Məhkəmə qərarları › İş №2-1(102)-1980/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1980/2025

06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1980/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı iş üzrə QƏRARİ Açar sözlər: özəlləşdirilmiş əmlakın altında olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (m əruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-557/2025 nömrəli, 20 fevral 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 14/643 n ömrəli qərarı ilə Bakı şəhəri, Nizami rayonu, 2427-ci məhəllədə yerləşən torpaq sahəsi Sverdlovsk "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialına ayrılmışdır.

2. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 315 nömrəli sərəncamı ilə Sverdlovsk vilayət təsərrüfat hesablı “Qayğı” müəssisəsinin "xxxx" firmasının xx.xx.1992-ci il tarixli, 19 nömrəli məktubu nəzərə alınaraq Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 14/643 nömrəli qərarı ilə "xxxx" firmasına Nizami rayonunun 2427-ci məhəlləsində verilmiş torpaq sahəsinin bir hissəsi “Komfort” kooperativinə ayrılmışdır.

3. Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 001942 nömrəli Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən "xxxx" Firması Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 2427 -ci məhəllədə yerləşən işçi həyətinin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir.

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə "xxxx" MMC adına xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır (torpaq sahəsinin mülkiyyət növü dövlət; əmlak kompleksi kimi müəssisənin mülkiyyətin növü xüsusi).

5. Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 2427-ci məhəllədə yerləşən daşınmaz əmlaka dair texniki pasport iş materiallarına əlavə olunmuşdur.

6. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2008-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Böyük-Şor qəsəbəsi, 2427-ci məhəllədə yerləşən işçi həyəti üzərində "xxxx" firmasına mülkiyyət hüququ haqqında xx.xx.2002-ci il tarixli 001942 nömrəli şəhadətnamə verilmişdir. Həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 2250,2 kv.m təşkil edir.

7. Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin xx.xx.2008-ci il tarixli məktubuna əsasən Nizami rayonu, Böyük Şor yaşayış sahəsi, 2427-ci məhəllədə yerləşən və "xxxx" firması tərəfindən özəlləşdirilmiş qeyriyaşayış sahəsinin ünvanı “ünvan 2 "xxxx" X1 xx.xx.1995-ci il tarixli protokoluna əsasən Gümrahlıq Firmasının təsis edilməsi və qeydiyyatdan keçirilməsi qərara alınmışdır. 9. "xxxx" Firmasının təsisçiləri arasında bağlanmış xx.xx.1995-ci il tarixli Müqavilə və "xxxx" Firmasının nizamnaməsi i ş materiallarına əlavə olunmuşdur. 10. "xxxx" Firması xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmışdır (Hüquqi ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev, ev 147G; VÖEN **********). 11. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmışdır (Qurumun əvvəlki adı “Gümrahlıq Firması”). 12. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Nizamnamə iş materiallarına əlavə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yerləşdiyi texniki pasportunda göstərilmiş (ünvan 4 ünvanda) faktiki istifadədə 0,86436 kv.metr torpaq sahəsi üzərində daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alıb müvafiq çıxarışın və texniki pasportun verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir.

14. Ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin bir hissəsi qaz kəmərinin mühafizə zonasında y erləşir. Bundan əlavə, əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi dövlət əmlakı olduğundan özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyi məqsədə uyğundur. Əlavə olaraq hüquqi şəxsin qeydiyyatı haqqında şəhadətnamə əlavə edilməmişdir. Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 291 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfində n inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” nın 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən a sılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəy yən edilmiş tələblərə uyğun olmalıdır.

15. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin yerləşdiyi texniki pasportunda göstərilmiş (ünvan 6 ünvanda) faktiki istifadədə 0,86436 kv. metr torpaq sahəsi üzərində daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alıb adına müvafiq çıxarışın və texniki pasportun verilməsini öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin yerləşdiyi texniki pasportunda göstərilmiş (ünvan 7 ünvanda) faktiki istifadədə olan 0,86436 kv. metr olan torpa q sahəsi üzərində daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alıb adıma müvafiq çıxarışın və texniki pasportun verilməsini barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdim. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mənə ünvanladığı 01 sentyabr 2022-ci il tarixli **********59 nömrəli imtina məktubu verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası ilə heç cür razılaşmaq olmaz. Belə ki, iddiaçıya ayrılan torpaq sahəsindən heç bir qaz kəməri keçmir. Əgər keçəsi idi, bu tikintilərə icazə verilməz və mülkiyyət kimi dövlət reyestrində qeydə alınmazdı. Lakin cavabdeh hansı hüquqmüəyyənedici sənədlə qeyd olunan "xxxx" MMC-nin yerləşdiyi texniki pasportunda göstərilmiş (ünvan 7 ünvanda) faktiki istifadədə olan 0,86436kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını qadağa edən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun konkret hansı maddəsinin müddəalarına əsasən ərizəmizin icrasından imtina edilməsini əsaslandırmamışdır.

17. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi X4 etibarnamə üzrə nümayəndəsi X5 ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alın ması ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə idarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatına əsasən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin bir hissəsi qaz kəmərinin mühafizə zonasında yerləşir. Bundan əlavə, əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi dövlət əmlakı olduğundan özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi məqsədəuyğundur. Əlavə olaraq bildirilir ki, hüquqi şəxsin qeydiyyatı haqqında şəhadətnamə, iddia olunan torpaq sahəsinə (0,86436 ha) dair hüquqmüəyyənedici sənəd ərizəyə əlavə edilməmişdir. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları yaranır. Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə Prezidentin 291 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11-ci bəndi nə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-466/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qərarı ilə (hakim X3) iddia rədd edilmişdir.

19. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbinin əsası olaraq təqdim edilən hüquqmüəyyənedici sənədə (Bakı şəhər X10 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/643 nömrəli qərarına) əsasən Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev, ev 147 G (ünvan 9 ünvanında yerləşən torpaq sahəsi Sverdlovsk "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialına ayrılmışdır və iddiaçı (X2 Cəmiyyəti) ilə Sverdlovsk "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialı arasında hər hansı hüquqi əlaqə yoxdur.

20. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)466/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X11-məruzəçi, X6 və X7) 2-1(103)-557/2025 nömrəl i 20 fevral 2025-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 20 avqust 2023-cü il tarixli, 2-1(112)-466/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Şikayətdə qeyd edilir ki, məhkəmə aktlarında göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən əmlak k ompleksi kimi müəssisə "xxxx" MMC-nin adına xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin çıxarışda torpaq sahəsinin mülkiyyət növü dövlət mülkiyyəti, əmlak kompleksi kimi müəssisənin mülkiyyətin növü xüsusi mülkiyyət kimi müəyyən olunmuşdur. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq qeyd edilməlidir ki, biz heç bir dövlət əmlakı almamışlar, yalnız qəbul edilən qərarlar əsasında ayrılmış torpaq sahəsində öz vəsaitləri hesabına obyekt tikib istifadə edirlər. Məhkəmə qeyd edir ki, əmlak kompleksi kimi müəssisə məhz dövlət əmlakı kimi "xxxx" MMC-nin adına özəlləşdirilmişdir. Müvafiq qərar və sərəncamlar əsasında ayrılmış boş torpaq sahəsində şəxsi vəsaitləri əsasında tikdikləri tikililəri məhkəmə nəzərə almamışdır.

25. Göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhər X10 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/643 nömrəli qərarına əsasən Bakı şəhəri, Nizami rayonu, 2427-ci məhəllədə yerləşən torpaq sahəsi Sverdlovsk "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialına ayrılmışdır. Həmçinin də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" Firmasının hüquqi varisidir. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhər X10 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/643 nömrəli qərarında qeyd edilən "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialının hüquqi varisi olduğunu bildirsə də, bu faktı təsdiqləyən hər hansı mötəbər dəlil məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlayaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖ EN **********) Sverdlovsk "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialının hüquqi varisi olub-olmaması barədə məlumatın təqdim edilməsi tələb olunmuşdur. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, "xxxx" MMC-nin "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı Filialının hüquqi varisi olması barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda "xxxx" MMC-nin (VÖEN **********) qeydiyyat sənədlərindən aydın olur ki, "xxxx" MMC "xxxx" Firmasının hüquqi varisidir.

26. Məhkəmə müəyyən edir ki, SOCAR tərəfindən ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 8779 kv.m torpaq sahəsinin 638 kv.m hissəsi SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X9 istismarında ola n “Böyükşor yol qovşağı 30cu sahə QPS” yüksək təzyiqli qaz kəmərinin və SOCAR-ın Heydər Əliyev adına X16 məxsus neft məhsulu nəql olunan Dş-500 mm (xam neft), Dş - 500 mm (xam neft), Dş-300 mm (xam neft), Dş-500 mm (dizel), Dş-300 mm (reaktiv mühərrik yanacağı), Dş-300 mm (nafta) və Dş-250 mm (quru qaz) boru kəmərlərinin mühafizə zonasında yerləşir; 8141 kv.m hissəsi isə magistral neft-qaz kəmərlərinin mühafizə zonası xaricində yerləşir. Məhkəmənin bu nəticəsi ilə razılaşmaq olmaz, ona görə ki, yuxarıda qeyd edilən torpaq sahəsindən heç bir neft kəmərinin keçmədiyini məhkəmə nəzərə almamışdır.

27. Cavabdehə təqdim edilmiş bu qeyd olunan sənədlər əsasında "xxxx" MMC-nin yerləşdiyi texniki pasportunda göstərilmiş (ünvan 7 ünvanda) faktiki istifadədə olan 0,86436 kv. metr olan torpaq sahəsi ü zərində daşınmaz əmlaka dair mülkiyyət hüquqlarımı dövlət qeydiyyatına alınıb müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsi üçün tam əsas verir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 29. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir;...

30. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı...

3. Hüquqi və fiziki şəxslər tərəfindən inşa edilm iş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması bu Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun.

31. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə

1. Bu Əsasnamə Azərbaycan Respublikasının “Torpaq məcəlləsinə”, “Torpaq islahatı haqqında”, “Torpaq vergisi haqqında”, “Yerin təki haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunlarına, “Azərbaycan Respublikasında 1995–1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı”na və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin (bundan sonra “Torpaq sahələri”) fiziki və hüquqi şəxslərə satılması qaydalarını müəyyən edir.

2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur.

3. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satın alınmasının subyektləri (alıcıları) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər.

4. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpa q sahələrini ilk növbədə satın almaq hüququ vardır....

6. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır.

8. Torpaq sahələrinin normativ qiymətinin müəyyən edilməsi haqqında Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə” Əsasnamə

1. Torpaqların normativ qiyməti torpaq kadastrı məlumatları, o cümlədən torpaqların keyfiyyət və iqtisadi qiymətləndirmə göstəriciləri əsasında 19 kadastr qiymət rayonu və 3 kadastr qiymət yarımrayonunda keyfiyyə t qrupları üzrə differensial gəlirə görə bu Əsasnaməyə əlavə edilən təshih əmsalları tətbiq edilməklə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - ƏMDK) tərəfindən müəyyən edilir.

3. Torpaq sahələri alınıb-satıldıqda, ipoteka qoyulduqda, irsən verildikdə, onun barəsində digər əqdlər bağlandıqda torpaqların qiyməti bazar qiyməti ilə, lakin torpağın normativ qiymətindən az olmayaraq müəyyən edilir.

4. Torpaqların alqı-satqısı, ipoteka qoyulması, bağışlanılması və irsən verilməsi və s. zamanı onun normativ qiyməti barədə arayışın verilməsi və onun qeydiyyatı ƏMDK tərəfindən həyata keçirilir. Dövlət müəssisə və obyektlərinin, habelə özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti barədə arayış verilməsi və onun qeydiyyatı ƏM DK tərəfindən həyata keçirilir.

5. Torpaqların normativ qiymətinə dair qayimə (sertifikat) torpaq mülkiyyətçilərinə və ya istifadəçilərinə torpağa mülkiyyət, daimi və ya müvəqqəti istifadə hüququna dair hüquqi sənədlərlə birlikdə verilir. Torpaq icarəyə verildikdə həmin torpağın normativ qiymətinə dair qayimədəki (sertifikatdakı) məlumatlar tərəflər arasında bağlanan müqavilədə təsbit olunur.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasi ya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şi kayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, ha belə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şik ayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

39. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

40. İddiaçının hüquqi marağı faktiki istifadəsində olan ünvan 4 ünvanında yerləşən 0,86436 kv. metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına çıxarışın və texniki pasportun verilməsinə nail olmaqdan ibarətdir.

41. İddiaçı tələbinin faktiki ə sası kimi, Bakı şəhər X10 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/643 nömrəli qərarına istinad edir. Bakı şəhər X10 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/643 nömrəli Qərarına əsasən Bakı şəhəri, Nizami rayonu, 2427-ci məhəllədə yerləşən torpaq sahəsi Sverdlovsk "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialına ayrılmışdır.

42. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhər X10 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/643 nömrəli qərarında qeyd edilən "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialının hüquqi varisi olduğunu bildirir.

43. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, "xxxx" MMC-nin "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı Filialının hüquqi varisi olması barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda "xxxx" MMC-nin (VÖEN: **********) qeydiyyat sənədlərindən aydın olur ki, "xxxx" MMC "xxxx" Firmasının hüquqi varisidir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin kommersiya hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin qeydiyyat şöbəsinin əməkdaşları ilə 06 mart 2013-cü il tarixdə tərtib edilmiş aktla təsdiq olunur ki, "xxxx" firmasının təşkilati-hüquqi formasının yenidən təşkili formasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dəyişməsi ilə əlaqədar olaraq quruma məxsus möhür və künc ştampı onların iştirakı ilə məhv edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, iddiaçının qe yd etdiyi "xxxx" firması ilə "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun eyniliyi iş materialları ilə sübuta yetməmişdir.

44. Məhkəmə kollegiyası "xxxx" firması ilə "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun eyniliyinin iş materialları ilə təsdiqini tapmaması barədə apellyasiya məhkəməsinin mövqeyinə hüquqi qiymət verməyərək bildirir ki, iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsində ona məxsus əmlak kompleksi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmışdır.

45. Əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınmasının hüquqi əsası “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanun, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Özəlləşd irilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə” Əsasnamə ilə tənzimlənir.

46. Dövlət tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahələri bəhs edilən hüquq normalarına uyğun olaraq satılır. Həm də hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması bu Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. Torpaq sahəl əri alınıb-satıldıqda onun barəsində digər əqdlər bağlandıqda torpaqların qiyməti bazar qiyməti ilə müəyyən edilir.

47. Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən "xxxx" Firması Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 2427-ci məhəllədə yerləşən işçi həyətinin mülkiyyətçisidir.

48. Göründüyü kimi, şəhadətnaməyə görə iddiaçı mülkiyyətində olan əmlakı özəlləşmə əsasında əldə etmişdir. 49. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə görə dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

50. İddiaçının əmlakı əldə etməsi barədə Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Mülkiyyət hüquq u haqqında Şəhadətnamə qüvvədədir. Həmin şəhadətnamənin həqiqiliyi mübahisə olunmayıb.

51. İnzibati Prosessual Məcəllənin 96.7-ci maddəsinə əsaslanan məhkəmə kollegiyası qeyd edir ki, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgün olduğundan, şikayət təmin edilmir.

52. Odur ki, hər bir halda iddiaçı torpaq sahəsinə xüsusi mülkiyyət hüququ əldə etmək üçün yuxarıda qeyd edilən hüquq normalarının tələbinə uyğun hərəkət etmədiyindən iddiası əsaslı sayıla bilməz.

53. Kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstə rilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-557/2025 nömrəli, 20 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar