərhədkeçmə məlumatları ilə birgə tədqiq etməmiş, həmin məlumatlara hər hansı münasibət bildirməmişdir. Belə ki, sərhədkeçmə məlumatlarına dair cədvələ görə, iddiaçının xx.xx.2008-ci il saat 10:00-da Samur DSBM vasitəsilə ölkədən çı xışı, həmin tarixdə saat 23:10-da eyni DSBM-dən ölkəyə girişi olmuşdur. İddiaçının nümayəndəsinin təqdim etdiyi cədvəlin 1-ci bəndinə görə isə, iddiaçı həmin tarixdə üç fəndən imtahan vermişdir. Qeyd olunan çıxış-giriş vaxtları və yol məsafəsi nəzərə alındıqda, həmin zaman çərçivəsində Moskva şəhərində yerləşən təhsil müəssisəsində imtahanları verməsi inandırıcı deyil. Bu qeyd olunanlar iddiaçının nümayəndəsinin təqdim etdiyi cədvəlin digər bəndlərinə də (2, 3, 5, 7-11, 13) aiddir. Ümumiyyətlə iddiaçının imtahanları harada verdiyinə dair sual açıq qalmışdır. Beləliklə, işin qeyd olunan və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmadığından, bununla da, İPM-in 12.1, 58.7, 82, 87.8-ci maddələrinin tələbləri təmin olunmad ığından, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və qeyd olunan prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-523/2024 saylı, 7 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov (sədrlik edən və məruzəçi), P.A.Hüseynov və Ş.A.Məmmədova) cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9387/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılması, iddianın rədd edilməsi qərara alınmışdır.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya məhkəməsi qərarında göstərmişdir ki, iddiaçının qeyd olunan imtahan günlərinə uyğun olan ölkə ərazisindən kənara çıxışı və girişi müşahidə edilsə də, getdiyi ölkədə (Rusiya Federasiyasında) təhsil müəssisəsində.: -2008-ci ilin iyun ayında 1 gün ərzində 3 fənn üzrə, oktyabr ayında isə 5 gün ərzində 7 fənn üzrə; -2009-cu ildə iyun ayında 1 gündə 3 fənn üzrə, avqust ayında 6 gün ərzində 7 fənn üzrə; - 2010-cu ilin avqust ayında 1 gündə 3 fənn üzrə; -2011-ci ilin mart ayında 10 gün ərzində 11 fənn üzrə imtahan, sentyabr ayında 1 gün ərzində 2 fənn üzrə, -2012-ci ilin iyun ayında 1 gündə 3 fənn üzrə, sentyabr ayında yenə də 3 fənn üzrə; -2013-cü ildə mart ayında 1 gündə 2 fənn üzrə, -2014-cü ildə fevral ayında 1 gün ərzində 2 fənn, avqust ayında isə 1 gün ərzində 3 fənn üzrə imtahanlar vermişdir. Lakin onun belə bir gün ərzində - iqtisadi yyat, maliyyə və kredit, mühasibatlıq uçotu və s. bu kimi, heç də mənimsənilməsi asan olmayan predmetlər üzrə imtahanlar verib Respublika ərazisinə qayıtması real və inandırıcı görünmür. Belə çıxır ki, iddiaçı ölkə ərazisini sərhəddən keçib, qiymətləri yazdırıb dərhal da geri qayıtmışdır. Ümumiyyətlə, praktikada bu cür hallara da rast gəlinmir. Həm də qeyd edilməlidir ki, iş materiallarının 23cü vərəqində olan “Diplom sahibi haqqında” məlumat”da diplomun iddiaçıya xx.xx.2014-cü il tarixdə verildiyi təsbit olunsa da, onun ölkədən çıxışı və girişinin xx.xx.2014-cü il tarixinə təsadüf etdiyi müəyyən edilir. Digər tərəfdən, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu 13.1-ci maddəsi sərbəst (eksternat) təhsilalma formasını nəzərdə tutsa da, həmin Qanunun 1.0.39-cu maddəsinin anlayışınd a sərbəst (eksternat) təhsil müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma formasını ehtiva edir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 avqust tarixli 147 nömrəli qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydaları”’nın 5-ci hissəsi də sərbəst (eksternat) təhsilin yalnız ümumi təhsil pilləsi üzrə tətbiqini nəzərdə tutur. Göründüyü kimi, iddiaçının Rusiya Federasiyasında eksternat təhsilalma formasında aldığı ali təhsil istər həmin ölkədə aldığı təhsilin məzmununa, istərsə də Azərbaycan Respublikasının təhsil qanunvericiliyinin tələblərinə cavab vermir. (Onu da qeyd etmək lazımdır ki, eksternat təhsilalma forması - təhs ili vaxtından əvvəl, daha qısaldılmış müddət ərzində bitirmək imkanını nəzərdə tutduğa halda, iddiaçı bakalavr səviyyəsində təhsilini 6 ilə bitirmişdir). İddiaçının Rusiya Federasiyasında aldığı təhsilin məzmunu, faktiki olaraq Azərbaycan Respublikasında təhsilə olan dövlət standartlarından əhəmiyyətli dərəcədə fərqlənir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il, 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş 1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın Vİ.1-ci maddəsi isə Razılığı gələn Tərəfin belə bir diskresion səlahiyyətini nəzərdə tutur ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina oluna bilər. Beləliklə də, cavabdeh tərəfindən i ddiaçıya diplom verildiyi və cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) haqqında Qaydalar”ının 3.6 və 3.7-ci bəndləri tətbiq edilməklə, diplom üzrə ixtisasının tanınmasından iddiaçıya imtina olunması qanunmüvafiqdir.

16. İddiaçı qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını, bu mümkün olmadıqda isə işin yenidən apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti onun la əsaslandırılmışdır ki, “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda, o cümlədən iddiaçının təhsil aldığı dövrdə (iddiaçı təhsil müəssisəsinə 2008-ci il tarixdə qəbul olmuşdur) qüvvədə olan xx.xx.1992-ci il tarixli “Təhsil haqqında” Qanunda eksternat təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin eksternat formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və eksternat təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir ali təhsilə aid kvalifik asiyanın tanınmasından imtinanın qeyd-şərtsiz əsası kimi çıxış edə bilməz. Çünki, belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı olaraq yaranmamış və iddiaçının bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.39-cu yarımbəndinə istinadən sərbəst (eksternat) təhsil formasının ümumi təhsilə aid olması iddiaya etirazın dəlillərinə münasibətdə qeyd edilməlidir ki, sözügedən Qanun xx.xx.2009cu il tarixdə qüvvəyə minmişdir və iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan xx.xx.1992ci il tarixli “Təhsil haqqında” Qanunda eksternat təhsilalma forması ali təhsilə aid edilmişdir. Belə ki, həmin Qanunun 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında ali təhsil orta təhsil bazasında həyata keçirilir. Ali mə ktəblərdə kadr hazırlığı əyani, qiyabi, axşam, həmin formaların birləşdirilməsi və eksternat yolları ilə həyata keçirilir. Əyani (gündüz) təhsil aparıcı rol oynayır. Müvafiq ixtisaslar üzrə qiyabi, axşam və eksternat yolu ilə ancaq “bakalavr” dərəcəsi verilə bilər. Digər tərəfdən 4 mart 2020-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”na müvafiq dəyişiklik edilənə qədər (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”na müvafiq dəyişiklik edilənə qədər (iddiaçıya diplom 2014-cü il tarixdə verilmişdir) bakalavriat səviyyəsində sərbəst (eksternat) təhsilalma forması müəyyən edilməsi nəzərdə tutulurdu. Cavabdehin 2008/2009-cu tədris ili üzrə-7 gün, 2009/201 0-cu tədris ili üzrə-1 gün, 2010/2011-ci tədris ili üzrə-9 gün, 2011/2012-ci tədris ili üzrə-2 gün, 2012/2013-cü tədris ili üzrə 4 gün, 2013-2014-cü tədris ili üzrə 3 gün müddətində olduğundan İddiaçı eksternat (sərbəst) təhsilalma formasında oxuyaraq diplom əlavəsində göstərilən 53 (əlli üç) əsas fənləri, 8 (səkkiz) praktiki məşğələlərə aid fənləri 6 (altı) tədris ilinin qarşılığında cəmi 26 (iyirmi altı) gün Rusiya Federasiyasında olmaqla yerinə yetirməsi qeyri-mümkünlüyünə münasibətdə qeyd edilməlidir ki, həmin dəlil iddiaçının təhsilinin əyani formada təhsilalma formasında olduğu halda nəzərə alına bilər. Hazırkı işin hallarına uyğun olaraq təhsilalma əyani formada deyil, sərbəst (eksternat) olduğundan cavabdehin qeyd edilən dəlili iddianın təmin edilməməsi üçün əsaslı hesab edilə bilm əz. Eyni sözləri apellyasiya instansiyası məhkəməsinin həmin dəlillə bağlı gəldiyi qənaətə, yəni iddiaçının təhsil aldığı Rusiya Federasiyasında olduğu qısa müddət ərzində (cəmi 26 gün) ona diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə, o cümlədən, onun eksternat (sərbəst) təhsilalma formasında oxuyaraq, diplom əlavəsində göstərilən 53 əsas fən, 8 praktiki məşğələlərə aid fənləri 6 tədris ilinin qarşılığında yerinə yetirməsinin qeyri-mümkün olması barədə göstərdiklərinə də aid edilməlidir. Digər tərəfdən apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı orta və orta ixtisas təhsilllərini Bakı şəhərində rus bölməsində almaqla, həmin təhsil ocaqlarını əla və yaxşı qiymətlərlə bitirmişdir. Onun savadlı və yüksək ixtisaslı kadr olmasını və qeyd olun an tarixlərdə sadalanan imtahanları Rusiya Federasiyasının istənilən şəhərində, hazırkı iş üzrə konkret olaraq Mahaçqala, Mineralniy Vodı və Bakı şəhərinə yaxın olan digər şəhərlərdə onlayn qaydada vermək qabiliyyətində olmasını təsdiq edən sübutlardan biri də ondan ibarətdir ki, İddiaçı uzun illərdir ki, dünyanın tanınmış avtomobil firmalarından olan ”Toyoto”-nun Bakı satış mərkəzində satış üzrə menecer vəzifəsində səmərəli fəaliyyət göstərir. Apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə iddianı rədd edərkən gəldiyi digər qənaət, yəni “Diplom sahibi haqqında” məlumatda diplomun iddiaçıya xx.xx.2014-cü il tarixdə verildiyi təsbit olunsa da, onun ölkədən çıxışı və girişinin xx.xx.2014-cü il tarixinə təsadüf etdiyinin müəyyən edilməsi barədə göstərdikləri də tam əsassızdır. Belə ki, d iplomda qeyd olunan 23 iyul 2014-cü il tarix həmin diplomun iddiaçıya təqdim edildiyi tarix deyil, göstərilən tarix diplomun tərtib ediliyi tarixdir. Qeyd olunan tarixdə tərtib edilərək təsdiq olunmuş tarixin 30 avqust 2014-cü il tarixdə iddiaçıya təqdim edilməsində heç bir qeyri-adilik və qanunsuzluq yoxdur, iddianın rədd edilməsi üçün əsas ola bilməz. Apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə iddianı rədd edərkən gəldiyi daha bir əsassız qənaət, yəni iddiaçının Rusiya Federsiyasında eksternat təhsilalma formasında aldığı ali təhsilin istər həmin ölkədə aldığı təhsilin məzmununa, istərsə də Azərbaycan Respublikasının təhsil qanunvericiliyinin tələblərinə cavab verməməsi barədə, eksternat təhsilalma formasının - təhsili vaxtından əvvəl, daha qısaldılmış müddət ərzində bitirmək im kanını nəzərdə tutduğu halda, iddiaçının bakalavr səviyyəsində təhsilini 6 ilə bitirməsi barədə qeyd etdikləri də tam qanunsuzdur. Belə ki, eksternat təhsil forması təhsili vaxtından əvvəl, daha qısaldılmış müddət ərzində bitirməsini deyil, təhsilin sərbəst formada başa vurulmasını nəzərdə tutur. Bu baxımdan iddiaçının təhsilini 6 ilə başa vurmasında da heç bir qanun pozuntusu yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 13.2. Azərbaycan Respublikasında müəyyən edil miş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. Maddə 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. Maddə 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3. 6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisa s) üzrə belə təhsil formasına yol verilmədikdə.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydaları: 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (ə sas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Heydər Əliyev adına Hərbi İnstituta qəbul olunduqdan sonra əsas təhsil proqramlarının icrasına başlamazdan əvvəl bütün təhsilalanlara, yaxud komandanlığın qərarı ilə təhsilalanların bir qisminə xarici dillərin dərindən öyrədilməsi və zəruri olan digər fənlərin əsaslarının tədrisi məqsədilə Azərbaycan Respublikası müdafiə nazirinin qərarı ilə 1 (bir) tədris ili müddətində hazırlıq kursu təşkil edilir. Hazırlıq kursunun proqramını Azərbaycan Respublikasının müdafiə naziri təsdiq edir. Bilik və bacarıqların qiymətləndirilm əsi çoxballı (100 ballı) sistemlə həyata keçirilir. Kursun proqramını bu və ya digər səbəblərdən yerinə yetirməyən və ya müvəffəqiyyət qazanmayan təhsilalan xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilir (hazırda qüvvədə olan redaksiya) 1.6. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzun elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini magistratura səviyyəsində davam etdirə bilərlər. Bakalavriat səviyyəsində əyani, qiyabi, distant və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. Distant və eksternat formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamələr əsasında həyata keçirilir (əvvəlki redaksiyada)

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMK ÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyi şdirilməsi üçün əsas yoxdur.

26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Rusiya Federasiyasının X2, Statistika və İnformatika Universiteti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 14/5332 qeydiyyat nömrəli bakalavr diplomu (107706 0010683) üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə nail olmaqdan ibarətdir.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından Rusiya Federasiyasının X2, Statistika və İnformatika Universiteti tərəfindən iddiaçıya verilmiş xx.xx.2014-cü il tarixli 14/5332 qeydiyyat nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən l azımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.

30. Bununla belə, məh kəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı 2008-2014-cü illərdə eksternat təhsilalma formasında X2, Statistika və İnformatika Universitetinin Maliyyə və kredit ixtisası üzrə təhsil almış və ona imtahan komissiyasının 03 iyul 2014-cü il tarixli 4 nömrəli qərarına əsasən iqtisadçı ixtisası üzrə 23 iyul 2014-cü il tarixdə 14/5332 qeydiyyat nömrəli diplom verilmişdir.

32. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında tə hsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır.

33. Bu mənada, hazırkı işdə sərbəst (eksternat) formasında xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. 34. “Təhsil haqqında” Qanunun 13-cü maddəsində əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma forması müəyyən edilmişdir. 35. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.39-cu maddəsinin anlayışında sərbəst (eksternat) təhsil - müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma formasını ehtiva edir.

36. Göründüyü kimi “Təhsil haqqında” Qanunda sərbəst (eks ternat) təhsil formasının ümumi təhsilə aid olması göstərilmişdir.

37. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda 4 mart 2020-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı edilmiş dəyişiklik ilə “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinin üçüncü abzasında üçüncü cümləyə “əyani” sözündən sonra “(tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime)” sözləri əlavə edilmişdir və həmin cümlədə “, distant və sərbəst (eksternat)” sözləri “və distant (məsafədən)” sözləri ilə əvəz edilmişdir, dördüncü cümləyə “əyani” sözündən sonra “(tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime)” sözləri əlavə edilmişdir, beşinci cümlədə “və eksternat” sözləri “(məsafədən)” sözü ilə və “əsasnamələr” sözü “əsasnamə” sözü ilə əvəz edilmişdir.

38. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №li qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndində ali təhsil pilləsində olan təhsilalma forması kimi sərbəst (eksternat) nəzərdə tutulsa da, “Təhsil haqqında” Qanunda sərbəst (eksternat) təhsil ümumi təhsilə aid edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda da b akalavriat səviyyəsində təhsilalma formasında “sərbəst (eksternat)” sözləri çıxarılmışdır.

39. Bundan başqa, iddiaçı təhsil aldığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalar”ının 2.2-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.

40. Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin 1-ci maddəsində qeyd edilir ki, bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur.

41. Həmçinin Sazişin 6-cı maddəsinə görə dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəc əsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır.

42. Göründüyü kimi, Sazişdə dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplomun müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınmasından bəhs edilir. İddiaçının təhsilama forması əyani deyil, sərbəst (eksternat) qaydada həyata keçirilmiş və Sazişdə sərbəst (eksternat) qaydada təhsilalmanın nəticəsi olaraq diplomun tanınmalı olması birmənalı olaraq göstərilməmişdir.

43. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya diplom verildiyi və cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) haqqında Qaydalar”ının 3.6 və 3.7-ci bəndləri tətbiq edilməklə, diplom üzrə ixtisasının tanınmasından iddiaçıya imtina olunması qanunamüvafiq olmuş, odur ki, həmin imtina iddiaçının hüquqlarını pozma sı kimi qiymətləndirilə bilməz.

44. Məhkəmə kollegiyası işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının diplomunun tanınmasından imtina etməkdə cavabdeh haqlı olmuşdur. Odur ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır.

45. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-523/2024 saylı, 7 mart 2024-c ü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar