Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1981/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: söküntüyə görə kompensasiya ödənilməsi, məhv olmuş əmlaka görə kompensasiya ödənilməsi, kompensasiya ödənilməsi zamanı bərabərlik hüququna riayət edilməsi, əsaslandırılmamış qərar. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (bundan son ra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-830/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, ünvan 1 ünvanında 5 tikilidən (A,B,D,Q,V) ibarət 0.0432 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X6 ( ¾ hissədən bir hissə), X2 ( ¾ hissədən bir hissə), X5 ( ¾ hissədən bir hissə), X15 ( ¾ hissədən bir hissə), Hüseynova X3 ( ¾ hissədən bir hissə), X12 ( ¾ hissədən bir hissə), X7 ( ¾ hi ssədən bir hissə) iddiaçının (¼ hissə) paylı mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi” barədə 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilmi şdir.
3. İddiaçı sözügedən qərarın icrası ilə əlaqədar mülkiyyətində olan yaşayış sahəsi və istifadəsində olan torpaq sahəsinin hər kv.m-nə 1500 manat olmaqla kompensasiya ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
4. Cavabdeh tərəfindən 1478/d nömrəli, xx xxx 2019-cu il tarixli məktubla bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı qeyd edilən məsələlərin araşdırılması üçün sənədlərlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 B ünvanında fəaliyyət göstərən müstəqil qiymətləndirici ekspertlərə, həmçinin hər həftənin 3-cü günü, saat 15:00-dan 19:00-dək həmin ünvanda sakinləri qəbul edən Daşınmaz Əmlakın Alınması Qrupuna müraciət edilməsi tövsiyə olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktla rı a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət proqramına əsasən Bakı şəhərində abadlaşdırma işlərinin yerinə yetirilməsi məqsədilə torpaqların dövlət ehtiyacları üçün alınması ilə əlaqədar söküntüyə məruz qalmış daşınmaz əmlakların sahiblərinə hər 1 kv.m. sahəyə görə 1500 manat kompensasiya məbləğinin ödənilməsi nəzərə alınaraq mülkiyyətində olan 124.3 kv.m. daşınmaz əmlaka görə 186.450 manat (124.3 kv.m. x 1500 = 186.450) və istifadəsində olan 29.2 kv.m. torpaq sahəsinə görə 43.800 manat (29.2 kv.m. x 1500 = 43800) kompensasiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli RX seriy alı ******* saylı çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin (ümumi sahəsi 497 kv.m.) ¼ hissəsi onun mülkiyyətindədir ( 124.25 kv.m). Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin (ümumi shaəsi 116.8 kv.m.) ¼ hissəsi (29.2 kv.m.) onun istifadəsindədir. İddiaçıya evin ona aid hissəsinin söküntüsü üçün 30.000 manat kompensasiya təklif edilsə də, bu real kompensasiya qiymətini əks etdirmir.
7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının paylı mülkiyyətində olmuş yaşayış sahəsi faktiki olaraq mövcud olmamışdır. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə (hakim X8, 2-1(81)-2602/2019 saylı iş) Maliyyə Nazirliyi üçüncü şəxs qismində işə cəlb edilmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakim X8, 2-1(81)-2602/2019 saylı iş) iddia tələbi qismən təmin edilmiş, ünvan 4 ünvanında yerləşmiş fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olmuş ¼ hissəsinə görə 186.450 manat məbləğində kompensasiya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, fərdi yaşayış evinin ¼ hissəsi iddiaçının mülkiyyətində olduğundan və söküldüyündən, evin digər payçılarına kompensasiya ödənildiyindən iddia tələbi əsaslıdır.
11. Qərardan narazı qalan cavabdeh şikayət verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının (hakimlər X13- məruzəçi, X22 və X18 və, 2-1(103)-830/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərari ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ünvan 5 ünvanında yerləşən evin ümumi sahəsi 123.6 kv.m olan “B”, “Q” və “D” hissələrinin naturada ona verilməsi ilə bağlı tələbi təmin edilməmiş olsa belə, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin (497.2 kv.m) ¼ hissəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* nömrəli, xx xxxx 2014-cü il qeydiyyat tarixli çıxarış mövcud olduğu üçün iddiaçıya ona düşən pay müqabilində qanunvericilikdə nəzərdə tutulmuş qaydada kompensasiya ödənilməlidir.
14. Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından xx xxxxxx 2020-ci il tarixdə kassasiya şikayəti vermiş, şikayətdə qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının payına düşən sahələrin konkret olaraq hansı tikililərdən ibarət olması məlum olmadığından, iddiaçının faktiki istifadəsində hər hansı bir tikili olmadığından, həmçinin məhkəmə qətnaməsi ilə ona məxsus sahənin m əhv olduğu təsdiqləndiyindən kompensasiya ödənilməsi əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə icraatının iştirakçılarına məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir.
18. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddənin İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 25-ci maddənin İ hiss əsi. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. 29-cu maddənin İV hissəsi. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 21. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə mə ruz qalan şəxs hesab edilir; 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya ş ikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
23. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
24. Apelyasiya məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
26. Belə ki, hazırkı iş üzrə RX seriyalı ***** ** saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alınmanın təsirinə məruz qalması işin mübahisəsiz hallarına aiddir.
27. Cavabdehin hazırkı iş üzrə mübahisələndirdiyi məsələ odur ki, iddiaçı alınmanın təsirinə məruz qalan şəxs deyil. Belə ki, cavabdehin qənaətinə görə iddiaçının mülkiyyətində olan əmlakın ¼ hissəsi məhv olmuşdur və bu hal məhkəmə qətnamələri ilə təsdiqlənmişdir.
28. İşə baxan apelyasiya instansiya məhkəməsi isə hesab etmişdir ki, iddiaçının ünvan 5 ünvanında yerləşən evin ümumi sahəsi 123.6 kv.m olan “B”, “Q” və “D” hissələrinin naturada ona verilməsi ilə bağlı tələbi məhkəmə tərəfindən təmin edilməmiş olsa belə, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin ¼ hissəsi (497.2 kv.m) ilə bağlı Azərbaycan Respublik ası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* nömrəli, xx xxxx 2014-cü il qeydiyyat tarixli çıxarış mövcud olduğu üçün iddiaçıya ona düşən pay müqabilində qanunvericilikdə nəzərdə tutulmuş qaydada kompensasiya ödənilməlidir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə apelyasiya instansiya məhkəməsi işin hallarını hərtərəfli araşdırmadan və iddiaçıya onun payına düşən əmlakın sahəsini dəqiq müəyyən etmədən qərar qəbul etmişdir.
30. Belə ki, reyestrdən çıxarışda paylı mülkiyyətçilərin mülkiyyət hüququnda 5 tikilinin – A tikilisi (2 mərtəbəli, ümumi sahəsi- 315.2 kv.m., yaşayış sahəsi- 203.4, yardımçı sahəsi 111.8 kv.m., yaşay ış otaqlarının sayı -13), B tikilisi (1 mərtəbəli, ümumi sahəsi- 35.8 kv.m., yaşayış sahəsi- 22.0, yardımçı sahəsi 13.8 kv.m., yaşayış otaqlarının sayı -2), D tikilisi (1 mərtəbəli, ümumi sahəsi- 23.8 kv.m., yaşayış sahəsi- 10.0, yardımçı sahəsi 13.8 kv.m., yaşayış otaqlarının sayı -1), Q tikilisi (1 mərtəbəli, ümumi sahəsi- 64 kv.m., yaşayış sahəsi42.8, yardımçı sahəsi 21.2 kv.m., yaşayış otaqlarının sayı -4), V tikilisi (1 mərtəbəli, ümumi sahəsi- 58.4 kv.m., yaşayış sahəsi- 34.6, yardımçı sahəsi 23.8 kv.m., yaşayış otaqlarının sayı -2) olduğu görünür.
31. Sözügedən tikililər isə 8 şəxsin paylı mülkiyyətindədir - X6 ( ¾ hissədən bir hissə), X2 ( ¾ hissədən bir hissə), X5 ( ¾ hissədən bir hissə), X15 ( ¾ hissədən bir hissə), Hüseynova X3 ( ¾ hissədən bir hissə), X12 ( ¾ hissədən bir hissə ), X7 ( ¾ hissədən bir hissə) və iddiaçı (¼ hissə).
32. Göründüyü kimi, reyestrdən çıxarışda mülkiyyətçilərin konkret olaraq hansısa tikili üzrə payları müəyyən edilməmiş, başqa sözlə 5 tikili üzrə də hər bir mülkiyyətçinin pay hüququ tanınmışdır.
33. Belə olan halda isə, iddiaçının digər paylı mülkiyyətçilər kimi sözügedən tikililərin dövlət ehtiyacları üçün alınması zamanı alınmanın təsirinə məruz qalan şəxs kimi tanınmaq hüququ vardır.
34. Digər tərəfdən isə, işdə olan Yasamal rayon Məhkəməsinin 2(004)-127/2016 saylı, xx xxxxx 2016-cı il tarixli və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5024/2016 saylı, xx xxxx 2016-cı il tarixli məhkəmə qətnamələri ilə müəyyən edilir ki, iddiaçı cavabdeh X9 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsindəki 52 saylı paylı evin ümumi sahəsi 123.6 kv.m olan “B”, “Q” və “D” hissələrinin naturada ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbi əsaslı hesab edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, texniki pasportda iddiaçının ¼ hissəsinin 52 saylı fərdi yaşayış evinin konkret olaraq hansı hissəsini təşkil etdiyi barədə məlumat əks olunmamışdır. Bundan əlavə, “V”, “Q, və “ D” literli tikililər faktiki olaraq yerində mövcud deyildir. “B” literli tikilinin yerində isə fərqli ölçülərdə olan iki mərtəbəli tikili mövcuddur.
35. Göründüyü kimi, hələ 2016-cı il tarixdə aparılan məhkəmə araşdırması zamanı çıxarışda və texniki pasportda öz əksini tapmış tikililərdən 3-nün məhv olduğu, 1-nin isə yenidən konstruksiya olunduğu müəyyən olunur.
36. Bundan əlavə, iş materiallarında cavabdeh tərəfindən sözügedən ünvanda digər paylı mülkiyyətçilərə kompensasiya ödənilməsi ilə bağlı sənədlər təqdim edilmiş, həmin sənədlərdə paylı mülkiyyətçilərin mülkiyyətində olan sahələr müqavilədə göstərilmişdir.
37. Qeyd edilənərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş materiallarında olan çıxarışa əsasən iddiaçı paylı mülkiyyətçilər arasında ən böyük paya malikdir. Belə ki, iddiaçı əmlakın ¼ hissənin mülkiyyətçisidir, əmlakın qalan ¾ hissəsi isə digər 7 şəxs arasında bölünmüşdür. Qeyd edilən əmlak özü də çıxarışa əsasən 5 tikilidən ibarət olmuşdur (A,B,V,Q və D). İş materiallarına əmlakın texniki pasportu əlavə edilməsə də (təkrar baxışda tələb edilməlidir), Yasamal rayon Məhkəməsinin 2(004)-12 7/2016 saylı iş üzrə apardığı məhkəmə araşdırması zamanı texniki pasportda əmlakların paylı mülkiyyətçilər üzrə bölgüsünün aparılmadığı müəyyən olunur. Belə olan halda, yuxarıda qeyd edildiyi kimi, hər bir paylı mülkiyyətçinin hər bir tikili üzrə özünə aid hissədə mülkiyyət hüququ vardır.
38. Digər tərəfdən isə, məhkəmə qətnamələrində A tikilisi ilə bağlı hər hansı dəlil irəli sürülməmişdir (tikilinin mövcud olmamasına dair). B tikilisinin isə yenidən konstruksiya edildiyi qeyd edilsə də, faktiki mövcud olduğu təsdiqlənir. Bununla yanaşı V, Q və D tikililərinin mövcud olmadığı məhkəmə qətnamələrində qeyd edilsə də, bu hal hazırkı iş üzrə də araşdırılmalı idi. Belə ki, ümumiyyətlə, işə baxan məhkəmə cavabdeh inzibati orqanın tikililərin qiymətləndirilməsi və sökülməsi zamanı yerində baxış k eçirdiyini, həmin ünvanda faktiki olan tikililəri aktlaşdırdığını, fotoşəkillərini çəkdiyini və s. halları nəzərə alıb cavabdeh inzibati orqandan həmin sənədləri tələb edərək İPM-nin 12.1-ci maddəsinin tələbi baxımından həmin sənədlərə baxış keçirməklə faktiki həmin sahədə paylı mülkiyyətçilərə məxsus hansı tikililərin mövcudluğunu, bununla da cavabdeh tərəfindən digər paylı mülkiyyətçilərin əmlakının ölçülməsi və qiymətləndirilməsi zamanı hansı tikililərin sözügedən ərazidə alınmanın təsirinə məruz qalan əmlaklar kimi tanındığını müəyyən etməli idi. Nəzərə alınmalıdır ki, cavabdeh kassasiya şikayətində tikililərin mövcud olmaması əsası ilə iddianın rədd edilməsini tələb etsə də, A tikilisinə görə iddiaçıya niyə kompensasiya ödənilməməli olmasına dair dəlillərini əsaslandırmamış (belə ki, tikilinin mövcud olmaması iş üzrə sübuta yetirilmir), bundan əlavə B tikilisinin yenidən konstruksiya olunmasının iddiaçının mülkiyyət hüququndan məhrum edilməsinə gətirib çıxarmasını bildirsə də, bu mövqeyini əsaslandırmamış, digər tikililərin isə artıq alınmaya qədər məhv olunduğu bildirilsə də, digər paylı mülkiyyətçilərə kompensasiya hesablanması zamanı konkret olaraq hansı tikililərin nəzərə alındığı göstərməmişdir. Hətta iş materiallarında olan paylı mülkiyyətçilərdən X4 və X1 dair “Daşınmaz əmlakın satın alınmasına dair təklifin qəbul edilməsi barədə” Protokollarda onlara aid hissənin sahəsinin kifayət qədər böyük olduğu görünür. Belə ki, məsələn, çıxarışa əsasən X4 əmlakın ¾ hissəsinin bir hissəsinə (1/7) malik olduğu halda, həmin protokolla onun yaşayış və köməkçi sahəsinin 166.62 kv.m. olduğu qeyd olunmuşdur. Halbuki, əmlakın ümumi sahəsi çıxarışa əsasən cəmi 497.2 kv.m.-dir (yaşayış və köməkçi sahələr birgə).
39. Həmçinin, apelyasiya məhkəməsinin qərarında B tikilisinin yenidən konstruksiya olunduğuna, V,Q və D tikililərinin isə alınmaya qədər məhv olunduğuna dair cavabdehin dəlillərinə əsaslı mövqe bildirilməmiş, yenidən konstruksiya edilmiş əmlak üzərində hansı hallarda mülkiyyət hüququnun tanındığı və kompensasiya ödənilməli olduğuna dair əsaslandırılmış hüquqi mövqe əks etdirilməmiş, alınmaya qədər məhv edilmiş əmlaka görə kompensasiyanın hansı hallarda (bərabərlik hüququ nöqteyi-nəzərindən, yəni digər payçılara bu əmlaklara görə kompensasiya ödənilməsinin müəyyən edilməsi halında) ödənilə bilməsinin mümkünlüyü ilə bağlı hər hansı əsaslandırma aparılmamışdı r.
40. Beləliklə, işə təkrar baxan apelyasiya instansiya məhkəməsi, məhkəmənin mövqeyini nəzərə almaqla kompensasiyanın məbləğinin hesablanması zamanı bərabərlik hüququna riayət edilməsini təmin etməklə cavabdehin dəlillərinə qiymət verməli və öz xidməti vəzifəsinə uyğun olaraq işin hallarını hərtərəfli araşdıraraq iş üzrə qərar qəbul etməlidir.
41. Qeyd olunanlara əsasən, apelyasiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.
42. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından kasasiya şikayəti qismən təmin edilməli və iş təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
43. Yuxarıda göstərilənlərə və İPM-in 96.5-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(103)-830/2020 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.